Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının Ümumrespublika Forumu başlayıb

05 Avqust 2020, 14:48 (GMT +4)

Bakı, 5 avqust, SalamNews. Aqrar İnkişaf Könüllülərinin I Ümumrespublika Veb Forumuna start verilib. Onlayn formatda keçirilən forumun əsas məqsədi ölkəmizin hərtərəfli və davamlı inkişafı istiqamətində könüllülərin fəaliyyətini, xüsusi karantin rejimi müddətində koronavirus infeksiyasının geniş yayılmasına qarşı həyata keçirilən tədbirlərdə fəal iştirakını müzakirə etmək, gənclərin aqrar sahəyə marağını daha da artırmaq, onların fərdi inkişafı və vaxtlarının səmərəli təşkilinə dəstək olmaqdır.

SalamNews xəbər verir ki, forumun açılış mərasimində çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aqrar sahənin inkişafı yeni mərhələyə qədəm qoyub. Nazir qeyd edib ki, dövlət başçısının verdiyi tapşırıqlara uyğun olaraq aqrar sahənin inkişafı istiqamətində davamlı tədbirlər həyata keçirilir.

Könüllülük hərəkatının inkişafına dövlət dəstəyinin gənclərin bu sahəyə marağını daha da artırdığını deyən nazir İnam Kərimov ölkədə müxtəlif sahələr üzrə könüllülük təşkilatlarının təsis olunmasını, könüllülük təşkilatlarının fəaliyyətlərinin birgə koordinasiya edilməsini müsbət hal adlandırıb.

Nazir bildirib ki, Aqrar İnkişaf Könüllüləri müxtəlif bölgələrdə məktəblilər arasında maarifləndirmə işləri aparır, gənclər arasında aqrar təhsilə marağı artırmağa çalışır: “Son iki ildə Aqrar İnkişaf Könüllüləri 40-dək layihə həyata keçirib. Bu layihələr gənclərin kənd təsərrüfatının müxtəlif sahələrinə marağını artırır, aqrar sektorun dinamik inkişafını təmin edəcək kadr potensialının formalaşmasına təsir göstərir”.

Nazir İnam Kərimiov çıxışının sonunda forumun işinə uğurlar arzulayıb.

Daha sonra forum panel müzakirələrlə davam etdirilib. Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov “Aqrar təhsilin əhəmiyyəti”, FAO-Azərbaycan tərəfdaşlıq proqramının rəhbəri Namiq Məmmədov “Ərzaq təhlükəsizliyi”, Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə “Aqrar sahədə məlumat bazası” mövzuları üzrə məruzə ilə çıxış ediblər.

Qeyd edək ki, “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının I Ümumrespublika Veb Forumu 3 gün davam edəcək. Növbəti günlərdə forumda Aqrar Kredit və inkişaf Agentliyinin sədri Mirzə Əliyev “Aqrar sahədə maliyyə mexanizmləri”, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini “Aqrar innovasiyalar”, Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyinin sədri Fuad Məmmədov “Aqrar sahədə həmkarlar təşkilatının fəaliyyəti”, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini Elvin Paşayev “Aqrar sahədə insan resurslarının idarəedilməsi”, Aqrar Tədqiqatlar Mərkəzinin Tədqiqatlar departamentinin müdir müavini Pərviz Əliyev “Aqrar iqtisadiyyat”, Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Etibar Muradlı isə “Gənc menecerlərin aqrar sahəyə cəlbi” mövzusunda çıxış edəcəklər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

24 Sentyabr 2020, 18:00 (GMT +4)
Abşeron sakini 16 kq narkotiklə tutulub

24 Sentyabr 2020, 17:58 (GMT +4)
Gürcüstan Prezidenti Azərbaycanın xarici işlər nazirini qəbul edib

24 Sentyabr 2020, 17:48 (GMT +4)
Almaniyada koronavirus xəstələrinin sayı 278 mini keçib

24 Sentyabr 2020, 17:43 (GMT +4)
Təhsil naziri “World Skills International” təşkilatının rəhbər ilə görüşüb

24 Sentyabr 2020, 17:37 (GMT +4)
BDU Fransa Universiteti ilə birgə ikili diplom proqramını həyata keçirəcək

24 Sentyabr 2020, 17:36 (GMT +4)
Fələstinli hərəkatların İstanbuldakı danışıqlalarında mühüm irəliləyiş əldə edilib

24 Sentyabr 2020, 17:30 (GMT +4)
Dövlət Turizm Agentliyinin vəzifələri artırılıb

24 Sentyabr 2020, 17:21 (GMT +4)
Avropa Parlamentində xarici müdaxilə ilə bağlı xüsusi komitə yaradılıb

24 Sentyabr 2020, 17:15 (GMT +4)
“Rəsul Rza” gəmisi təmirdən sonra yenidən xarici sulara yola salınıb

24 Sentyabr 2020, 17:01 (GMT +4)
Prezident İqtisad Universitetinin əməkdaşlarını təltif edib (SİYAHI)

24 Sentyabr 2020, 16:59 (GMT +4)
İran Türkiyə ilə birgə, blokadaya salınan Qətərə yardımı davam etdirəcəyini bildirib

24 Sentyabr 2020, 16:43 (GMT +4)
Neftçalanın yeni “Biznes Layihəsi” hazırlanacaq

24 Sentyabr 2020, 16:40 (GMT +4)
Gürcüstanda COVİD-19-a yoluxmada yeni anti-rekord qeydə alınıb

24 Sentyabr 2020, 16:40 (GMT +4)
Borrel Lukaşenkonun andiçmə mərasiminə münasibət bildirib

24 Sentyabr 2020, 16:21 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 25 mini keçib

24 Sentyabr 2020, 16:20 (GMT +4)
AzTU əlaqələrini genişləndirir

24 Sentyabr 2020, 16:16 (GMT +4)
Rusiyanın bütün bölgələrinə "Sputnik V" peyvəndi paylanıb

24 Sentyabr 2020, 16:10 (GMT +4)
SalamNews İnformasiya Agentliyi növbəti mükafata layiq görülüb (FOTO)

24 Sentyabr 2020, 15:45 (GMT +4)
Bayden Trampın hakimiyyəti dinc yolla ötürməkdən imtina etməsinə münasibət bildirib

24 Sentyabr 2020, 15:45 (GMT +4)
ASA sığorta təhsili ilə bağlı təkliflər paketi hazırlayıb

24 Sentyabr 2020, 15:42 (GMT +4)
Nazirlik: Bu gün daha 19 şagird koronavirusa yoluxub

24 Sentyabr 2020, 15:38 (GMT +4)
Azərbaycanda daha 162 yeni yoluxma faktı qeydə alınıb

24 Sentyabr 2020, 15:18 (GMT +4)
"Navalnı işi" səbəbiylə ABŞ-Rusiya münasibətləri çətinləşib - səfir

24 Sentyabr 2020, 15:06 (GMT +4)
AİB Azərbaycana 455 min dollarlıq yardım ayırıb

24 Sentyabr 2020, 15:00 (GMT +4)
Anabolik steroidlərin istifadəsi ilə bağlı mətbuat konfransı keçirilib

24 Sentyabr 2020, 14:56 (GMT +4)
Rusiya XİN diplomatların Bolqarıstandan qovulmasına qarşı cavab tədbirləri görüləcəyini vəd edib

24 Sentyabr 2020, 14:42 (GMT +4)
ABŞ-da etiraz aksiyaları zamanı iki polis məmuru yaralanıb

24 Sentyabr 2020, 14:30 (GMT +4)
Milli Qəhrəman Əliyar Əliyevin xatirəsinə həsr edilən turnir keçiriləcək

24 Sentyabr 2020, 14:21 (GMT +4)
Putin Nobel Sülh mükafatına namizəddir

24 Sentyabr 2020, 14:12 (GMT +4)
Hərbi Hava Qüvvələri gecə təlimləri keçirib (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66