Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident: Təmiz işləyin ki, həm vicdanınız rahat olsun, həm də halal pul qazanın

07 Avqust 2020, 09:38 (GMT +4)

Bakı, 7 avqust, SalamNews. "Bizim vergilərimizin 75 faizi özəl sektorda formalaşır. Əgər vergi sistemində ciddi islahatlar aparılmasaydı, biz bu vergiləri də yığa bilməyəcəkdik, onları görə bilməyəcəkdik. Məhz bu sahədə aparılan islahatlar nəticəsində biz 6 ay ərzində proqnozdan əlavə vəsait yığa bildik. Ancaq, əlbəttə ki, ilin sonuna qədər bu, belə davam edə bilməz. Çünki xarici ticarət böyük dərəcədə tənəzzülə uğrayıb, bir çox ticarət obyektləri bağlıdır. Ancaq bu rəqəm həm sevindiricidir, həm də narahatedicidir. Sevindiricidir ona görə ki, bizim özəl sektorumuz artıq vergi verməyə öyrəşir".

SalamNews-un xəbərinə görə, bunu Prezident İlham Əliyev Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.

Ölkə başçsı bildirib: "Onlara edilən güzəştlər, öz mühasibatlığını kölgə iqtisadiyyatından ağ iqtisadiyyata keçirmək üçün verilən müddət artıq öz səmərəsini verdi. Biz əlbəttə ki, bəri başdan cəza tədbirləri tətbiq edə bilərdik və bunun nəticəsində bir çox şirkətlər çətin vəziyyətə düşə bilərdi. Ancaq onlara vaxt, izahat və tövsiyələr verildi - bundan sonra şəffaf işləməlisiniz, gəlirləri gizlətməməlisiniz, kölgə mühasibatlığı yaratmamalısınız. Təmiz işləyin ki, həm vicdanınız rahat olsun, həm də halal pul qazanın. Azərbaycanda halal pul qazanmaq üçün kifayət qədər imkanlar var. Ona görə bu, sevindiricidir. Ancaq narahat edən nədir? Bəhs dövlət şirkətlərinin payı? Bəs, dövlət şirkətləri tərəfindən ödənilən vergilər hansı səviyyədədir? Əgər onların vergilərini, dövlət tərəfindən onlara verilən subsidiyaları və birbaşa vəsaitin qoyuluşunu götürsək, görərik ki, nə qədər böyük fərq var. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, dövlət şirkətləri bizim ölkəmizi, bizim iqtisadiyyatımızı aşağı aparır. Bunun başqa izahı ola bilməz.

Dövlət Neft Şirkətinə pul verilir, təkcə qazlaşdırmaya yox, qazma işlərinə, onların xarici tərəfdaşlarla birgə çalışdıqları konsorsiumlarda payının maliyyələşməsinə, digər infrastruktur layihələrinin icrasına. Bu pul haradan gəlir? Dövlət büdcəsindən, özü də böyük vəsait. Xəzər Dəniz Gəmiçiliyi. Düzdür, digər dövlət şirkətləri ilə müqayisədə Xəzər Dəniz Gəmiçiliyində vəziyyət daha yaxşıdır. Ancaq burada da gəmilər, tankerlər hansı pulla alınır? Dövlət büdcəsi hesabına. Biz indi Gəmiqayırma zavodunda bir neçə gəmi inşa edirik - yük gəmiləri, Ro-Ro tipli gəmilər. Bunu dövlət büdcəsi hesabına edirik, sonra da veririk Xəzər Dəniz Gəmiçiliyinə. Onlar da istismar edirlər və sonra o pulu qaytarırlar? Bu, böyük sualdır. “Azərenerji”yə nə qədər vəsait ayrılır? Düzdür, böyük işlər görülübdür, stansiyalar, yarımstansiyalar tikilir, Mingəçevir İstilik Elektrik Stansiyası demək olar ki, yenidən qurulub. Amma vəsait haradan gəlir, özünün qazandığı vəsaitdən xərcləyir? Yox, dövlət büdcəsindən. Bu gün dövlət büdcəsinin əsas mənbəyi neft-qaz sahəsidir. Digər şirkətlər – AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır. Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək? Dəmir yolu da, həmçinin. Yeni xətlər çəkilir, yeni vaqonlar, yeni lokomotivlər alınır, yüz milyonlarla manat vəsait ayrılır. Bəs, bunun səmərəsi haradadır? Axı, səmərə ilə işləməlidir".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

28 Sentyabr 2020, 10:38 (GMT +4)
Makron Livan hökuməti və siyasi partiyalarına yeni möhlət verdiyini bildirib

28 Sentyabr 2020, 10:35 (GMT +4)
G20 liderləri sammitinin tarixi və formatı açıqlanıb

28 Sentyabr 2020, 10:34 (GMT +4)
Azərbaycan və Fransa prezidentləri cəbhədəki vəziyyəti müzakirə ediblər

28 Sentyabr 2020, 10:30 (GMT +4)
AQTA: Mehmanxanalarda reydlər davam etdirilir

28 Sentyabr 2020, 10:16 (GMT +4)
Könüllü gömrükçülər onlayn rejimdə fəaliyyət göstərirlər

28 Sentyabr 2020, 10:05 (GMT +4)
Dağlıq Qarabağdakı hadisələr bölgədə daha geniş qarşıdurmaya çevrilə bilər - Bayden

28 Sentyabr 2020, 10:02 (GMT +4)
İlin sonunadək məcburi köçkünlər üçün daha 5 yeni qəsəbə istifadəyə veriləcək

28 Sentyabr 2020, 09:51 (GMT +4)
ABŞ Bağdaddakı səfirliyini boşaldır

28 Sentyabr 2020, 09:50 (GMT +4)
İşsizlikdən sığorta ödənişinin təyinatı sahəsində yeniliklər ediləcək

28 Sentyabr 2020, 09:41 (GMT +4)
Neftçalada gənclər üçün yeni mərkəz açılıb

28 Sentyabr 2020, 09:35 (GMT +4)
MN: Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib (VİDEO)

28 Sentyabr 2020, 09:33 (GMT +4)
Türkiyəli nazir: Qardaş Azərbaycanın yanındayıq

28 Sentyabr 2020, 09:30 (GMT +4)
Ermənistanın xəstəxanaları yaralılara görə ağır xəstələri qəbul etmir

28 Sentyabr 2020, 09:28 (GMT +4)
Dünyada COVID-19 virusundan ölənlərin sayı 1 milyonu ötüb

28 Sentyabr 2020, 09:27 (GMT +4)
Vaşinqton Ermənistan və Azərbaycanı döyüşləri dərhal dayandırmağa çağırıb

28 Sentyabr 2020, 09:23 (GMT +4)
Müdafiə Nazirliyi: Düşmənin 550 nəfərdən artıq itkisi var

28 Sentyabr 2020, 09:16 (GMT +4)
XİN: Düşmən qüvvələri mülki şəxsləri və obyektləri məqsədyönlü şəkildə hədəfə alır

28 Sentyabr 2020, 09:13 (GMT +4)
Tramp Dağlıq Qarabağdakı vəziyyətlə bağlı açıqlama verib

28 Sentyabr 2020, 09:01 (GMT +4)
Düşmənin daha 2 tankı məhv edilib (VIDEO)

28 Sentyabr 2020, 08:56 (GMT +4)
Müdafiə Nazirliyi: Düşmən sonuncu dəfə xəbərdar edilir

28 Sentyabr 2020, 08:48 (GMT +4)
İranın XİN rəhbəri Azərbaycan və ermənistanlı həmkarları ilə telefon bağlantısında olub

27 Sentyabr 2020, 23:24 (GMT +4)
BMT Baş katibi Azərbaycan və Ermənistanı döyüşləri dərhal dayandırmağa çağırıb

27 Sentyabr 2020, 21:27 (GMT +4)
Səfərbərlik Xidməti: Hərbi vəziyyət səfərbərliyin elan olunması anlamına gəlmir

27 Sentyabr 2020, 21:11 (GMT +4)
Ermənistan ordusuna məxsus silah-sursat anbarı məhv edilib (VİDEO)

27 Sentyabr 2020, 19:51 (GMT +4)
Azərbaycan XİN rəhbəri ilə Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi arasında telefon danışığı olub

27 Sentyabr 2020, 19:40 (GMT +4)
Ermənilərin hücumu nəticəsində bir ailənin 5 üzvü həlak olub - Baş Prokurorluq

27 Sentyabr 2020, 19:24 (GMT +4)
Paşinyan Putinə zəng edib

27 Sentyabr 2020, 19:15 (GMT +4)
Azərbaycan Xarici İşlər nazirinin rusiyalı həmkarı ilə telefon danışığı olub

27 Sentyabr 2020, 19:12 (GMT +4)
Leyla Abdullayeva: Biz beynəlxalq ictimaiyyəti Ermənistan rəsmisinin irqçi və şovinist açıqlamasını pisləməyə çağırırıq

27 Sentyabr 2020, 19:10 (GMT +4)
Azərbaycan BMT-yə müracət edəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66