Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

KOBİA: Yeni güzəştli kreditləşdirmə mexanizmləri KOB-ların maliyyələşdirilməsi üçün əlavə imkanlar yaradır

30 İyul 2020, 11:47 (GMT +4)

Bakı, 30 iyul, SalamNews. “Yeni güzəştli kreditləşdirmə mexanizmlərikoronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara, xüsusilə də mikro, kiçik və orta biznes subyektlərinə dəstək olmaqla, biznesi kredit öhdəliklərinin yarada biləcəyi əlavə çətinliklərdən sığortalayacaq, bu sahədə sahibkarların maliyyə yükünü azaldacaq. Bu mexanizmlər həmçinin, KOB-ların maliyyə resurslarına çıxış imkanlarının daha da genişləndirilməsinə, investisiya fəallığının artmasına müsbət təsir göstərəcək”.

SalamNews xəbər verir ki, bu barədə yeni güzəştli kredit mexanizmlərinin sahibkarlığın, xüsusilə də mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsindəəhəmiyyətini şərh edən İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib. 

“Yeni güzəştli kreditləşdirmə mexanizmləri KOB-ların maliyyələşdirilməsi üçün əlavə imkanlar yaradır. Belə ki, sahibkarların kredit götürərkən qarşılaşdıqları ən böyük çətinlikgirovla bağlıdır. Kiçik sahibkarların isə girov qoymaq imkanları daha məhduddur. Yeni kreditləşdirmə mexanizminin üstün tərəflərindən biri ondan ibarətdir ki, avadanlıq almaq üçün güzəştli kredit götürən sahibkar daşınmaz əmlakı olmadığı halda bu avadanlığı girov kimi qoya biləcək. Bu mexanizm çərçivəsində bankların kredit faiziillik 7%-dir.Bu mexanizm biznes subyektlərinin, xüsusilə də girov qoymaq imkanı olmayan kiçik sahibkarların maliyyə resurslarına çıxış imkanlarını daha da genişləndirməklə yanaşı, iqtisadi artımın və məşğulluğun dəstəklənməsinə əhəmiyyətli töhfə verəcəkdir”.

Orxan Məmmədov qeyd edib ki, yeni güzəştli kreditləşdirməmexanizmlərində kənd təsərrüfatının uzunmüddətli kredit qoyuluşu tələb edən sahələri də nəzərə alınıb: “Mikro və kiçik sahibkarların fəaliyyət göstərdiyi başlıca sektorlardan biri kənd təsərrüfatıdır. Çayçılıq, bağçılıq kimi sahələr uzun müddətli kredit qoyuluşuna ehtiyac olan sahələrdir. Məhz belə sahələrdə kiçik həcmli kreditlər üzrə kredit müddəti 3 ildən 5 ilə, orta həcmli kreditlər üzrə 5 ildən 7 ilədək artırılıb və kredit dövrünün yarısı güzəşt müddəti kimi müəyyənləşdirilib. Bu aqrar sahədə fəaliyyət göstərən kiçik və orta sahibkarlara daha çox gəlir əldə etməyə, kredit faizini əldə etdikləri qazancdan ödəməyə imkan verəcəkdir”. 

Yeni güzəştli kreditləşdirmə mexanizmlərindən olan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması mexanizminə gəlincə, KOBİA sədri bildirib ki, 500 milyon manat həcmində yeni biznes krediti portfelinin 60%-dək hissəsinə dövlət zəmanəti verilir, həmçinin həmin kreditlərin illik faiz dərəcəsinin 50%-i dövlət tərəfindən maliyyələşdirilir. Bu mexanizm müddəti 3 ilədək, illik faiz dərəcəsi 15%-dən çox olmayan kreditlərə şamil edilir. Bu kreditlər üzrə güzəşt müddəti 12 aya qədərdir.Kreditlərin 60%-nə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması KOB-lar tərəfindən daha çox layihələrin reallaşdırılmasına imkan yaradır. 

Biznes subyektlərinin yeni kreditləşdirmə mexanizmlərindən rahat yararlanmaları üçün istifadəyə verilmiş Elektron Kredit Platforması (www.e-edf.gov.az) sahibkarların qısa müddətdə güzəştli kreditlər əldə etmələrinə imkan verir.

Elektron Kredit Platformasıhəmçinin, tərəflər arasında təması minimuma endirir, vaxta və xərclərə qənaət edir, kredit prosesini hər addımdaonlayn izləmək imkanı yaradır – deyə Orxan Məmmədov vurğulayıb.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

23 Oktyabr 2020, 17:57 (GMT +4)
Bəzi şəhər və rayonlara giriş-çıxış dayandırılır

23 Oktyabr 2020, 17:46 (GMT +4)
Azərbaycan Ordusu Xocavəndin 2, Cəbrayılın 5, Zəngilanın 2 kəndini işğaldan azad edib

23 Oktyabr 2020, 17:33 (GMT +4)
İlham Əliyev: "Qubadlının 4 kəndi işğaldan azad edilib"

23 Oktyabr 2020, 17:20 (GMT +4)
Yerdəyişmə etməyə hazırlaşan düşmənin canlı qüvvəsi və zirehli texnikası məhv edilib (VİDEO)

23 Oktyabr 2020, 17:15 (GMT +4)
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mobil rabitə xidmətlərinin bərpasına başlanılıb

23 Oktyabr 2020, 16:51 (GMT +4)
İsrail Azərbaycana humanitar yardım göndərib

23 Oktyabr 2020, 16:46 (GMT +4)
Ramin Quluzadə: “Erməni təxribatları İKT-nin inkişafına əngəl törədir”

23 Oktyabr 2020, 16:27 (GMT +4)
Səfir: “İran-Azərbaycan sərhədi iki qonşu xalq üçün dostluq, sülh və təhlükəsizlik sərhədi olaraq qalacaq”

23 Oktyabr 2020, 16:15 (GMT +4)
Ərdoğan: Qarabağdakı sülh prosesində iştirak etməyə Rusiya qədər Türkiyənin də hüququ çatır

23 Oktyabr 2020, 16:11 (GMT +4)
NK: İşğal altındakı ərazilərlə bağlı təhrif edilmiş xəritələrdən istifadə dayandırılıb

23 Oktyabr 2020, 15:44 (GMT +4)
Azərbaycanda son sutkada 803 nəfər COVID-19-a yoluxub

23 Oktyabr 2020, 15:30 (GMT +4)
Milli Qəhrəman Şükür Həmidovun adı Qubadlı rayonunda əbədiləşdiriləcək

23 Oktyabr 2020, 15:25 (GMT +4)
Prezidenti İlham Əliyev Milli Qəhrəman Şükür Həmidovun atasına zəng edib

23 Oktyabr 2020, 15:11 (GMT +4)
Politoloq: Türkiyə və Azərbaycan regionda sülhün bərqərar olunmasında əsas iştirakçılardır

23 Oktyabr 2020, 14:53 (GMT +4)
Qanada kilsənin dağılması nəticəsində 18 nəfər ölüb

23 Oktyabr 2020, 14:35 (GMT +4)
Kürd əsilli muzdluların Ermənistan tərəfdə döyüşdüyü təsdiqlənib (VİDEO)

23 Oktyabr 2020, 14:27 (GMT +4)
Azərbaycanda qızıl və gümüş ucuzlaşır

23 Oktyabr 2020, 14:10 (GMT +4)
Qubada alma yığımına start verilib

23 Oktyabr 2020, 13:57 (GMT +4)
MN: Düşmənin qüvvə və vasitələri darmadağın edilib, mövqelərinə zərbələr endirilib (VİDEO)

23 Oktyabr 2020, 13:44 (GMT +4)
İşğal altındakı torpaqlarda qanunsuz işləyən şirkətlər barədə tədbirlər görüləcək

23 Oktyabr 2020, 13:30 (GMT +4)
Neft yenidən ucuzlaşıb

23 Oktyabr 2020, 13:12 (GMT +4)
“Azərsığorta” Vətən Müharibəsinə görə ödəniş etməyə başlayıb

23 Oktyabr 2020, 12:53 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

23 Oktyabr 2020, 12:50 (GMT +4)
KTN: Payızlıq əkinlərin bəyanı ilə əlaqədar səyyar aqrar xidmət təşkil olunub

23 Oktyabr 2020, 12:46 (GMT +4)
Rusiyada son sutkada koronavirusa yoluxanların sayı 17 mini keçib

23 Oktyabr 2020, 12:30 (GMT +4)
"Qarabağ" UEFA reytinqində mövqeyini qoruyub

23 Oktyabr 2020, 12:23 (GMT +4)
MN: Ermənistana məxsus daha bir PUA məhv edilib

23 Oktyabr 2020, 12:10 (GMT +4)
ABŞ-da Tramp-Bayden final debatı sona çatıb

23 Oktyabr 2020, 12:09 (GMT +4)
Baş Prokurorluq Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb

23 Oktyabr 2020, 11:50 (GMT +4)
Baş infeksionist əhaliyə müraciət edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66