Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azəriqaz: Sayğacların əvəzlənməsi dövlət yoxlama qaydalarının tələbidir

13 Avqust 2020, 13:16 (GMT +4)

Bakı, 13 avqust, SalamNews.“Son vaxtlar sosial şəbəkələrdə müzakirə olunan məsələlər sırasında qaz sayğaclarının dəyişdirilməsi ilə bağlı fikirlər dolaşmaqdadır. Bəzən də məsələnin mahiyyətini tam dərk etmədən dolaşıq fikirlər yaranır və bu da, sosial şəbəkələrdə yanlış istiqamətdə müzakirələrə yol açır. Ən çox smart-kart tipli sayğacların mexaniki sayğaclarla əvəzlənməsi ətrafında danışılır”.

Azəriqaz-dan SalamNews-a daxil olan məlumata görə, Azərbaycanda bu ildən etibarən bütün fərdi yaşayış evlərində (yeni inşa olunan çoxmərtəbəli binalar istisna olmaqla) dövrü yoxlama müddəti bitmiş smart kart tipli sayğaclar da mexaniki sayğaclarla əvəzlənir: “Bu barədə dəfələrlə açıqlamamız olub, maliyyə məsələlərindən irəli gələrək belə addım atılır. Yəni smart kart tipli sayğacla mexaniki sayğac arasında qiymət fərqi çoxdur. “Azəriqaz” İB isə hazırda dünyada enerji bazarında baş verən prosesləri, geriləmələri nəzərə alaraq, optimal variantı seçir”.

Bildirilib ki, dövrü yoxlamaya gəldikdə isə bu, müvafiq dövlət qurumlarının təsdiq etdiyi qaydaların tələbidir: “Yəni istər sənaye, istər məişət qaz ölçü qurğularının əvəzlənməsi “Qazdan istifadə qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 4.3 bəndinə əsasən icra edilir. Qaydalara görə yoxlama Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq həyata keçirilir. 2015-ci ildə təsdiq edilmiş “Yoxlamaya təqdim olunacaq ölçmə və sınaq vasitələrinin nomenklatur siyahısı və onların yoxlama dövriliyi” sənədində göstərilir ki, qaz sayğacları əhali abonent qrupunda 5 il, qeyri-əhali abonent qrupunda isə 3 ildən bir dövlət yoxlanışına təqdim olunur. Yəni bu prosesin tam qanuni əsası var”.

Məlumata görə, ilin əvvəlində tərtib edilmiş siyahıya görə ölkə üzrə 2020-ci ildə bir milyona yaxın qaz sayğacının dövrü yoxlama müddəti çatır: “Bunun 470 minə yaxını Bakı şəhərinin payına düşür. Ümumilikdə, bu il üçün 480 min sayğacın dövlət yoxlanışı icra edilməlidir. Bunun təxminən 200 mindən bir qədər artığı demək olar ki, artıq əvəzlənib. Sayğac əvəzlənməsi işlərini Bakı şəhəri üzrə bir neçə strukturun cəlb olunması ilə 400-ə yaxın işçi həyata keçirir. Bu prosesə Bakı Regional qazın satışı Departamenti nəzarət edir. Hər bir sayğacın dəyişdirilməsi, bundan sonra yoxlanılması, aktın tərtibi və s. təqribən 25-30 dəqiqə vaxt aparır.

Əlbəttə, bu işdə daha peşəkar işçi daha cəld olacaq, qarşıya qoyulan tapşırığı tez yerinə yetirəcək. İndi təsəvvür edin ki, gün ərzində elə vaxt olur ki, təkcə Bakıda 1200 qaz sayğacı əvəzlənir. Bəzən təhlükəsizlik baxımından evdə olmayan abonent sayğac yanındakı ventilin bağlanmasından narazılıq edir. Halbuki bu, təhlükəsizlik üçün vacib bir addımdır. Bəzən abonentlər mexaniki sayğacları “dədə-baba sayğacı” adlandıraraq onların köhnə olduğunu ifadə edirlər. Lakin bu sayğaclar bu gün də məşhur alman şirkəti tərəfindən istehsal olunur. Başqa bir abonent dəyişilən sayğacdakı vəsaitin tez bir zamanda yenisinin bazasına yerləşdirilməsini istəyir. Amma 2 fərqli baza arasındakı məlumat mübadiləsi azı 10, maksimum 30 gün tələb edir.

Bir sözlə, bunlar hamısı qəbul olunandır, çünki istənilən halda abonent haqlıdır. Lakin texniki prosesin özünün də müəyyən icra müddəti var. Etiraf etmək lazımdır ki, bu prosesə bəzən səhlənkar yanaşan işçilərimiz də olur. Lakin belə hallarda abonentlərimizin köməyinə ehiyacımız var. Sizdən 104/185 saylı Çağrı Mərkəzinə zəng etməyinizi, 077 3 104 104 saylı “Whatsap” nömrəsinə mesaj göndərməyinizi xahiş edirik. İnanırıq ki, bizi anlayışla qarşılayıb, 2 milyon 285 min abonenti olan “Azəriqaz” İB kimi böyük bir kommunal təşkilata bu işdə dəstək göstərəcəksiniz. Çünki biz Sizin məmnuniyyətiniz üçün çalışırıq”.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Azəriqaz” Salyan və Xaçmazda sosial aksiyalara start verib

“Azəriqaz” bu il 329 km qaz kəmərini əsaslı təmir edib

Azəriqaz: Bu gün və sabah Daşkəsənin qaz təchizatında fasilə olacaq

“Azəriqaz” daha bir pilot layihə həyata keçirir

"Azəriqaz": Son 5 ildə yeni əhali abonentlərinin sayı yarım milyonu ötüb

“Azəriqaz” böyük layihənin icrasına başlayıb

“Azəriqaz” bayram günlərində xidmət göstərəcək

Apreldə "Azəriqaz"ın abonentlərinin sayı 6 mindən çox artıb

"Azəriqaz"da satınalmalar optimallaşdırılır

“Azəriqaz” Daxili İşlər Nazirliyinə müraciət edib

"Azəriqaz": I rübdə 140-a yaxın binaya təbii qaz verilib

“Azəriqaz”: Qazanxanaların qazla təminatı davam etdiriləcək

«Azəriqaz»ın baş direktorunun iştirakı ilə onlayn CEO Forum təşkil olunub

"Azəriqaz" vətəndaşları elektron qaydada və telefonla qəbul edəcək

"Qaçqınkom", "Azərişıq" və "Azəriqaz" 2500-dən çox ailəni sevindirib (FOTOLAR)

“Azəriqaz” yeni şəffaf sayğac qutuları quraşdıracaq

“Azəriqaz” ilin şirkəti seçilib

“Azəriqaz” 11 ayda 340 binanı təbii qazla təmin edib

“Azəriqaz” rəhbərliyi Caspian European Club-un üzv şirkətlərinin menecerləri ilə görüşüb

“Azəriqaz”: Bu il ərzində Bakıda 290-dan artıq çoxmənzilli bina mavi yanacaqla təmin olunub

23 Sentyabr 2020, 22:50 (GMT +4)
Cəlilabadda «Veteranlar evinin» problemləri həll edilib

23 Sentyabr 2020, 18:05 (GMT +4)
Nazirlik: Bu gün daha 7 şagird virusa yoluxub

23 Sentyabr 2020, 18:00 (GMT +4)
Gürcüstanda COVİD-19-a yoluxmaya görə anti-rekord qeydə alınıb

23 Sentyabr 2020, 17:40 (GMT +4)
Azərbaycanın 3 şəhəri YUNESKO-nun Qlobal Şəbəkəsinə üzv seçilib

23 Sentyabr 2020, 17:27 (GMT +4)
Misir prezidenti Xəlifa Haftarla görüşüb

23 Sentyabr 2020, 17:20 (GMT +4)
Azərbaycanda koronavirusdan ölənlərin sayı 580 nəfərə çatıb

23 Sentyabr 2020, 17:18 (GMT +4)
Mask "Tesla"nın daha ucuz versiyasının istihsal ediləcəyinə söz verib 

23 Sentyabr 2020, 17:16 (GMT +4)
Azərbaycanda daha 146 yeni yoluxma faktı qeydə alınıb

23 Sentyabr 2020, 17:15 (GMT +4)
Rusiya Dövlət Dumasının Sədri: Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik

23 Sentyabr 2020, 17:07 (GMT +4)
Gömrükçülər siqaret müsadirə edib

23 Sentyabr 2020, 16:49 (GMT +4)
Tramp COVID-19-la bağlı görülən tədbilərə görə özünü tərifləyib

23 Sentyabr 2020, 16:33 (GMT +4)
7-ci “womENcourage” beynəlxalq virtual toplantısı keçiriləcək

23 Sentyabr 2020, 16:28 (GMT +4)
Azərbaycan nümayəndə heyətinin Vyaçeslav Volodin ilə görüşü başlayıb

23 Sentyabr 2020, 16:15 (GMT +4)
TƏBİB: Əhalinin 20 faizinə peyvənd vurulması yetərlidir

23 Sentyabr 2020, 16:14 (GMT +4)
İran bölgəyə yeni daxil olan ABŞ aviadaşıyıcısını yerli PUA-larla izlədiyini bildirib (FOTO)

23 Sentyabr 2020, 16:12 (GMT +4)
Lavrov: Rusiya işğal olunmuş 5 rayonun geri qaytarılmasının tərəfdarıdır

23 Sentyabr 2020, 16:00 (GMT +4)
Millimizin futbolçusunun klubunda koronavirus aşkarlanıb

23 Sentyabr 2020, 15:52 (GMT +4)
Makron: AB Türkiyə ilə dialoqa hazırdır

23 Sentyabr 2020, 15:37 (GMT +4)
Əfqanıstan hökuməti ilə Talibanın danışıqlarında mühüm irəliləyiş əldə edilib

23 Sentyabr 2020, 15:28 (GMT +4)
Lənkəranda ümumi istifadədə olan 38 km yol yenidən qurulub

23 Sentyabr 2020, 15:15 (GMT +4)
AZAL Ankara və Antalyaya xüsusi reyslər həyata keçirməyə başlayır

23 Sentyabr 2020, 15:14 (GMT +4)
Lavrov: Paşinyanın Qarabağla bağlı açıqlamaları münaqişənin həllinə mane olur

23 Sentyabr 2020, 15:06 (GMT +4)
Naxçıvana yeni ambulanslar verilib

23 Sentyabr 2020, 14:57 (GMT +4)
İranda son sutkada 184 koronavirus xəstəsinin ölümü qeydə alınıb

23 Sentyabr 2020, 14:32 (GMT +4)
Lukaşenko Belarus Prezidenti kimi vəzifəsinin icrasına başlayıb

23 Sentyabr 2020, 14:30 (GMT +4)
Sahibə Qafarova: Azərbaycan heç vaxt başqasının torpağına iddia etməyib

23 Sentyabr 2020, 14:21 (GMT +4)
Cənubi Koreya BMT-dən KXDR ilə müharibənin bitməsinə kömək etməsini istəyib

23 Sentyabr 2020, 14:15 (GMT +4)
Bu il Azərbaycanda 25 mlrd kubmetrdən çox qaz hasil edilib

23 Sentyabr 2020, 13:53 (GMT +4)
ABŞ 40 ildir İrana sanksiya tətbiq edir, amma son iki ildə iqtisadi müharibəyə qalxıb – Ruhani

23 Sentyabr 2020, 13:50 (GMT +4)
“Sahibkarların I beynəlxalq onlayn forumu - Bakı 2020” davam edir 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66