Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

ETSN: İqlim dəyişmələri fonunda su ehtiyatlarının azalması sürətlənir

30 İyul 2020, 14:36 (GMT +4)

Bakı, 30 iyul, SalamNews. Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) 6 ayın yekunları və qarşıda duran vəzifələrlə bağlı videokonfrans formatında geniş tərkibli kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, kollegiya iclasında Azəbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 27 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün tədbirlər planı”ndan irəli gələn öhdəliklərin icrası ilə bağlı məsələlər müzakirə olunub.

İclas zamanı həmçinin çaylarda və su anbarlarında quraşdırılacaq hidroloji suölçmə məntəqələri, ölkə ərazisində hidrogeoloji planlama işlərinin davam etdirilməsi, yeraltı su hövzələrinin axtarışı, meşə ilə örtülü ərazilərin genişləndirilməsi məqsədilə ağacəkmə aksiyalarının keçirilməsi, nadir təbiət komplekslərinə beynəlxalq statusların verilməsi və xüsusi mühafizə olunan təbiət ərazilərindən səmərəli istifadə məsələləri ilə bağlı məruzələr dinlənilib.

Qeyd olunub ki, iqlim dəyişmələri fonunda su ehtiyatlarının azalması sürətlənir, bu baxımdan su ehiyatlarının formalaşmasında xüsusi rola malik olan meşələrin miqyasının artırılması əhəmiyyətli hesab olunur. Bununla əlaqədar payız ağacəkmə mövsümündə ölkəmizdə meşələrin artırılması, baramaçılığın, arıçılığın inkişafı və iqlim dəyişmələri fonunda götürülmüş beynəlxalq öhdəliklərə uyğun olaraq karbon qazının udulması məqsədilə əsas tərəfdaş qurumlar, beynəlxalq təşkilatlar, Kənd Təsərrüfatı Nazirliyi, Ekoloji İctimai Şuranın üzvləri və ekokönüllülər ilə birlikdə meşəbərpa, meşəsalma tədbirlərinin həyata keçiriləcəyi bildirilib. Genişmiqyaslı aksiya zamanı meşələrin sosial və iqtisadi səmərəliliyini və karbonun udulmasını artırmaq, eləcə də mövcud meşələrin keyfiyyətini yaxşılaşdırmaq üçün açıq meşə ərazilərində əsasən meşəcinsli ağacların əkilməsinin mühüm rol oynayacağı vurğulanıb, təklif və tövsiyələr dinlənilib.
Daha sonra Hirkan meşələrinin YUNESKO-nun təbii irs siyahısına salınması və Zaqatala Biosfer Qoruğunun yaradılması istiqamətində görülmüş və görüləcək işlər barədə məlumat verilib.

Yekunda nazirliyin bütün struktur vahidlərinin və bölmələrinin mövcud potensialının bu vəzifələrin icrasına səfərbər edilməsi ilə bağlı konkret tapşırıqlar verilib.

SalamNews


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

27 Sentyabr 2020, 18:17 (GMT +4)
Müdafiə Nazirliyinin saytında yaranmış problemin səbəbi açıqlanıb

27 Sentyabr 2020, 18:00 (GMT +4)
Azərbaycanın bəzi şəhər və rayonlarda hərbi vəziyyət tətbiq edilib

27 Sentyabr 2020, 17:54 (GMT +4)
İran Ermənistan və Azərbaycanı atəşkəsə çağırıb

27 Sentyabr 2020, 17:51 (GMT +4)
"Azərişıq" cəbhədəki vəziyyətlə bağlı qərargah yaradıb

27 Sentyabr 2020, 17:35 (GMT +4)
Azərbaycan və Türkiyə XİN rəhbərləri Ermənistanın təcavüzkar addımlarını müzakirə edib

27 Sentyabr 2020, 17:24 (GMT +4)
Türkiyə Azərbaycanın addımlarını tam dəstəkləyir - Hulusi Akar

27 Sentyabr 2020, 17:18 (GMT +4)
BQXK münaqişə tərəflərinə müraciət edib

27 Sentyabr 2020, 16:53 (GMT +4)
Ermənistan hərbi birləşməsinin komandanlığına təslim olmaq təklif edilib

27 Sentyabr 2020, 16:50 (GMT +4)
Diaspor Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət edib

27 Sentyabr 2020, 16:20 (GMT +4)
ATƏT atəşkəs rejiminə qayıtmağa çağırıb

27 Sentyabr 2020, 16:19 (GMT +4)
Zakir Həsənov Ermənistanın təxribatının detallarını açıqlayıb

27 Sentyabr 2020, 16:15 (GMT +4)
Baş Prokurorluq: Mülki əhalidən yaralananların sayı 14-ə çatıb

27 Sentyabr 2020, 16:08 (GMT +4)
Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı keçirilib

27 Sentyabr 2020, 16:00 (GMT +4)
Azərbaycan Ordusu daha bir kəndi erməni işğalından azad edib

27 Sentyabr 2020, 15:47 (GMT +4)
Ərdoğan: "Türk milləti Azərbaycanın yanındadır"

27 Sentyabr 2020, 15:40 (GMT +4)
Türkiyəli jurnalistlər Qarabağda artilleriya atəşinə məruz qalıb

27 Sentyabr 2020, 15:35 (GMT +4)
AB Şurasının sədri: Tərəfləri atəşi dayandırmağa çağırırıq

27 Sentyabr 2020, 15:30 (GMT +4)
Prezident: Bütün hərbi hissələrimizdə, hərbi birləşmələrimizdə ruh yüksəkliyi var

27 Sentyabr 2020, 15:22 (GMT +4)
Azərbaycanda daha 128 yeni yoluxma faktı qeydə alınıb

27 Sentyabr 2020, 15:22 (GMT +4)
Prezident İlham Əliyev: "Bir neçə yaşayış məntəqəmiz işğaldan azad edilib"

27 Sentyabr 2020, 15:20 (GMT +4)
Siyasi partiyalar cəbhədəki vəziyyətlə bağlı bəyanat yayıb

27 Sentyabr 2020, 15:18 (GMT +4)
Azərbaycan Milli Məclisinin növbədənkənar iclası çağrılıb

27 Sentyabr 2020, 15:14 (GMT +4)
Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik edib

27 Sentyabr 2020, 15:11 (GMT +4)
Roma Papası Cənubi Qafqazda sülhə çağırıb

27 Sentyabr 2020, 14:58 (GMT +4)
Ermənistanın müdafiə naziri ölkə ərazisini tərk edib - KİV

27 Sentyabr 2020, 14:50 (GMT +4)
Türkiyə XİN: Azərbaycanı tam dəstəkləyirik

27 Sentyabr 2020, 14:43 (GMT +4)
Gürcüstan XİN Minsk Qrupunu eskalasiyanı dayandırmağa çağırıb

27 Sentyabr 2020, 14:30 (GMT +4)
ATƏT-in Minsk qrupu həmsədrləri bəyanat yayıb

27 Sentyabr 2020, 14:25 (GMT +4)
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

27 Sentyabr 2020, 14:17 (GMT +4)
Lavrov və Çavuşoğlu cəbhədəki vəziyyəti müzakirə ediblər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66