Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Bakıda I sinfə qəbulla bağlı 44 mindən artıq elektron müraciət daxil olub

29 İyul 2020, 09:00 (GMT +4)

Bakı, 29 iyul, SalamNews. İyulun 28-nə (saat 11:00) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 44 mindən artıq uşaq üçün elektron sistem (www.mektebeqebul.edu.az ) vasitəsilə müraciət edilib.

SalamNews xəbər verir ki, ümumi təhsil müəssisələrinin tədrisi digər dildə aparılan bölmələri üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibədə uğur qazanmış uşaqların I sinfə qəbulu üçün məktəb seçimi davam edir.

Valideyn (qanuni nümayəndə) şəxsi kabinetə daxil olaraq qeydiyyatda olduğu ünvana uyğun təhsil müəssisəsinə sorğu yerləşdirə bilər. Müsahibənin nəticəsi məqbul hesab edilməyən uşaqların valideynləri isə Azərbaycan bölməsi üzrə müraciət edə bilərlər.

Ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi tibbi-profilaktik vəziyyət nəzərə alınaraq dəyişdirilib. Özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərin (qanuni nümayəndələrin) Alternativ qeydiyyat mərkəzlərinə gəlməsinə ehtiyac yoxdur.

Belə ki, elektron qeydiyyatdan keçə bilməyən valideynlər “Whatsapp” nömrələr (+994 55 892-27-51, +994 55 892-95-89, +994 55 892-63-90) vasitəsilə müvafiq məlumatları iş günləri ərzində saat 10:00-dan 16:00-dək işçi qrupa təqdim edə bilərlər. İşçi qrup tərəfindən müvafiq məlumatlar əsasında özü elektron qeydiyyatdan keçə bilməyən valideynlərə zəruri köməklik göstəriləcək. Valideynlər digər bütün hallarla bağlı mektebeqebul.edu.az elektron portalında şəxsi kabinetlərindəki “Əks əlaqə” bölməsi vasitəsilə müraciət ünvanlaya bilərlər.

Valideynlər onları maraqlandıran suallarla bağlı iş günləri ərzində Təhsil Nazirliyinin Telefon məlumat mərkəzinə (nömrə 146) və BŞTİ-nin Məlumat sorğu mərkəzinə (012 599-12-22) zəng etməklə cavab ala bilərlər. Bu yenilik valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması, növbəliliyin aradan qaldırılması və mövcud vəziyyətlə əlaqədar tibbi-gigiyenik normaların qorunması məqsədlərinə xidmət edir.

Onu da qeyd edək ki, birinci sinfə elektron qeydiyyat sisteminin (https://mektebeqebul.edu.az) tətbiqi “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət edir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

01 Oktyabr 2020, 18:05 (GMT +4)
Nazirlik: Ermənistan enerji infrastrukturu obyektlərini atəşə tutmaqda davam edir

01 Oktyabr 2020, 18:03 (GMT +4)
MN: Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan əraziləri yenidən raket atəşinə tutulub

01 Oktyabr 2020, 18:03 (GMT +4)
Mariya Zaxarova: Rusiya Qarabağda baş verənlərə laqeyd yanaşmır

01 Oktyabr 2020, 18:00 (GMT +4)
Azercell Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat köçürüb

01 Oktyabr 2020, 17:50 (GMT +4)
Milli Məclisin Sədri Küveytin Azərbaycandakı səfirliyində olub

01 Oktyabr 2020, 17:48 (GMT +4)
Nazarbayev Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsindən narahatdır 

01 Oktyabr 2020, 17:35 (GMT +4)
Məktəbəhazırlıq qrupları - ilk addım, ilk sevinc (FOTOREPORTAJ)

01 Oktyabr 2020, 17:25 (GMT +4)
Türkiyə Azərbaycanın tərəfində olub və olacaq - TBMM sədri

01 Oktyabr 2020, 17:17 (GMT +4)
Azad Rəhimov beynəlxalq təşkilatlara məktub ünvanlayıb

01 Oktyabr 2020, 17:07 (GMT +4)
Milli Məclisin sabahkı iclasının gündəliyi açıqlanıb

01 Oktyabr 2020, 16:41 (GMT +4)
Müdafiə Nazirliyi: Düşmənin daha bir neçə hərbi texnikası məhv edilib (VİDEO)

01 Oktyabr 2020, 16:41 (GMT +4)
Rusiya, ABŞ və Fransa prezidentləri Dağlıq Qarabağdakı vəziyyətlə bağlı bəyanat qəbul edib

01 Oktyabr 2020, 16:20 (GMT +4)
Azərbaycanda daha 80 yeni yoluxma faktı qeydə alınıb

01 Oktyabr 2020, 16:10 (GMT +4)
Türkiyə prezidenti: Dağlıq Qarabağın işğalına laqeyd qalmaq ikiüzlülükdür

01 Oktyabr 2020, 16:08 (GMT +4)
MN: Azərbaycan HHQ-nin döyüş təyyarəsi və helikopterləri bugünkü döyüşlərdə tətbiq olunmayıb

01 Oktyabr 2020, 16:06 (GMT +4)
KOBİA sahibkarlara müraciət edib

01 Oktyabr 2020, 16:01 (GMT +4)
ARDNF valyuta satışı ilə bağlı açıqlama yayıb

01 Oktyabr 2020, 15:56 (GMT +4)
Azərbaycan Mərkəzi Bankı ötən ay valyuta ehtiyatlarını artırıb

01 Oktyabr 2020, 15:52 (GMT +4)
Beynəlxalq Əhli-Beyt Konqresi Azərbaycanı dəstəklədiyini bildirib

01 Oktyabr 2020, 15:45 (GMT +4)
Rusiya, ABŞ və Fransa liderləri Dağlıq Qarabağla bağlı bəyanat hazırlayır

01 Oktyabr 2020, 15:39 (GMT +4)
Argentinada son sutkada rekord sayda koronavirusa yoluxma qeydə alınıb

01 Oktyabr 2020, 15:25 (GMT +4)
İranda son sutkada 211 nəfərin koronavirusdan ölümü qeydə alınıb

01 Oktyabr 2020, 15:17 (GMT +4)
Azərbaycan Ordusu yalnız hərbi obyektlərə zərbə endirir (RƏSMİ)

01 Oktyabr 2020, 15:16 (GMT +4)
Daha bir şirkət Azərbaycan Ordusuna dəstək olub

01 Oktyabr 2020, 15:04 (GMT +4)
Fələstinin maraqlarını qorumaq bütün İslam dünyasının problemidir- Çavuşoğlu

01 Oktyabr 2020, 14:52 (GMT +4)
Nazir: Pandemiya dövrü üçün Təhsil Nazirliyinin 4 tədris planı var

01 Oktyabr 2020, 14:32 (GMT +4)
Qurban Qurbanov: Varşavada olsaq da ürəyimiz Azərbaycandadır

01 Oktyabr 2020, 14:27 (GMT +4)
İsrail son gündə İordan çayının qərbində 22 fələstinlini həbs edib

01 Oktyabr 2020, 14:23 (GMT +4)
Azərbaycan Ermənistana növbəti xəbərdarlıq edib: Hərbi hədəflərə qarşı adekvat tədbirlər görüləcək

01 Oktyabr 2020, 14:20 (GMT +4)
Kanadada 24 saatda koronavirusa yoluxanların sayı yazdakı göstəricilərə çatıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66