Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Azərbaycan və İran nazirləri arasında videokonfrans formatında görüş olub

06 Avqust 2020, 11:00 (GMT +4)

Bakı, 6 avqust, SalamNews. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevlə İran İslam Respublikasının Kooperasiya, Əmək və Sosial Rifah naziri Məhəmməd Şəriətmədari arasında videokonfrans formatında görüş olub.

ƏƏSMN-dan SalamNews-a bildirilib ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin keçirdikləri görüşlərin və qarşılıqlı rəsmi səfərlərinin iki ölkə arasında əlaqələrin yüksələn xətlə inkişafına mühüm töhfə verdiyi vurğulanıb.

S.Babayev ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahəsində aparılan islahatları, vətəndaş rifahının təminatı istiqamətində atılan ardıcıl addımları, sosial sahədə innovativ layihələri diqqətə çatdırıb. Pandemiya dövründə Azərbaycanda əhalinin sağlamlığının qorunması sahəsində mühüm işlərin aparıldığını bildirən nazir bu dövrdə ölkədə reallaşdırılan geniş miqyaslı iqtisadi və sosial dəstək tədbirləri barədə ətraflı məlumat verib. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq sosial müdafiə və aktiv məşğulluq proqramlarının əhəmiyyətli dərəcədə genişləndirildiyini diqqətə çatdırıb.

Görüşdə S.Babayev Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini davam etdirdiyini vurğulayıb. O, iyulun 12-də Ermənistanın atəşkəs rejimini növbəti dəfə kobud şəkildə pozaraq Tovuz istiqamətindəki mövqelərimizi atəşə tutaraq ələ keçirməyə çalışdığını, 1 nəfəri general olmaqla 11 hərbçimizin, eyni zamanda, 1 mülki şəxsin şəhid olduğunu bildirib. Nazir Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin bu hücumunun da sərrast cavab atəşləri və əks-hücumla dəf edildiyini deyib.

İki nazirlik arasında imzalanmış Anlaşma Memorandumunun ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətini vurğulayan S.Babayev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Bakıda yaradılacaq beynəlxalq statuslu Əmək Mərkəzindən də bəhs edib. O bu Mərkəzin həm İƏT çərçivəsində, həm də ikitərəfli formatda əməkdaşlıqda önəmli rol oynayacağını deyib.

M.Şəriətmədari İran tərəfinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və ölkəmizin ərazi bütövlüyünə xüsusi dəyər verdiyini, regionda sabitliyin qorunmasının tərəfdarı olduğunu vurğulayıb. O, eskalasiya ilə bağlı təəssüfünü ifadə edib, yüksək rütbəli hərbçilərimizin həlak olması ilə bağlı başsağlığı verib. “Qonşu, qardaş Azərbaycanın yanında varıq” deyən M.Şəriətmədari İranın münaqişənin beynəlxalq normalar çərçivəsində həll olunmasının tərəfdarı olduğunu və bu məsələdə yardım göstərmək üçün əllərindən gələni etməyə hazır olduqlarını bildirib.

O, sosial sahədə aparılan islahatlarda əməkdaşlığın faydalı olduğunu, aparılan təcrübə mübadilələrinin əhəmiyyətini vurğulayıb. Kooperasiya, Əmək və Sosial Rifah Nazirliyinin həyata keçirdiyi islahatlar, sosial müdafiə tədbirləri barədə məlumat verən M.Şəriətmədari İƏT-in Əmək Mərkəzinin yaradılmasının da önəmli olacağını qeyd edib.

Görüşdə əmək, məşğulluq və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

22 Sentyabr 2020, 14:20 (GMT +4)
Gürcüstanda son sutkada koronavirusa yoluxanların sayı 200-ü keçib

22 Sentyabr 2020, 14:17 (GMT +4)
Elmar Qasımov MBA proqramı üzrə BANM-ə qəbul olan tələbələrlə görüşüb

22 Sentyabr 2020, 13:56 (GMT +4)
Bakıya yeni təcili yardım avtomobilləri gətirilib

22 Sentyabr 2020, 13:49 (GMT +4)
Təhsil İdarəsi məktəb direktoru olmaq istəyənlərə müraciət edib

22 Sentyabr 2020, 13:47 (GMT +4)
Tramp ABŞ-ın İranla müqavilə bağlamağa hazır olduğunu bildirib

22 Sentyabr 2020, 13:36 (GMT +4)
İran: Nətənz nüvə obyektindəki partlayış çox ehtimalla daxili ünsürlər tərəfindən törədilib

22 Sentyabr 2020, 13:23 (GMT +4)
DİN ​​​​​​​"Pikap"ların saxlanılmasının səbəbini açıqlayıb

22 Sentyabr 2020, 13:11 (GMT +4)
Rusiyada son sutkada 6 mindən çox COVID-19-a yoluxma qeydə alınıb

22 Sentyabr 2020, 12:44 (GMT +4)
ÜST COVID-19 peyvəndi üçün meyarlarını açıqlayıb

22 Sentyabr 2020, 12:34 (GMT +4)
BMT Sülhməramlı Qüvvələri İsraili Livan hava məkanını pozmağı dayandırmağa çağırıb

22 Sentyabr 2020, 12:26 (GMT +4)
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralına məktub ünvanlayıb

22 Sentyabr 2020, 12:10 (GMT +4)
Ehtiyatda olan hərbi vəzifəlilər hərbi təlimə çağırılırlar (RƏSMİ)

22 Sentyabr 2020, 12:00 (GMT +4)
Gələn il özünüməşğulluq proqramı 15 min ailəni əhatə edəcək

22 Sentyabr 2020, 11:48 (GMT +4)
Lavrov: Dünya silahlı qarşıdurmalardan bezib

22 Sentyabr 2020, 11:46 (GMT +4)
Azərbaycandan Qazaxıstana daha 46 nəfər təxliyə edilib

22 Sentyabr 2020, 11:40 (GMT +4)
Bakı metrosunda bəzi qatarların hərəkətində gecikmə yaranıb

22 Sentyabr 2020, 11:39 (GMT +4)
İran koronavirusun üçüncü dalğasının əyalətlərə də sirayət etdiyini bildirib

22 Sentyabr 2020, 11:30 (GMT +4)
Energetika Nazirliyi ilə MEDEF arasında onlayn görüş keçirilib

22 Sentyabr 2020, 11:16 (GMT +4)
Merkel BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmasına çağırıb

22 Sentyabr 2020, 11:05 (GMT +4)
Bu il Azərbaycanda 23,2 milyon ton neft hasil edilib

22 Sentyabr 2020, 11:02 (GMT +4)
İsrailin müdafiə naziri İrana qarşı «tədbirləri» müzakirə etmək üçün ABŞ-a yollanıb

22 Sentyabr 2020, 10:52 (GMT +4)
Pekin ABŞ şirkətlərinin qara siyahısını hazırlayır

22 Sentyabr 2020, 10:45 (GMT +4)
Azərbaycan Turizm Assosiasiyası yeni komissiya yaradıb

22 Sentyabr 2020, 10:37 (GMT +4)
Azərbaycanda koronavirusun ən çox yayıldığı bölgələr açıqlanıb

22 Sentyabr 2020, 10:33 (GMT +4)
Cavad Zərif İranın ABŞ-la bütün məhbusların mübadiləsinə hazır olduğunu bildirib

22 Sentyabr 2020, 10:00 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 33 dəfə pozub

22 Sentyabr 2020, 09:44 (GMT +4)
Dünyada bir həftə ərzində təxminən 2 milyon insan koronavirusa yoluxub

22 Sentyabr 2020, 09:44 (GMT +4)
Fələstin Muxtariyyətinin lideri Türkiyə prezidentindən dəstək istəyib

22 Sentyabr 2020, 09:41 (GMT +4)
“Mədəniyyət/Culture” jurnalının növbəti sayı işıq üzü görüb

22 Sentyabr 2020, 09:25 (GMT +4)
Bakıda koronavirus aşkarlanması səbəbindən 4 sinif distant təhsilə keçib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66