Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Şahmar Mövsümov: Qarşımızda duran ən vacib məsələ virusun yayılma sürətinin aşağı salınmasıdır

08 Avqust 2020, 12:00 (GMT +4)

Bakı, 8 avqust, SalamNews.Sərt karantin rejiminin yumşaldılması istiqamətində addımlar tədricən atılır. Tədricən aparılan yumşaldılmalar bir sıra xarici ölkələrin də təcrübəsinə uyğundur.

SalamNews xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın avqustun 8-də keçirilən brifinqində bildirib.

“Lakin bu yumşalma ilə bağlı addımlar atıldıqca yoluxma riskləri daha da artır. Digər ölkələrin təcrübəsi də göstərir ki, açılmalardan sonra yoluxma halları yenidən artır və yenidən sərtləşdirilmiş karantin rejimləri tətbiq edilir”, - deyə Prezidentin köməkçisi bildirib.

Azərbaycanda da sərt karantin rejiminin yumşaldılması ilə bağlı tədricən addımların atılacağını söyləyən Şahmar Mövsümov təəssüflə qeyd edib ki, bu yumşaldılmalar ölkəmizdə də yoluxma hallarının yenidən artacağı ehtimalını artırır. “Qarşımızda duran ən vacib məsələ bu virusun yayılmasının sürətinin aşağı salınmasıdır. Burada da üç əsas istiqamət var. Birincisi tətbiq olunan karantin rejiminin çox sadə qaydalarına riayət etməkdir. Yəni, tibbi maskadan istifadə etmək, sosial məsafə saxlamaq və digər xüsusi tələblərə əməl etmək. Bu ən önəmli məsələdir və hər birimizdən asılıdır. Bu qaydalara əməl etsək virusun yayılma sürətini aşağı salacağıq. İkinci istiqamət qoyulmuş tələblərə nəzarətin həyata keçirilməsidir. Bu, məsələdə əsas yük hökumətin üzərinə düşür və bununla bağlı ciddi addımlar atılır və atılacaq. Üçüncü istiqamət isə yoluxma hallarının erkən müəyyən edilməsi və yoluxanların erkən təcrid olunmasıdır”,- deyə Şahmar Mövsümov vurğulayıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Şahmar Mövsümov: “Növbəti brifinqdə tədrislə bağlı bütün suallara aydınlıq gətiriləcək”

Şahmar Mövsümov: Qaydalara əməl edilsə, daha çox açılmalara getmək mümkün olacaq

Şahmar Mövsümov: 190 manatlıq birdəfəlik ödənişlər hissə-hissə veriləcək

Şahmar Mövsümov Prezidentin köməkçisi təyin edilib

Şahmar Mövsümov Dünya İnvestisiya Forumunda iştirak edir

Şahmar Mövsümovun yeni müşaviri təyin olunub

Şahmar Mövsümov növbəti müddətə Bank VTB-nin Müşahidə Şurasına üzv seçilib

Neft fondunda manat ehtiyatları yaranıb - Şahmar Mövsümov

ARDNF-in aktivləri 34 milyard dollar olacaq - Şahmar Mövsümov

29 Sentyabr 2020, 10:12 (GMT +4)
Azərbaycan MDB ölkələrinə məhsul ixracını artırıb

29 Sentyabr 2020, 09:56 (GMT +4)
Türkiyənin aparıcı partiyaları Azərbaycana dəstək bəyanatı verib 

29 Sentyabr 2020, 09:50 (GMT +4)
Əfqanıstan Qarabağ məsələsində Azərbaycan dövlətinin yanında olduğunu bildirib

29 Sentyabr 2020, 09:47 (GMT +4)
MN: HHQ aviasiya vasitələrinin tərkibində F-16 qırıcıları mövcud deyil

29 Sentyabr 2020, 09:37 (GMT +4)
Ərdoğan ilə Conson Qarabağdakı vəziyyəti müzakirə edib

29 Sentyabr 2020, 09:25 (GMT +4)
MN: Düşmənin 1 tankı, 10 nəfərədək şəxsi heyəti məhv edilib (VİDEO)

29 Sentyabr 2020, 09:25 (GMT +4)
Füzulinin azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir

29 Sentyabr 2020, 09:15 (GMT +4)
Müdafiə Nazirliyi: Daşkəsən artilleriya atəşinə tutulur

29 Sentyabr 2020, 09:13 (GMT +4)
Azərbaycan Texniki Universiteti bəyanat yayıb

29 Sentyabr 2020, 09:01 (GMT +4)
Ayətullah Xameneinin Ərdəbil üzrə nümayəndəsi: Qəsb edilmiş əraziləri geri almaq Azərbaycanın şəri və qanuni haqqıdır

28 Sentyabr 2020, 23:09 (GMT +4)
Ayətullah Xameneinin nümayəndəsi: İran Qarabağ məsələsində Azərbaycanın yanındadır (VİDEO)

28 Sentyabr 2020, 18:00 (GMT +4)
BNA: Avtobuslar adi rejimdə işləyəcək

28 Sentyabr 2020, 17:50 (GMT +4)
Türk Şurası Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edir

28 Sentyabr 2020, 17:45 (GMT +4)
Daxili İşlər Nazirliyi komendant saatı ilə bağlı məlumat yayıb

28 Sentyabr 2020, 17:31 (GMT +4)
Təhsil Nazirliyi internet probleminə görə şagirdlərə müraciət edib

28 Sentyabr 2020, 17:27 (GMT +4)
Tbilisidə səfirlik önündə Azərbaycana dəstək aksiyası keçirilib

28 Sentyabr 2020, 17:25 (GMT +4)
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

28 Sentyabr 2020, 17:15 (GMT +4)
MN: Düşmənin daha bir neçə hərbi texnikası məhv edilib (VİDEO)

28 Sentyabr 2020, 17:08 (GMT +4)
RF Şurasının rəhbəri Qarabağ münaqişəsinə qarışmamağa çağırıb

28 Sentyabr 2020, 16:48 (GMT +4)
İndoneziyada torpaq sürüşməsi nəticəsində 10 nəfər ölüb

28 Sentyabr 2020, 16:45 (GMT +4)
Azərbaycanda daha 38 yeni yoluxma qeydə alınıb

28 Sentyabr 2020, 16:30 (GMT +4)
Müdafiə Nazirliyi beynəlxalq təşkilatların nümayəndələrini məlumatlandırıb

28 Sentyabr 2020, 16:22 (GMT +4)
Səudiyyə Ərəbistanı Qarabağda döyüşlərin başlamasına münasibət bildirib

28 Sentyabr 2020, 16:05 (GMT +4)
Medvedev cəbhə xəttində vəziyyətin gərginləşməsinə münasibət bildirib

28 Sentyabr 2020, 15:50 (GMT +4)
Gənclər və İdman Nazirliyi bəyanat yayıb

28 Sentyabr 2020, 15:48 (GMT +4)
Qətər və İran elektrik şəbəkəsinin dənizin altı ilə birləşdiriməsini müzakirə edirlər

28 Sentyabr 2020, 15:41 (GMT +4)
Təhsil Nazirliyi: Daha 39 şagirddə koronavirus aşkarlanıb

28 Sentyabr 2020, 15:38 (GMT +4)
Ermənilərin artıq hesab verməyinin vaxtı gəlib çatıb - Ərdoğan

28 Sentyabr 2020, 15:31 (GMT +4)
Ermənistan xaricdən gələn muzdluları geri göndərməlidir - Hulusi Akar

28 Sentyabr 2020, 15:16 (GMT +4)
Peskov: Əliyev ilə Putin ehtiyac olarsa əlaqə saxlayacaq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66