Pompeo Belarusa qarşı sanksiyaların tətbiqini istisna etmir13 Avqust 2020, 10:22 (GMT +4) Bakı, 13 avqust, SalamNews. ABŞ dövlət katibi Mayk Pompeo ölkədəki etiraz aksiyaları fonunda Belarus hökumətinə qarşı sanksiyaların tətbiqini istisna etməyib.
SalamNews Gazeta.ru-ya istinadla xəbər verir ki, o bu barədə müsahibədə bildirib, açıqlamanın mətni Dövlət Departamentinin saytında yayımlanıb.
"ABŞ, sanksiya tətbiqini və neft tədarükünü dayandırma imkanlarını nəzərdən keçirəcək", dövlət katibi bildirib.
O qeyd edib ki, hazırda ABŞ Belarusdakı vəziyyətlə bağlı hansı tədbirlərin məqsədəuyğun olacağına qərar verməyib.
Pompeonın sözlərinə görə, ABŞ Belarusdakı vəziyyətlə bağlı məsələlərdə Avropa Birliyi ilə əməkdaşlıq etməyə hazırdır.
|