Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

2020-ci il dövlət büdcəsinə dəyişiklik II oxunuşda qəbul edilib

06 Avqust 2020, 12:39 (GMT +4)

Bakı, 6 avqust, SalamNews. Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinə dəyişiklik ikinci oxunuşda müzakirəyə çıxarılıb.

SalamNews-un məlumatına görə, cari il üçün yenilənmiş makroiqtisadi proqnozlar əsas götürülməklə aparılmış hesablamalar əsasında 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş gəlirləri 24124,0 milyon manat nəzərdə tutulur ki, bu da ÜDM-in 35,3 faizi həcmindədir.

Təklif edilən dəyişikliklərdən sonra İcmal büdcənin gəlirləri mövcud gəlirdən təxminən 5 milyard az olacaq. İcmal büdcənin kəsiri 8 milyard 436 milyon manat təşkil edəcək. Dövlət büdcəsinin kəsrləri üzrə azalmalara bazarlarda neft məhsullarına təlabatın azalması, həmçinin bir sıra vergilər üzrə güzəştlərin tətbiqi ilə əlaqədardır.

Dövlət büdcəsindən dəstək proqramlarının həyata keçirilməsi üçün 600 milyon manat vəsait ayrılıb. Yenidən baxılma ilə təsdiq olunmuş dövlət büdcəsinin vergi və rüsumlar üzrə, habelə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmaları 890,5 milyon manat məbləğində azaldılır, Dövlət Neft Fondunun dövlət büdcəsinə transferti və dövlət büdcəsinin digər daxilomaları müvafiq olaraq 850 milyon manat artırılır.

Bunlar nəzərə alınmaqla 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş xərcləri 27492,2 milyon manat təşkil edəcək. Daxili bazarda istiqrazların yerləşdirilməsi üçün 190 milyon manat məbləğində vəsait nəzərdə tutulur.

Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq qəbul edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

22 Sentyabr 2020, 15:40 (GMT +4)
AÇG və “Şahdəniz”dən 545 milyon ton neft-kondensat ixrac edilib

22 Sentyabr 2020, 15:30 (GMT +4)
“ASAN xidmət”in fəaliyyəti dünyanın nüfuzlu portalında dərc olunub

22 Sentyabr 2020, 15:24 (GMT +4)
İran enbarqo müddətinin bitəcəyindən sonra silah satacağı ilk ölkənin adını açıqlayıb

22 Sentyabr 2020, 15:16 (GMT +4)
Prezident İlham Əliyev AAYDA-ya 8,3 milyon manat ayırıb

22 Sentyabr 2020, 15:03 (GMT +4)
Nyu-Yorkda polis Çin ilə əməkdaşlıq ittihamı üzrə saxlanılıb

22 Sentyabr 2020, 14:57 (GMT +4)
Zirehli texnikaların ekipajları döyüş vərdişlərini təkmilləşdirirlər

22 Sentyabr 2020, 14:42 (GMT +4)
Azərbaycan Gürcüstana 23 adda 21 613 ədəd dərslik göndərib

22 Sentyabr 2020, 14:39 (GMT +4)
AzTU ilə “İdrak Texnoloji Transfer" arasında memorandum imzalanıb

22 Sentyabr 2020, 14:35 (GMT +4)
Azərbaycanda yeni KOB İnkişaf Mərkəzləri açılacaq

22 Sentyabr 2020, 14:27 (GMT +4)
Fələstin Ərəb Dövləti Liqasına qarşı ilk addımını atıb

22 Sentyabr 2020, 14:20 (GMT +4)
Gürcüstanda son sutkada koronavirusa yoluxanların sayı 200-ü keçib

22 Sentyabr 2020, 14:17 (GMT +4)
Elmar Qasımov MBA proqramı üzrə BANM-ə qəbul olan tələbələrlə görüşüb

22 Sentyabr 2020, 13:56 (GMT +4)
Bakıya yeni təcili yardım avtomobilləri gətirilib

22 Sentyabr 2020, 13:49 (GMT +4)
Təhsil İdarəsi məktəb direktoru olmaq istəyənlərə müraciət edib

22 Sentyabr 2020, 13:47 (GMT +4)
Tramp ABŞ-ın İranla müqavilə bağlamağa hazır olduğunu bildirib

22 Sentyabr 2020, 13:41 (GMT +4)
Bakının 20 çimərliyində beynəlxalq ekoloji aksiya keçirilib

22 Sentyabr 2020, 13:36 (GMT +4)
İran: Nətənz nüvə obyektindəki partlayış çox ehtimalla daxili ünsürlər tərəfindən törədilib

22 Sentyabr 2020, 13:23 (GMT +4)
DİN «Pikap»ların saxlanılmasının səbəbini açıqlayıb

22 Sentyabr 2020, 13:11 (GMT +4)
Rusiyada son sutkada 6 mindən çox COVID-19-a yoluxma qeydə alınıb

22 Sentyabr 2020, 12:44 (GMT +4)
ÜST COVID-19 peyvəndi üçün meyarlarını açıqlayıb

22 Sentyabr 2020, 12:34 (GMT +4)
BMT Sülhməramlı Qüvvələri İsraili Livan hava məkanını pozmağı dayandırmağa çağırıb

22 Sentyabr 2020, 12:26 (GMT +4)
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralına məktub ünvanlayıb

22 Sentyabr 2020, 12:10 (GMT +4)
Ehtiyatda olan hərbi vəzifəlilər hərbi təlimə çağırılırlar (RƏSMİ)

22 Sentyabr 2020, 12:00 (GMT +4)
Gələn il özünüməşğulluq proqramı 15 min ailəni əhatə edəcək

22 Sentyabr 2020, 11:48 (GMT +4)
Lavrov: Dünya silahlı qarşıdurmalardan bezib

22 Sentyabr 2020, 11:46 (GMT +4)
Azərbaycandan Qazaxıstana daha 46 nəfər təxliyə edilib

22 Sentyabr 2020, 11:40 (GMT +4)
Bakı metrosunda bəzi qatarların hərəkətində gecikmə yaranıb

22 Sentyabr 2020, 11:39 (GMT +4)
İran koronavirusun üçüncü dalğasının əyalətlərə də sirayət etdiyini bildirib

22 Sentyabr 2020, 11:30 (GMT +4)
Energetika Nazirliyi ilə MEDEF arasında onlayn görüş keçirilib

22 Sentyabr 2020, 11:16 (GMT +4)
Merkel BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmasına çağırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66