Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Bu gün ölkədə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olunur

01 Avqust 2020, 11:45 (GMT +4)

Bakı, 1 avqust, SalamNews. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin imzaladığı 9 avqust 2001-ci il tarixli 552 nömrəli Fərmanla hər il avqust ayının 1-i ölkədə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.

SalamNews-un məlumatına görə, Azərbaycanda İslam dininin yayılması ilə əlaqədar ərəb əlifbasından geniş istifadə olunub, yüz illər boyu ərəb dili din, elm və təhsil dili rolunu oynayıb. Lakin əsrlərlə müxtəlif xalqların mədəni əlaqələrinə xidmət etmiş ərəb qrafikası dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilmir, onun quruluşu və xarakteri haqqında tam aydın təsəvvür yaratmırdı. Bu çatışmazlıqlar M. F. Axundzadə başda olmaqla dövrün mütərəqqi maarifçi ziyalılarında əlifba islahatı keçirmək ideyaları yaradıb. Lakin o vaxt bu ideyanı həyata keçirmək mümkün olmayıb.

1922-ci ildə Azərbaycan hökumətinin qərarı ilə Yeni Əlifba Komitəsi yaradılıb. Bu Komitəyə Azərbaycan (türk) dili üçün latın qrafikalı əlifba tərtib etmək tapşırığı verilib. Bu yeni əlifbaya keçilməsi yolunda atılmış ilk ciddi addım olub.

1923-cü ildən etibarən latın qrafikalı əlifbaya keçmə prosesi sürətləndirilib. 1926-cı ildə keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayın tövsiyəsinə əsasən 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edilib. Bu hadisə Azərbaycanda savadsızlığın ləğv olunmasında mühüm rol oynayıb. Lakin Türkiyə Cümhuriyyətində də latın qrafikalı əlifbaya keçilməsi və bunun nəticəsində SSRİ- də və xaricdə yaşayan türk xalqları arasında mədəni əlaqələrin güclənməsi qorxusu Sovet imperiyası rəhbərliyində Azərbaycan əlifbasının yenidən dəyişdirilməsi planlarını yaradıb.

1940-cı il yanvarın 1-dən kiril qrafikalı əlifbaya keçmək haqqında qərar qəbul olunub. Sonralar kiril qrafikasının Azərbaycan dilinin fonetik səs sisteminə uyğunlaşdırılması üçün Azərbaycan kiril qrafikasında müəyyən dəyişikliklər aparılıb. Yarım əsrdən çox bir müddət ərzində kiril qrafikası ilə Azərbaycan elmi və mədəniyyətinin qiymətli nümunələri yaradılıb. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra latın qrafikalı Azərbaycan əlifbasının bərpası üçün tarixi şərait yaranıb.

Nəticədə 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun qəbul olunub. 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırılıb. Latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycan Respublikasının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq Ümummili Lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da fərman imzalayıb. Bu fərmanla avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

07 Avqust 2020, 13:06 (GMT +4)
Salyanda “Tut ağacı” kafesinin gizli fəaliyyət göstərdiyi aşkarlanıb (FOTO)

07 Avqust 2020, 12:44 (GMT +4)
Taliban üç gün ərzində danışıqlar masasına oturmağa hazırdır – Əfqanıstan prezidenti

07 Avqust 2020, 12:35 (GMT +4)
AzTU daha 2 yeni Erasmus+ KA2 layihəsinin icrasına başlayacaq

07 Avqust 2020, 12:23 (GMT +4)
Nazirlik rəsmisi Xəzərlə bağlı vətəndaşlara həyəcanlı çağırış edib

07 Avqust 2020, 11:50 (GMT +4)
Nazir: Yaxın günlərdə 13 şəhər və rayon üzrə 190 manat veriləcək

07 Avqust 2020, 11:45 (GMT +4)
Nəcəf şəhəri Qədir-Xum bayramına hazırlaşır (FOTO)

07 Avqust 2020, 11:27 (GMT +4)
Azərbaycan istehsalı olan ikinci tanker inşasının növbəti mərhələsi üçün suya salınıb (FOTO)

07 Avqust 2020, 11:10 (GMT +4)
Bakıda “40 pillə” restoranının qanunsuz faliyyət göstərdiyi məlum olub

07 Avqust 2020, 10:53 (GMT +4)
Əfqanıstanda sülh naminə tarixi toplantı keçirilir

07 Avqust 2020, 10:51 (GMT +4)
Rezidenturaya qəbulun birinci mərhələsinin nəticələri açıqlanıb

07 Avqust 2020, 10:45 (GMT +4)
Azərbaycanın bölgələri üzrə COVID-19-a yoluxma faizi açıqlanıb

07 Avqust 2020, 10:31 (GMT +4)
Gəncədə bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzillər verilib

07 Avqust 2020, 10:21 (GMT +4)
Braziliyada koronavirusdan ölənlərin sayı 100 minə yaxınlaşıb

07 Avqust 2020, 10:10 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 34 dəfə pozub

07 Avqust 2020, 09:49 (GMT +4)
MN: Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

07 Avqust 2020, 09:38 (GMT +4)
Prezident: Təmiz işləyin ki, həm vicdanınız rahat olsun, həm də halal pul qazanın

07 Avqust 2020, 09:37 (GMT +4)
ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk istefa verir

07 Avqust 2020, 09:23 (GMT +4)
Baş Prokurorluq: Vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərilib

07 Avqust 2020, 09:16 (GMT +4)
İsrail Qəzzaya hava zərbələri endirib

07 Avqust 2020, 09:00 (GMT +4)
Təhsil naziri İctimai Şura üzvləri ilə videokonfrans edib

06 Avqust 2020, 18:00 (GMT +4)
Prezident: Koronavirusu bundan sonra da nəzarət altında saxlayacağıq

06 Avqust 2020, 17:41 (GMT +4)
DYP texniki baxışla bağlı hüquqi və fiziki şəxslərə müraciət edib

06 Avqust 2020, 17:24 (GMT +4)
Səudiyyə Yəmənin əl-Couf əyalətinə şiddətli aviazərbələr endirib, 19 qadın və uşaq ölüb (FOTO)

06 Avqust 2020, 17:23 (GMT +4)
Azərbaycanda daha 144 nəfər koronavirusa yoluxub, 435 nəfər sağalıb

06 Avqust 2020, 17:15 (GMT +4)
Prezident İlham Əliyev avqust ayında da 190 manatın ödənilməsi ilə bağlı göstəriş verib

06 Avqust 2020, 17:08 (GMT +4)
DSMF-yə büdcədən ayrılan vəsait 13% azaldılır

06 Avqust 2020, 17:00 (GMT +4)
AzTU-nun rektoru "İDRAK Texnoloji Transfer"in rəhbərliyi ilə görüşüb

06 Avqust 2020, 16:35 (GMT +4)
Daşkəsəndə dəmir filizi yatağı istismara veriləcək

06 Avqust 2020, 16:17 (GMT +4)
Fransa prezidenti Emanuel Makron Beyruta gedib

06 Avqust 2020, 16:03 (GMT +4)
Paytaxtda yeni məktəb binaları inşa olunur

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66