Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

DSX rəisi Elçin Quliyev Tovuz döyüşlərindən danışıb

18 Avqust 2020, 12:31 (GMT +4)

Bakı, 18 avqust, SalamNews.Qazax-Ağstafa rayonları ərazisində Azərbaycan - Ermənistan dövlət sərhədi Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürüldükdən sonra qısa müddət ərzində bilavasitə düşmənlə təmas xəttində sərhədçilərimiz üçün 89 ədəd ən müasir tələblərə cavab verən sərhəd məntəqəsi, 4 hərbi hissə kompleksi tikilərək istifadəyə verilmişdir, bir hərbi hissə kompleksi və 3 sərhəd məntəqəsində isə tamamlama işləri aparılır.

SalamNews-un məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev deyib. Onun sözlərinə görə, xidməti ərazilərdə düşmən tərəfindən törədiləcək istənilən təxribatın qarşısını almağa imkan verən əlverişli xidmət şəraitinin yaradılması, təhlükəsiz xidmətin təşkili, bütün cəbhəboyu ərazidə üstünlük əldə edilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilmiş, sərhəd-döyüş məntəqələrinin döyüş qabiliyyətinin yüksəldilməsi, sərhədçilərimizin ən müasir silahlarla, aşkaretmə cihazları və digər texniki vasitələrlə təmin edilməsi, mühəndis təchizatının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilməkdədir: 

Bu tədbirlər sırasında bütün xidməti ərazi boyu döyüş postlarına aparan və onlar arasında yolların, həmçinin təhlükəsizliyin təmin edilməsi üçün yol boyu qoruyucu sədlərin çəkilməsi, bütün sərhəd döyüş məntəqələrinin xüsusi radiorabitə vasitələri ilə təmin edilməsi, xətti rabitə sisteminin yenilənməsi, sərhəd döyüş məntəqələrində yüzlərlə videomüşahidə kameralarının və günəş paneli sistemlərinin quraşdırılması xüsusi qeyd edilməlidir.

Ermənistan silahlı bölmələrinin sərhədboyu ərazidə təxribatlarının, həmin bölmələrin dəfələrlə öz döyüş mövqelərini dövlət sərhədinə doğru irəli çəkmə cəhdlərinin qarşısı qətiyyətlə alınmışdır.

Cavab tədbirləri nəticəsində dövlət sərhəd xəttinə 2000 metrə qədər məsafədə olan bir çox mövqelərimizin 1500-1700 metr irəli çıxarılması yaxınlıqdakı yaşayış məntəqələrimizin və magistral yolların, həmçinin şəxsi heyətin təhlükəsizliyini artırmağa, strateji cəhətdən əlverişli istiqamətlərdə yeni sərhəd döyüş məntəqələrinin yaradılmasına imkan vermişdir. Eyni zamanda düşmənin yaşayış məntəqələrinə, magistral yollarına və strateji əhəmiyyətli obyektlərinə nəzarət imkanları artırılmışdır".

Xidmət rəisi deyib ki, mühəndis işləri görən silahsız sərhədçilərimizə və mülki şəxslərə qarşı silah tətbiq etməkdən çəkinməyən namərd düşmənin bütün təxribatlarına sərhədçilərimiz tərəfindən layiqli cavab verilib, atəş nöqtələri susdurulub, hərbçiləri məhv edilib, düşmənin 5-6 qat artıq tələfat verməsinə nail olunub: "Ali Baş Komandanın Azərbaycan sərhədçisinə etimadının göstəricisi olaraq Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonlarının ərazisindən keçən hissəsinin Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürülməsi dövlət sərhədlərinin bütövlüyünün təmin edilməsinin başlanğıcı olmaqla yanaşı, Lələtəpədən başlamış zəfər yürüşünün davamıdır.

Cari ilin iyul ayının 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısı Silahlı Qüvvələrimiz tərəfindən qətiyyətlə alındı, əsgər və zabitlərimizin qəhrəmanlığı mənfur düşməni itki verərək geri çəkilməyə məcbur etdi.

14 iyulda Bakıda Silahlı Qüvvələrə və Ali Baş Komandana çoxminlik dəstək yürüşü Azərbaycan xalqının sarsılmaz iradəsini, xalqın öz Prezidentinə və Silahlı Qüvvələrinə inamını və sədaqətini, onların yanında olduğunu bir daha ən yüksək səviyyədə nümayiş etdirdi.

Ali Baş Komandanımızın göstərdiyi qətiyyətli mövqe, gündən-günə güclənən Silahlı Qüvvələrimiz və xalqımızın mübariz ruhu Azərbaycan torpaqlarının tezliklə azad olunmasına gətirib çıxaracaqdır".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Məhər­rəm Əliyev və Elçin Quliyev Ermənistanla sərhəddə yerləşən hərbi hissəyə baş çəkiblər

Elçin Quliyev “Samur” dövlət sərhədindən buraxılış məntəqəsinə səfər edib (FOTO)

Elçin Quliyev: Sərhədçilər Prezident İlham Əliyevin tapşırıqlarını yüksək səviyyədə icra edirlər

Elçin Quliyev və Xanlar Vəliyev Ermənistanla sərhədə gediblər (FOTO)

Qusarda Elçin Quliyev, Səfər Mehdiyev və Vüsal Hüseynovun iştirakı ilə müşavirə keçirilib

Elçin Quliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

General-polkovnik Elçin Quliyev AMEA “YT Park”ın fəaliyyəti ilə tanış olub

Prezident Elçin Quliyevi ordenlə təltif edib

Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin rəisi təyin edilib

DSX rəisi Elçin Quliyev Ağstafa, Qazax, Samux, Tovuz və Şəmkir sakinləri ilə görüşüb

DSX rəisi Elçin Quliyev Ağstafa, Qazax, Samux və Şəmkir rayon sakinləri ilə görüşəcək

27 Oktyabr 2020, 16:33 (GMT +4)
Şeyxülislam Allahşükür Paşazadə bəyanat verib

27 Oktyabr 2020, 16:25 (GMT +4)
Azərbaycan Ordusu Xankəndidə erməni ordusunun üç əsas nöqtəsini məhv edib

27 Oktyabr 2020, 16:12 (GMT +4)
İşəgötürənlər işçilərinin icbari tibbi sığortalanmasını təmin edəcək

27 Oktyabr 2020, 15:57 (GMT +4)
Ölkəmizdə koronavirusa yoluxma hallarının 55,7 faizi paytaxtın payına düşür

27 Oktyabr 2020, 15:48 (GMT +4)
Neft Fondu ilin əvvəlindən qızıl ehtiyatlarını artırıb

27 Oktyabr 2020, 15:35 (GMT +4)
Hesablama Palatası xarici həmkarlarını erməni vandalizmi barədə məlumatlandırıb

27 Oktyabr 2020, 15:20 (GMT +4)
Kanadada son sutkada 2531 koronavirusa yoluxma hadisəsi qeydə alınıb

27 Oktyabr 2020, 15:07 (GMT +4)
Azərbaycanda son sutkada 663 nəfər COVID-19-a yoluxub

27 Oktyabr 2020, 14:58 (GMT +4)
Əfqanıstanda terror hücumu nəticəsində 5 nəfər ölüb

27 Oktyabr 2020, 14:44 (GMT +4)
İran Fransa prezidenti Emanuel Makronun islamafob bəyanatını tənqid edib

27 Oktyabr 2020, 14:37 (GMT +4)
DSK: Metrodan istifadə edənlərin sayı azalıb

27 Oktyabr 2020, 14:25 (GMT +4)
Lavrov: ABŞ və AB ölkələri Rusiyanın inkişafını dayandırmaq üçün səyləri ikiqat artırıb

27 Oktyabr 2020, 14:16 (GMT +4)
Londonda Consonun ofisi qarşısında Gəncə terroruna etiraz edilib

27 Oktyabr 2020, 13:44 (GMT +4)
Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb

27 Oktyabr 2020, 13:37 (GMT +4)
ARDNF-in aktivləri bu ilin əvvəlindən cüzi azalıb

27 Oktyabr 2020, 13:15 (GMT +4)
Neftin qiyməti artıb

27 Oktyabr 2020, 13:00 (GMT +4)
MN: Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulur

27 Oktyabr 2020, 12:55 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

27 Oktyabr 2020, 12:51 (GMT +4)
Çex Respublikasında gecə küçəyə çıxmaq qadağan edilib

27 Oktyabr 2020, 12:45 (GMT +4)
DİN koronavirusla bağlı əhaliyə müraciət edib

27 Oktyabr 2020, 12:30 (GMT +4)
Azərbaycanda Ukraynanın birinci Fəxri konsulluğu açılır

27 Oktyabr 2020, 12:20 (GMT +4)
Tramp ABŞ-ın ÜST-ə qayıtmasını mümkün hesab edir

27 Oktyabr 2020, 12:15 (GMT +4)
DİN avtomobil sahiblərinə müraciət edib

27 Oktyabr 2020, 12:15 (GMT +4)
Şəkidə avtomobillərdən oğurluq edənlər saxlanılıb

27 Oktyabr 2020, 12:00 (GMT +4)
MN: Ermənistan ərazisində sərhəd zastavasının vurulması barədə yayılan məlumat yalandır

27 Oktyabr 2020, 11:57 (GMT +4)
Gürcüstanda son sutkada 1,8 mindən çox insan koronavirusa yoluxub

27 Oktyabr 2020, 11:45 (GMT +4)
Milli Məclis Vəng kəndinin Çinarlı kəndi adlandırılmasını təsdiqləyib

27 Oktyabr 2020, 11:30 (GMT +4)
Bu hərbçimiz düşmənin atəş nöqtələrini dəqiqliklə məhv edir

27 Oktyabr 2020, 11:19 (GMT +4)
ABŞ İrana qarşı sanksiyaları genişləndirib

27 Oktyabr 2020, 11:15 (GMT +4)
Milli Məclisin plenar iclası başlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66