Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

PA rəsmisi Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyasını şərh edib

12 Avqust 2020, 15:20 (GMT +4)

Bakı, 12 avqust, SalamNews.Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyasını şərh edib.

SalamNews həmin şərhi təqdim edir:

"Bu günlərdə Ermənistan özünün yeni Milli Təhlükəsizlik Strategiyasını ictimaiyyət üçün açıqlamışdır. Strategiyaya ön sözü kimi yazılmış qeydlərdə baş nazir N.Paşinyan geniş şəkildə erməni tarixinə istinadlar edir, Ermənistan dağlıq yaylası, Hayk, çar Artaşes, Arşakilər, Van çarlığı, soyqırımı və s. kimi mifik tarixi məqamlara toxunur ki, bu da format olaraq belə sənədlərə tamamilə uyğun gəlmir.

Ümumiyyətlə, Ermənistanın Milli Təhlükəsizlik Strategiyası sanki saxta tarix dərsliyidir. Adətən bu kimi sənədlərdə tarixə bu qədər istinadlar olmur. Hiss olunur ki, Ermənistan yenə də keçmişin girovluğundan qurtula bilməmiş və çatışmazlıq kompleksi özünü bu sənəddə də büruzə vermişdir.

Strategiya ilə tanış olduqca orada şovinist, ksenofob və irqçi dəyərlərin təbliğ edildiyi dərhal sezilir. Erməni xalqının böyüklüyü, onun digər xalqlar üzərində üstünlüyü barədə, eləcə də qonşu xalqlara qarşı dözümsüzlük kimi mesajlar verilir. Ermənistan baş naziri Vahan Teryanın şerindən gətirdiyi sitatla böyük Babil sivilizasiyasının yer üzündən silinməsini şadyanalıqla qarşılayır. Əslində Strategiyanın bütün məğzi “Babil bizim düşmənimiz idi, Bəs indi hardadır. Səhralarla örtülüb” sitatında cəmləşmişdir. Bu düşüncə ilə Yaxın Şərqdə qədim tarixi abidələri dağıdan terrorçuların heç bir fərqi yoxdur. Bütün bunları görəndə, faşist Qaregin Njdenin “Sekaqron” kimi şovinist nəzəriyyəsinin necə yaranmasının və belə ideologiyaların nəyə görə Ermənistanda bu dərəcədə geniş təbliğ olunmasının səbəbləri tam olaraq aydın olur.

Bəlkə də Ermənistandan başqa heç bir ölkənin milli təhlükəsizlik strategiyasında şer yer almamışdır.

Sənəddə “məxməri inqilab”a toxunulur və onun yeni standartlar müəyyən etdiyi bildirilir. Əslində Milli Təhlükəsizlik Strategiyasında bu tipli istinad sənədin formatına uyğun deyil və məntiqsizdir. Çünki belə sənədlərdə hər hansı bir siyasi qüvvə təbliğ edilməməli, dövlətin ümumi və uzunmüddətli təhlükəsizlik konsepsiyası təsvir edilməlidir. Yəni, konsepsiya hakimiyyətdəki qüvvələrə deyil, dövlətin maraqlarına uyğun bir sənəd olmalıdır. Belə çıxır ki, sabah Ermənistanda N.Paşinyana və “məxməri inqilab”a əks olan qüvvələr hakimiyyətə gəldikdən sonra bu strategiya avtomatik olaraq artıq etibarsız olacaq. Belə təəssürat yaranır ki, bu Ermənistanın deyil, Soros və ona yaxın dairələrin dəstəyi ilə baş vermiş “inqilab” nəticəsində hakimiyyətə gələn, Soros fondundan pul alan N.Paşinyan hakimiyyətinin Milli Təhlükəsizlik Strategiyasıdır.

Sənəddə Ermənistan-Azərbaycan münaqişəsinə dair çoxsaylı istinadlar edilir, Azərbaycan tərəfi günahlandırılır və guya Azərbaycanda ermənifobiyanın olduğu bildirilir. Bundan əlavə, sənəddə Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarında yaratdığı qanunsuz rejimlə bağlı məqamlar yer alır.

Bununla bağlı vurğulamaq istərdim ki, Strategiyada münaqişə haqda fakt və arqumentlər də saxtadır. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonunu işğal edib. Ermənistan azərbaycanlılara qarşı soyqırımı törədib, etnik təmizləmə həyata keçirib, müharibə cinayətləri törədib. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərinə baxmayaraq Ermənistan hələ də öz ordusunu işğal etdiyi ərazilərdən geri çəkməmişdir. Ermənistan işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyət, o cümlədən qeyri-qanuni məskunlaşma siyasəti aparır. Ermənistan işğal olunuş ərazilərdə Azərbaycan izlərini yox etməyə çalışır. Ermənistan təmas xəttində və dövlət sərhədində atəşkəsi kobud şəkildə pozaraq təxribatlar törədir, qəsdən Azərbaycanın mülki əhalisi və obyektlərini atəşə tutur. Ermənistan danışıqlarda maraqlı deyil və süni olaraq status-kvonu uzatmağa və işğalı möhkəmləndirməyə çalışır.

2016-cı il aprel döyüşləri ilə bağlı uydurma fikirlərlə bağlı qeyd etmək istərdim ki, həmin vaxt Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti təxribata əl atmışdı. Azərbaycan öz əhalisini qorumaq üçün cavab tədbirləri görmək məcburiyyətində qalmışdır. Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi son təxribat zamanı da növbəti dəfə mülki əhali və mülki obyektlər qəsdən hədəfə alınmışdır.

Sənəddə bir neçə dəfə xalqların öz müqəddəratını təyin etmə prinsipinə istinadlar edilir. Qeyd edilir ki, qondarma qurumun öz müqəddəratını təyin etmə hüququ qeyri-şərtsiz tanınmalıdır.

Ermənistan işğal faktını öz müqəddəratını təyin etmə prinsipi ilə ört-basdır etməyə çalışır. Heç bir halda bu prinsip Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə aid edilə bilməz. Bu öz müqəddəratını təyin etmə yox, işğaldır. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və buna alternativ yoxdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək.

Qondarma qurumun qeyd-şərtsiz və məhdudiyyətsiz öz müqəddəratını təyin etmə hüququnun tanınmasını tələb edən və bu qanunsuz rejimi “azad ölkə” kimi tanıyan bu strategiya sənədi özü-özlüyündə Ermənistan tərəfindən ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesinə vurulmuş növbəti ağır bir zərbədir. Hesab edirəm ki, həmsədrlər və ümumiyyətlə beynəlxalq ictimaiyyət bu sənədə reaksiya verməlidir.

Ümumiyyətlə, Ermənistanın özünə aid olan bir sənəddə başqa dövlətin ərazisinə dair şərhlərin verilməsi işğalçılıq siyasətinin bariz nümunəsidir.

Sənəddə iddia olunur ki, Ermənistan ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlara sadiqdir. Lakin bu ölkənin baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə”, müdafiə nazirinin “yeni torpaqlar naminə yeni müharibə” kimi bəyanatları, qondarma rejimi tərəf kimi danışıqlara cəlb etmək cəhdləri, eləcə də Strategiyada münaqişə ilə bağlı təxribatçı fikirlər sübut edir ki, Ermənistan məqsədli şəkildə danışıqlar prosesini pozur və onun niyyəti işğalı davam etdirməkdir.

Sənəddə qeyd olunur ki, qondarma qurumun təhlükəsizliyini, eləcə də Ermənistan da daxil olmaqla xarici dünya ilə təhlükəsiz və şaxələnmiş kommunikasiyasını təmin edəcək lazımi müdafiə xətləri olmalıdır. Bununla Laçın rayonu və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə bitişik digər işğal olunmuş rayonlara işarə edilir. Bu bir daha onu göstərir ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qaytarmaq niyyəti yoxdur.

Sənəddə bir neçə yerdə qeyd olunur ki, Ermənistan qondarma qurumun təhlükəsizliyinin qarantıdır. Bu işğalın açıq etirafıdır. Bundan əlavə iddia edilir ki, Azərbaycanın münaqişəni hərbi yolla həll etmək cəhdi qondarma qurumun əhalisinin fiziki mövcudluğuna təhdiddir. Əslində isə Ermənistanın işğalçı siyasəti Azərbaycanın mülki əhalisinin öz doğma torpaqlarında fiziki mövcudluğuna son qoyub. Ermənistan bir milyona yaxın qaçqın və məcburi köçkünü öz doğma yurdlarından qovmaqla etnik təmizləmə siyasəti həyata keçirib.

Sənəddə qeyd olunur ki, danışıqlar prosesinin məqsədi “müharibənin nəticələrinin qorunması”dır. Bu açıq şəkildə göstərir ki, Ermənistan Azərbaycan ərazilərinin işğalını davam etdirmək niyyətindədir və dayanıqlı sülhə xidmət edən danışıqlarda maraqlı deyil.

Sənədlə tanış olduqca Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi son təxribatının məqsədyönlü olması bir daha aydın olur.

Strategiyanı oxuduqca Ermənistanda azərbaycanafobiya aydın sezilir. Bu ölkədə azərbaycanlılara qarşı açıq nifrət aşılanır.

Strategiyada Azərbaycan tərəfindən guya ermənilərə qarşı həyata keçirilmiş uydurma qırğınlardan danışılır. Sənəddə Gəncə Qandzak adlandırılır. Azərbaycanlılara qarşı soyqırımı və vəhşiliklər törətmiş, Ermənistanda və işğal edilmiş ərazilərdə Azərbaycan irsini məhv edən və toponimlərini dəyişdirən bir ölkənin bu iddiaları əsl riyakarlıqdır.

Sənəddə deyilir ki, Ermənistan cəmiyyətində zorakılıq və ksenofobiyaya yer yoxdur. Əslində isə Ermənistan öz ərazisindən, eləcə də işğal etdiyi torpaqlardan 1 milyondan çox azərbaycanlını zorakılıqla qovmuşdur. Ermənistan məscidləri, tarixi abidələri, qəbirləri dağıdan bir ölkədir. Ksenofobiyanın həddi o səviyyədədir ki, Yerevandakı Göy məscid, Şuşadakı Yuxarı Gövhər ağa məscidlərinin arxitektur xüsusiyyətləri və mahiyyəti dəyişdirilir və İran abidələri kimi qələmə verilir. Ermənistanda böyük Azərbaycan şairi aşıq Ələsgərin qəbri dağıdılmışdır. Ermənistanın keçmiş prezidenti 2003-cü ildə Avropanın mərkəzində qeyd etmişdir ki, “ermənilərlə azərbaycanlılar etnik cəhətdən uyğunsuzdur”.

Sənəddə qeyd olunur ki, ermənilər 20-ci əsrin ilk “soyqırımı”nın qurbanlarıdır və Ermənistan beynəlxalq səviyyədə soyqırımının qarşısının alınması mövzusuna xüsusi diqqət verir. Bu da növbəti bir yalandır. Ermənistan özü 20-ci əsrin sonunda Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətmişdir.

Strategiyada Türkiyəyə qarşı da fikirlər öz əksini tapır, qondarma soyqırımına istinadlar edilir. Bunun səbəbi Türkiyənin beynəlxalq hüququ və tarixi ədaləti əsas tutaraq Ermənistanı Azərbaycanın işğal edilmiş ərazilərini azad etməyə çağırmasıdır. Mifik tarixə köklənən Ermənistan bir daha nümayiş etdirir ki, qonşuları ilə sülh şəraitində yaşaya bilmir və bu səbəbdən də Ermənistanın bir dövlət kimi gələcək inkişafı mümkün deyil.

Sənəddə qeyd olunur ki, regionda demokratiya və insan haqları sahəsindəki geriləmə Ermənistanı narahat edir. Əlavə olunur ki, Azərbaycan və Türkiyədə demokratiya və insan haqları sahəsində geriləmə var və bu da bu ölkələrin beynəlxalq öhdəliklərini yerinə yetirməsinə mənfi təsir göstərir. Bu bir daha irqçilik və şovinizmin göstəricisidir. Hesab edərəm ki, başqa dövlətin ərazisini işğal etmiş, etnik təmizləmə həyata keçirmiş Ermənistan insan hüquqları barədə danışmaq haqqı olan ən axırıncı ölkədir. Yalandan və utanmadan özünü demokratiya carçısı, insan haqları müdafiəçisi kimi təqdim edən Ermənistan bizə görə narahat olmasın, diqqətini özündə geniş yayılmış insan haqları problemlərinin həllinə yönəltsin.

Ümumiyyətlə, Ermənistanın demokratiya və insan haqlarından danışmasının özü gülüncdür. Bu ölkədə 20 ilə yaxın hərbi xunta hakimiyyətdə olub, Parlamentdə yüksək vəzifəli dövlət rəsmiləri güllələnib, indiki baş nazir isə siyasi rəqiblərini “asfalta uzatmaq”la hədələyir və asfalta uzadır. Ermənistanda siyasətçilər, jurnalistlər siyasi baxışlarına görə təqib olunur. Jurnalist Mger Yegiazaryan türmədə aclıq aksiyasından sonra vəfat etmişdir.

Sənəddə regiondakı təhdidlərə istinad edilir. Vurğulamaq istərdim ki, regionda ən böyük təhdid elə Ermənistan və onun işğalçı siyasətidir. Ermənistan milli təhlükəsizliyinə ən böyük təhlükə də məhz elə Ermənistan və N.Paşinyan hakimiyyətinin siyasətidir.

Sənəddə qeyd edilir ki, Azərbaycan və Türkiyə Ermənistanı iqtisadi blokadada saxlayır və onu regional layihələrdən kənarda qoyur. Bu açıq həyasızlıqdır. Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğalda saxlaması şəraitində belə ittihamlarla çıxış etməsi heç bir əndazəyə sığmır.

Sənəddə qeyd olunur ki, Ermənistanın xarici siyasət baxışı beynəlxalq, millətlərarası və sivilizasiyalararası dialoqa əsaslanır. Ermənistanın belə tezislə çıxış etməsi çox gülüncdür. Bu reallığı əks etdirmir. Yuxarıda qeyd etdiyim kimi, Ermənistan öz ərazisində və Azərbaycanın işğal edilmiş torpaqlarında etnik təmizləmə aparmış, Azərbaycan xalqının mədəni və tarixi abidələrini dağıtmış, mənimsəmiş bir dövlətdir. Belə dövlətin xarici siyasəti millətlərarası və sivilizasiyalararası dialoq üzərində qurula bilməz. 2016-cı ildə Ermənistan Azərbaycanda keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu boykot etmiş yeganə ölkə olmuşdur. Bu bir daha Ermənistanın təşviq etdiyi dəyərlərlə BMT-nin Sivilizasiyalar Alyansının təbliğ etdiyi dəyərlərin tamamilə bir-birinə zidd olmasını göstərir.

Strategiyada Ermənistanın Yaxın Şərq ölkələri ilə münasibətlərinin inkişafından bəhs edilir. Ermənistan islam dünyasına aid dövlətin ərazisini işğal edib və onun islam irsini dağıdır. Müsəlman ölkələrinin belə bir dövlətlə hansı əməkdaşlığından söhbət gedə bilər. Hesab edirəm ki, Yaxın Şərq ölkələri bu məqamı nəzərə almalıdır.

Sənəddə qeyd olunur ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvlərinin bir-birinə münasibətdə müttəfiqlik öhdəliklərini yerinə yetirmələri və təşkilatın səmərəliliyinin artırılması istiqamətində iş aparacaq. Sanki Ermənistanın bu təşkilatın sahibidir və onun digər üzvlərinə dərs keçəcək. Ermənistan KTMT-nin heç bir üzvü ilə məsləhətləşmədən onun keçmiş baş katibini həbs etdi, indi isə təşkilatın digər üzvlərinə öhdəlikləri barədə dərs keçmək fikrindədir. Uzun müddət KTMT-nin yeni baş katibinin təyin olunmasını boykot edən Ermənistanın özü bununla da təşkilatın səmərəliliyinə ən böyük zərbə vurmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, Sorosin tör-töküntüləri KTMT-nin müttəfiqləri ola bilməz.

Sənəddə qeyd olunur ki, Ermənistan azad söz və plüralizmi təbliğ edir və terrorizm və ekstremizmə qarşıdır. Halbuki bu tam yalandır. Bu yaxınlarda Los-Ancelesdə, Brüsseldə və dünyanın digər şəhərlərində ermənilər barbarcasına azərbaycanlılara hücum etdilər və onlara xəsarətlər yetirdilər. Bu məhz Ermənistanın ekstremizm siyasətinin nəticəsidir. Erməni diasporası da əsassız, mifik erməni müstəsnalığı üzərində qurulmuş ideologiyanı təbliğ edir. Nəticədə diaspora öz dağıdıcı fəaliyyəti ilə Ermənistan-Azərbaycan münaqişəsinin də həllinə əlavə maneələr törədir.

Sənəddə “panermənilik” haqqında yer almış məqamlarla bağlı isə qeyd etmək istərdim ki, bu faktiki olaraq digər ölkələrin daxili işinə qarışmaq anlamına gəlir. Çünki orada yaşayan ermənilər üçün Ermənistan tərəfindən istiqamət və prioritetlər müəyyən edilir.

Strategiyada ermənilərin Ermənistana repatriasiyası üçün şəraitin yaradılacağı qeyd edilir. Bununla da Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz məskunlaşma siyasəti üçün əlavə insan resursları əldə etmək niyyəti güdür.

Sənəddə Ermənistanda demoqrafik böhran, dərin yoxsulluq, sosial bərabərsizlik və sosial qütbləşmənin mövcudluğu açıq etiraf edilir və artan emiqrasiya başlıca problemlərdən biri kimi göstərilir. Bununla yanaşı, Ermənistanın iqtisadi inkişafı ilə bağlı bir sıra fikirlər yer alır. Lakin unutmaq olmaz ki, Ermənistan Azərbaycan torpaqlarını azad etməyənə qədər regional iqtisadi layihələrdən kənarda qalacaq, iqtisadi izolyasiya şəraitində yaşayacaq. Münaqişə həll edilmədiyi təqdirdə, Ermənistanda hər hansı iqtisadi inkişaf perspektivlərindən, eləcə də emiqrasiya, yoxsulluq, işsizlik və sosial bərabərsizliyin aradan qaldırılması barədə danışmaq mənasızdır.

Əhalinin sayının stabilləşdirilməsi və demoqrafik artıma nail olmaq Emənistan dövlətinin məqsədi kimi qoyulub. Lakin Ermənistan öz işğalçılıq siyasətini davam etdirəcəyi təqdirdə, hec cür bu məqsədlərə nail ola bilməyəcək və vəziyyət daha da pisləşəcək. Çünki insanların Ermənistanın gələcəyinə inamı yoxdur və Azərbaycanla qarşıdurmadan qorxan bir çox erməni ölkəni tərk edir.

Sənəddə Ermənistanın yüksək texnologiyalar mərkəzi kimi inkişafı prosesində elm-təhsil sisteminin roluna xüsusi önəm veriləcəyi qeyd olunur. Halbuki, elə Strategiyanın özündə də etiraf edildiyi kimi, savadlı insanların ölkəni kütləvi surətdə tərk etməsi fonunda bu məqsədə necə nail olmaq olar.

Sənəddə qeyd olunur ki, ermənilər arasında zorakılıq yolu ilə daxili problemlərin həlli yolverilməzdir, azad məhkəmələr yolu ilə tənzimləmə olmalıdır. Əslində isə onsuz da azad olmayan məhkəmələrə siyasi təzyiqlər çoxalır, baş nazirin göstərişlərini yerinə yetirmək istəməyən Konstitusiya məhkəməsi sıxışdırılır və hakimlər dəyişdirilir.

Sənədin ətraf mühitə aid bölməsində məntiqlə Metsamor atom elektrik stansiyası məsələsinə toxunulmalı idi, amma maraqlıdır ki, bu haqda heç bir istinad yoxdur. Halbuki, fəal seysmik zonada yerləşən və istismar müddəti bitmiş bu AES ilk növbədə elə Ermənistanın özü üçün böyük təhlükə mənbəyidir.

Ümumiyyətlə sənədin təhlili göstərir ki, diqqəti Ermənistan iqtisadi inkişaf, təhsil, elm kimi məsələlərə deyil, daha çox Azərbaycan və Türkiyəyə qarşı əsassız ittihamlara verir. Bu Ermənistan hakimiyyətinin gələcəyə baxışını xarakterizə edir. Əsas məqsəd erməni xalqını münaqişənin girovu kimi saxlamaqdır".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Ramiz Mehdiyev Fizika İnstututunda olub (FOTOLAR)

Suriyanın şimalında ABŞ qüvvələrinə qarşı etiraz aksiyası keçirilib (VİDEO)

Tramp təsdiqdən sonra 24 saat ərzində koronavirus peyvəndinin paylanacağına söz verib

Bakıda gözdən əlillərin də istifadə edəcəyi yeni səki istifadəyə verilib (FOTO)

Azərbaycanda indiyədək 1 087578 koronavirus testi aparılıb

Peskov Avropa ölkələrinin Lukaşeno ilə bağlı qərarlarına münasibət bildirib

Sepah ABŞ-ın bölgəyə daxil olan aviadaşıyıcısının səmadan videosunu yayımlayıb (VİDEO)

Kənd Təsərrüfatı naziri fermerlərlə görüşüb (FOTO)

Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

İlk dəfə olaraq Səudiyyə Ərəbistanın xaricdəki müxalifəti partiya təsis edib

İranda hərbi parada edilən qanlı hücumun yeni görüntüləri yayılıb (VİDEO)

BMT Baş Katibi: İnsanlıq pandemiya sınağından keçə bilmədi

Masallı regional “ASAN xidmət” mərkəzi fəaliyyətinin 4-cü ilində (FOTO)

Avropa Parlamentində xarici müdaxilə ilə bağlı xüsusi komitə yaradılıb

Prezident İqtisad Universitetinin əməkdaşlarını təltif edib (SİYAHI)

Rusiyanın bütün bölgələrinə "Sputnik V" peyvəndi paylanıb

SalamNews İnformasiya Agentliyi növbəti mükafata layiq görülüb (FOTO)

ASA sığorta təhsili ilə bağlı təkliflər paketi hazırlayıb

Hərbi Hava Qüvvələri gecə təlimləri keçirib (VİDEO)

Naxçıvanda manqa komandirləri ilə təlim toplantısı keçirilib (FOTO)

25 Sentyabr 2020, 17:54 (GMT +4)
ABŞ senatorları Navalnıya görə Rusiya rəsmilərinə qarşı sanksiya tətbiq edilməsini təklif edib

25 Sentyabr 2020, 17:43 (GMT +4)
Direktor olmaq istəyənlər üçün sənəd qəbulunun vaxtı açıqlanıb

25 Sentyabr 2020, 17:32 (GMT +4)
Veysəloğlu-nun dəstəklədiyi gənclər universitetlərə qəbul olub

25 Sentyabr 2020, 17:26 (GMT +4)
Bakı və Sumqayıtda KOB inkişaf mərkəzləri fəaliyyətə başlayıb

25 Sentyabr 2020, 17:21 (GMT +4)
Ramiz Mehdiyev Fizika İnstututunda olub (FOTOLAR)

25 Sentyabr 2020, 17:18 (GMT +4)
Kreml Moskvada koronavirusa yoluxma hallarının artmasına münasibət bildirib

25 Sentyabr 2020, 17:13 (GMT +4)
Suriyanın şimalında ABŞ qüvvələrinə qarşı etiraz aksiyası keçirilib (VİDEO)

25 Sentyabr 2020, 17:11 (GMT +4)
Azərbaycan Prezidenti: Biz dünyaya dözümlülük və birgəyaşayış nümunəsini təqdim edirik

25 Sentyabr 2020, 16:59 (GMT +4)
Gürcüstanda son sutkada 265 yeni COVID-19-a yoluxma qeydə alınıb

25 Sentyabr 2020, 16:50 (GMT +4)
“Qobu” Elektrik Stansiyası ilə bağlı ictimai dinləmələr keçirilib

25 Sentyabr 2020, 16:24 (GMT +4)
İran Fars Körfəzində 23 qeyri qanuni xarici gəmi saxladığını bildirib

25 Sentyabr 2020, 16:15 (GMT +4)
Tramp təsdiqdən sonra 24 saat ərzində koronavirus peyvəndinin paylanacağına söz verib

25 Sentyabr 2020, 16:04 (GMT +4)
Bakıda gözdən əlillərin də istifadə edəcəyi yeni səki istifadəyə verilib (FOTO)

25 Sentyabr 2020, 16:00 (GMT +4)
Azərbaycanda indiyədək 1 087578 koronavirus testi aparılıb

25 Sentyabr 2020, 15:46 (GMT +4)
Son sutkada ölkədə 13 şagird koronavirusa yoluxub

25 Sentyabr 2020, 15:46 (GMT +4)
Peskov Avropa ölkələrinin Lukaşeno ilə bağlı qərarlarına münasibət bildirib

25 Sentyabr 2020, 15:45 (GMT +4)
Azərbaycanda toylara icazə verildiyi halda görüləcək işlər açıqlanıb

25 Sentyabr 2020, 15:35 (GMT +4)
Azərbaycanda bu vaxta kimi 39 787 nəfər koronavirusa yoluxub

25 Sentyabr 2020, 15:32 (GMT +4)
Koronavirus Azərbaycanda: Bu gün 101 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib

25 Sentyabr 2020, 15:28 (GMT +4)
Nazirlik: Ölkə üzrə 104 min uşaq məktəbəhazırlığa cəlb ediləcək

25 Sentyabr 2020, 15:26 (GMT +4)
Ermənistan yeddi iranlı məhbusu azad edib

25 Sentyabr 2020, 15:15 (GMT +4)
“Məşğulluğa Dəstək Layihəsi” üzrə müraciətlərin qəbuluna başlanılıb

25 Sentyabr 2020, 14:56 (GMT +4)
Trampın qardaşı qızı onu məhkəməyə verib

25 Sentyabr 2020, 14:40 (GMT +4)
İranda son sutkada 207 koronavirus xəstəsinin ölümü qeydə alınıb

25 Sentyabr 2020, 14:30 (GMT +4)
Ağsaqqallar Şurasının sədri vəzifəsinə namizədin adı məlum olub

25 Sentyabr 2020, 14:12 (GMT +4)
Azay Quliyev: Prezident İlham Əliyevin BMT-dəki çıxışı mükəmməl yol xəritəsidir

25 Sentyabr 2020, 14:09 (GMT +4)
Moskva meri yaşlı sakinlərə imkan daxilində evdən çıxmamağı tövsiyyə edib

25 Sentyabr 2020, 13:45 (GMT +4)
Köçkün ailələrin mənzil şəraitinin yaxşılaşdırılmasına dair 42,5 milyon manat ayrılıb

25 Sentyabr 2020, 13:45 (GMT +4)
Sepah ABŞ-ın bölgəyə daxil olan aviadaşıyıcısının səmadan videosunu yayımlayıb (VİDEO)

25 Sentyabr 2020, 13:42 (GMT +4)
ABŞ suriyalılara humanitar yardım üçün 720 milyon dollar ayırmağı planlaşdırır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66