Mayk Pompeo Talibanın lideri ilə danışıqlar aparıb04 Avqust 2020, 11:13 (GMT +4) Bakı, 4 avqust, SalamNews, B.Samid. ABŞ dövlət katibi Mayk Pompeo Talibanın Siyasi ofisinin rəhbəri Molla Bəradərlə danışıqlar aparıb.
SalamNews BBC.Farsi-ə istinadla xəbər verir ki, bunu Talibanın sözçüsü Suheyl Şahin deyib.
Bildirilib ki, ABŞ dövlət katibi və hərəkatın siyasi ofisinin rəhbəri ötən gün videokonfrans vasitəsilə Əfqanıstandaxili danışıqlar məsələsini, Taliban məhbuslarının bütününün azad edilməsi və sair əlaqəli mövzuları müzakirə ediblər.
Qeyd edək ki, Taliban və ABŞ cari ilin fevralında sülh anlaşması imzalayıblar. Anlaşmaya əsasən əcnəbi qüvvələrə hücumlar dayandırılır və bu qüvvələr iki il ərzində ölkəni tərk edir. Anlaşmanın şərtlərindən biri də Əfqanıstandaxili danışıqların başlamasıdır. Taliban bu danışıqlara başlamaq üçün hökumətdən tələb edir ki, 5 min məhbusu azad etsin. Hökumət indiyə qədər 4,600 Taliban məhbusunu azad etsə də yerdə qalan 400 nəfəri ağır cinayətlər törətdiklərinə görə sərbəst buraxmaqdan imtina edir.
|