Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Milli Məclisin deputatı Fəttah Heydərov vəfat edib

04 Avqust 2020, 09:56 (GMT +4)

Bakı, 4 avqust, SalamNews. Azərbaycan Milli Məclisinin deputatı, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov vəfat edib.

SalamNews-un məlumatına görə, F. Heydərov bu gecə 82 yaşında dünyasını dəyişib.

O, bir müddətdir, xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, Fəttah Heydərov 1938-ci il fevralın 23-də Naxçıvan MR-nın Babək rayonunun Çeşməbasar kəndində anadan olmuşdur. 1955-ci ildə Nehrəm kənd orta məktəbini, 1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini, 1975-ci ildə Bakı Ali Partiya Məktəbini bitirmişdir.

Əmək fəaliyyətinə 1955-ci ildə Babək rayonu Güznüt kənd klubunun müdiri kimi başlamışdır. 1958-ci ildən Çeşməbazar səkizillik məktəbinin müəllimi, 1968-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, 1970-ci ildən Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi işləmiş, 1970-1990-cı illərdə Naxçıvan şəhər və Ordubad rayon XDS-in deputatı seçilmişdir.

1976-1978-ci illərdə Naxçıvan MSSR Əhaliyə Məişət Xidməti naziri işləmişdir.

1978-ci ildən Ordubad, 1986-cı ildən Culfa Rayon Partiya Komitəsinin I katibi, 1983-cü ildən Naxçıvan MR Mədəniyyət naziri işləmişdir.

1990-1995–ci illərdə Naxçıvan MR Ali Sovetinin deputatı olmuşdur. Azərbaycan Respublikası I (1995-ci il), II (2000-ci il), III (2005-ci il), IV (2010-cu il), V (2015) çağırış Milli Məclisinin deputatı olmuşdur. 9 fevral 2020-ci il tarixində Azərbaycan Respublikası VI çağırış Milli Məclisinin deputatı seçilmişdir. Azərbaycan Ağsaqqallar Şurasının sədridir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

29 Sentyabr 2020, 12:55 (GMT +4)
MN: Füzulidə düşmənin əks-hücum cəhdi dəf edilib

29 Sentyabr 2020, 12:48 (GMT +4)
MN: Düşmənin komanda müşahidə məntəqəsi darmadağın edilib

29 Sentyabr 2020, 12:41 (GMT +4)
XİN: BMT Təhlükəsizlik Şurasının qətnamələri məcburi xarakter daşıyır

29 Sentyabr 2020, 12:38 (GMT +4)
Biz ölkə ərazisindən silah-sursatın keçməsinə imkan vermərik – İran XİN

29 Sentyabr 2020, 12:37 (GMT +4)
Baş Prokurorluq: Mülki əhalinin atəşə tutulması ilə bağlı 5 cinayət işi başlanılıb

29 Sentyabr 2020, 12:30 (GMT +4)
İlham Əliyev: "Bu dəfə biz onlara növbəti dərs verəcəyik"

29 Sentyabr 2020, 12:27 (GMT +4)
Ermənilər Xankəndindən qaçır - KİV

29 Sentyabr 2020, 12:18 (GMT +4)
Müğənni Sami Yusuf Azərbaycana dəstəyini ifadə edib

29 Sentyabr 2020, 12:18 (GMT +4)
QMİ sədri: Ölkə dindarları dövlət rəhbərimizin qətiyyətli addımlarını dəstəkləyirlər 

29 Sentyabr 2020, 12:11 (GMT +4)
Gürcüstanda koronavirusa yoluxmanın sayına görə anti-rekord yenilənib

29 Sentyabr 2020, 12:10 (GMT +4)
Ermənistan ordusunun daha bir zabiti məhv edilib (RƏSMİ)

29 Sentyabr 2020, 12:06 (GMT +4)
MN: Ermənistan ordusunun daha bir zabiti məhv edilib

29 Sentyabr 2020, 12:02 (GMT +4)
Azərbaycan MN: Qələbə bizimlədir!

29 Sentyabr 2020, 12:00 (GMT +4)
MN: Ermənistan tərəfi köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir

29 Sentyabr 2020, 11:51 (GMT +4)
Ceyhun Bayramovla Britaniyanın dövlət naziri arasında telefon danışığı olub

29 Sentyabr 2020, 11:45 (GMT +4)
Müqtəda Sədr İraqda yeni vətəndaş müharibəsi barədə xəbərdarlıq edib

29 Sentyabr 2020, 11:41 (GMT +4)
Ermənistan Ordusu İTV-nin avtomobilinə atəş açıb

29 Sentyabr 2020, 11:39 (GMT +4)
ABŞ-da atışma baş verib, ölənlər var

29 Sentyabr 2020, 11:30 (GMT +4)
Ermənistan ordusunun alayı darmadağın edilib - MN

29 Sentyabr 2020, 11:24 (GMT +4)
Müdafiə Nazirliyi: Ermənistan ordusunun polkovniki məhv edilib

29 Sentyabr 2020, 11:19 (GMT +4)
MN: Düşmənin “Uraqan” yaylım atəş sistemi məhv edilib

29 Sentyabr 2020, 11:16 (GMT +4)
Vaqif Dərgahlı: Azad edilən ərazilərin bir qarışı belə itirilməyib

29 Sentyabr 2020, 11:10 (GMT +4)
Cəbhə bölgəsində yerləşən 468 məktəbin dərs cədvəllərinə dəyişiklik edilib

29 Sentyabr 2020, 10:56 (GMT +4)
Türkiyəli millət vəkili ATƏT Minsk Qrupunu ləğv etməyə çağırıb 

29 Sentyabr 2020, 10:50 (GMT +4)
MN: Növbəti düşmən tankları məhv edilib (VİDEO)

29 Sentyabr 2020, 10:45 (GMT +4)
Dünya bazarında neft ucuzlaşıb

29 Sentyabr 2020, 10:39 (GMT +4)
Rusiya İdlibdə yeni kimyəvi hücumun səhnələşdirilməsilə bağlı xəbərdarlıq edib

29 Sentyabr 2020, 10:30 (GMT +4)
Prezident İlham Əliyev Pakistanın yeni səfirinin etimadnaməsini qəbul edib

29 Sentyabr 2020, 10:24 (GMT +4)
Abdulla Gül: Ümid edirəm Ermənistan 29 ildir davam etdirdiyi bu haqsız işğala son verər

29 Sentyabr 2020, 10:12 (GMT +4)
Azərbaycan MDB ölkələrinə məhsul ixracını artırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66