Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Abşeron rayonunda 23 küçə və yol təmir edilir 

06 Avqust 2020, 11:50 (GMT +4)

Bakı, 6 avqust, SalamNews. Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin ərazilərində ümumi uzunluğu 29.2 kilometr olan 23 küçə və yolda təmir işlərinin həyata keçirilməsi nəzərdə tutulur ki, bu istiqamətdə işlər davam etdirilir. Ümumilikdə təmir işlərinin əhatə edəcəyi sahə 240 min kv.m-dir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən SalamNews-a verilən məlumata görə, təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır.

Artıq layihə üzrə Saray qəsəbəsində təmiri nəzərdə tutulan 5 küçədə işlər yekunlaşıb. Bu uzunluğu 2.4 km olan Heydər Əliyev prospekti, 1.2 km-lik Sülh və 1.4 km-lik Sabir küçələri, ümumi uzunluğu 1.1 km olan 2 və 3 saylı orta məktəblərə gedən yollar, həmçinin Aşıq İmran küçəsidir. Təmir olunan küçələrin ümumi uzunluğu 6100 metr, sahəsi isə 60 min kv.m-dən çoxdur.

Masazır kəndində sərəncama əsasən təmiri nəzərdə tutulan 7 küçədən 2-də işlər tamamlanıb. Bu uzunluğu 720 metr olan Şıxəli Qurbanov və 1.9 km-lik Akim Abbasov küçələridir. Ümumi uzunluqları 4.4 km, sahəsi 27 min kv.m-dən çox olan Qaçaq Nəbi, Hacı Zeynalabdin Tağıyev, Faiq Həsənov, Nazim Əsədov və İlyas Bayramov küçələrinin isə bu ilin sonunadək təmir olunaraq vətəndaşların istifadəsinə verilməsi planlaşdırılır.

Mehdiabad qəsəbəsi üzrə cari ildə təmiri nəzərdə tutulan 5 küçədən 1-də əsaslı yenidənqurma işləri artıq bitib. Söhbət uzunluğu 2 km olan Qara Qarayev küçəsindən gedir. Qara Qarayev küçəsi Mehdiabad qəsəbəsinin əsas mərkəzi yollarından biri hesab olunur. Küçə Mehdiabad-Fatmayi-Goradil və Binəqədi-Novxanı avtomobil yollarını birləşdirərək, həm yol boyu yaşayan vətəndaşların, həm də bu yoldan istifadə edənlərin əlavə məsafə qət etmədən rahat və təhlükəsiz gediş-gəlişini təmin edir.

Sözügedən qəsəbə üzrə təmiri nəzərdə tutulan Cəfər Cabbarlı, Əhməd Cavad, Çingiz Mustafayev və İsmət Qayıbov küçələrində yenidənqurma işlərinə artıq start verilib. Ümumi uzunluğu 5.2 km, sahəsi 39 min kv.m-dən çox olan sözügedən küçələrin təmiri ilin sonunadək yekunlaşdırılacaq.

Cari ildə Ceyranbatan qəsəbəsi üzrə əsaslı təmiri həyata keçirilməli olan Heydər Əliyev küçəsində aparılan yenədənqurma işləri isə artıq bitmək üzrədir. Uzunluğu 1.2 km, sahəsi 10 min kv.m-dən çox olan küçədə işləri qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Dövlət başçısının imzaladığı sərəncama əsasən hazırlanan layihələr əsasında Qobu qəsəbəsində isə hazırda 4 küçədə təmir-tikinti işləri həyata keçirilir. Bu Qara Qarayev, Aşur Həsənbalayev, Sona Salmanova və Çingiz Mustafayev küçələridir. Sözügedən küçələrin ümumi uzunluğu 6.8 km, təmir olunan sahə isə 62 min kv.m-dən çoxdur. Küçələr boyu torpaq işləri, yol əsasının tikintisi və hazır olan ərazilərə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Yaxın günlərdə təmiri nəzərdə tutulan sonuncu küçədə - 860 metr uzunluğa malik Mirzə Ələkbər sabir küçəsində də yenidənqurma işlərinə start veriləcək.

Ümumilikdə aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir. Daha sonra isə yeni asfalt-beton örtüyünün döşənməsi icra olunur.

Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq ayrılmış vəsait hesabına aparılır. Növbəti mərhələlərdə sərəncam və investisiya proqramı ilə ayrılacaq vəsaitə uyğun, sözügedən qəsəbələr üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altındadır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

22 Sentyabr 2020, 15:03 (GMT +4)
Nyu-Yorkda polis Çin ilə əməkdaşlıq ittihamı üzrə saxlanılıb

22 Sentyabr 2020, 14:57 (GMT +4)
Zirehli texnikaların ekipajları döyüş vərdişlərini təkmilləşdirirlər

22 Sentyabr 2020, 14:42 (GMT +4)
Azərbaycan Gürcüstana 23 adda 21 613 ədəd dərslik göndərib

22 Sentyabr 2020, 14:39 (GMT +4)
AzTU ilə “İdrak Texnoloji Transfer" arasında memorandum imzalanıb

22 Sentyabr 2020, 14:35 (GMT +4)
Azərbaycanda yeni KOB İnkişaf Mərkəzləri açılacaq

22 Sentyabr 2020, 14:27 (GMT +4)
Fələstin Ərəb Dövləti Liqasına qarşı ilk addımını atıb

22 Sentyabr 2020, 14:20 (GMT +4)
Gürcüstanda son sutkada koronavirusa yoluxanların sayı 200-ü keçib

22 Sentyabr 2020, 14:17 (GMT +4)
Elmar Qasımov MBA proqramı üzrə BANM-ə qəbul olan tələbələrlə görüşüb

22 Sentyabr 2020, 13:56 (GMT +4)
Bakıya yeni təcili yardım avtomobilləri gətirilib

22 Sentyabr 2020, 13:49 (GMT +4)
Təhsil İdarəsi məktəb direktoru olmaq istəyənlərə müraciət edib

22 Sentyabr 2020, 13:47 (GMT +4)
Tramp ABŞ-ın İranla müqavilə bağlamağa hazır olduğunu bildirib

22 Sentyabr 2020, 13:41 (GMT +4)
Bakının 20 çimərliyində beynəlxalq ekoloji aksiya keçirilib

22 Sentyabr 2020, 13:36 (GMT +4)
İran: Nətənz nüvə obyektindəki partlayış çox ehtimalla daxili ünsürlər tərəfindən törədilib

22 Sentyabr 2020, 13:23 (GMT +4)
DİN «Pikap»ların saxlanılmasının səbəbini açıqlayıb

22 Sentyabr 2020, 13:11 (GMT +4)
Rusiyada son sutkada 6 mindən çox COVID-19-a yoluxma qeydə alınıb

22 Sentyabr 2020, 12:44 (GMT +4)
ÜST COVID-19 peyvəndi üçün meyarlarını açıqlayıb

22 Sentyabr 2020, 12:34 (GMT +4)
BMT Sülhməramlı Qüvvələri İsraili Livan hava məkanını pozmağı dayandırmağa çağırıb

22 Sentyabr 2020, 12:26 (GMT +4)
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralına məktub ünvanlayıb

22 Sentyabr 2020, 12:10 (GMT +4)
Ehtiyatda olan hərbi vəzifəlilər hərbi təlimə çağırılırlar (RƏSMİ)

22 Sentyabr 2020, 12:00 (GMT +4)
Gələn il özünüməşğulluq proqramı 15 min ailəni əhatə edəcək

22 Sentyabr 2020, 11:48 (GMT +4)
Lavrov: Dünya silahlı qarşıdurmalardan bezib

22 Sentyabr 2020, 11:46 (GMT +4)
Azərbaycandan Qazaxıstana daha 46 nəfər təxliyə edilib

22 Sentyabr 2020, 11:40 (GMT +4)
Bakı metrosunda bəzi qatarların hərəkətində gecikmə yaranıb

22 Sentyabr 2020, 11:39 (GMT +4)
İran koronavirusun üçüncü dalğasının əyalətlərə də sirayət etdiyini bildirib

22 Sentyabr 2020, 11:30 (GMT +4)
Energetika Nazirliyi ilə MEDEF arasında onlayn görüş keçirilib

22 Sentyabr 2020, 11:16 (GMT +4)
Merkel BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmasına çağırıb

22 Sentyabr 2020, 11:05 (GMT +4)
Bu il Azərbaycanda 23,2 milyon ton neft hasil edilib

22 Sentyabr 2020, 11:02 (GMT +4)
İsrailin müdafiə naziri İrana qarşı «tədbirləri» müzakirə etmək üçün ABŞ-a yollanıb

22 Sentyabr 2020, 10:52 (GMT +4)
Pekin ABŞ şirkətlərinin qara siyahısını hazırlayır

22 Sentyabr 2020, 10:45 (GMT +4)
Azərbaycan Turizm Assosiasiyası yeni komissiya yaradıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66