Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

DSMF-nin büdcəsinə dəyişiklik layihəsi I oxunuşda qəbul edilib

05 Avqust 2020, 17:48 (GMT +4)

Bakı, 5 avqust, SalamNews. Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən ilk plenar iclasında “Sosial təminatı və sosial müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

SalamNews xəbər verir ki, layihəni parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

Sənəddə qeyd edilib ki, bu il üçün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin gəlirləri və xərcləri 4 milyard 825 milyon 508 min 800 manat həcmində təsdiqlənib.

Qanun layihəsinə təklif olunan dəyişikliyə əsasən, Fondun gəlir və xərcləri bərabər olmaqla 4 milyard 784 milyon 700 min manat həcmində təsdiqlənsin. Bu da cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 40,8 milyon manat və ya 0,8 faiz azdır. 2020-ci ilin dövlət büdcəsinə dəyişiklə bağlı layihənin izahatında DSMF-nin gəlir və xərclərinin azalma səbəbləri göstərilib.

Qanun layihəsində qeyd olunub ki, azalma əsasən xərclərin optimallaşdırılması, əmək pensiyalarının və sosial müavinətlərin hesablanmasında, ödənilməsində nəzarətin və şəffaflığın daha da artırılması hesabına əldə olunub. “Dürüstləşmə ilə cari ilin əvvəlinə Fondun hesabında formalaşan 197,2 milyon manat sərbəst vəsaitin qalığının Fondun gəlirlərinə daxil edilməsi və xərclər üzrə yaranan 40,8 milyon manat qənaət olunmuş vəsait də nəzərə alınmaqla - cəmi 238,0 milyon manat vəsait hesabına dövlət büdcəsindən Fonda ayrılan transfertin məbləği 238,0 milyon manat azaldılıb. Bu məbləğ pandemiya ilə əlaqədar sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsinə yönəldilir.

Qanun layihəsinə dəyişiklik müzakirələrdən sonra I oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

22 Sentyabr 2020, 15:49 (GMT +4)
Lənkəranda yeni çay brendinin istehsalına başlanılıb

22 Sentyabr 2020, 15:43 (GMT +4)
Operativ Qərargah: Virusdan ölənlərin sayı 578 nəfərə çatıb

22 Sentyabr 2020, 15:40 (GMT +4)
AÇG və “Şahdəniz”dən 545 milyon ton neft-kondensat ixrac edilib

22 Sentyabr 2020, 15:39 (GMT +4)
Azərbaycanda son sutkada 98 nəfər koronavirusa yoluxub

22 Sentyabr 2020, 15:30 (GMT +4)
“ASAN xidmət”in fəaliyyəti dünyanın nüfuzlu portalında dərc olunub

22 Sentyabr 2020, 15:24 (GMT +4)
İran enbarqo müddətinin bitəcəyindən sonra silah satacağı ilk ölkənin adını açıqlayıb

22 Sentyabr 2020, 15:16 (GMT +4)
Prezident İlham Əliyev AAYDA-ya 8,3 milyon manat ayırıb

22 Sentyabr 2020, 15:03 (GMT +4)
Nyu-Yorkda polis Çin ilə əməkdaşlıq ittihamı üzrə saxlanılıb

22 Sentyabr 2020, 14:57 (GMT +4)
Zirehli texnikaların ekipajları döyüş vərdişlərini təkmilləşdirirlər

22 Sentyabr 2020, 14:42 (GMT +4)
Azərbaycan Gürcüstana 23 adda 21 613 ədəd dərslik göndərib

22 Sentyabr 2020, 14:39 (GMT +4)
AzTU ilə “İdrak Texnoloji Transfer" arasında memorandum imzalanıb

22 Sentyabr 2020, 14:35 (GMT +4)
Azərbaycanda yeni KOB İnkişaf Mərkəzləri açılacaq

22 Sentyabr 2020, 14:27 (GMT +4)
Fələstin Ərəb Dövləti Liqasına qarşı ilk addımını atıb

22 Sentyabr 2020, 14:20 (GMT +4)
Gürcüstanda son sutkada koronavirusa yoluxanların sayı 200-ü keçib

22 Sentyabr 2020, 14:17 (GMT +4)
Elmar Qasımov MBA proqramı üzrə BANM-ə qəbul olan tələbələrlə görüşüb

22 Sentyabr 2020, 13:56 (GMT +4)
Bakıya yeni təcili yardım avtomobilləri gətirilib

22 Sentyabr 2020, 13:49 (GMT +4)
Təhsil İdarəsi məktəb direktoru olmaq istəyənlərə müraciət edib

22 Sentyabr 2020, 13:47 (GMT +4)
Tramp ABŞ-ın İranla müqavilə bağlamağa hazır olduğunu bildirib

22 Sentyabr 2020, 13:41 (GMT +4)
Bakının 20 çimərliyində beynəlxalq ekoloji aksiya keçirilib

22 Sentyabr 2020, 13:36 (GMT +4)
İran: Nətənz nüvə obyektindəki partlayış çox ehtimalla daxili ünsürlər tərəfindən törədilib

22 Sentyabr 2020, 13:23 (GMT +4)
DİN «Pikap»ların saxlanılmasının səbəbini açıqlayıb

22 Sentyabr 2020, 13:11 (GMT +4)
Rusiyada son sutkada 6 mindən çox COVID-19-a yoluxma qeydə alınıb

22 Sentyabr 2020, 12:44 (GMT +4)
ÜST COVID-19 peyvəndi üçün meyarlarını açıqlayıb

22 Sentyabr 2020, 12:34 (GMT +4)
BMT Sülhməramlı Qüvvələri İsraili Livan hava məkanını pozmağı dayandırmağa çağırıb

22 Sentyabr 2020, 12:26 (GMT +4)
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralına məktub ünvanlayıb

22 Sentyabr 2020, 12:10 (GMT +4)
Ehtiyatda olan hərbi vəzifəlilər hərbi təlimə çağırılırlar (RƏSMİ)

22 Sentyabr 2020, 12:00 (GMT +4)
Gələn il özünüməşğulluq proqramı 15 min ailəni əhatə edəcək

22 Sentyabr 2020, 11:48 (GMT +4)
Lavrov: Dünya silahlı qarşıdurmalardan bezib

22 Sentyabr 2020, 11:46 (GMT +4)
Azərbaycandan Qazaxıstana daha 46 nəfər təxliyə edilib

22 Sentyabr 2020, 11:40 (GMT +4)
Bakı metrosunda bəzi qatarların hərəkətində gecikmə yaranıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66