Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Azərbaycana tibbi maska istehsal edən avadanlıqlar gətirilib

04 Avqust 2020, 13:22 (GMT +4)

Bakı, 4 avqust, SalamNews. Avropa İttifaqının maliyyə dəstəyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı ilə Azərbaycanda koronavirus pandemiyası dövründə tibbi maskaların istehsalına dəstək məqsədilə bir sıra texniki avadanlıqların satınalınması həyata keçirilib.

SalamNews-un məlumatına görə, sözügedən təşəbbüs çərçivəsində iki müasir maska iplikləri üçün istifadə edilən avadanlıq və bir ton xammal BMT-nin İnkişaf Proqramının beynəlxalq təchizat zənciri vasitəsilə Bakıya çatdırılıb və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində quraşdırılıb.

Qeyd edək ki, hazırda istehsal prosesinə 85 əməkdaş cəlb olunub. 24 saat fəaliyyət göstərən emalatxanada günlük 100,000 tibbi maska istehsal edilir. İstehsal olunan maskaları şəhərimizin apteklərində əldə etmək mümkündür.

Təşəbbüs, Avropa İttifaqının maliyyələşdirdiyi, BMTİP və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə icra etdiyi Azərbaycanın peşə təhsili sisteminin daha da gücləndirilməsi və müasirləşdirilməsi məqsədi ilə həyata keçirilən “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Təhsili Mərkəzinin Yaradılmasına dəstək” layihəsi çərçivəsində baş tutub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

30 Sentyabr 2020, 01:30 (GMT +4)
Hərbi attaşelər cəbhədə baş verənlərlə bağlı məlumatlandırılıb

30 Sentyabr 2020, 01:25 (GMT +4)
İlham Əliyev: “ F-16 təyyarələri döyüş əməliyyatlarında heç bir şəkildə iştirak etmir”

30 Sentyabr 2020, 01:23 (GMT +4)
XİN rəhbəri: “Ermənilər mülki şəxsləri məqsədyönlü şəkildə hədəfə alır”

30 Sentyabr 2020, 01:20 (GMT +4)
Cəbrayıl rayonu istiqamətində düşmənin döyüş texnikaları məhv edilib (VIDEO)

30 Sentyabr 2020, 00:52 (GMT +4)
Erməni generalı və zabitlərinin olduğu bunker dağıdılıb

29 Sentyabr 2020, 22:26 (GMT +4)
Mehriban Əliyeva: “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!”

29 Sentyabr 2020, 22:13 (GMT +4)
Prezident İlham Əliyev “Rossiya 1” telekanalında vacib çıxış edib (VİDEO)

29 Sentyabr 2020, 20:41 (GMT +4)
MN: Ermənistana məxsus Su-25 təyyarəsinin F-16 qırıcısı tərəfindən vurulması barədə məlumatlar yalandır

29 Sentyabr 2020, 18:02 (GMT +4)
Küveytin əmiri Şeyx Sabah əl-Əhməd vəfat edib

29 Sentyabr 2020, 18:00 (GMT +4)
Tovuzda yeni avtomobil tunelinin inşasına başlanılıb

29 Sentyabr 2020, 17:58 (GMT +4)
ATƏT Daimi Şurası bu gün Qarabağdakı vəziyyətlə bağlı iclas keçirəcək

29 Sentyabr 2020, 17:53 (GMT +4)
Qarabağın azərbaycanlı icması beynəlxalq təşkilatlara müraciət edib

29 Sentyabr 2020, 17:50 (GMT +4)
Əfqanıstanda minanın partlaması nəticəsində 14 mülki şəxs həyatını itirib

29 Sentyabr 2020, 17:42 (GMT +4)
“ASAN Məktub” çərçivəsində 50 şagirdə məktəb ləvazimatları təqdim edilib

29 Sentyabr 2020, 17:22 (GMT +4)
Azərbaycanda daha 58 yeni yoluxma faktı qeydə alınıb

29 Sentyabr 2020, 17:16 (GMT +4)
ANAMA cəbhəboyu ərazilərdə yaşayan sakinlərə müraciət edib

29 Sentyabr 2020, 17:09 (GMT +4)
MN: Azərbaycan Ordusunda tibbi təminat, təchizat və qan ehtiyatları ilə bağlı heç bir problem yoxdur

29 Sentyabr 2020, 16:49 (GMT +4)
Təbriz Qubernatorluğu rus kamazlarının İran-Ermənistan sərhədində saxlanıldığını bildirib

29 Sentyabr 2020, 16:47 (GMT +4)
Kreml Türkiyənin Dağlıq Qarabağdakı vəziyyətlə bağlı mövqeyinə münasibət bildirib

29 Sentyabr 2020, 16:43 (GMT +4)
Millət vəkili Jalə Əhmədova estonliyalı həmkarlarına müraciət edib

29 Sentyabr 2020, 16:40 (GMT +4)
Düşmən dinc əhalini hədəfə alır - FOTOREPORTAJ

29 Sentyabr 2020, 16:40 (GMT +4)
MN: Artilleriya bölmələri düşmənə sarsıdıcı zərbələr endirir

29 Sentyabr 2020, 16:30 (GMT +4)
Ermənilərin təxribatı nəticəsində yaralanan mülki şəxslərin sayı 33-ə çatıb

29 Sentyabr 2020, 16:28 (GMT +4)
Türkiyə XİN başçısı və AKP rəsmisi Azərbaycan səfirliyini ziyarət edib

29 Sentyabr 2020, 16:20 (GMT +4)
Kontakt Home cəbhəyə yollanan hər bir əməkdaşın ailəsinə 500 manat yardım ayırıb

29 Sentyabr 2020, 16:03 (GMT +4)
Azərbaycan XİN başçısı dəstəyə görə Pakistana təşəkkür edib

29 Sentyabr 2020, 15:55 (GMT +4)
İranın üç neft tankeri Venesuela sahillərinə çatıb

29 Sentyabr 2020, 15:49 (GMT +4)
Hikmət Hacıyev xarici jurnalistləri Azərbaycana dəvət edib

29 Sentyabr 2020, 15:42 (GMT +4)
İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi Azərbaycanla həmrəydir

29 Sentyabr 2020, 15:40 (GMT +4)
Pompeo: Azərbaycan və Ermənistan mümkün qədər tez substantiv danışıqlara qayıtmalıdır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66