Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Dövlət orqanlarındakı boş yerlərin tutulması üçün müsahibə elan edilib

06 Avqust 2020, 09:00 (GMT +4)

Bakı, 6 avqust, SalamNews. Dövlət İmtahan Mərkəzi (DİM) 7 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elanı verib.

DİM-dən SalamNews-a verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanı və məhkəmə hakimiyyəti orqanlarında olmaqla elana çıxarılan vəzifələrin 8-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 12-si B növü vəzifələrə (inzibati icraçı) aiddir.

Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Vahid informasiya sistemi şöbəsində şöbə müdirinin müavini vəzifəsidir. Ümumilikdə 20 vəzifə, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyində 10, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 4, Sumqayıt İnzibati Məhkəməsində 2, Maliyyə Nazirliyində 1, Hesablama Palatasında 1, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 1 və Gəncə Hərbi Məhkəməsində 1 vakant vəzifə ümumi müsahibə elanına çıxarılmışdır.

Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir.

Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə 5 avqust 2020-ci il tarixindən 3 sentyabr 2020-ci il saat 18:00-dək (30 gün müddətində) Mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidirlər.

Koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə, müsahibələrdə insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək üçün dövlət qulluğu vəzifələri üzrə müsahibələr onlayn qaydada təşkil edilir. Namizədlər onlayn müsahibələrə xüsusi proqram təminatı vasitəsilə Mərkəzin müvafiq inzibati binalarından qoşulurlar.

Avqustun 5-də elan edilən ümumi müsahibələrdə qeydiyyatdan keçmiş namizədlər, qeydiyyatdan keçdikdən sonra 3 sentyabr 2020-ci il saat 18:00-dək Mərkəzin internet portalından https://eservices.dim.gov.az/dqq/Elan/OnlineMsh linkinə daxil olmaqla müsahibələrin təşkili üçün DİM-in onlara uyğun olan müvafiq regional bölməsini seçməlidirlər. Namizədlərlə onlayn müsahibələr onların seçdiyi regional bölmədə təşkil ediləcəkdir. Müsahibələrin keçirilmə qrafiki 5 gün əvvəl Mərkəzin internet portalında yerləşdiriləcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

24 Sentyabr 2020, 18:00 (GMT +4)
Abşeron sakini 16 kq narkotiklə tutulub

24 Sentyabr 2020, 17:58 (GMT +4)
Gürcüstan Prezidenti Azərbaycanın xarici işlər nazirini qəbul edib

24 Sentyabr 2020, 17:48 (GMT +4)
Almaniyada koronavirus xəstələrinin sayı 278 mini keçib

24 Sentyabr 2020, 17:43 (GMT +4)
Təhsil naziri “World Skills International” təşkilatının rəhbər ilə görüşüb

24 Sentyabr 2020, 17:37 (GMT +4)
BDU Fransa Universiteti ilə birgə ikili diplom proqramını həyata keçirəcək

24 Sentyabr 2020, 17:36 (GMT +4)
Fələstinli hərəkatların İstanbuldakı danışıqlalarında mühüm irəliləyiş əldə edilib

24 Sentyabr 2020, 17:30 (GMT +4)
Dövlət Turizm Agentliyinin vəzifələri artırılıb

24 Sentyabr 2020, 17:21 (GMT +4)
Avropa Parlamentində xarici müdaxilə ilə bağlı xüsusi komitə yaradılıb

24 Sentyabr 2020, 17:15 (GMT +4)
“Rəsul Rza” gəmisi təmirdən sonra yenidən xarici sulara yola salınıb

24 Sentyabr 2020, 17:01 (GMT +4)
Prezident İqtisad Universitetinin əməkdaşlarını təltif edib (SİYAHI)

24 Sentyabr 2020, 16:59 (GMT +4)
İran Türkiyə ilə birgə, blokadaya salınan Qətərə yardımı davam etdirəcəyini bildirib

24 Sentyabr 2020, 16:43 (GMT +4)
Neftçalanın yeni “Biznes Layihəsi” hazırlanacaq

24 Sentyabr 2020, 16:40 (GMT +4)
Gürcüstanda COVİD-19-a yoluxmada yeni anti-rekord qeydə alınıb

24 Sentyabr 2020, 16:40 (GMT +4)
Borrel Lukaşenkonun andiçmə mərasiminə münasibət bildirib

24 Sentyabr 2020, 16:21 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 25 mini keçib

24 Sentyabr 2020, 16:20 (GMT +4)
AzTU əlaqələrini genişləndirir

24 Sentyabr 2020, 16:16 (GMT +4)
Rusiyanın bütün bölgələrinə "Sputnik V" peyvəndi paylanıb

24 Sentyabr 2020, 16:10 (GMT +4)
SalamNews İnformasiya Agentliyi növbəti mükafata layiq görülüb (FOTO)

24 Sentyabr 2020, 15:45 (GMT +4)
Bayden Trampın hakimiyyəti dinc yolla ötürməkdən imtina etməsinə münasibət bildirib

24 Sentyabr 2020, 15:45 (GMT +4)
ASA sığorta təhsili ilə bağlı təkliflər paketi hazırlayıb

24 Sentyabr 2020, 15:42 (GMT +4)
Nazirlik: Bu gün daha 19 şagird koronavirusa yoluxub

24 Sentyabr 2020, 15:38 (GMT +4)
Azərbaycanda daha 162 yeni yoluxma faktı qeydə alınıb

24 Sentyabr 2020, 15:18 (GMT +4)
"Navalnı işi" səbəbiylə ABŞ-Rusiya münasibətləri çətinləşib - səfir

24 Sentyabr 2020, 15:06 (GMT +4)
AİB Azərbaycana 455 min dollarlıq yardım ayırıb

24 Sentyabr 2020, 15:00 (GMT +4)
Anabolik steroidlərin istifadəsi ilə bağlı mətbuat konfransı keçirilib

24 Sentyabr 2020, 14:56 (GMT +4)
Rusiya XİN diplomatların Bolqarıstandan qovulmasına qarşı cavab tədbirləri görüləcəyini vəd edib

24 Sentyabr 2020, 14:42 (GMT +4)
ABŞ-da etiraz aksiyaları zamanı iki polis məmuru yaralanıb

24 Sentyabr 2020, 14:30 (GMT +4)
Milli Qəhrəman Əliyar Əliyevin xatirəsinə həsr edilən turnir keçiriləcək

24 Sentyabr 2020, 14:21 (GMT +4)
Putin Nobel Sülh mükafatına namizəddir

24 Sentyabr 2020, 14:12 (GMT +4)
Hərbi Hava Qüvvələri gecə təlimləri keçirib (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66