Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Azərbaycanda Qurban bayramı qeyd olunur

31 İyul 2020, 09:00 (GMT +4)

Bakı, 31 iyul, SalamNews. Azərbaycanda bu gün və sabah Qurban bayramı qeyd olunur.

SalamNews-un məlumatına görə, Baş Nazir Əli Əsədovun “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2 dekabr 2019-cu il tarixli sərəncamına əsasən, bu il Qurban bayramı iyulun 31-də və avqustun 1-də qeyd edilir.

Qurban bayramı ilə əlaqədar Azərbaycanda iyulun 31-i (cümə), avqustun 1-i (şənbə), 2-si (bazar) və 3-ü (bazar ertəsi) ardıcıl 4 gün qeyri-iş günüdür.

Koronavirus pandemiyasına görə Azərbaycanda məscidlərdə bayram namazı qılınmayacaq.

Bununla yanaşı, pandemiya səbəbindən bayramda kütləvilik, qurbanlıq heyvanların müəyyən edilmiş yerlərdən kənarda satışı və kəsimi qadağandır.

Bu səbəbdən Qurban bayramı ilə əlaqədar qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunub.

Qurbanlıq qoyunları onlayn sifariş etmək istəyənlər www.qurbanliq.kendden.az saytına daxil olaraq 31 iyul saat 00:00-dək mövcud xanalar üzrə məlumatlarını qeyd edə və satış məntəqələrindən onlayn növbə götürə bilərlər.

İmkanlı adamların qurban kəsməsi Allah-Təala yanında bəyənilmiş - müstəhəb əməllərdən hesab olunur. Qurban ətindən fəqir və kasıb ailələrə paylamaq lazımdır.

Qurban kəsilən heyvan sağlam və kök olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa layiq və məqbul sayılmır. Qurban qoyun, keçi, öküz, inək və dəvə olmalıdır.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən bu il xarici ölkələrdən, o cümlədən Azərbaycandan Həcc ziyarəti baş tutmayıb.

Həcc ziyarəti ancaq Səudiyyə Ərəbistanı daxilində müəyyən qaydalara əməl olunmaqla təşkil edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

07 May 2021, 14:18 (GMT +4)
Buraxılış imtahanları ilə bağlı apelyasiya komissiyasına müraciət qaydaları açıqlanıb

07 May 2021, 14:04 (GMT +4)
Bir sıra müsəlman ölkələrində Qüds günü ilə bağlı aksiya və seminarlar keçirilir (FOTO)

07 May 2021, 14:01 (GMT +4)
Şuşada DOST Mərkəzinin filialı açılacaq (RƏSMİ)

07 May 2021, 13:50 (GMT +4)
Gürcüstanda daha 1547 nəfərdə koronavirusa yoluxma aşkar edilib

07 May 2021, 13:42 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

07 May 2021, 13:30 (GMT +4)
Qırğızıstanda su anbarında bəndin qismən dağılması səbəbindən 1,5 min insan təxliyyə edilib

07 May 2021, 13:24 (GMT +4)
Gömrük Akademiyasında ümummilli lider Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)

07 May 2021, 13:12 (GMT +4)
Azərbaycanda COVID-19-dan ölüm və sağalma faizi açıqlanıb

07 May 2021, 13:02 (GMT +4)
İşğal edilmiş İordan çayının qərbində yenidən qarşıdurma baş verib, üç fələstinli həlak olub (FOTO)

07 May 2021, 13:00 (GMT +4)
Yaxın günlərdə açılacaq Dost Mərkəzlərinin sayı açıqlanıb

07 May 2021, 12:52 (GMT +4)
Azərbaycanlı futbolçuların komandası Premyer Liqanı tərk edib

07 May 2021, 12:45 (GMT +4)
Hulusi Akar latviyalı həmkarı ilə danışıqlar aparıb

07 May 2021, 12:30 (GMT +4)
Ötən ay xaricdə təhsil alan 67 nəfərin diplomu tanınmayıb

07 May 2021, 12:12 (GMT +4)
“Fələstin məsələsinin yeganə həlli ədalətli referendum və ya zülmə müqavimətdir”

07 May 2021, 12:11 (GMT +4)
Nepalda Himalay zirvəsindən COVID-19 şübhəsi ilə 19 alpinist təxliyə edilib

07 May 2021, 12:10 (GMT +4)
Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib

07 May 2021, 12:00 (GMT +4)
İpoteka və Kredit Zəmanət Fondu ötən il 7 milyon manat mənfəət əldə edib

07 May 2021, 11:45 (GMT +4)
Bakıda başına daş parçası düşən yeniyetmənin ölümü ilə bağlı cinayət işi başlanılıb

07 May 2021, 11:42 (GMT +4)
Fransanın xarici işlər naziri Livana səfərində bu ölkə rəhbərliyini təhdid edib

07 May 2021, 11:35 (GMT +4)
İran səfiri: “Fələstin dövləti təşkil edilməyənə qədər, bu mübarizə dayanmayacaq” (VİDEO)

07 May 2021, 11:30 (GMT +4)
Bir gündə daha 3 koronavirus xəstəsi saxlanılıb

07 May 2021, 11:22 (GMT +4)
“Neftçi”nin əvəzediciləri 2020/2021 mövsümünün qalibi olub

07 May 2021, 11:20 (GMT +4)
İlon Mask ABŞ-da ən çox maaş alan CEO seçilib

07 May 2021, 11:15 (GMT +4)
Azərbaycan nefti yenidən ucuzlaşıb

07 May 2021, 11:07 (GMT +4)
"Qalatasaray"ın prezidenti namizədliyini geri götürüb

07 May 2021, 11:00 (GMT +4)
Qubada reyd keçirilib, sürücülər cərimələnib

07 May 2021, 10:58 (GMT +4)
NATO: Hələ də on minlərlə rus əsgəri Ukrayna ilə sərhəd yaxınlığında qalıb

07 May 2021, 10:52 (GMT +4)
Sərbəst güləşçilərimiz Bolqarıstanda lisenziyasız qalıb

07 May 2021, 10:45 (GMT +4)
Xalq artisti Arif Quliyevlə vida mərasimi keçirilir

07 May 2021, 10:36 (GMT +4)
Misir və Türkiyə nümayəndə heyətlərinin danışıqlarının birinci turu başa çatıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66