Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Caspian European Club” rebrendinq keçirir

03 Avqust 2020, 12:51 (GMT +4)

Bakı, 3 avqust, SalamNews. “Caspian European Club”un rebrendinqini keçirdik və fəaliyyətə başladığımız birinci adımızı geri qaytardıq. Bundan sonra bütün ölkələrdə “Caspian Energy Club” adlanacağıq.

Bu barədə SalamNews-a “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev deyib.

T.Əliyev qeyd edib ki, “Caspian Energy Club” fəallığın, enerjiliyin, çətinliklərlə görüşə və yeni zirvələrə doğru hərəkətin rəmzidir. Üslubumuza aid əsas rəng olan göy daimiliyi, mənəvi başlanğıcı, yüksək ideallara sadiqliyi, sabitliyi, yenilməzliyi və əlbəttə ki, Xəzər dənizini əks etdirir. Yeni “Caspian Energy Club” adı və “Energy for business” (“Biznes üçün enerji”) şüarı bütövlükdə klubun fəaliyyətinin məğzini bir neçə aspektdən izah edir. “Caspian Energy Club”un ilkin məqsədlərindən biri neft gəlirlərini qeyri-neft sektorunun inkişafına yönəltmək olub. Bu baxımdan “Energy for business” şüarı bizim həmin siyasətə bağlılığımızı əks etdirir. “Caspian Energy Club” adı və “Energy for business” şüarı, həmçinin Xəzər regionunda yaşamaq və işləmək xoşbəxtliyi nəsib olmuş insanların enerjisini göstərir. İnsan resurslarının inkişafı və korporativ sosial məsuliyyət hər zaman olduğu kimi, yenə də “Caspian Energy Club”un fəaliyyətinin prioritetini təşkil edir. “Caspian Energy Club” rebredinqi və yeni korporativ üsluba keçid tədricən baş verəcək və bu ilin dekabrında yekunlaşmalıdır.

“Caspian Energy Club”un rebredinqi üzərində nəhəng beynəlxalq şirkətlərin və dünyanın məşhur brendlərinin 10 ildən çoxdur çalışdıqları tanınmış “Times Consulting” reklam agentliyi işləyib.

Qeyd edək ki, sıralarında 50 ölkədən 5 mindən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və klubun fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin “B2G”, “B2B” və “B2C” formatlarında dialoqları stimullaşdırmaqdan və həmin dialoqlarda iştirak etməkdən ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq “CEO Brunch”, “CEO Lunch”, “Business Tour”, “Round Table” kimi müxtəlif tədbirlər keçirir. Onlayn biznes-treninqlər çərçivəsində yerli və xarici mütəxəssislər tərəfindən vebinar, treninq və seminarlar təşkil olunur. Klubun mənzil-qərargahı Bakıda yerləşir, müxtəlif ölkələrdə rəsmi nümayəndəlikləri və səlahiyyətli nümayəndələri var.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

27 Sentyabr 2020, 16:53 (GMT +4)
Ermənistan hərbi birləşməsinin komandanlığına təslim olmaq təklif edilib

27 Sentyabr 2020, 16:50 (GMT +4)
Diaspor Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət edib

27 Sentyabr 2020, 16:20 (GMT +4)
ATƏT atəşkəs rejiminə qayıtmağa çağırıb

27 Sentyabr 2020, 16:19 (GMT +4)
Zakir Həsənov Ermənistanın təxribatının detallarını açıqlayıb

27 Sentyabr 2020, 16:15 (GMT +4)
Baş Prokurorluq: Mülki əhalidən yaralananların sayı 14-ə çatıb

27 Sentyabr 2020, 16:08 (GMT +4)
Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı keçirilib

27 Sentyabr 2020, 16:00 (GMT +4)
Azərbaycan Ordusu daha bir kəndi erməni işğalından azad edib

27 Sentyabr 2020, 15:47 (GMT +4)
Ərdoğan: "Türk milləti Azərbaycanın yanındadır"

27 Sentyabr 2020, 15:40 (GMT +4)
Türkiyəli jurnalistlər Qarabağda artilleriya atəşinə məruz qalıb

27 Sentyabr 2020, 15:35 (GMT +4)
AB Şurasının sədri: Tərəfləri atəşi dayandırmağa çağırırıq

27 Sentyabr 2020, 15:30 (GMT +4)
Prezident: Bütün hərbi hissələrimizdə, hərbi birləşmələrimizdə ruh yüksəkliyi var

27 Sentyabr 2020, 15:22 (GMT +4)
Azərbaycanda daha 128 yeni yoluxma faktı qeydə alınıb

27 Sentyabr 2020, 15:22 (GMT +4)
Prezident İlham Əliyev: "Bir neçə yaşayış məntəqəmiz işğaldan azad edilib"

27 Sentyabr 2020, 15:20 (GMT +4)
Siyasi partiyalar cəbhədəki vəziyyətlə bağlı bəyanat yayıb

27 Sentyabr 2020, 15:18 (GMT +4)
Azərbaycan Milli Məclisinin növbədənkənar iclası çağrılıb

27 Sentyabr 2020, 15:14 (GMT +4)
Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik edib

27 Sentyabr 2020, 15:11 (GMT +4)
Roma Papası Cənubi Qafqazda sülhə çağırıb

27 Sentyabr 2020, 14:58 (GMT +4)
Ermənistanın müdafiə naziri ölkə ərazisini tərk edib - KİV

27 Sentyabr 2020, 14:50 (GMT +4)
Türkiyə XİN: Azərbaycanı tam dəstəkləyirik

27 Sentyabr 2020, 14:43 (GMT +4)
Gürcüstan XİN Minsk Qrupunu eskalasiyanı dayandırmağa çağırıb

27 Sentyabr 2020, 14:30 (GMT +4)
ATƏT-in Minsk qrupu həmsədrləri bəyanat yayıb

27 Sentyabr 2020, 14:25 (GMT +4)
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

27 Sentyabr 2020, 14:17 (GMT +4)
Lavrov və Çavuşoğlu cəbhədəki vəziyyəti müzakirə ediblər

27 Sentyabr 2020, 14:13 (GMT +4)
Azərbaycan Ordusu bir sıra kəndlərimizi erməni işğalından azad edib

27 Sentyabr 2020, 14:09 (GMT +4)
Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

27 Sentyabr 2020, 13:58 (GMT +4)
Ermənistan hərbi vəziyyət rejimi və səfərbərlik elan edib

27 Sentyabr 2020, 11:56 (GMT +4)
Prezident İlham Əliyev xalqa müraciət edib

27 Sentyabr 2020, 11:25 (GMT +4)
Müdafiə Nazirliyi: Tank və helikopterlərimizin vurulması yalandır

27 Sentyabr 2020, 11:11 (GMT +4)
Azərbaycan Müdafiə Nazirliyi cəbhədə son vəziyyətlə bağlı açıqlama yayıb

27 Sentyabr 2020, 10:33 (GMT +4)
Azərbaycanda internetin verilməsi məhdudlaşdırılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66