Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Kənd Təsərrüfatı naziri İnam Kərimov Bərdə, Tərtər, Füzulidə əkin sahələri və meyvə bağlarına baxış keçirib (FOTO)

11 Avqust 2020, 16:00 (GMT +4)

Bakı, 11 avqust, SalamNews.Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2019-ci il tarixli Sərəncamına əsasən Bərdə rayonunda baramaqurutma müəssisəsinin tikintisi həyata keçirilir. Kənd Təsərrüfatı naziri İnam Kərimov baramaqurutma müəssisəsində tikinti işlərinin gedişi ilə tanış olub. Bildirilib ki, ümumi tikinti ərazisi 1,2 hektar olan müəssisə istifadəyə veriləndən sonra burada ümumilikdə 200 ton yaş baramanın qəbulu və qurudulması mümkün olacaq.

SalamNews KTN-ə istinadən xəbər verir ki, daha sonra nazir İnam Kərimov Bərdə rayonunun Ərəblər kəndində fermer Nicat Məmmədovun pambıq sahəsi ilə tanış olub. Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib. Azərbaycanda bu il havaların quraq keçdiyini deyən nazir qeyd edib ki, su ehtiyatlarından səmərəli istifadə etmək üçün qarşıya konkret və ciddi vəzifələr qoyulub: “Qlobal istiləşmə bütün dövlətlərdə əsas problem olaraq qalır. Buna görə də su resurslarından səmərəli istifadə olunması qarşıda duran əsas vəzifələrdən biridir. Cənab Prezidentin rəhbərliyi ilə bu mövzuda keçirilən müşavirədə də dəfələrlə qeyd olundu ki, su ehtiyatlarından səmərəli istifadə etmək üçün müasir suvarma texnologiyalarından istifadə vacibdir. Hazırda Azərbaycanda suvarma prosesində innovasiyaların tətbiqi genişlənib. Bunlardan ən geniş yayılanı damla suvarma sistemləridir. Hazırda yüzlərlə təsərrüfatlarda, əsasən də çoxillik əkmələrdə damla suvarma sistemlərindən istifadə olunur. Bu üsul həm su ehtiyatlarından səmərəli istifadəyə imkan verir, həm də məhsuldarlığı artırır. Dövlət bu səbəbdən suvarma sistemlərini 40 faiz güzəşt tətbiq edilən kənd təsərrüfatı avadanlıqları siyahısına daxil edib. Fermerlərimizi dövlətin yaratdığı imkanlardan istifadə etməyə, təsərrüfatlarında müasir suvarma sistemləri quraşdırmağa çağırırıq. Bununla onlar həm məhsuldarlığı artırır, həm də su ehtiyatlarından qənaətlə istifadə etmiş olarlar”.

Nazir İnam Kərimov Azərbaycanda aqrar sahədə fəaliyyətin daha da stimullaşdırılması üçün ilk dəfə olaraq fermerlər arasında elan edilən “Ayın fermeri” müsabiqəsinin qalibi, toxumçu İkram Ziyadovla görüşüb, məhsuldarlıqla bağlı fermerlərlə fikir mübadiləsi aparıb. Nazir bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd nümunəvi fermerlərin müəyyən edilməsi, fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasıdır. Bərdə rayonunda uzun illərdir taxılçılıqla məşğul olduğunu deyən İkram Ziyadov qeyd edib ki, düzgün aqrotexniki qulluq nəticəsində taxıl sahəsindən buğda üzrə orta hesabla 54 sentner, arpa üzrə 45 sentner məhsul əldə edib. “Ayın fermeri” adına layiq görülən İkram Ziyadov xüsusi diplomla təltif olunub.

Ərəblər kəndində fermer İldırım Məlikovun intensiv gilas bağı, Zümürxan kəndində fermer Etibar Cümşüdovun təkrar qarğıdalı sahəsi ilə tanış olan nazir daha sonra Tərtər rayonuna gedərək təcrübə sınaq məntəqəsinin ərazisində yunan texnologiyası əsasında əkilmiş pambıq sahəsinə baş çəkib, Tərtər təcrübə sınaq məntəqəsinin inzibati bina və anbarların tikintisinin gedişi ilə maraqlanıb.

Daha sonra nazir İnam Kərimov Füzuli rayonunda baramaqurutma müəssisəsinin tikintisi ilə tanış olub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

KTN-nin dəstəklədiyi ilk aqrobiznes dəyər zənciri layihələri fəaliyyətə başlayıb

KTN 200 əməkdaşına yeni subsidiya qaydaları ilə bağlı təlimlər keçməyə başlayıb

KTN Sabirabadda respublika müşavirəsi keçirib

KTN-nin nümayəndə heyəti Fransada səfərdə olub

KTN quduzluğa qarşı yeni vaksinasiya üzərində çalışır

KTN Aparatının Həmkarlar İttifaqı Komitəsinin rəhbərliyi yenidən formalaşdırılıb

KTN-in nümayəndə heyəti Cənubi Afrikaya səfərə gedib

KTN süd məhsullarının dəyəri ilə bağlı beynəlxalq şirkətlə müqavilə bağlayıb 

KTN sahibkarları iri və xırdabuynuzlu heyvanların satışına dəvət edir

KTN Azərbaycandan ixrac olunmuş təzə kartofun Qazaxıstandan geri qaytarılması haqqında məlumat yayıb

“Aqrolizinq” ASC-nin Braziliyadan damazlıq heyvanlar alması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil - KTN

Bakıya satış məqsədi ilə gətirilmiş yararsız at əti aşkar edilib - KTN

Havalar soyuq keçdiyindən, dərinə düşmüş toxumların cücərməsi ləngiyib - KTN

KTN ilə İslam İnkişaf Bankı arasında əməkdaşlıq məsələləri müzakirə olunub

İrandan quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub - KTN

KTN vakant vəzifələrin tutulması üçün müsahibə elan edib

KTN-də ictimai iştirakçılığın təmin olunması ilə bağlı “dəyirmi masa” keçirilib

Ötən gün 29 cinayət faktnın üstü “isti izlər”lə açılıb - DİN

Azərbaycan KTN-nin nümayəndə heyəti Astanada beynəlxalq konfransda iştirak edəcək

KTN-də “2015-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda iclas keçirilib

28 Sentyabr 2020, 09:35 (GMT +4)
MN: Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib

28 Sentyabr 2020, 09:33 (GMT +4)
Türkiyəli nazir: Qardaş Azərbaycanın yanındayıq

28 Sentyabr 2020, 09:30 (GMT +4)
Ermənistanın xəstəxanaları yaralılara görə ağır xəstələri qəbul etmir

28 Sentyabr 2020, 09:28 (GMT +4)
Dünyada COVID-19 virusundan ölənlərin sayı 1 milyonu ötüb

28 Sentyabr 2020, 09:27 (GMT +4)
Vaşinqton Ermənistan və Azərbaycanı döyüşləri dərhal dayandırmağa çağırıb

28 Sentyabr 2020, 09:23 (GMT +4)
Müdafiə Nazirliyi: Düşmənin 550 nəfərdən artıq itkisi var

28 Sentyabr 2020, 09:16 (GMT +4)
XİN: Düşmən qüvvələri mülki şəxsləri və obyektləri məqsədyönlü şəkildə hədəfə alır

28 Sentyabr 2020, 09:13 (GMT +4)
Tramp Dağlıq Qarabağdakı vəziyyətlə bağlı açıqlama verib

28 Sentyabr 2020, 09:01 (GMT +4)
Düşmənin daha 2 tankı məhv edilib (VIDEO)

28 Sentyabr 2020, 08:56 (GMT +4)
Müdafiə Nazirliyi: Düşmən sonuncu dəfə xəbərdar edilir

28 Sentyabr 2020, 08:48 (GMT +4)
İranın XİN rəhbəri Azərbaycan və ermənistanlı həmkarları ilə telefon bağlantısında olub

27 Sentyabr 2020, 23:24 (GMT +4)
BMT Baş katibi Azərbaycan və Ermənistanı döyüşləri dərhal dayandırmağa çağırıb

27 Sentyabr 2020, 21:27 (GMT +4)
Səfərbərlik Xidməti: Hərbi vəziyyət səfərbərliyin elan olunması anlamına gəlmir

27 Sentyabr 2020, 21:11 (GMT +4)
Ermənistan ordusuna məxsus silah-sursat anbarı məhv edilib (VİDEO)

27 Sentyabr 2020, 19:51 (GMT +4)
Azərbaycan XİN rəhbəri ilə Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi arasında telefon danışığı olub

27 Sentyabr 2020, 19:40 (GMT +4)
Ermənilərin hücumu nəticəsində bir ailənin 5 üzvü həlak olub - Baş Prokurorluq

27 Sentyabr 2020, 19:24 (GMT +4)
Paşinyan Putinə zəng edib

27 Sentyabr 2020, 19:15 (GMT +4)
Azərbaycan Xarici İşlər nazirinin rusiyalı həmkarı ilə telefon danışığı olub

27 Sentyabr 2020, 19:12 (GMT +4)
Leyla Abdullayeva: Biz beynəlxalq ictimaiyyəti Ermənistan rəsmisinin irqçi və şovinist açıqlamasını pisləməyə çağırırıq

27 Sentyabr 2020, 19:10 (GMT +4)
Azərbaycan BMT-yə müracət edəcək

27 Sentyabr 2020, 19:02 (GMT +4)
Hikmət Hacıyev: Azərbaycan Ordusu işğal olunmuş əraziləri düşməndən geri alacaq

27 Sentyabr 2020, 18:53 (GMT +4)
MN: Düşmənin çoxlu sayda hərbi texnikası məhv edilib

27 Sentyabr 2020, 18:52 (GMT +4)
Hərbi vəziyyətin tətbiq edildiyi rayonların adları açıqlanıb

27 Sentyabr 2020, 18:50 (GMT +4)
Azərbaycan Prezidentinin fərmanı ilə hərbi vəziyyət elan olunub

27 Sentyabr 2020, 18:45 (GMT +4)
Düşmən zirehli texnikasını döyüş meydanında ataraq qaçır

27 Sentyabr 2020, 18:35 (GMT +4)
Müdafiə Nazirliyi: Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub

27 Sentyabr 2020, 18:17 (GMT +4)
Müdafiə Nazirliyinin saytında yaranmış problemin səbəbi açıqlanıb

27 Sentyabr 2020, 18:00 (GMT +4)
Azərbaycanın bəzi şəhər və rayonlarda hərbi vəziyyət tətbiq edilib

27 Sentyabr 2020, 17:54 (GMT +4)
İran Ermənistan və Azərbaycanı atəşkəsə çağırıb

27 Sentyabr 2020, 17:51 (GMT +4)
"Azərişıq" cəbhədəki vəziyyətlə bağlı qərargah yaradıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66