Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azercell-in dəstəyilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətt xidməti" növbəti hesabatını açıqlayıb

05 Avqust 2020, 16:51 (GMT +4)

Bakı, 5 avqust, SalamNews. “Azercell Telekom” MMC-nin dəstəyilə fəaliyyət göstərən Azərbaycan Uşaq Qaynar Xətt (AUQX) xidməti pandemiya dövründə də gərgin işini davam etdirir. Bu ilin iyun ayında AUQX xidmətinə 555 zəng daxil olub.

Şirkətdən SalamNews-a verilən məlumata görə, müraciətlərin əksəriyyəti təhsil sahəsi (273 zəng) ilə əlaqəli olub. Müraciət edənlərin 90-ı hüquqi, 65-i psixoloji məsələlərlə maraqlanıblar. Ümumilikdə, 36 müraciət səhiyyə, 35 sosial mövzular üzrə, 56 müraciət isə digər məsələlərlə əlaqəli olub. Zəng edənlərin 446-sı onları narahat edən məsələ ilə bağlı ilk dəfə olaraq Azərbaycan Uşaq Qaynar Xətt xidmətinə müraciət ediblər. Toplam müraciətlərin yalnız 109-u təkrarən daxil olub.

İyun ayında xidmətə müraciətlərin təxminən yarısı oğlanlar (280), yerdə qalanları qızlar (275 nəfər) tərəfindən olub. Yaş kateqoriyası üzrə bölgüyə görə zənglərin 452-si 18 yaşdan yuxarı, 103 zəng isə 18 yaşdan aşağı şəxslər tərəfindən daxil olub. Zənglərin əksəriyyəti, daha dəqiq desək, 338-i Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin mobil nömrəsi, 182-si isə şəhər telefonu vasitəsilə daxil olub. Telefon zənglərindən əlavə, 35 müraciət SMS vasitəsilə qəbul edilib.
Mərkəz əməkdaşları qaynar xəttə daxil olan müraciətlərlə əlaqədar mütəmadi olaraq ailələr və onların uşaqları ilə görüşlər təşkil edirlər. İyun ayı ərzində 29 belə görüş keçirilib, 2 ailə Qaynar Xəttin əməkdaşları tərəfindən ziyarət edilib. Daxil olan müraciətlərlə bağlı aidiyyəti olan orqanlara 11 məktub göndərilib.

Qeyd edək ki, Azərbaycan Uşaq Qaynar Xətt xidməti 2010-cu ilin əvvəlində yaradılıb. Ümidli Gələcək Gənclər Təşkilatının xidmət mərkəzi olan və ilk gündən “Azercell Telekom” MMC-nin dəstəyilə fəaliyyət göstərən bu qurum uşaq və yeniyetmələrə, eləcə də onların problemi ilə əlaqədar hər bir şəxsə sosial, psixoloji və hüquqi yardım edir. Bu illər ərzində xidmət mərkəzi uşaqların etimadını qazana bilib. Təkcə 2020-ci ilin yanvar - iyun ayları ərzində AUQX-nə 3174 müraciət daxil olub və onların heç biri diqqətdən kənarda qalmayıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

19 Yanvar 2021, 23:57 (GMT +4)
Bu gün 20 Yanvar faciəsinin 31-ci il dönümüdür

19 Yanvar 2021, 18:00 (GMT +4)
Azərbaycan və İran Araz çayı üzərində SES-lərin tikintisinə dair razılığa gəlib

19 Yanvar 2021, 17:57 (GMT +4)
Ərdoğan: Türkiyə bölgədə balanslaşdırıcı amillərdən biridir

19 Yanvar 2021, 17:50 (GMT +4)
Şuşaya çəkilən “Zəfər yolu” sentyabr ayınadək istifadəyə veriləcək

19 Yanvar 2021, 17:40 (GMT +4)
Azərbaycanda yeni mis-qızıl yatağı kəşf edilib

19 Yanvar 2021, 17:30 (GMT +4)
Gömrük xidməti bəzi plastik əşyaların idxalını qadağan edib

19 Yanvar 2021, 17:20 (GMT +4)
2778 şəhidin 6790 ailə üzvünə pensiya, müavinət və təqaüd təyinatı aparılıb

19 Yanvar 2021, 17:20 (GMT +4)
Peskov bəyan edib ki, Navalnı ilə bağlı vəziyyət Putinin xüsusi diqqətini tələb etmir

19 Yanvar 2021, 17:10 (GMT +4)
Ötən il Mətbuat Şurasına daxil olan şikayətlərin sayı açıqlanıb

19 Yanvar 2021, 17:00 (GMT +4)
Şuşanın 2022-ci ildə Türk dünyasının mədəni paytaxtı elan edilməsi təklif olunub

19 Yanvar 2021, 16:56 (GMT +4)
İraqda Parlament seçkilərinin vaxtı təxirə salınıb

19 Yanvar 2021, 16:50 (GMT +4)
MN: Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu davam edir (VİDEO)

19 Yanvar 2021, 16:45 (GMT +4)
Bakı Nəqliyyat Agentliyi sürücülərə müraciət edib

19 Yanvar 2021, 16:40 (GMT +4)
Dünyada koronavirusa yoluxanların sayı 96 milyonu keçib

19 Yanvar 2021, 16:40 (GMT +4)
20 Yanvarda şəhid olan polislərin ailə üzvləri ilə görüş keçirilib

19 Yanvar 2021, 16:40 (GMT +4)
İlham Əliyev: XX əsrdə belə barbarlıq, şəhərlərin və kəndlərin qəsdən məhv edilməsi görünməyib

19 Yanvar 2021, 16:30 (GMT +4)
"Azərsu" abunəçilərə müraciət edib

19 Yanvar 2021, 16:20 (GMT +4)
Ombudsman 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yayıb

19 Yanvar 2021, 16:19 (GMT +4)
Argentinada 6,4 bal gücündə zəlzələ baş verib

19 Yanvar 2021, 16:12 (GMT +4)
İlham Əliyev Türk Şurasının Baş katibini videoformatda qəbul edib (YENİLƏNİB)

19 Yanvar 2021, 16:00 (GMT +4)
Azərbaycanda son sutkada 949 nəfər COVID-19-dan sağalıb, 10 nəfər vəfat edib

19 Yanvar 2021, 15:53 (GMT +4)
İŞİD İraqda yüksək gərginlik elektrik xətlərini partladıb (FOTO)

19 Yanvar 2021, 15:49 (GMT +4)
İrəvanda keçmiş prezident Robert Köçəryana dəstək aksiyası keçirilir

19 Yanvar 2021, 15:45 (GMT +4)
Azərbaycanda aqrokimyəvi analizlərin həyata keçirilməsində yenilik olacaq

19 Yanvar 2021, 15:30 (GMT +4)
Qubadlıda Kapital Bank-a məxsus bankomat və ödəniş terminalı quraşdırılıb

19 Yanvar 2021, 15:25 (GMT +4)
Tramp 26 yanvardan etibarən əksər Avropa ölkələri və Braziliyadan ABŞ-a giriş məhdudiyyətlərini götürüb

19 Yanvar 2021, 15:15 (GMT +4)
Sabah paytaxtda nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı küçə və prospektlər açıqlanıb

19 Yanvar 2021, 15:00 (GMT +4)
“Bakı Metropoliteni”ndə Vətən müharibəsi qaziləri ilə görüş keçirilib

19 Yanvar 2021, 14:59 (GMT +4)
Afrikada iki BMT sülhməramlısı öldürülüb

19 Yanvar 2021, 14:50 (GMT +4)
Şəhidlər Xiyabanını ziyarət əvvəlki illərdən fərqli təşkil ediləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66