Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

DGK elektron xidmətlərinin sayını artıracaq

17 Avqust 2020, 14:45 (GMT +4)

Bakı, 17 avqust, SalamNews.Dövlət Gömrük Komitəsi elektron xidmətlərinin sayını artıracaq və startap fəaliyyətinin dəstəklənməsi üçün mühüm addımlar atacaq.

Dövlət Gömrük Komitəsindən (DGK) SalamNews-a verilən məlumata görə, komitənin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi Təmkin Xəlilovun sözlərinə görə gömrük işinin təşkilində informasiya texnologiyalarının tətbiqinin daha da genişləndirilməsi məqsədilə kompleks işlər aparılır, yeni layihələr və tətbiqlər hazırlanır. Əsas məqsəd xidmət keyfiyyətinin yüksəldilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vətəndaş-məmur təmasının tamamilə aradan qaldırılmasıdır ki, bu da gömrük sistemində resurslardan səmərəli şəkildə istifadə edilməsinə, iş adamlarının vaxt və vəsait itkisinin qarşısının alınmasına şərait yaradacaq.

T.Xəlilov qeyd edib ki, hazırda Komitənin mütəxəssisləri tərəfindən DGK-nın təqdim etdiyi bütün elektron xidmətlərin vahid elektron resurslarının cəmləndiyi "e.customs.gov.az" elektron portalının yaradılması istiqamətində iş aparılır. Belə ki, DGK tərəfindən iki fərqli elektron portal - elektron hökumət portalı "e-gov.az" və DGK–nın c2b.customs.gov.az portalları üzərindən, ümumilikdə 18 xidmət təqdim edilir. Bunlardan 13-ü elektron hökumət portalı "e-gov.az", 5-i isə DGK-nın c2b.customs.gov.az elektron portalı vasitəsilə təqdim olunur.

"e.customs.gov.az" portalı fəaliyyətə başladıqdan sonra istifadəçilərin rahatlığını təmin etmək məqsədilə bütün xidmətləri vahid məkandan əldə etmək mümkün olacaq. Üstəlik, elektron xidmətlərin sayının 33-ə çatdırılması planlaşdırılır. Yeni portal fiziki şəxslər, xarici iqtisadi fəaliyyət (XİF) iştirakçıları, banklar, daşıyıcı şirkətlər üçün elektron xidmətləri əhatə edir.

Portal həmçinin ölkə başçısının innovativ inkişafın, o cümlədən startap fəaliyyətinin dəstəklənməsi sahəsində qarşıya qoyduğu məqsədlər istiqamətində atılan mühüm addımdır. Belə ki, yeni portal startapçılara dəstək məqsədilə elektron həllər toplusunu da özündə ehtiva edəcək. Burada startap lahiyələrin dəstəklənməsi üçün "Açıq məlumatlar" bölməsi nəzərdə tutulub və təqdim olunan açıq məlumatlar, "APİ"-lər vasitəsi ilə startapçılar və ya müəssisələr DGK-nın elektron xidmətlərini birbaşa öz elektron resurslarına inteqrasiya etmək imkanı əldə edəcəklər. Portal, həmçinin "ASAN Login"-vahid giriş sisteminə də inteqrasiya edilib.

Daha bir yenilik isə "smart customs" mobil tətbiqinin reallaşdırılması ilə bağlı olacaq. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi üçün elektron sərnişin bəyannaməsinin qəbulu üzrə elektron xidmət "smart customs" mobil tətbiqinə əlavə ediləcəkdir. Bununla da fiziki şəxslər tərəfindən ölkəyə gətirilən (aparılan) malın (əşya) mobil tətbiq vasitəsilə gömrük orqanına bəyan olunması təmin ediləcəkdir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DGK sədri ÜGT-yə üzv dövlətlərin gömrük xidməti rəhbərlərinə müraciət edib

DGK: Siqaret və dərmanların qanunsuz dövriyyəsinin qarşısı alınıb

DGK bəyan olunmayan məhsulların ölkəyə keçirilməsinin qarşısını alıb

DGK: 200 kiloqram heroinin ölkəyə keçirilməsinin qarşısı alınıb

DGK: Altı ayda dəniz nəqliyyatı ilə 470,8 min ton yük daşınıb

DGK sədri İspaniyanın müvəqqəti olaraq Qərb altqrupunda təmsil olunmasını təklif edib

DGK: Meyvə-tərəvəz idxalı artıb

DGK: Keçən ay dəmir yolu ilə 225 milyon dollarlıq yük daşınıb

DGK: Alüminium və ondan hazırlanan məmulatların ixracı azalıb

DGK mayda ölkəyə gətirilən avtomobillərin sayını açıqlayıb

DGK: Keçən ay avtomobil nəqliyyatı ilə ölkədən 147,1 min ton yük göndərilib

DGK: Tomat ixracı artıb

DGK: Ölkəyə qanunsuz gətirilən siqaretlər müsadirə olunub

DGK: "Samur" postundan keçən yük avtomobillərinin sayı artıb

DGK: Ermənistanla ölkəmiz arasında hər hansı ticarət əlaqəsindən söhbət gedə bilməz

DGK sədri Ümumdünya Gömrük Təşkilatının videokonfransına qatılıb

DGK-də vətəndaşların qəbulunda müəyyən məhdudiyyətlər olacaq

DGK və Caspian European Club-un birgə işçi qrupunun növbəti iclası keçirilib

DGK: Yanvarda əczaçılıq məhsullarının idxalı artıb

DGK narkotik vasitələrin realizə edilməsinin qarşısını alıb

24 Oktyabr 2020, 17:00 (GMT +4)
DİN: Əvvəlki dövrlərdən bağlı qalmış səkkiz cinayətin üstü açılıb

24 Oktyabr 2020, 16:47 (GMT +4)
Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə müraciət edib

24 Oktyabr 2020, 16:30 (GMT +4)
Hərbçilərimizin və düşmən təxribatı nəticəsində zərər dəymiş mülki vətəndaşların kreditləri silinəcək

24 Oktyabr 2020, 16:21 (GMT +4)
MN: Ağdərə istiqamətində düşmən PUA-sı məhv edilib

24 Oktyabr 2020, 16:10 (GMT +4)
Azərbaycan əsgəri: Şuşada üçrəngli bayrağımızı dalğalandıracağıq! (VİDEO)

24 Oktyabr 2020, 15:57 (GMT +4)
MN: Düşmənin döyüş təyyarəsi məhv edilib

24 Oktyabr 2020, 15:46 (GMT +4)
Ərdoğan: Azərbaycan öz torpaqlarını işğalçılardan azad edir

24 Oktyabr 2020, 15:28 (GMT +4)
Azərbaycanda daha 792 nəfər COVID-19-a yoluxub

24 Oktyabr 2020, 15:14 (GMT +4)
Bakıda mənzildən 30 min manatlıq oğurluq edilib

24 Oktyabr 2020, 15:04 (GMT +4)
Nazir: Bu gün daha iki şagirdimiz düşmən təcavüzünün qurbanı olub

24 Oktyabr 2020, 14:58 (GMT +4)
Türkiyə MN: Ermənistan Azərbaycan torpaqlarının qanunsuz işğalına son qoymalıdır

24 Oktyabr 2020, 14:47 (GMT +4)
Bakıda onlayn yolla narkotik satan şəxs saxlanılıb

24 Oktyabr 2020, 14:32 (GMT +4)
Əkrəm İmamoğlu koronavirusa yoluxub

24 Oktyabr 2020, 14:20 (GMT +4)
Düşmən təcavüzü nəticəsində 8 məktəbli həlak olub, 16 məktəbli yaralanıb

24 Oktyabr 2020, 14:06 (GMT +4)
Laçın və Qubadlı rayonları Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutulur

24 Oktyabr 2020, 13:57 (GMT +4)
Kəlbəcərdə faydalı qazıntı yataqlarının ehtiyatı yenidən qiymətləndiriləcək

24 Oktyabr 2020, 13:42 (GMT +4)
DMX Azərbaycanda yaşayan əcnəbilərə müraciət edib

24 Oktyabr 2020, 13:24 (GMT +4)
TBMM sədri Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyətdən danışıb

24 Oktyabr 2020, 13:18 (GMT +4)
Sabahın hava proqnozu açıqlanıb

24 Oktyabr 2020, 13:00 (GMT +4)
ƏƏSMN: Oktyabr ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənilib

24 Oktyabr 2020, 12:45 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

24 Oktyabr 2020, 12:44 (GMT +4)
Rusiyada COVID-19-dan ölənlərin sayı 26 minə yaxınlaşıb

24 Oktyabr 2020, 12:35 (GMT +4)
Eldar Həsənovun həbs qətimkan müddəti uzadılıb

24 Oktyabr 2020, 12:25 (GMT +4)
Prezidentin köməkçisi işğal altındakı ərazilərdə yaşayan mülki insanları hərbi obyektlərdən kənar durmağa çağırıb

24 Oktyabr 2020, 12:24 (GMT +4)
Berlində COVID-19-un yayılmasına qarşı sərt tədbirlər qüvvəyə minir

24 Oktyabr 2020, 12:20 (GMT +4)
İqtisadiyyat Nazirliyi: Daha 72 obyektdə epidemiya əleyhinə rejimin pozulduğu müəyyən edilib

24 Oktyabr 2020, 12:13 (GMT +4)
Azərbaycanda sabahın hava proqnozu açıqlanıb

24 Oktyabr 2020, 12:00 (GMT +4)
DMX əcnəbilərə müraciət edib

24 Oktyabr 2020, 11:54 (GMT +4)
Fransada koronavirusa yoluxanların sayı 1 milyonu keçib

24 Oktyabr 2020, 11:34 (GMT +4)
MN: Ermənistan ordusu Ağdərə istiqamətindən Naftalan-Tərtər rayonlarının ərazisini atəşə tutur

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66