Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » DİN

Dövlət Komitəsi bəzi KİV-lərdə yayılan məlumatlara rəsmi aydınlıq gətirib

30 İyul 2020, 17:00 (GMT +4)

Bakı, 30 iyul, SalamNews. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bəzi KİV-lərdə o cümlədən sosial şəbəkələrdə yayılan məlumatlara dair açıqlama yayıb.

Dövlət Komitəsinin Mətbuat Xidmətindən SalamNews-a daxil olan məlumatda deyilir:

"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin vəzifələri sırasına dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin tənzimlənməsi və bu sahədə maarifləndirmə işinin aparılması daxildir. Buna əsasən də, hər il Komitə tərəfindən müxtəlif adlarda onlarla tədbir həyata keçirilib və bu işlər bu gün də mövcud vəziyyətlə əlaqədar günün tələbləri çərçivəsində onlayn formatda aparılmaqdadır.

Dövlət Komitəsinin indiyə qədər təşkil etdiyi tədbirlərin mahiyyəti, formatı, iştirakçıları və nəticələri barədə məlumat almaq üçün dövrü mətbuata, sosial mediaya ötəri göz gəzdirmək kifayətdir. Lakin təəssüf ki, bu fəaliyyətə bəzən kölgə salmaq cəhdləri də olur. Bu mənada dünən və bu gün tarixində bəzi saytlarda və sosial şəbəkədə Komitə ilə əlaqədər yayılan, amma həqiqəti əks etdirməyən bir məsələyə münasibət bildirməyə ehtiyac duyuruq.
Birincisi, qeyd edək ki, Dövlət Komitəsinin fəaliyyətinin tərkib hissəsi kimi təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq maarifləndirmə işi çərçivəsində müxtəlif mövzularda Bakı şəhərində və regionlarda 2020-ci il üçün nəzərdə tutulan tədbirlərin keçirilməsi məqsədilə 19 fevral 2020-ci il tarixində 5 açıq tender elanı verilib.

Açıq tenderin keçirilməsində hansısa qanun pozuntusuna yol verilməyib. Ümumiyyətlə, açıq tenderlərin keçirilməsi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq etender.az portalı vasitəsi ilə onlayn qaydada həyata keçirilir. Qanunvericiliyə əsasən də mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakının təmin edilməsi məcburidir. Sahibkarlıq subyektləri də istənilən tenderin iştirak haqqını ödəməklə şərtlər toplusunu onlayn olaraq əldə edir və lazımi sənədləri onlayn qaydada təqdim etməklə tender təklifini verir. Ən aşağı qiymət təklifi təqdim edən təşkilat qalib elan olunur. Tender prosedurunda ən azı üç sahibkarlıq subyektinin təklif verməsi tələb edilir. Əks təqdirdə tender baş tutmamış sayılır.Tenderdə hər subyektin yalnız 1 təklif təqdim etməsi tələb olunur. Tender iştirakçıları arasında sövdələşmə ehtimalının ola biləcəyi təsdiqlənərsə həmin iştirakçılar tender prosedurundan kənarlaşdırılır.

Göründüyü kimi, bütün prosesler onlayn qaydada və tam qanunauyğun formada şəffaf həyata keçirilib. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən keçilmiş tender proseduru müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınıb. Qalib təşkilatlarla müqavilə bağlanılıb, lakin pandemiya ilə əlaqədar ölkəmizdə kütləvi tədbirlərin keçirilməsi qeyri-müəyyən zamana təxirə salındığından elan olunmuş tədbirlər keçirilməyib və bağlanılmış müqavilələr üzrə Dövlət Komitəsi hansısa ödəniş həyata keçirməyib.

Bir daha bildiririk ki, Dövlət Komitəsinin pandemiya dövründə təşkil etdiyi bütün tədbirlər onlayn formatda olub və bunun üçün dövlət büdcəsindən 1 manat da olsun vəsait xərclənməyib. Əvvəlcədən nəzərdə tutulmuş maarifçilik işinin pandemiya dövrünün tələbləri nəzərə alınmaqla onlayn formatda həyata keçirilməsi üçün Dövlət Komitəsinin imkanları səfərbər olunub, əməkdaşlarımızın bir hissəsinin bu istiqamətdə fəaliyyəti evdən təşkil edilib. Odur ki, qarşı tərəfin mövqeyini öyrənmədən, sadəcə rəqəmlərə istinad etməklə fikir yürütmək, qanuni keçirilmiş tenderə kölgə salmaq, üstəlik dövlət qurumunu ümumiyyətlə toxunulmayan maliyyə vəsaitindən düzgün istifadə etməməkdə günahlandırmağı açıq-aydın məqsədyönlü qaralama və qərəz kimi görürük.

Media qurumlarından xahiş edirik ki, Dövlət Komitəsinin fəaliyyətinə aid olan bütün məlumatları Komitənin Mətbuat Xidməti ilə dəqiqləşdirsinlər. Əks təqdirdə yayılan informasiyalar cəmiyyətdə yanlış rəy formalaşdırmaqla yanaşı, media qurumlarının işgüzar nüfuzuna da ciddi zərbə vurur".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

07 May 2021, 14:18 (GMT +4)
Buraxılış imtahanları ilə bağlı apelyasiya komissiyasına müraciət qaydaları açıqlanıb

07 May 2021, 14:04 (GMT +4)
Bir sıra müsəlman ölkələrində Qüds günü ilə bağlı aksiya və seminarlar keçirilir (FOTO)

07 May 2021, 14:01 (GMT +4)
Şuşada DOST Mərkəzinin filialı açılacaq (RƏSMİ)

07 May 2021, 13:50 (GMT +4)
Gürcüstanda daha 1547 nəfərdə koronavirusa yoluxma aşkar edilib

07 May 2021, 13:42 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

07 May 2021, 13:35 (GMT +4)
Canni De Byazi: Azərbaycanda futbolçu azdır, seçim imkanı yoxdur

07 May 2021, 13:30 (GMT +4)
Qırğızıstanda su anbarında bəndin qismən dağılması səbəbindən 1,5 min insan təxliyyə edilib

07 May 2021, 13:24 (GMT +4)
Gömrük Akademiyasında ümummilli lider Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)

07 May 2021, 13:12 (GMT +4)
Azərbaycanda COVID-19-dan ölüm və sağalma faizi açıqlanıb

07 May 2021, 13:02 (GMT +4)
İşğal edilmiş İordan çayının qərbində yenidən qarşıdurma baş verib, üç fələstinli həlak olub (FOTO)

07 May 2021, 13:00 (GMT +4)
Yaxın günlərdə açılacaq Dost Mərkəzlərinin sayı açıqlanıb

07 May 2021, 12:52 (GMT +4)
Azərbaycanlı futbolçuların komandası Premyer Liqanı tərk edib

07 May 2021, 12:45 (GMT +4)
Hulusi Akar latviyalı həmkarı ilə danışıqlar aparıb

07 May 2021, 12:30 (GMT +4)
Ötən ay xaricdə təhsil alan 67 nəfərin diplomu tanınmayıb

07 May 2021, 12:12 (GMT +4)
“Fələstin məsələsinin yeganə həlli ədalətli referendum və ya zülmə müqavimətdir”

07 May 2021, 12:11 (GMT +4)
Nepalda Himalay zirvəsindən COVID-19 şübhəsi ilə 19 alpinist təxliyə edilib

07 May 2021, 12:10 (GMT +4)
Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib

07 May 2021, 12:00 (GMT +4)
İpoteka və Kredit Zəmanət Fondu ötən il 7 milyon manat mənfəət əldə edib

07 May 2021, 11:45 (GMT +4)
Bakıda başına daş parçası düşən yeniyetmənin ölümü ilə bağlı cinayət işi başlanılıb

07 May 2021, 11:42 (GMT +4)
Fransanın xarici işlər naziri Livana səfərində bu ölkə rəhbərliyini təhdid edib

07 May 2021, 11:35 (GMT +4)
İran səfiri: “Fələstin dövləti təşkil edilməyənə qədər, bu mübarizə dayanmayacaq” (VİDEO)

07 May 2021, 11:30 (GMT +4)
Bir gündə daha 3 koronavirus xəstəsi saxlanılıb

07 May 2021, 11:22 (GMT +4)
“Neftçi”nin əvəzediciləri 2020/2021 mövsümünün qalibi olub

07 May 2021, 11:20 (GMT +4)
İlon Mask ABŞ-da ən çox maaş alan CEO seçilib

07 May 2021, 11:15 (GMT +4)
Azərbaycan nefti yenidən ucuzlaşıb

07 May 2021, 11:07 (GMT +4)
"Qalatasaray"ın prezidenti namizədliyini geri götürüb

07 May 2021, 11:00 (GMT +4)
Qubada reyd keçirilib, sürücülər cərimələnib

07 May 2021, 10:58 (GMT +4)
NATO: Hələ də on minlərlə rus əsgəri Ukrayna ilə sərhəd yaxınlığında qalıb

07 May 2021, 10:52 (GMT +4)
Sərbəst güləşçilərimiz Bolqarıstanda lisenziyasız qalıb

07 May 2021, 10:45 (GMT +4)
Xalq artisti Arif Quliyevlə vida mərasimi keçirilir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66