Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Firuzə Sultan-zadə: Su ehtiyatı ilə bağlı problemləri məktəblilər arasında müzakirə mövzusuna çevirmişik

04 Avqust 2020, 09:43 (GMT +4)

Bakı, 4 avqust, SalamNews. İyul-avqust aylarında BMT İP və Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin tərəfdaşlığı ilə “Su ehtiyatlarının səmərəli istifadə yolları” mövzusunda vebinarlar keçirilir.

Bu barədə SalamNews-a müsahibəsində Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru, biologiya elmlər namizədi, BDU-nun Bioekologiya kafedrasının dosenti Firuzə Sultan-zadə deyib.

Onlayn tədbirin əsas məqsədi nədir?

Burada əsas məqsədi insan həyatı və sağlamlığı, öncəliklə də uşaqların həyatının və sağlamlığının mühafizəsi üçün ən əhəmiyyətli məsələlərdən biri olan təmiz su və onun istifadəsi, iqlim dəyişmələrinin su ehtiyatlarına təsiri, Azərbaycanda mövcud su ehtiyatı ilə bağlı problemləri məktəblilər arasında müzakirə mövzusuna çevirmək və maarifləndirmə işini təşkil etmək, eyni zamanda məktəblilərin, müəllimlərin və məktəbdənkənar müəssisəslərin müvafiq mövzularda bilik və bacarıqlarının təkmilləşdirilməkdən ibarətdir.

Vebinarda hansı məsələlər müzakirə edilir?

Bu vebinarlar hazırda mövcud olan su problemlərinin həlli yollarını maarifləndirmə vasitəsilə prezidentin tapşırıqlarına müvafiq olaraq həyata keçirilir. İyulun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə keçirilib. Prezident İlham Əliyev giriş nitqində su təsərrüfatında mövcud olan problemlər və görüləcək işlər haqqında danışıb, infrastruktur layihələrin ardıcıl şəkildə icrasını vuğulayıb, son illərdə Azərbaycanda həyata keçirilən nəhəng su layihələrinin vəziyyətinin tamamilə müsbət tərəfə dəyişməsindən, içməli su və meliorasiya problemlərin həlli istiqamətində görülmüş işlərdən və su resurslarının ekoloji tarazlığa, kənd təsərrüfatının inkişafına böyük təsirlərindən, içməli su və meliorasiya layihələrinin mövcud çatışmazlıqlarının bundan sonrakı illərdə aradan qaldırılmasından, vahid idarəetmə mexanizminin işlənib təqdim edilməsindən və ardıcıl olaraq qısamüddətli, ortamüddətli və uzunmüddətli fəaliyyət planlarının icrasından bəhs edib.

Onlayn tədbirlərdə “Su probleminin yaranma səbəbləri”, “İqlim dəyişmələrinin su ehtiyatlarına təsiri”, “Maarifləndirmə: amalımız-sudan qənaətlə istifadədir!”, “Sudan səmərəli istifadə, həyata keçirilən layihələr” mövzularında Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Umayra Tağıyeva, Faiq Mütəllimov, Rafiq Verdiyev, İradə İbrahimova, su problemləri üzrə müstəqil ekspert Rövşən Abbasov, KİV nümayəndəsi Orxan Kərimov, BMT İP Baş Proqram müşaviri Çingiz Məmmədov, BMT-nin İqlim dəyişmələri üzrə konvensiyasına Dördüncü Milli Məlumatın hazırlanmasına texniki yardım” layihə asitenti Elana Əlizadə və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru PhD Firuzə Sultan-zadənin iştirakı ilə vebinarlar keçirilir.

Vebinarların auditoriyası nə qədərdir?

Vebinarlar onlayn və canlı sosial şəbəkələrdə yayımlanır və maraqlanan uşaqlar qeydiyyatdan keçərək qoşula bilirlər. Vebinarda Bakı şəhəri və regionlar üzrə ümumtəhsil müəssisələrinin məktəbliləri, Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin dərnək rəhbərləri, ekoklub liderləri, valideynləri aktiv iştirak edir.Vebinarlar sosial şəbəkələrdə yayımlanıb və baxış sayı 4000-i ötüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında əməkdaşlığa dair 2018-ci il tarixli Anlaşma Memorandumuna əsasan Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindənrespublika üzrə təhsil müəssisələrinin ekoklublarında və UGİM-lərdəekoloji təlimlərin elmi-praktiki mahiyyəti daha da genişləndirilmişdir və təlimlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə keçirilir.Təhsil Nazirliyi Respublika Uşaq - Gənclər İnkişaf Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə əməkdaşlığı ilə ölkənin müxtəlif regionlarından olan məktəblilər ilə aksialar, dəyirmi masalar, duşərgilər keçirilir. Onların iqlim dəyişikliyi, ağaclara qulluq, yaşıllıqların artırılması, flora və faunanın qorunması, ətraf mühitin mühafizəsi, enerjiyə və suya qənaət və digər mövzularda böyük maraqla verdiyi sualları ETSN mütəxəssisləri cavablandırılır.

Vebinarda iştirak edənlər hansı biliklərə yiyələnirlər?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə əməkdaşlığı ilə uşaq və gənclərin məktəbdənkənar fəaliyyətinin səmərəli təşkili üçün Bakı şəhəri və regionlarda fəaliiyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərində “Sudan səmərəli istifadə” haqqında proqram üzrə məktəblilərə və pedaqoji heyətə təlimlər keçirilir. Ekoklub üzvləri ekologiyanın əsaslarını öyrənməklə su resurslarının davamlı istifadəsi sahəsində xüsusi bilik və bacarıqlara yiyələnirlər.

Eyni zamanda 2016-cı ildən etibarən Bakı və regional ümumtəhsil müəssisələrində Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində hər il “Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi” layihəsi keçirilir. Layihənin əsas məqsədi məktəblilərin təbii ehtiyatların qənaətlə istifadəsi, həmçininsu ehtiyatlarının səmərəli istifadə problemlərinin həlli yollarının tapılması və içməli suya qənaət sahəsində təcrübənin, su ehtiyatlarına təzyiqlərin azadılması üçün texnoloji ideyalar və təkliflərin artırılması. Eyni zamanda ev şəraitində sudan qənaətlə istifadəyə dair ictimaətin məlumatlandırılması.

Geniş müsahibə üçün təşəkkür edirik

Sağolun!


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

01 Oktyabr 2020, 18:05 (GMT +4)
Nazirlik: Ermənistan enerji infrastrukturu obyektlərini atəşə tutmaqda davam edir

01 Oktyabr 2020, 18:03 (GMT +4)
MN: Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan əraziləri yenidən raket atəşinə tutulub

01 Oktyabr 2020, 18:03 (GMT +4)
Mariya Zaxarova: Rusiya Qarabağda baş verənlərə laqeyd yanaşmır

01 Oktyabr 2020, 18:00 (GMT +4)
Azercell Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat köçürüb

01 Oktyabr 2020, 17:50 (GMT +4)
Milli Məclisin Sədri Küveytin Azərbaycandakı səfirliyində olub

01 Oktyabr 2020, 17:48 (GMT +4)
Nazarbayev Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsindən narahatdır 

01 Oktyabr 2020, 17:35 (GMT +4)
Məktəbəhazırlıq qrupları - ilk addım, ilk sevinc (FOTOREPORTAJ)

01 Oktyabr 2020, 17:25 (GMT +4)
Türkiyə Azərbaycanın tərəfində olub və olacaq - TBMM sədri

01 Oktyabr 2020, 17:17 (GMT +4)
Azad Rəhimov beynəlxalq təşkilatlara məktub ünvanlayıb

01 Oktyabr 2020, 17:07 (GMT +4)
Milli Məclisin sabahkı iclasının gündəliyi açıqlanıb

01 Oktyabr 2020, 16:41 (GMT +4)
Müdafiə Nazirliyi: Düşmənin daha bir neçə hərbi texnikası məhv edilib (VİDEO)

01 Oktyabr 2020, 16:41 (GMT +4)
Rusiya, ABŞ və Fransa prezidentləri Dağlıq Qarabağdakı vəziyyətlə bağlı bəyanat qəbul edib

01 Oktyabr 2020, 16:20 (GMT +4)
Azərbaycanda daha 80 yeni yoluxma faktı qeydə alınıb

01 Oktyabr 2020, 16:10 (GMT +4)
Türkiyə prezidenti: Dağlıq Qarabağın işğalına laqeyd qalmaq ikiüzlülükdür

01 Oktyabr 2020, 16:08 (GMT +4)
MN: Azərbaycan HHQ-nin döyüş təyyarəsi və helikopterləri bugünkü döyüşlərdə tətbiq olunmayıb

01 Oktyabr 2020, 16:06 (GMT +4)
KOBİA sahibkarlara müraciət edib

01 Oktyabr 2020, 16:01 (GMT +4)
ARDNF valyuta satışı ilə bağlı açıqlama yayıb

01 Oktyabr 2020, 15:56 (GMT +4)
Azərbaycan Mərkəzi Bankı ötən ay valyuta ehtiyatlarını artırıb

01 Oktyabr 2020, 15:52 (GMT +4)
Beynəlxalq Əhli-Beyt Konqresi Azərbaycanı dəstəklədiyini bildirib

01 Oktyabr 2020, 15:45 (GMT +4)
Rusiya, ABŞ və Fransa liderləri Dağlıq Qarabağla bağlı bəyanat hazırlayır

01 Oktyabr 2020, 15:39 (GMT +4)
Argentinada son sutkada rekord sayda koronavirusa yoluxma qeydə alınıb

01 Oktyabr 2020, 15:25 (GMT +4)
İranda son sutkada 211 nəfərin koronavirusdan ölümü qeydə alınıb

01 Oktyabr 2020, 15:17 (GMT +4)
Azərbaycan Ordusu yalnız hərbi obyektlərə zərbə endirir (RƏSMİ)

01 Oktyabr 2020, 15:16 (GMT +4)
Daha bir şirkət Azərbaycan Ordusuna dəstək olub

01 Oktyabr 2020, 15:04 (GMT +4)
Fələstinin maraqlarını qorumaq bütün İslam dünyasının problemidir- Çavuşoğlu

01 Oktyabr 2020, 14:52 (GMT +4)
Nazir: Pandemiya dövrü üçün Təhsil Nazirliyinin 4 tədris planı var

01 Oktyabr 2020, 14:32 (GMT +4)
Qurban Qurbanov: Varşavada olsaq da ürəyimiz Azərbaycandadır

01 Oktyabr 2020, 14:27 (GMT +4)
İsrail son gündə İordan çayının qərbində 22 fələstinlini həbs edib

01 Oktyabr 2020, 14:23 (GMT +4)
Azərbaycan Ermənistana növbəti xəbərdarlıq edib: Hərbi hədəflərə qarşı adekvat tədbirlər görüləcək

01 Oktyabr 2020, 14:20 (GMT +4)
Kanadada 24 saatda koronavirusa yoluxanların sayı yazdakı göstəricilərə çatıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66