Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycan İnvestisiya Holdinqi yaradılır

07 Avqust 2020, 16:00 (GMT +4)

Bakı, 7 avqust, SalamNews.Prezident İlham Əliyev Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında fərman imzalayıb.

Azərbaycanda həyata keçirilən davamlı struktur islahatları iqtisadiyyatın səmərəliliyinin daha da artırılması məqsədlərinə xidmət edir. Bu istiqamətdə ölkədə institusional və tənzimləyici çərçivə təkmilləşdirilmiş, milli iqtisadiyyatın özəyi olan təsərrüfat strukturlarında idarəetmənin sağlam prinsiplər əsasında inkişafı və tam şəffaflaşması üçün möhkəm zəmin yaradılmışdır.

Sözügedən islahatlar biznes mühitinin xeyli yaxşılaşmasını şərtləndirmişdir. Həmçinin ölkədə sosial-iqtisadi infrastruktur inkişaf etmiş, yeni strateji mərhələnin çağırışlarına adekvat formada qurulan idarəetmənin çevikliyi artmışdır.

Ötən müddətdə struktur islahatlarının əhəmiyyətini nəzərə alaraq dövlət xidmətləri və məhsul istehsalı sferasının da qabaqcıl prinsiplər əsasında idarə olunmasına xüsusi önəm verilmişdir. Bu istiqamətdə ölkədə iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində dayanıqlılığın artırılması, onların gəlir və xərclərinə nəzarətin daha da gücləndirilməsi üçün bir sıra işlər görülmüş, paylarının nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslərin idarə olunmasının təkmilləşdirilməsi məqsədilə mühüm islahatlar həyata keçirilmişdir.

Müasir dövrdə yalnız azad bazar münasibətlərinin hərtərəfli inkişafına, dayanıqlı özəl mülkiyyətin genişlənməsinə, daha sağlam prinsiplərə söykənən idarəçiliyə əsaslanmaqla iqtisadi inkişafı sürətləndirmək mümkündür. Buna görə də dövlətə məxsus müəssisələrin idarə olunması sisteminin təkmilləşdirilməsi, fəaliyyətinin səmərəliliyinin və şəffaflığının artırılması, xərclərini və risklərini optimallaşdırmaq yolu ilə onların tam sağlamlaşdırılması istiqamətində struktur islahatlarının dərinləşdirilməsi tələb olunur.

Fərmanda qeyd edilir ki, “Azərbaycan İnvestisiya Holdinqi” publik hüquqi şəxs yaradılsın.

2. “Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsi” təsdiq edilir.

3. Müəyyən edilir ki, Azərbaycan İnvestisiya Holdinqinin (bundan sonra– AİH) fəaliyyətinə rəhbərliyi həyata keçirmək üçün Müşahidə Şurası və İdarə Heyəti yaradılır; idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin (bundan sonra – dövlət müəssisələri) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş məsələləri AİH Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həll edir.

AİH-in təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir:

Azərbaycan Respublikasının Prezidentinə:

- nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

- idarəetmə orqanlarının yaradılması;

- Müşahidə Şurası üzvlərinin (o cümlədən sədrinin), habelə İdarə Heyəti sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

- ləğvi və yenidən təşkili.

AİH-ə:

- bu Fərmanın 4.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

Nazirlər Kabinetinə tapşırılır ki, AİH-in yaradılması ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; AİH-in idarəetməsinə veriləcək dövlət müəssisələri ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; AİH-in fəaliyyətinin təşkili və təmin edilməsi xərclərinin maliyyələşdirilməsi üçün dövlət müəssisələrinin AİH-ə ödəyəcəkləri haqqın formalaşma mexanizmi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ-hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; dövlət qeydiyyatına alındığı gündən AİH-in inzibati bina ilə təmin olunması və maddi-texniki təminatı məsələlərinin həlli üçün bir ay müddətində tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; dövlət qeydiyyatına alınması üçün bu Fərmanın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin; Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Maliyyə Nazirliyi bu Fərmanla təsdiq edilmiş Nizamnamənin 5.1-ci bəndində göstərilən məbləğdə maliyyələşməni Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə təmin edəcək.

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermək tapşırılır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Prezident İlham Əliyev: "Bir neçə yaşayış məntəqəmiz işğaldan azad edilib"

Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Prezident İlham Əliyev xalqa müraciət edib

Azay Quliyev: Prezident İlham Əliyevin BMT-dəki çıxışı mükəmməl yol xəritəsidir

İlham Əliyev: Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar

Prezident İlham Əliyev Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

Prezident İlham Əliyev: Ermənistanda gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır

İlham Əliyev: Ermənistan terrorçuluğa sponsorluq edən ölkədir

Prezident İlham Əliyev İsveçin yeni səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Balaxanıda aparılan abadlıq işləri ilə tanış olub

Prezident İlham Əliyev AAYDA-ya 8,3 milyon manat ayırıb

İlham Əliyev bütün müsəlman ölkələrinə səslənib: «Ermənistan sizin dostunuz deyil»

Prezident İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib

Prezident İlham Əliyev Yaponiyanın Baş Nazirini təbrik edib

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib

Prezident İlham Əliyev Vaqif Axundovu təltif edib

İlham Əliyev: Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır 

Prezident İlham Əliyev yeni dərs ili münasibətilə müəllim və şagirdlərə müraciət edib

Prezident İlham Əliyev Aqarunovun adını daşıyan məktəbin açılışında iştirak edib

28 Sentyabr 2020, 09:41 (GMT +4)
Neftçalada gənclər üçün yeni mərkəz açılıb

28 Sentyabr 2020, 09:35 (GMT +4)
MN: Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib

28 Sentyabr 2020, 09:33 (GMT +4)
Türkiyəli nazir: Qardaş Azərbaycanın yanındayıq

28 Sentyabr 2020, 09:30 (GMT +4)
Ermənistanın xəstəxanaları yaralılara görə ağır xəstələri qəbul etmir

28 Sentyabr 2020, 09:28 (GMT +4)
Dünyada COVID-19 virusundan ölənlərin sayı 1 milyonu ötüb

28 Sentyabr 2020, 09:27 (GMT +4)
Vaşinqton Ermənistan və Azərbaycanı döyüşləri dərhal dayandırmağa çağırıb

28 Sentyabr 2020, 09:23 (GMT +4)
Müdafiə Nazirliyi: Düşmənin 550 nəfərdən artıq itkisi var

28 Sentyabr 2020, 09:16 (GMT +4)
XİN: Düşmən qüvvələri mülki şəxsləri və obyektləri məqsədyönlü şəkildə hədəfə alır

28 Sentyabr 2020, 09:13 (GMT +4)
Tramp Dağlıq Qarabağdakı vəziyyətlə bağlı açıqlama verib

28 Sentyabr 2020, 09:01 (GMT +4)
Düşmənin daha 2 tankı məhv edilib (VIDEO)

28 Sentyabr 2020, 08:56 (GMT +4)
Müdafiə Nazirliyi: Düşmən sonuncu dəfə xəbərdar edilir

28 Sentyabr 2020, 08:48 (GMT +4)
İranın XİN rəhbəri Azərbaycan və ermənistanlı həmkarları ilə telefon bağlantısında olub

27 Sentyabr 2020, 23:24 (GMT +4)
BMT Baş katibi Azərbaycan və Ermənistanı döyüşləri dərhal dayandırmağa çağırıb

27 Sentyabr 2020, 21:27 (GMT +4)
Səfərbərlik Xidməti: Hərbi vəziyyət səfərbərliyin elan olunması anlamına gəlmir

27 Sentyabr 2020, 21:11 (GMT +4)
Ermənistan ordusuna məxsus silah-sursat anbarı məhv edilib (VİDEO)

27 Sentyabr 2020, 19:51 (GMT +4)
Azərbaycan XİN rəhbəri ilə Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi arasında telefon danışığı olub

27 Sentyabr 2020, 19:40 (GMT +4)
Ermənilərin hücumu nəticəsində bir ailənin 5 üzvü həlak olub - Baş Prokurorluq

27 Sentyabr 2020, 19:24 (GMT +4)
Paşinyan Putinə zəng edib

27 Sentyabr 2020, 19:15 (GMT +4)
Azərbaycan Xarici İşlər nazirinin rusiyalı həmkarı ilə telefon danışığı olub

27 Sentyabr 2020, 19:12 (GMT +4)
Leyla Abdullayeva: Biz beynəlxalq ictimaiyyəti Ermənistan rəsmisinin irqçi və şovinist açıqlamasını pisləməyə çağırırıq

27 Sentyabr 2020, 19:10 (GMT +4)
Azərbaycan BMT-yə müracət edəcək

27 Sentyabr 2020, 19:02 (GMT +4)
Hikmət Hacıyev: Azərbaycan Ordusu işğal olunmuş əraziləri düşməndən geri alacaq

27 Sentyabr 2020, 18:53 (GMT +4)
MN: Düşmənin çoxlu sayda hərbi texnikası məhv edilib

27 Sentyabr 2020, 18:52 (GMT +4)
Hərbi vəziyyətin tətbiq edildiyi rayonların adları açıqlanıb

27 Sentyabr 2020, 18:50 (GMT +4)
Azərbaycan Prezidentinin fərmanı ilə hərbi vəziyyət elan olunub

27 Sentyabr 2020, 18:45 (GMT +4)
Düşmən zirehli texnikasını döyüş meydanında ataraq qaçır

27 Sentyabr 2020, 18:35 (GMT +4)
Müdafiə Nazirliyi: Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub

27 Sentyabr 2020, 18:17 (GMT +4)
Müdafiə Nazirliyinin saytında yaranmış problemin səbəbi açıqlanıb

27 Sentyabr 2020, 18:00 (GMT +4)
Azərbaycanın bəzi şəhər və rayonlarda hərbi vəziyyət tətbiq edilib

27 Sentyabr 2020, 17:54 (GMT +4)
İran Ermənistan və Azərbaycanı atəşkəsə çağırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66