Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Azercell”in müştəri məmnuniyyəti göstəricisi son altı ayda 90 faizi keçib

18 Avqust 2020, 16:45 (GMT +4)

Bakı, 18 avqust, SalamNews.Bu altı ay ərzində operatorun əlaqə mərkəzinə keçən ilin eyni dövrü ilə müqayisədə 10 dəfə artıq müraciət daxil olub.

“Azercell Telekom” MMC 2020-ci ilin ilk yarısı üçün Əlaqə Mərkəzinə daxil olan müraciətlərin sayı və onların araşdırılması ilə bağlı nəticələri təqdim edib. Belə ki, cari ilin ilk 6 ayında “Azercell”in Əlaqə Mərkəzinə 2 milyon 300 min müraciət daxil olub ki, onların 2 milyon 210 mini və ya 96 faizi cavablandırılıb və müştərinin müraciəti üzrə məsələlər dərhal həllini tapıb. Aylar üzrə bu göstərici 90-98 faiz arasında dəyişib.

“Azercell”də cari ilin ilk yarısında xidmət səviyyəsinin göstəricisi ortalama 82 faiz təşkil edib ki, bu, müasir dövrdə Avropa standartlarına əsasən Çağrı mərkəzlərinin fəaliyyəti üçün yüksək nəticədir. Məlumat üçün bildirək ki, xidmət səviyyəsi - operatorun zəngi nə dərəcədə tez cavablandırması və müvafiq olaraq daxil olan müraciətin araşdırılması müddətinin qısalığını göstərir və mütləq şəkildə müştəri məmnuniyyətinə təsir etməklə yanaşı, təşkilatın imici üçün də əhəmiyyət kəsb edir. Həmçinin Avropa standartlarına görə müştəri məmnuniyyəti göstəricisi 80 faizdən yuxarı olmalıdır ki, son altı ayda “Azercell”də bu göstərici 90 faizdən artıq təşkil edib.

5 milyonluq abunəçi ailəsinin rahatlığını təmin edən “Azercell”, ilk növbədə, müasir iş və yaşayış şəraitini nəzərə alaraq abunəçilərinin müraciətlərini yeni platformalarda onlayn qaydada cavablandırır. Belə ki, 2019-cu ilin son rübündən etibarən “Azercell”in onlayn müştəri xidmətləri sahəsində cavab platformalarının sayı dəfələrlə artırılıb. “Kabinetim” tətbiqetməsinə çat bölməsi əlavə olunub ki, proqrama daxil olan müştərilər birbaşa bu çatda müraciətlərini çatdıra bilirlər, eyni zamanda, “Play Market” və “AppStore” üzərindən abunəçilərin tətbiqlə bağlı rəy bildirmək və suallara cavab almaq imkanı da işə salınıb. Ötən ilin noyabrından etibarən online xidmət 24/7 iş rejiminə keçib, “facebook”da müştərilərin müraciətləri fərdi çatda birbaşa qəbul edilməyə başlayıb. Bununla yanaşı, 2020-ci ilin əvvəlində “Azercell” onlayn müştəri xidmətləri sahəsində yenilikləri təqdim edib, belə ki, abunəçilər arasında populyarlaşan yeni “Telegram” sosial şəbəkədə “Azercell Bot” yaradılıb və uğurla tətbiq olunur.

Rəqəmlərə gəldikdə, cari ilin ilk 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə “Azercell”ə daxil olan onlayn müraciətlərin sayı təxminən 10 dəfə artıq olub. 2019-cu ilin ilk yarısında “Online Çat” vasitəsilə şirkətə 23 mindən yuxarı müraciət daxil olmuşdusa, bu il üçün bu göstərici 208 mindən çox olub. Keçən ilin dekabrında fəaliyyətə başlayan “facebook” üzərindən fərdi çat sayəsində təkcə 6 ay ərzində 23 min 743 müraciətə baxılıb. Eyni zamanda, elektron poçt vasitəsilə daxil olan və cavablandırılan müraciətlərin sayı da artıb. Bu ilin 6 ayında elektron poçtla daxil olan 5538 məktubun hamısı cavablandırılıb. Bundan əlavə, korporativ müştərilər üçün Telefon Mərkəzi ilk 6 ay ərzində 49 min zəng və 16 min onlayn müraciət qəbul edib, “Premium” statuslu müştərilər üçün fəaliyyət göstərən xüsusi Telefon Mərkəzi isə 55 min zəng qəbul edib. Beləliklə, 2020-ci ilin ilk yarısında “Azercell”in Əlaqə Mərkəzi kanalları vasitəsilə 2 milyondan artıq müraciət cavablandırılıb.

Xüsusi olaraq qeyd edilməlidir ki, son aylar ölkəmizdə pandemiya ilə əlaqədar elan edilmiş karantin rejimi səbəbindən “Azercell” şirkətinin Əlaqə mərkəzi gücləndirilmiş iş rejimində çalışır. İşçilər üçün dərhal evdən işləmə şəraiti yaradılıb. Karantin rejimini nəzərə alaraq “Azercell Telekom” öz abunəçilərinə evi tərk etməməsi və insan sıxlığı olan yerlərə getməməsi üçün distant xidmət kanallarından istifadəni tövsiyə edib.

Qeyd edək ki, Azərbaycanda mobil rabitə bazarının lideri, 5 milyon vətəndaşın seçimi olan “Azercell Telekom” MMC hər zaman müştərilərinin rahatlığını düşünür və daim müştəri xidmətləri sistemlərinin ən qabaqcıl və innovativ modellərinin təkmilləşdirilməsi və tətbiqi üçün çalışır.

Daha ətraflı məlumat üçün “news@mcs.az” ünvanına müraciət edə bilərsiniz.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azercell Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat köçürüb

"Azercell"in dəstəyi məktəblilər xüsusi hazırlıq dərsləri keçiblər

Azercell abunəçilərinə hədiyyə balans qazandırır

“Azercell” yeni kampaniya keçirir

“Azercell” şəhid övladlarını sevindirib

“Azercell” beynəlxalq səviyyədə “İlin şirkəti” seçilib

Azercell-in dəstəyilə hazırlıq keçən məktəblilər bürünc medala layiq görülüblər

“Azercell”in rəqəmsal həlləri ən populyar onlayn xidmətlər sırasındadır

“Azercell”in Müştəri Xidmətləri və Səyyar Müştəri Xidmətləri işini fasiləsiz davam etdirir

"Azercell"in Rəqəmsal Tərəfdaşlığı ilə 7-ci “womENcourage” beynəlxalq virtual toplantısı keçiriləcək

Son 18 ay ərzində “Azercell”in LTE şəbəkəsinin əhatəsi 85 faiz yüksəlib

Azercell-in dəstəyilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətt xidməti" növbəti hesabatını açıqlayıb

Azercell növbəti beynəxalq sertifikat qazanıb

“Azercell”in yeni 4G Wi-Fi modemindən eyni zamanda 32 istifadəçi yararlana bilər

Azercell Mediacell tarifi olan istifadəçilərə pulsuz internet yükləyib

Azercell yeni kampaniyaya start verib

Azercell yeni 4G MiFi kampaniyasına başlayıb

“Azercell”lilər bir ay ərzində “#rəqəmsalgünləri” birlikdə qeyd edəcək

Azercell “Telegram Bot” xidmətini təqdim edib

Azercell uşaqlar üçün “Mobil TV” xidmətini istifadəyə verib

23 Noyabr 2020, 19:18 (GMT +4)
Əlcəzair səfiri: “Dağılmış Füzuli şəhərinin abadlaşdırılmasının vaxtı çatıb”

23 Noyabr 2020, 18:01 (GMT +4)
KTN: Çəltikçilikdə orta məhsuldarlıq göstəriciləri yüksəlib

23 Noyabr 2020, 17:52 (GMT +4)
Bakı-Supsa kəməri ilə neftin nəqli 13% artıb

23 Noyabr 2020, 17:46 (GMT +4)
Gəncədə evdən 9 min manat dəyərində nərd və təsbeh oğurlanıb

23 Noyabr 2020, 17:44 (GMT +4)
BQXK münaqişə nəticəsində saxlanılan şəxslərə başçəkmə həyata keçirib

23 Noyabr 2020, 17:23 (GMT +4)
Qubada karantin rejimini pozaraq fəaliyyət göstərən obyektlər aşkarlanıb

23 Noyabr 2020, 17:14 (GMT +4)
Bakıdan Moskva və Kiyevə çarter aviareysləri yerinə yetiriləcək

23 Noyabr 2020, 17:07 (GMT +4)
Baş Prokurorluq Seyran Ohanyanın cinayət işi ilə bağlı məlumat yayıb

23 Noyabr 2020, 17:04 (GMT +4)
Fikrət Məmmədov: Pandemiya dövründə 3 000-ə yaxın məhkum vaxtından əvvəl azad olunub

23 Noyabr 2020, 16:58 (GMT +4)
“Onlayn Peşəkar Mühasib” təlim kursuna qeydiyyat başlayıb

23 Noyabr 2020, 16:47 (GMT +4)
Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb

23 Noyabr 2020, 16:39 (GMT +4)
Qarabağ regional ədliyyə idarəsi təsis olunub

23 Noyabr 2020, 16:27 (GMT +4)
Goranboyda polislərə müqavimət göstərən şəxsə cinayət işi açılıb

23 Noyabr 2020, 16:14 (GMT +4)
Avropa Şurasının baş katibi: Qarabağda atəşkəs razılaşmasını alqışlayıram

23 Noyabr 2020, 16:11 (GMT +4)
Türkiyə hökuməti vətəndaşları koronavirusa qarşı pulsuz peyvənd etməyi planlaşdırır

23 Noyabr 2020, 15:58 (GMT +4)
Koronavirus xəstəsi ət satarkən yaxalanıb

23 Noyabr 2020, 15:42 (GMT +4)
İsmayıllı Gənclər və İdman İdarəsində yeni təyinatlar olub

23 Noyabr 2020, 15:38 (GMT +4)
DİN açıq havada siqaret qadağası ilə bağlı daha bir açıqlama yayıb

23 Noyabr 2020, 15:23 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 45 mini ötüb

23 Noyabr 2020, 15:23 (GMT +4)
“Caspian Energy Club” Qarabağ nümayəndəliyinin yaradılmasına başlayıb

23 Noyabr 2020, 14:56 (GMT +4)
ƏƏSMN-nin bir neçə işçisi hazırda cəbhə bölgəsində xidmət edir

23 Noyabr 2020, 14:41 (GMT +4)
Astarada 54 yaşlı kişi çayda batıb

23 Noyabr 2020, 14:29 (GMT +4)
Azərbaycan neftinin orta qiyməti həftə ərzində 1,3% artıb

23 Noyabr 2020, 14:27 (GMT +4)
Əfqanıstana dəstək üçün yüz ölkə və beynəlxalq təşkilatın iştirakı ilə konfrans keçirilir

23 Noyabr 2020, 14:10 (GMT +4)
"Brent" neftinin qiyməti sentyabrın əvvəlindən ilk dəfə 46 dolları ötüb

23 Noyabr 2020, 14:10 (GMT +4)
Sabah hava yağmursuz keçəcək

23 Noyabr 2020, 13:59 (GMT +4)
Xaçmazda avtomobil yanıb

23 Noyabr 2020, 13:48 (GMT +4)
Mingəçevirdə evdən çıxan COVID-19 xəstəsinə cinayət işi başlanılıb

23 Noyabr 2020, 13:30 (GMT +4)
Azərbaycan Seyran Ohanyan barəsində soyqırımı cinayəti üzrə axtarış elan edib

23 Noyabr 2020, 13:21 (GMT +4)
Səudiyyə gələcəkdə ABŞ-la İran arasında əldə edilə biləcək anlaşmaya qatılmağı tələb edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66