Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

İmişlidəki göllərdən Baş Muğan kanalına su vurulmasına başlanılıb

03 Avqust 2020, 17:46 (GMT +4)

Bakı, 3 avqust, SalamNews. İmişlidə yerləşən antropogen göllərdən Baş Muğan kanalına su vurulmasına start verilib.

SalamNews xəbər verir ki, antropogen göllərdəki su ehtiyatı hesabına ətraf rayonlarda suvarmada yaşanan problemi aradan qaldırmaq mümkün olacaq. Artıq Xubyarlı kəndində yerləşən göllərin birindən Baş Muğan kanalına su vurulmasına başlanılıb.

Bununla bağlı keçirilən tədbirdə Baş Nazirin müavini Şahin Mustafayev, Kənd Təsərrüfatı naziri İnam Kərimov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev iştirak ediblər.

Şahin Mustafayev jurnalistlərə müsahibəsində bildirib ki, ölkədə yaranan su probleminin aradan qaldırılması üçün Prezident İlham Əliyevin tapşırığı ilə tədbirlər planı həyata keçirilir. Planın 1.7 bəndinə uyğun olaraq ölkə ərazisində ehtiyat su mənbələrinin araşdırılması və həmin su hövzələrindən səmərəli istifadə olunması istiqamətində işlər görülür. Baş Nazirin müavini qeyd edib ki, ilkin mərhələdə İmişli rayonunun Xubyarlı kəndi ərazisində yerləşən göllərdəki sudan istifadə edilməsinə başlanılıb. Bir-biri ilə əlaqəli olan 5 gölün ərazisi 250 hektardır. Dərinliyi 25-30 metr olan bu göllərdə 100 milyon kubmetrə qədər su ehtiyatı mövcuddur. Bu mənbələr suvarma üçün tam yararlı hesab edilir.

Suyun vurulması göl üzərində quraşdırılan üzən nasos stansiyası ilə həyata keçirilir. Stansiyanın dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi üçün ərazidə transformator yarımstansiyası da quraşdırılıb. Baş Muğan kanalına ötürülən su hesabına 3 rayonda - İmişli, Saatlı və Sabirabadda 5 min hektardan çox əkin sahəsinin suvarılması yaxşılaşacaq. Üç aqreqatlı nasosla kanala saniyədə 5-6 kubmetr su vurulur.

Yaxın gələcəkdə digər göllərdən də suvarma məqsədilə istifadə olunacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

28 Sentyabr 2020, 10:45 (GMT +4)
Azərbaycan İƏT ölkələrindən ən çox Türkiyəyə məhsul göndərib

28 Sentyabr 2020, 10:38 (GMT +4)
Makron Livan hökuməti və siyasi partiyalarına yeni möhlət verdiyini bildirib

28 Sentyabr 2020, 10:35 (GMT +4)
G20 liderləri sammitinin tarixi və formatı açıqlanıb

28 Sentyabr 2020, 10:34 (GMT +4)
Azərbaycan və Fransa prezidentləri cəbhədəki vəziyyəti müzakirə ediblər

28 Sentyabr 2020, 10:30 (GMT +4)
AQTA: Mehmanxanalarda reydlər davam etdirilir

28 Sentyabr 2020, 10:16 (GMT +4)
Könüllü gömrükçülər onlayn rejimdə fəaliyyət göstərirlər

28 Sentyabr 2020, 10:05 (GMT +4)
Dağlıq Qarabağdakı hadisələr bölgədə daha geniş qarşıdurmaya çevrilə bilər - Bayden

28 Sentyabr 2020, 10:02 (GMT +4)
İlin sonunadək məcburi köçkünlər üçün daha 5 yeni qəsəbə istifadəyə veriləcək

28 Sentyabr 2020, 09:51 (GMT +4)
ABŞ Bağdaddakı səfirliyini boşaldır

28 Sentyabr 2020, 09:50 (GMT +4)
İşsizlikdən sığorta ödənişinin təyinatı sahəsində yeniliklər ediləcək

28 Sentyabr 2020, 09:41 (GMT +4)
Neftçalada gənclər üçün yeni mərkəz açılıb

28 Sentyabr 2020, 09:35 (GMT +4)
MN: Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib (VİDEO)

28 Sentyabr 2020, 09:33 (GMT +4)
Türkiyəli nazir: Qardaş Azərbaycanın yanındayıq

28 Sentyabr 2020, 09:30 (GMT +4)
Ermənistanın xəstəxanaları yaralılara görə ağır xəstələri qəbul etmir

28 Sentyabr 2020, 09:28 (GMT +4)
Dünyada COVID-19 virusundan ölənlərin sayı 1 milyonu ötüb

28 Sentyabr 2020, 09:27 (GMT +4)
Vaşinqton Ermənistan və Azərbaycanı döyüşləri dərhal dayandırmağa çağırıb

28 Sentyabr 2020, 09:23 (GMT +4)
Müdafiə Nazirliyi: Düşmənin 550 nəfərdən artıq itkisi var

28 Sentyabr 2020, 09:16 (GMT +4)
XİN: Düşmən qüvvələri mülki şəxsləri və obyektləri məqsədyönlü şəkildə hədəfə alır

28 Sentyabr 2020, 09:13 (GMT +4)
Tramp Dağlıq Qarabağdakı vəziyyətlə bağlı açıqlama verib

28 Sentyabr 2020, 09:01 (GMT +4)
Düşmənin daha 2 tankı məhv edilib (VIDEO)

28 Sentyabr 2020, 08:56 (GMT +4)
Müdafiə Nazirliyi: Düşmən sonuncu dəfə xəbərdar edilir

28 Sentyabr 2020, 08:48 (GMT +4)
İranın XİN rəhbəri Azərbaycan və ermənistanlı həmkarları ilə telefon bağlantısında olub

27 Sentyabr 2020, 23:24 (GMT +4)
BMT Baş katibi Azərbaycan və Ermənistanı döyüşləri dərhal dayandırmağa çağırıb

27 Sentyabr 2020, 21:27 (GMT +4)
Səfərbərlik Xidməti: Hərbi vəziyyət səfərbərliyin elan olunması anlamına gəlmir

27 Sentyabr 2020, 21:11 (GMT +4)
Ermənistan ordusuna məxsus silah-sursat anbarı məhv edilib (VİDEO)

27 Sentyabr 2020, 19:51 (GMT +4)
Azərbaycan XİN rəhbəri ilə Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi arasında telefon danışığı olub

27 Sentyabr 2020, 19:40 (GMT +4)
Ermənilərin hücumu nəticəsində bir ailənin 5 üzvü həlak olub - Baş Prokurorluq

27 Sentyabr 2020, 19:24 (GMT +4)
Paşinyan Putinə zəng edib

27 Sentyabr 2020, 19:15 (GMT +4)
Azərbaycan Xarici İşlər nazirinin rusiyalı həmkarı ilə telefon danışığı olub

27 Sentyabr 2020, 19:12 (GMT +4)
Leyla Abdullayeva: Biz beynəlxalq ictimaiyyəti Ermənistan rəsmisinin irqçi və şovinist açıqlamasını pisləməyə çağırırıq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66