Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Azərbaycanda “Wi-Fi” şəbəkələrində yaranan problemlərin səbəbi açıqlanıb

14 Avqust 2020, 16:00 (GMT +4)

Bakı, 14 avqust, SalamNews.Son günlər ölkəmizdə “Wi-Fi” təhlükəsizliyi ilə bağlı insidentlərin sayında kəskin artımın olması, əsasən istifadəçilərin şəbəkə qurğularının (router və modemlər) ələ keçirilərək “Wi-Fi” şəbəkə adlarının arzuolunmaz şəkildə dəyişdirildiyi halları müşahidə edilir.

Bu barədə SalamNews-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYT) bildirilib.

Məlumata görə, Nazirlik yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən insidentlər araşdırılır. Araşdırmalar nəticəsində hücumların baş verməsinin əsas səbəbinin şəbəkə qurğularının təhlükəsizliyi üçün sadə təhlükəsizlik tənzimləmələrinin tətbiq edilməməsinin olduğu müəyyən edilib. Belə ki, qurğular üçün standart və zəif parollardan (admin, password, 12345 və s.), şəbəkə adlarında müəyyənləşdirici məlumatlardan (ad, soyad, telefon nömrəsi, ünvan və s.) istifadə olunub, eləcə də proqram təminatı yeniləmələri aparılmayıb.

"Belə ki, evimizdə olan bütün qurğular (telefon, kompüter, smart qurğular və s.) internetə router cihazı vasitəsilə qoşulur. Router düzgün konfiqurasiya olunmadığı, təhlükəsizliklə bağlı vacib sazlamalar aparılmadığı, eləcə də zəif və standart parollardan istifadə olunduğu zaman asanlıqla bədniyyətlilər tərəfindən ələ keçirilə bilər", - Nazirlikdən bildirilib.

Router yoluxduqda, bədniyyətlilər tərəfindən istifadəçilərin trafiki izlənilməklə fərdi məlumatları ələ keçirilə, routeri sıradan çıxarıla, şəbəkələrində olan digər cihazlara hücumlar oluna bilər. Məhz bu səbəbdən routerin təhlükəsizliyinin təmin edilməsi kompüterin təhlükəsizliyinin təmin edilməsi qədər vacib hesab olunur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara vaxt itirmədən aşağıdakı sazlamaları aparmalarını tövsiyə edir:

Aşağıdakı sazlamaları etmək üçün kompüteriniz routerə qoşulu olduqda, veb-brauzerdə routerin IP ünvanını (adətən routerin arxa hissəsində göstərilir) daxil etməklə idarəetmə panelinə daxil olmalısınız. Bu zaman sizdən istifadəçi adı və parol istəniləcək. Bu məlumatlar routerin istifadə təlimatından və ya istehsalçı və modelə görə internetdə axtarış edilməklə əldə edilə bilər.

İlk öncə routerin susmaya görə təyin edilən standart istifadəçi adı və parolunu dəyişin. Bu parollar modelə və istehsalçıya görə asanlıqla internetdən əldə oluna bilər. Bu səbəbdən routeriniz üçün uzun və mürəkkəb parol (böyük və kiçik hərflər, rəqəm və simvolların kombinasiyasından ibarət 10-12 simvol uzunluğunda) seçin və onu başqa şəxslərlə paylaşmayın.

Routerin proqram təminatını (firmware) mütəmadi olaraq yeniləyin. Son nəsil routerlərdə proqram təminatı avtomatik yenilənir, köhnə cihazlar üçün yenilənmə vaxtaşırı manual olaraq yerinə yetirilməlidir. Yenilənmə qəbul etməyən qurğular dəyişdirilməlidir.

“Uzaqdan idarəetmə/Remote administration” funksiyasını söndürün və router parametrlərini tənzimləmək üçün routerinizə fiziki olaraq qoşulmadan – kabeldən istifadə edin.

“Wi-Fi” şəbəkənizi ən son şifrləmə standartlarından (“WPA2” və ya “WPA3”) istifadə etməklə şifrləyin. “WPA2” seçimi olmadığı təqdirdə router dəyişdirilməlidir. “Wi-Fi” üçün parol seçərkən ardıcıl rəqəm və düymələrdən, fərdi məlumatlarınızdan istifadə etməyin. Böyük və kiçik hərflər, rəqəm və simvolların kombinasiyasından ibarət 10-12 simvol uzunluğunda mürəkkəb parol seçilməlidir.

“Wi-Fi” şəbəkə adında (yəni “SSID”) hər hansı müəyyənləşdirici məlumatlar (ad, ünvan, telefon nömrəsi, fiziki ünvanlar və s.) istifadə olunmamalıdır. Hər routerin özünə uyğun zəiflikləri olduğunu və bunların hakerlərə məlum olduğunu nəzərə alaraq standart şəbəkə adlarından istifadə etmək olmaz.

Router və modemdə təhlükəsizlik divarının (“firewall”) aktiv edilməsi, “UPnP” və “WPS” funksiyasının söndürülməsi tövsiyə edilir.

“Wi-Fi” şəbəkəsinin parolu kənar şəxslərlə paylaşılmamalı və mütəmadi yenilənməlidir.

“Guest network” funksiyasından istifadə olunması tövsiyə edilir. Bu sizə şəbəkənizi seqmentləşdirməyə və ziyarətçilərə onun yalnız bir seqmentinə daxil olmağa icazə verir.

Bütün istifadəçilərdən bu məsələyə ciddi yanaşmaları və vaxt itirmədən qeyd edilən sazlamaları aparmaları xahiş olunur. Hər hansı çətinlik yaranarsa, routeri konfiqurasiya edən internet xidməti provayderlərinə müraciət edə bilərlər.

İstifadəçilərdən “Wi-Fi” şəbəkəsinin adı xəbərləri olmadan dəyişdirildiyi və ya routerlərinin yoluxduğuna dair hər hansı şübhələri olduğu hallarda “www.cert.az” rəsmi saytı və ya reports@cert.az e-poçtu, həmçinin sosial şəbəkə hesabları vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etmələri xahiş olunur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

NRYTN və “AmCham” arasında videotədbir keçirilib

NRYTN və "Cisco" arasında əməkdaşlığa dair video-konfrans keçirilib

NRYTN "Bakı-2019"la bağlı gücləndirilmiş iş rejiminə keçib

NRYTN rəhbərliyi tərəfindən növbəti vətəndaş qəbulları keçirilib

NRYTN-in İnnovasiyalar Agentliyinin layihəsi “İlin İT hadisəsi” olub

NRYTN-da Ulu Öndərin anadan olmasının 96-cı ildönümü qeyd edilib

NRYTN nümayəndələri Moskvada “Rabitə” sərgisində iştirak edir

NRYTN və Caspian European Club biznes-forum keçirəcək

Almaniya nümayəndə heyəti ilə NRYTN-də görüş keçirilib

Məsafə qət etmədən evlərə və ofislərə yeni telefon xətti çəkdirmək olar - NRYTN

25 Sentyabr 2020, 17:54 (GMT +4)
ABŞ senatorları Navalnıya görə Rusiya rəsmilərinə qarşı sanksiya tətbiq edilməsini təklif edib

25 Sentyabr 2020, 17:43 (GMT +4)
Direktor olmaq istəyənlər üçün sənəd qəbulunun vaxtı açıqlanıb

25 Sentyabr 2020, 17:32 (GMT +4)
Veysəloğlu-nun dəstəklədiyi gənclər universitetlərə qəbul olub

25 Sentyabr 2020, 17:26 (GMT +4)
Bakı və Sumqayıtda KOB inkişaf mərkəzləri fəaliyyətə başlayıb

25 Sentyabr 2020, 17:21 (GMT +4)
Ramiz Mehdiyev Fizika İnstututunda olub (FOTOLAR)

25 Sentyabr 2020, 17:18 (GMT +4)
Kreml Moskvada koronavirusa yoluxma hallarının artmasına münasibət bildirib

25 Sentyabr 2020, 17:13 (GMT +4)
Suriyanın şimalında ABŞ qüvvələrinə qarşı etiraz aksiyası keçirilib (VİDEO)

25 Sentyabr 2020, 17:11 (GMT +4)
Azərbaycan Prezidenti: Biz dünyaya dözümlülük və birgəyaşayış nümunəsini təqdim edirik

25 Sentyabr 2020, 16:59 (GMT +4)
Gürcüstanda son sutkada 265 yeni COVID-19-a yoluxma qeydə alınıb

25 Sentyabr 2020, 16:50 (GMT +4)
“Qobu” Elektrik Stansiyası ilə bağlı ictimai dinləmələr keçirilib

25 Sentyabr 2020, 16:24 (GMT +4)
İran Fars Körfəzində 23 qeyri qanuni xarici gəmi saxladığını bildirib

25 Sentyabr 2020, 16:15 (GMT +4)
Tramp təsdiqdən sonra 24 saat ərzində koronavirus peyvəndinin paylanacağına söz verib

25 Sentyabr 2020, 16:04 (GMT +4)
Bakıda gözdən əlillərin də istifadə edəcəyi yeni səki istifadəyə verilib (FOTO)

25 Sentyabr 2020, 16:00 (GMT +4)
Azərbaycanda indiyədək 1 087578 koronavirus testi aparılıb

25 Sentyabr 2020, 15:46 (GMT +4)
Son sutkada ölkədə 13 şagird koronavirusa yoluxub

25 Sentyabr 2020, 15:46 (GMT +4)
Peskov Avropa ölkələrinin Lukaşeno ilə bağlı qərarlarına münasibət bildirib

25 Sentyabr 2020, 15:45 (GMT +4)
Azərbaycanda toylara icazə verildiyi halda görüləcək işlər açıqlanıb

25 Sentyabr 2020, 15:35 (GMT +4)
Azərbaycanda bu vaxta kimi 39 787 nəfər koronavirusa yoluxub

25 Sentyabr 2020, 15:32 (GMT +4)
Koronavirus Azərbaycanda: Bu gün 101 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib

25 Sentyabr 2020, 15:28 (GMT +4)
Nazirlik: Ölkə üzrə 104 min uşaq məktəbəhazırlığa cəlb ediləcək

25 Sentyabr 2020, 15:26 (GMT +4)
Ermənistan yeddi iranlı məhbusu azad edib

25 Sentyabr 2020, 15:15 (GMT +4)
“Məşğulluğa Dəstək Layihəsi” üzrə müraciətlərin qəbuluna başlanılıb

25 Sentyabr 2020, 14:56 (GMT +4)
Trampın qardaşı qızı onu məhkəməyə verib

25 Sentyabr 2020, 14:40 (GMT +4)
İranda son sutkada 207 koronavirus xəstəsinin ölümü qeydə alınıb

25 Sentyabr 2020, 14:30 (GMT +4)
Ağsaqqallar Şurasının sədri vəzifəsinə namizədin adı məlum olub

25 Sentyabr 2020, 14:12 (GMT +4)
Azay Quliyev: Prezident İlham Əliyevin BMT-dəki çıxışı mükəmməl yol xəritəsidir

25 Sentyabr 2020, 14:09 (GMT +4)
Moskva meri yaşlı sakinlərə imkan daxilində evdən çıxmamağı tövsiyyə edib

25 Sentyabr 2020, 13:45 (GMT +4)
Köçkün ailələrin mənzil şəraitinin yaxşılaşdırılmasına dair 42,5 milyon manat ayrılıb

25 Sentyabr 2020, 13:45 (GMT +4)
Sepah ABŞ-ın bölgəyə daxil olan aviadaşıyıcısının səmadan videosunu yayımlayıb (VİDEO)

25 Sentyabr 2020, 13:42 (GMT +4)
ABŞ suriyalılara humanitar yardım üçün 720 milyon dollar ayırmağı planlaşdırır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66