Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident köməkçisi QHT-lərlə onlayn görüş keçirib (FOTO)

27 Avqust 2020, 09:15 (GMT +4)

Bakı, 27 avqust, SalamNews.Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkənin bir çox fəal qeyri-hökumət təşkilatları rəhbərlərinin daxil olduğu "İctimai Liderlər Platforması"nın üzvləri ilə onlayn görüş keçirib.

Bu barədə SalamNews-a Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının İctimaiyyətlə əlaqələr bölməsindən məlumat verilib.

Görüşü giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Prezidentin köməkçisi Hikmət Hacıyevə QHT-lərlə görüşdüyünə görə təşəkkür edib və bu təşəbbüsün QHT-hökumət münasibətlərində yeni keyfiyyət mərhələsinin başlanğıcı olacağına və QHT sektoru üçün prioritet məsələlərin həllinə təkan verəcəyinə əminliyini ifadə edib.

Prezidentin köməkçisi Hikmət Hacıyev dövlətimizin başçısı İlham Əliyevin cəmiyyətimizdə QHT-lərin fəaliyyətinə və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsinə xüsusi önəm verdiyini qeyd edib. O, QHT sektorunun ölkəmizin ictimai həyatında fəal iştirakını vurğulayıb, hökumətin QHT-lərlə dialoqun genişlənməsində və QHT-lərin diqqətində olan məsələlərin müzakirəsində maraqlı olduğunu bildirib. Hikmət Hacıyev vətəndaş cəmiyyəti institutlarının ölkəmizin dayanıqlı sosial-iqtisadi inkişafı, vətənpərvərliyin gücləndirilməsi, milli maraqlarımızın qorunması, həmçinin təhsil, humanitar və ictimai əhəmiyyət daşıyan digər sahələrdə mühüm roluna toxunub, dövlət başçısının qeyd etdiyi kimi, ictimai nəzarət mexanizmlərinin və onun tətbiqinin səmərəliliyinin artırılmasının zəruriliyini diqqətə çatdırıb.

Görüşdə çıxış edən Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov, Müstəqil Hüquq Mərkəzinin sədri Aydın Kərimov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov, D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərova, Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri Səltənət Qocamanlı, “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli, "Azad İstehlakçılar" İctimai Birliyinin sədri Eyyub Hüseynov, "Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri İsrayıl İsgəndərov, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhrəmanova, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənov, Multimediya Sistemləri İctimai Birliyinin sədri Osman Gündüz, "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri İradə Rizazadə, Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, XXI əsr Təhsil Mərkəzi İctimai Birliyinin sədri Etibar Əliyev, "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyinin sədri Əhməd Abbasbəyli, "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" İctimai Birliyinin sədri Şahin Rəcəbov, "Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" İctimai Birliyinin sədri Səadət Bənənyarlı, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti İctimai Birliyinin sədri İlqar Orucov və Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərli hökumətlə QHT sektoru arasında başlanan yeni dialoq təşəbbüsünü təqdir etdiklərini bildiriblər. QHT sədrləri ictimai sektorun gücləndirilməsi və QHT-lərin gündəliyində olan məsələlərin həlli ilə bağlı fikir və təkliflərini səsləndiriblər.

Görüşün sonunda çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyev QHT-lər tərəfindən səsləndirilən əsaslandırılmış fikir və təkliflərin diqqətlə araşdırılacağını və onların həlli istiqamətində müvafiq addımların atılacağını bildirib.

Qeyd edək ki, Prezidentin köməkçisi Hikmət Hacıyevin QHT-lərlə görüşü davam edəcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Şəhid ailələri və müharibə əlilləri ilə bağlı QHT rəhbərləri ilə görüş keçirilib 

QHT-lərə Dövlət Dəstəyi Agentliyi şəhid jurnalistlərlə bağlı beynəlxalq qurumlara müraciət ünvanlayıb

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası yaradılıb

Azərbaycan QHT-ləri mina xəritələrinin Ermənistandan tələb edilməsi üçün beynəlxalq qurumlara müraciət edib

Azərbaycan Sığortaçılar Assosiasiyası QHT Şurası ilə əməkdaşlıq edəcək

Maliyyə Nazirliyi QHT-lərə müraciət edib

QHT-lərə Dövlət Dəstək Şurası "ASAN Xidmət"lə əməkdaşlığa başlayır

Azərbaycan QHT-ləri beynəlxalq media qurumlarına müraciət edib

QHT Şurasının dəstəyilə 20 ailəyə humanitar yardım təqdim edilib (FOTO)

Prezidentin köməkçisi QHT-lərlə görüşüb

QHT-lər həmsədrlərə və beynəlxalq təşkilatlara müraciət edib

QHT sədrləri ilə videoformatda görüş keçirilib

Prezidentin köməkçisi 41 QHT sədri ilə görüşüb

QHT yeni layihənin icrasına başlayıb

Şura və Diaspor Komitəsi rəhbərləri qalib QHT-lərlə onlayn görüş keçirib (FOTO)

QHT-lərə Dövlət Dəstəyi Şurası və KOBİA qalib QHT-lərlə onlayn görüş keçirib (FOTO)

Media və QHT təmsilçiləri Prezident İlham Əliyevə müraciət edib

Azay Quliyev QHT-lərə və tərəfdaş qurumlara müraciət edib

Maliyyə Nazirliyi QHT-lərə xəbərdarlıq edib

"Qhtxeber.az" saytının 10 illik yubileyi keçirilib

16 İyun 2021, 15:11 (GMT +4)
Azərbaycan ət idxalını 35 % azaldıb

16 İyun 2021, 15:00 (GMT +4)
DİM ali məktəblərə imtahansız qəbul olunmaq hüququna malik şəxslərə müraciət edib

16 İyun 2021, 14:51 (GMT +4)
Elxan Məmmədov: Azərbaycanlı azarkeşlər Türkiyəyə böyük dəstək verəcək

16 İyun 2021, 14:46 (GMT +4)
Dövlət qurumları meşə yanğınları ilə bağlı müraciət yayıb

16 İyun 2021, 14:34 (GMT +4)
12 gün öncə komaya düşən qazimiz bu gün şəhid olub

16 İyun 2021, 14:22 (GMT +4)
Avro -2020: Türkiyə yığması Uelslə qarşılaşır 

16 İyun 2021, 14:20 (GMT +4)
I sinfə qəbulla bağlı onlayn müsahibələr başa çatıb

16 İyun 2021, 14:09 (GMT +4)
Sumqayıtda ağacların gövdəsi süni örtükdən təmizlənib

16 İyun 2021, 13:59 (GMT +4)
"Qarabağ" klubu "Arsenal"la qarşılaşacaq

16 İyun 2021, 13:56 (GMT +4)
KİV: Kim Çen In KXDR-də aclıq təhlükəsinin olduğunu açıqlayıb

16 İyun 2021, 13:45 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

16 İyun 2021, 13:34 (GMT +4)
Fransa - Almaniya oyununun ən yaxşısı seçilib

16 İyun 2021, 13:32 (GMT +4)
TSQ Şimali İraqda keçirilən əməliyyatda 5 terrorçunu zərərsizləşdirilib

16 İyun 2021, 13:28 (GMT +4)
DSX: Sərhədçilərimizə atəş açan cinayətkar zərərsizləşdirilib

16 İyun 2021, 13:18 (GMT +4)
Vüsal Qasımlı: Şuşa bəyannaməsi milli iqtisadiyyata yeni imkanlar açır

16 İyun 2021, 13:08 (GMT +4)
Bu il Azərbaycan neft ixracını 13 %-dən çox azaldıb

16 İyun 2021, 13:00 (GMT +4)
"Rəqibin bizi 1-2 məqamda üstələdiyini demək olar" - Samir Abasov

16 İyun 2021, 12:55 (GMT +4)
Xaçmazda 15 qanunsuz heyvan kəsimi məntəqəsi aşkarlanıb

16 İyun 2021, 12:46 (GMT +4)
Çavuşoğlu: Dünya birliyi Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir

16 İyun 2021, 12:38 (GMT +4)
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

16 İyun 2021, 12:27 (GMT +4)
KİV: Kolumbiyada hərbi hissədə törədilən terror hücumu nəticəsində 30-dan çox əsgər yaralanıb

16 İyun 2021, 12:21 (GMT +4)
Türkiyə-Uels matçı ilə bağlı bəzi küçələrdə avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulur

16 İyun 2021, 12:12 (GMT +4)
Əfqanıstan Ordusu bir rayon mərkəzini Talibandan geri alıb

16 İyun 2021, 12:01 (GMT +4)
Azərbaycanla Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi - TAM MƏTN

16 İyun 2021, 11:54 (GMT +4)
İran Mədəniyyət Mərkəzinin sədri: İranda prezident seçkiləri dünyada dini-demokratik seçki nümunəsidir 

16 İyun 2021, 11:52 (GMT +4)
Gürcüstanda 811 yeni koronavirusa yoluxma qeydə alınıb

16 İyun 2021, 11:40 (GMT +4)
Nadir və nəsli kəsilməkdə olan bitkilərin monitorinqi aparılıb

16 İyun 2021, 11:27 (GMT +4)
Yəmən münaqişəsilə bağlı sülh danışıqları Qətərdə ola bilər

16 İyun 2021, 11:24 (GMT +4)
XİN: Qonşu ölkələrin rəhbərlərinin səfərini şərh etmək Ermənistanın həddi deyil 

16 İyun 2021, 11:18 (GMT +4)
Kaxaber Sxadadze: "Neftçi" Azərbaycanda futbol markasıdır"

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66