Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Azərbaycanda iki Olimpiya İdman Kompleksi müvəqqəti xəstəxanaya çevrilib

05 Avqust 2020, 15:43 (GMT +4)

Bakı, 5 avqust, SalamNews. Yeni növ koronavirus (COVİD19) pandemiyasının yayılmasının qarşısının alınması və vaxtında qabaqlayıcı tədbirlərin həyata keçirilməsi sahəsində ölkə rəhbərliyinin müvafiq göstərişləri əsasında görülən işlərin davamı olaraq Gənclər və İdman Nazirliyinin tabeliyində olan Hövsan və Abşeron Olimpiya İdman Komplekslərinin müvəqqəti xəstəxanaya çevrilməsi ilə bağlı qərar verilib.

SalamNews xəbər verir ki, Gənclər və İdman naziri Azad Rəhimov və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı xəstəxanaya baxış keçiriblər.

İyulun ilk həftəsindən təyinatının müvəqqəti dəyişdirilməsi işlərinə başlanılan hər iki komplekslərdə xəstələrin müvafiq həcmdə bərabər və təhlükəsiz şəkildə oksigenlə təminatı üçün stansiyadan palatalara xüsusi tibbi mis borular çəkilib, binanın daxilində müasir paylayıcı avadanlıqlar quraşdırılıb. Çarpayı sayına uyğun palatalarda divar tipli oksigen ötürücü, tənzimləyici və nəmləndirici avadanlıq və maskalar quraşdırılıb.

Komplekslərdə COVİD19 xəstələrinin müalicəsində zəruri hesab edilən oksigenin müvafiq həcmdə tam təmin edilməsi üçün qısa müddətdə Türkiyədən alınaraq komplekslərin hər birinin ərazisində 54 kub/metr gücündə müasir Oksigen İstehsalı Stansiyası quraşdırılıb. Stansiyada 75 kVt gücündə Ekomak kompressoru, qurutma-soyutma qurğusu, 54 kub/metr (900 litr/saniyə) gücündə, 95 faizdən artıq saflıqda oksigen təmin etmə imkanı olan Medisam oksigen generatoru, xüsusi filter dəstləri və digər avadanlıqlar quraşdırılıb.

Eyni zamanda, stansiyada ehtiyat oksigen tutumları quraşdırılaraq onların avtomatik təchizata qoşulmasını təmin edən 150 kub/saat gücündə idarəetmə sistemi qurulmuşdur. Stansiyaları elektrik enerjisi ilə təmin etmək üçün yeni xətlər çəkilmişdir. Ümumilikdə Hövsan və Abşeron Olimpiya İdman Komplekslərinin binaları qaydalara uyğun şəkildə funksional zonalara bölünərək xəstələrin qəbulu və evə yazılması, tibb heyətinin binaya təhlükəsiz giriş-çıxışı, qida və digər malların binaya qaydalara uyğun şəkildə qəbul edilməsi və paylanması üçün lazımi keçid şlüzləri yaradılmışdır. Binada dərman və dezinfeksiya vasitələrinin, tibb heyətinin qoruyucu vasitə və geyimlərinin, digər malların saxlanması üçün anbarlar, həkim otaqları, növbətçi tibb bacısı postları və digər zəruri otaqlar yaradılıb. Palatalar müvafiq sayda tibbi çarpayılar, rəflər, yataq dəstləri və dəsmallarla təchiz edilib. Palatalara elektrik xətləri çəkilib.

Abşeron Olimpiya İdman Kompleksinin 3 idman zalında və foyesində müvəqqəti arakəsmələr qurulmaqla çarpayı sayı 277 nəfər olan xəstəxana palataları və 10 çarpayı yerlik reanimasiya zalı yaradılıb. Tibb heyətinin istirahət və yaşayışı üçün kompleksin 45 nəfərlik mehmanxanasından istifadə nəzərdə tutulmuşdur. Kompleksdə fəaliyyət göstərən yeməkxana və çamaşırxanada tibb heyətinin istifadəsinə veriləcək.

Hövsan Olimpiya İdman Kompleksinin 2 idman zalında müvəqqəti arakəsmələr qurulmaqla çarpayı sayı 280 nəfər olan xəstəxana palataları və 10 çarpayı yerlik reanimasiya zalı quraşdılıb. Hər iki kompleksin fasiləsiz elektrik təchizatı üçün müvafiq gücdə generatorlar quraşdırılmış, cari təmir işləri görülüb əlavə zəruri kommunikasiya xətləri və sitemləri çəkilmiş, sistem, avadanlıqların müvafiq yoxlanma, təmir, gücləndirmə işləri icra edilmişdir. Binalara giriş-çıxış üçün əlavə panduslar quraşdırılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

24 Sentyabr 2020, 18:00 (GMT +4)
Abşeron sakini 16 kq narkotiklə tutulub

24 Sentyabr 2020, 17:58 (GMT +4)
Gürcüstan Prezidenti Azərbaycanın xarici işlər nazirini qəbul edib

24 Sentyabr 2020, 17:52 (GMT +4)
Gürcüstanda COVİD-19-a yoluxmada yeni anti-rekord qeydə alınıb

24 Sentyabr 2020, 17:48 (GMT +4)
Almaniyada koronavirus xəstələrinin sayı 278 mini keçib

24 Sentyabr 2020, 17:43 (GMT +4)
Təhsil naziri “World Skills International” təşkilatının rəhbər ilə görüşüb

24 Sentyabr 2020, 17:37 (GMT +4)
BDU Fransa Universiteti ilə birgə ikili diplom proqramını həyata keçirəcək

24 Sentyabr 2020, 17:36 (GMT +4)
Fələstinli hərəkatların İstanbuldakı danışıqlalarında mühüm irəliləyiş əldə edilib

24 Sentyabr 2020, 17:30 (GMT +4)
Dövlət Turizm Agentliyinin vəzifələri artırılıb

24 Sentyabr 2020, 17:21 (GMT +4)
Avropa Parlamentində xarici müdaxilə ilə bağlı xüsusi komitə yaradılıb

24 Sentyabr 2020, 17:15 (GMT +4)
“Rəsul Rza” gəmisi təmirdən sonra yenidən xarici sulara yola salınıb

24 Sentyabr 2020, 17:01 (GMT +4)
Prezident İqtisad Universitetinin əməkdaşlarını təltif edib (SİYAHI)

24 Sentyabr 2020, 16:59 (GMT +4)
İran Türkiyə ilə birgə, blokadaya salınan Qətərə yardımı davam etdirəcəyini bildirib

24 Sentyabr 2020, 16:43 (GMT +4)
Neftçalanın yeni “Biznes Layihəsi” hazırlanacaq

24 Sentyabr 2020, 16:40 (GMT +4)
Borrel Lukaşenkonun andiçmə mərasiminə münasibət bildirib

24 Sentyabr 2020, 16:21 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 25 mini keçib

24 Sentyabr 2020, 16:20 (GMT +4)
AzTU əlaqələrini genişləndirir

24 Sentyabr 2020, 16:16 (GMT +4)
Rusiyanın bütün bölgələrinə "Sputnik V" peyvəndi paylanıb

24 Sentyabr 2020, 16:10 (GMT +4)
SalamNews İnformasiya Agentliyi növbəti mükafata layiq görülüb (FOTO)

24 Sentyabr 2020, 15:45 (GMT +4)
Bayden Trampın hakimiyyəti dinc yolla ötürməkdən imtina etməsinə münasibət bildirib

24 Sentyabr 2020, 15:45 (GMT +4)
ASA sığorta təhsili ilə bağlı təkliflər paketi hazırlayıb

24 Sentyabr 2020, 15:42 (GMT +4)
Nazirlik: Bu gün daha 19 şagird koronavirusa yoluxub

24 Sentyabr 2020, 15:38 (GMT +4)
Azərbaycanda daha 162 yeni yoluxma faktı qeydə alınıb

24 Sentyabr 2020, 15:18 (GMT +4)
"Navalnı işi" səbəbiylə ABŞ-Rusiya münasibətləri çətinləşib - səfir

24 Sentyabr 2020, 15:06 (GMT +4)
AİB Azərbaycana 455 min dollarlıq yardım ayırıb

24 Sentyabr 2020, 15:00 (GMT +4)
Anabolik steroidlərin istifadəsi ilə bağlı mətbuat konfransı keçirilib

24 Sentyabr 2020, 14:56 (GMT +4)
Rusiya XİN diplomatların Bolqarıstandan qovulmasına qarşı cavab tədbirləri görüləcəyini vəd edib

24 Sentyabr 2020, 14:42 (GMT +4)
ABŞ-da etiraz aksiyaları zamanı iki polis məmuru yaralanıb

24 Sentyabr 2020, 14:30 (GMT +4)
Milli Qəhrəman Əliyar Əliyevin xatirəsinə həsr edilən turnir keçiriləcək

24 Sentyabr 2020, 14:21 (GMT +4)
Putin Nobel Sülh mükafatına namizəddir

24 Sentyabr 2020, 14:12 (GMT +4)
Hərbi Hava Qüvvələri gecə təlimləri keçirib (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66