Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycan Mərkəzi Bankı və İFC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

11 Avqust 2020, 13:35 (GMT +4)

Bakı, 11 avqust, SalamNews.Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində Mərkəzi Bank tərəfindən həyata keçirilən fəaliyyət istiqamətində kompleks tədbirlərin icrası davam etdirilir. Bu istiqamətdə mühüm yeniliklərdən biri də Mərkəzi Bankın beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığı çərçivəsində iqtisadiyyatın maliyyə xidmətlərinə çıxışını daha da artırmaq üçün yeni maliyyə alətlərinin tətbiqidir.

Bu barədə SalamNews-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumatda bildirilir ki, bununla əlaqədar olaraq bank məhsul və xidmətlərə əlçatanlığın yüksəldilməsi və maliyyә resurslarına çıxışın daha effektiv və innovativ müstəvidə qurulması, elektron vә rәqәmsal maliyyә xidmәtlәri üzrə agent şәbәkәsinin imkanlarından istifadə etməklə әhalinin maliyyә inklüzivliyinin artırılması məqsədilə Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dəstəyi ilə “Azərbaycanda Elektron və Rəqəmsal Maliyyə Xidmətləri” layihəsinin icrasına start verilmiş və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə IFC arasında Əməkdaşlıq Müqaviləsi imzalanmışdır.

Layihə çərçivəsində bank məhsul və xidmәtlәrinin əlçatanlığı üzrə normativ hüquqi bazanın yaradılması, açıq bankçılıq yanaşmasının tətbiqi ilə bağlı yol xəritəsinin hazırlanması, Ani Ödənişlər Sisteminin fəaliyyəti, habelə məsafədən identifikasiya olunmaqla bank məhsul və xidmətlərin (bank hesabının açılması, kredit alınması) əldə edilməsi imkanlarının yaradılması üzrə hüquqi aktlara dair tövsiyələrin hazırlanması kimi istiqamətlərdə işlərin görülməsi nəzərdə tutulur. Eyni zamanda, bank və müəssisələrin innovativ maliyyə xidmətlərini və məhsullarını sınaqdan keçirməyə imkan verən xüsusi tənzimləyici test rejiminin yaradılması məqsədilə birgə əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Layihənin ölkədə maliyyə xidmətləri və ödəniş sistemlərinin inkişafı, bank xidmətlərindən məhdud istifadə edən və ya xidmətlərə çıxışı olmayan əhalinin yaşadığı ucqar ərazilərdə daha səmərəli və effektiv kanallarla rəqəmsal maliyyə xidmətlərinə çıxışın genişləndirilməsi və bununla da ölkədə rəqəmsal ödəniş ekosisteminin inkişafına mühüm dəstək olacağı planlaşdırılır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Naxçıvana yeni ambulanslar verilib

AMB bu il üçün inflyasiya proqnozunu yeniləyib

Neftçalada ilkin olaraq əl ilə pambıq yığımına başlanılıb (FOTOLAR)

Rusiya prezidenti BMT Baş Assambleyasında çıxış edə bilər

Prezident: Adambaşına düşən testlərin sayına görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir

BMT Baş Assambleyasının sədri Azərbaycana təşəkkür edib

Qırğızıstanın keçmiş prezidenti Atambayev haqqında çıxarılan hökm qüvvədə saxlanılıb

AMB Ani Ödənişlər Sistemini pilot rejimində istifadəyə təqdim edib

AMB uçot dərəcəsini endirib

Dünya Azərbaycanlıları Assambleyası ermənilərin azərbaycanlılara təcavüzü ilə bağlı bəyanat verib

AMADA: Samboçumuz dopinqə görə 2 illik cəzalanıb

AMB: Əlavə valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilməyib

Atambayev 11 il 2 ay həbs cəzasına məhkum edilib

Azərbaycana 41 təcili tibbi yardım avtomobili və ambulans-perinatal gətirilib

Türkiyə Nümayəndəsi BMT Baş Assambleyasına sədr seçilib

AMB depozit hərracında 200 mln. manat cəlb edib

Millət vəkili həkimlərin həyat sığortasının tətbiqi üçün AMB və TƏBİB-ə müraciət edib

Nazirlik: 20 minə yaxın fermerlə pambıq əkininə dair müqavilə imzalanıb

AMB: 4 bankın bazarda qalmaları üçün 677 milyon manat tələb olunurdu

Türk vətəndaşı Gömrük Hospitalında əməliyyatdan sonra ambulans təyyarə ilə vətəninə qayıdıb

23 Sentyabr 2020, 22:50 (GMT +4)
Cəlilabadda «Veteranlar evinin» problemləri həll edilib

23 Sentyabr 2020, 18:05 (GMT +4)
Nazirlik: Bu gün daha 7 şagird virusa yoluxub

23 Sentyabr 2020, 18:00 (GMT +4)
Gürcüstanda COVİD-19-a yoluxmaya görə anti-rekord qeydə alınıb

23 Sentyabr 2020, 17:40 (GMT +4)
Azərbaycanın 3 şəhəri YUNESKO-nun Qlobal Şəbəkəsinə üzv seçilib

23 Sentyabr 2020, 17:27 (GMT +4)
Misir prezidenti Xəlifa Haftarla görüşüb

23 Sentyabr 2020, 17:20 (GMT +4)
Azərbaycanda koronavirusdan ölənlərin sayı 580 nəfərə çatıb

23 Sentyabr 2020, 17:18 (GMT +4)
Mask "Tesla"nın daha ucuz versiyasının istihsal ediləcəyinə söz verib 

23 Sentyabr 2020, 17:16 (GMT +4)
Azərbaycanda daha 146 yeni yoluxma faktı qeydə alınıb

23 Sentyabr 2020, 17:15 (GMT +4)
Rusiya Dövlət Dumasının Sədri: Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik

23 Sentyabr 2020, 17:07 (GMT +4)
Gömrükçülər siqaret müsadirə edib

23 Sentyabr 2020, 16:49 (GMT +4)
Tramp COVID-19-la bağlı görülən tədbilərə görə özünü tərifləyib

23 Sentyabr 2020, 16:33 (GMT +4)
7-ci “womENcourage” beynəlxalq virtual toplantısı keçiriləcək

23 Sentyabr 2020, 16:28 (GMT +4)
Azərbaycan nümayəndə heyətinin Vyaçeslav Volodin ilə görüşü başlayıb

23 Sentyabr 2020, 16:15 (GMT +4)
TƏBİB: Əhalinin 20 faizinə peyvənd vurulması yetərlidir

23 Sentyabr 2020, 16:14 (GMT +4)
İran bölgəyə yeni daxil olan ABŞ aviadaşıyıcısını yerli PUA-larla izlədiyini bildirib (FOTO)

23 Sentyabr 2020, 16:12 (GMT +4)
Lavrov: Rusiya işğal olunmuş 5 rayonun geri qaytarılmasının tərəfdarıdır

23 Sentyabr 2020, 16:00 (GMT +4)
Millimizin futbolçusunun klubunda koronavirus aşkarlanıb

23 Sentyabr 2020, 15:52 (GMT +4)
Makron: AB Türkiyə ilə dialoqa hazırdır

23 Sentyabr 2020, 15:37 (GMT +4)
Əfqanıstan hökuməti ilə Talibanın danışıqlarında mühüm irəliləyiş əldə edilib

23 Sentyabr 2020, 15:28 (GMT +4)
Lənkəranda ümumi istifadədə olan 38 km yol yenidən qurulub

23 Sentyabr 2020, 15:15 (GMT +4)
AZAL Ankara və Antalyaya xüsusi reyslər həyata keçirməyə başlayır

23 Sentyabr 2020, 15:14 (GMT +4)
Lavrov: Paşinyanın Qarabağla bağlı açıqlamaları münaqişənin həllinə mane olur

23 Sentyabr 2020, 15:06 (GMT +4)
Naxçıvana yeni ambulanslar verilib

23 Sentyabr 2020, 14:57 (GMT +4)
İranda son sutkada 184 koronavirus xəstəsinin ölümü qeydə alınıb

23 Sentyabr 2020, 14:32 (GMT +4)
Lukaşenko Belarus Prezidenti kimi vəzifəsinin icrasına başlayıb

23 Sentyabr 2020, 14:30 (GMT +4)
Sahibə Qafarova: Azərbaycan heç vaxt başqasının torpağına iddia etməyib

23 Sentyabr 2020, 14:21 (GMT +4)
Cənubi Koreya BMT-dən KXDR ilə müharibənin bitməsinə kömək etməsini istəyib

23 Sentyabr 2020, 14:15 (GMT +4)
Bu il Azərbaycanda 25 mlrd kubmetrdən çox qaz hasil edilib

23 Sentyabr 2020, 13:53 (GMT +4)
ABŞ 40 ildir İrana sanksiya tətbiq edir, amma son iki ildə iqtisadi müharibəyə qalxıb – Ruhani

23 Sentyabr 2020, 13:50 (GMT +4)
“Sahibkarların I beynəlxalq onlayn forumu - Bakı 2020” davam edir 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66