Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Mikayıl Cabbarov sahibkarlarla onlayn görüş keçirib 

07 Avqust 2020, 16:43 (GMT +4)

Bakı, 7 avqust, SalamNews.Avqustun 7-də İqtisadiyyat naziri Mikayıl Cabbarov sahibkarlarla onlayn görüş keçirib.

Nazirlikdən SalamNews-a verilən məlumata görə, görüşdə İqtisadiyyat Nazirliyinin rəhbər vəzifəli şəxsləri, eləcə də pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 280-dən çox sahibkar iştirak edib. Tədbirin əsas məqsədi yeni şəraitdə biznesin fəaliyyəti, istehsal və xidmət sahələrində tətbiq edilən davranış qaydaları, pandemiyanın özəl sektora mənfi təsirlərinin aradan qaldırılması yollarının müzakirəsi olub.

Görüşdə çıxış edən İqtisadiyyat naziri qeyd edib ki, 2020-ci il Azərbaycan üçün uğurlu başlasa da, pandemiya bütün ölkələrdə olduğu kimi, milli iqtisadiyyatı da yeni çağırışlarla üz-üzə qoyub, məcburi məhdudlaşdırmalar iqtisadi fəallığın zəifləməsinə, biznesin maliyyə itkiləri ilə qarşılaşmasına gətirib çıxarıb. Pandemiyanın milli iqtisadiyyata, məşğulluğa və sahibkarlıq subyektlərinə mənfi təsirlərinin minimallaşdırılması üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlət orqanları qarşısında çox ciddi vəzifələr qoyub. Nazirlər Kabineti tərəfindən iqtisadiyyata geniş dəstək paketini nəzərdə tutan proqramlar, biznesin qısa və orta müddətdə dəstəklənməsini əhatə edən çoxşaxəli mühüm sənədlər qəbul edilib. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində insan amilinin dayandığını vurğulayan nazir sıx dövlət-vətəndaş həmrəyliyinə söykənərək insanların sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlərin önəmini diqqətə çatdırıb.

Pandemiyanın iqtisadiyyata neqativ təsirləri barədə məlumat verən İqtisadiyyat naziri 2020-ci ilin birinci yarımilliyi üzrə ÜDM-də azalmanın qeydə alındığını, əksər iqtisadi sektorlarda azalma müşahidə olunduğunu qeyd edib. Vurğulanıb ki, iqtisadiyyata təhdidlərin qarşısının alınması istiqamətində qeyri-neft sektorunda iqtisadi fəallığın canlandırılması, iş yerlərinin qorunması baxımından stimullaşdırıcı effektli layihələrin və tədbirlərin maliyyələşdirilməsi, investisiya yönümlü kreditləşdirmə, özəl investisiya qoyuluşunun təşviq edilməsi, tikinti-məşğulluq və digər istiqamətlərdə təkanverici tədbirlərin görülməsi qarşıda duran əsas hədəflərdəndir.

Özəl sektorun iqtisadiyyatın aparıcı qüvvəsi olduğunu vurğulayan Mikayıl Cabbarov, dövlət başçısının tapşırığına uyğun olaraq, Nazirlər Kabinetinin sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə qərar qəbul etdiyini bildirib. Qərara əsasən, mövcud şəraitin sahibkarlığa mənfi təsirlərini minimallaşdırmaq və məşğulluğun qorunmasına dəstək məqsədilə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan vergi ödəyicilərinə işçi sayına münasibətdə bir aylıq əməkhaqqı fondu həcmində, fərdi (mikro) sahibkarların isə daha çox ehtiyacı olan hissəsinə təkrarən 250 manat həcmində maliyyə dəstəyi göstəriləcəkdir. Bunlarla yanaşı, Nazirlər Kabinetinin qərarı ilə 2020-ci il 1 aprel tarixindən 2021-ci il 1 yanvar tarixinədək sahibkarlar dövlət və bələdiyyə torpaq sahələrinin, hüquqi şəxslər və fərdi sahibkarlar (o cümlədən həmin kateqoriyadan olan sənaye məhəllələrinin iştirakçıları) dövlət əmlakının icarə haqqından azad edilir. İqtisadiyyat naziri, həmçinin, sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması, pandemiyadan zərər çəkmiş sahələrə dövlət dəstəyinin gücləndirilməsi məqsədilə sahibkarlığın maliyyələşdirilməsi alətlərinin genişləndirildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, sahibkarların dövlət zəmanətli krediti asan və şəffaf formada əldə etməsi üçün yaradılmış Elektron Kredit Platforması vasitəsilə artıq bir ay ərzində 12 milyon manatdan çox kredit verilməsi təsdiq edilib.

Bildirilib ki, hazırkı şəraitdə cəmiyyət, eləcə də sahibkarlar yaranmış yeni tələblərə uyğunlaşmalıdır. Pandemiyanın nə zaman bitəcəyi məlum deyil. Cəmiyyət yeni həyat tərzinə hazır olmalı, sahibkarlar da biznes fəaliyyətini yaranmış şəraitə uyğunlaşdırmalıdırlar. Qapalı məkanlarda maska taxılmalı, obyektlər mütəmadi olaraq dezinfeksiya edilməli, antiseptik vasitələrdən istifadə olunmalı, işçi heyətin maska və əlcəkdən istifadəsi təmin edilməli, vətəndaşların maskasız obyektlərə daxil olmasının və sıxlığın qarşısı alınmalı, fiziki məsafə qorunmalıdır. Yeni həyat tərzinin rəqəmsal həllərin tətbiqini tələb etdiyini deyən İqtisadiyyat naziri məsafəli xidmətin imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb. Ticarət və xidmət obyektləri yeni qaydalara nə qədər tez vərdiş etsələr, bu onların biznesi üçün bir o qədər səmərəli olar.

Görüşdə çıxış edən sahibkarlar yaranmış vəziyyətin onların fəaliyyətinə göstərdiyi mənfi təsirləri qeyd edib, istehsal və xidmət sektorlarında yeni qaydaların tətbiqinin təkcə sahibkarlardan deyil, eləcə də cəmiyyətin hər bir üzvündən asılı olduğunu bildirib, iqtisadi itkilərin aradan qaldırılması, iqtisadi fəallığın bərpası üçün dövlətdən əlavə dəstək gözlədiklərini diqqətə çatdırıblar. Biznesin fəaliyyətinin yeni, fərqli şəraitdə davam edəcəyini vurğulayan iş adamları bu çətin dövrdə dövlət-biznes əməkdaşlığının daha zəruri xarakter daşıdığını qeyd ediblər.

Görüşlə bağlı əvvəlcədən elan edilmiş e-mail ünvana sahibkarlardan çoxsaylı sual və təkliflər daxil olub, həmçinin tədbir zamanı əlavə təkliflər səsləndirilib. Müraciətlərin əsas hissəsi pandemiyadan zərər çəkmiş sahələrin əhatə dairəsinin genişləndirilməsi, vergi güzəştlərinin müddətinin uzadılması, vergi borclarının ödənilməsi üçün güzəşt müddətlərinin müəyyən edilməsi, sosial ödəmələr üzrə əlavə tətilin verilməsi, dövlət zəmanətli kreditlərin müddətinin uzadılması və s. məsələlərlə bağlı olub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov sahibkarların suallarını cavablandırıb, təkliflərlə bağlı fikirlərini bildirib. Görüşdə pandemiyanın özəl sektora təsirlərinin minimallaşdırılması, biznesin dirçəldilməsi və inkişafı yolları müzakirə olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İqtisadiyyat Nazirliyi 400-ə yaxın obyektdə pozuntu aşkarlayıb

ASK ilə İqtisadiyyat Nazirliyi arasında görüş keçirilib

İqtisadiyyat Nazirliyi: Daha 542 obyekt sanitar-epidemioloji tələbləri pozub

İqtisadiyyat Nazirliyi: Daha 227 obyektdə sanitariya-gigiyena tələbləri pozulub

İqtisadiyyat Nazirliyi: 97 obyektdə sanitar-epidemioloji tələblər pozulub

İqtisadiyyat Nazirliyi vergiödəyicilərinə müraciət edib

İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb

İqtisadiyyat Nazirliyi iri ticarət mərkəzlərinin rəhbərləri ilə müzakirələr aparıb

İqtisadiyyat Nazirliyi bir sıra iaşə müəssisələrində pozuntu aşkar edib

İqtisadiyyat Nazirliyində bir sıra kadr təyinatları aparılıb

İqtisadiyyat Nazirliyinə 27 mindən çox vergi ödəyicisi müraciət edib

İqtisadiyyat Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

İqtisadiyyat Nazirliyi: Çətin vaxtlarda sahibkarlara dəstək göstəriləcək

İqtisadiyyat Nazirliyi və “Azərmaş” ASC yeni sosial layihəyə start verib

İqtisadiyyat Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC birgə İşçi Qrupu yaradır

Vergilər Nazirliyi və Əmlak Məsələləri İqtisadiyyat Nazirliyinə daxil edilib

Qazaxıstanın Azərbaycandakı səfiri İqtisadiyyat Nazirliyində olub

İqtisadiyyat Nazirliyi “Bakcell”i mükafatlandırıb

İqtisadiyyat Nazirliyində Ulu Öndərin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş tədbir keçirilib

İqtisadiyyat Nazirliyi müsabiqə elan edib

29 Sentyabr 2020, 12:00 (GMT +4)
MN: Ermənistan tərəfi köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir

29 Sentyabr 2020, 11:51 (GMT +4)
Ceyhun Bayramovla Britaniyanın dövlət naziri arasında telefon danışığı olub

29 Sentyabr 2020, 11:45 (GMT +4)
Müqtəda Sədr İraqda yeni vətəndaş müharibəsi barədə xəbərdarlıq edib

29 Sentyabr 2020, 11:41 (GMT +4)
Ermənistan Ordusu İTV-nin avtomobilinə atəş açıb

29 Sentyabr 2020, 11:39 (GMT +4)
ABŞ-da atışma baş verib, ölənlər var

29 Sentyabr 2020, 11:30 (GMT +4)
Ermənistan ordusunun alayı darmadağın edilib - MN

29 Sentyabr 2020, 11:24 (GMT +4)
Müdafiə Nazirliyi: Ermənistan ordusunun polkovniki məhv edilib

29 Sentyabr 2020, 11:19 (GMT +4)
MN: Düşmənin “Uraqan” yaylım atəş sistemi məhv edilib

29 Sentyabr 2020, 11:16 (GMT +4)
Vaqif Dərgahlı: Azad edilən ərazilərin bir qarışı belə itirilməyib

29 Sentyabr 2020, 11:10 (GMT +4)
Cəbhə bölgəsində yerləşən 468 məktəbin dərs cədvəllərinə dəyişiklik edilib

29 Sentyabr 2020, 10:56 (GMT +4)
Türkiyəli millət vəkili ATƏT Minsk Qrupunu ləğv etməyə çağırıb 

29 Sentyabr 2020, 10:50 (GMT +4)
MN: Növbəti düşmən tankları məhv edilib (VİDEO)

29 Sentyabr 2020, 10:45 (GMT +4)
Dünya bazarında neft ucuzlaşıb

29 Sentyabr 2020, 10:39 (GMT +4)
Rusiya İdlibdə yeni kimyəvi hücumun səhnələşdirilməsilə bağlı xəbərdarlıq edib

29 Sentyabr 2020, 10:30 (GMT +4)
Prezident İlham Əliyev Pakistanın yeni səfirinin etimadnaməsini qəbul edib

29 Sentyabr 2020, 10:24 (GMT +4)
Abdulla Gül: Ümid edirəm Ermənistan 29 ildir davam etdirdiyi bu haqsız işğala son verər

29 Sentyabr 2020, 10:12 (GMT +4)
Azərbaycan MDB ölkələrinə məhsul ixracını artırıb

29 Sentyabr 2020, 09:56 (GMT +4)
Türkiyənin aparıcı partiyaları Azərbaycana dəstək bəyanatı verib 

29 Sentyabr 2020, 09:50 (GMT +4)
Əfqanıstan Qarabağ məsələsində Azərbaycan dövlətinin yanında olduğunu bildirib

29 Sentyabr 2020, 09:47 (GMT +4)
MN: HHQ aviasiya vasitələrinin tərkibində F-16 qırıcıları mövcud deyil

29 Sentyabr 2020, 09:37 (GMT +4)
Ərdoğan ilə Conson Qarabağdakı vəziyyəti müzakirə edib

29 Sentyabr 2020, 09:25 (GMT +4)
MN: Düşmənin 1 tankı, 10 nəfərədək şəxsi heyəti məhv edilib (VİDEO)

29 Sentyabr 2020, 09:25 (GMT +4)
Füzulinin azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir

29 Sentyabr 2020, 09:15 (GMT +4)
Müdafiə Nazirliyi: Daşkəsən artilleriya atəşinə tutulur

29 Sentyabr 2020, 09:13 (GMT +4)
Azərbaycan Texniki Universiteti bəyanat yayıb

29 Sentyabr 2020, 09:01 (GMT +4)
Ayətullah Xameneinin Ərdəbil üzrə nümayəndəsi: Qəsb edilmiş əraziləri geri almaq Azərbaycanın şəri və qanuni haqqıdır

28 Sentyabr 2020, 23:09 (GMT +4)
Ayətullah Xameneinin nümayəndəsi: İran Qarabağ məsələsində Azərbaycanın yanındadır (VİDEO)

28 Sentyabr 2020, 18:00 (GMT +4)
BNA: Avtobuslar adi rejimdə işləyəcək

28 Sentyabr 2020, 17:50 (GMT +4)
Türk Şurası Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edir

28 Sentyabr 2020, 17:45 (GMT +4)
Daxili İşlər Nazirliyi komendant saatı ilə bağlı məlumat yayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66