Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Nazirlər Kabineti dərslərin başlaması barədə qərar verib

29 Avqust 2020, 12:20 (GMT +4)

Bakı, 29 avqust, SalamNews.Baş Nazir Əli Əsədov “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə" qərar imzalayıb.

SalamNews-un xəbərinə görə, qərada deyilir:

1. Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin aşağıdakı tarixlərdən əyani formada təşkili təmin edilsin:

1.1. məktəbəqədər təhsil müəssisələrində – 2020-ci il sentyabrın 15-dən;

1.2. ümumi təhsil müəssisələrində:

1.2.1. ümumi təhsilin ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə – 2020-ci il sentyabrın 15-dən;

1.2.2. xüsusi məktəblərdə, xüsusi internat məktəblərində, ümumtəhsil internat məktəblərində, inteqrasiya təlimli internat tipli təhsil müəssisələrində, inteqrasiya təlimli internat tipli gimnaziyalarda, valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəblərində – 2020-ci il sentyabrın 15-dən;

1.2.3. ümumi təhsilin məktəbəhazırlıq mərhələsi (5 yaş) üzrə – 2020-ci il oktyabrın 1-dən;

1.2.4. ümumi təhsilin ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə – 2020-ci il oktyabrın 1-dən;

1.2.5. ümumi təhsilin tam orta təhsili səviyyəsi (X-XI siniflər) üzrə – 2020-ci il oktyabrın 15-dən;

1.3. peşə təhsili müəssisələrində:

1.3.1. qısamüddətli kurslar üzrə – 2020-ci il oktyabrın 1-dən;

1.3.2. peşə təhsilinin bütün səviyyələri üzrə – 2020-ci il oktyabrın 15-dən;

1.4. ali və orta ixtisas təhsili müəssisələrində:

1.4.1. I kurs tələbələri üçün – 2020-ci il oktyabrın 1-dən;

1.4.2. II və yuxarı kurs tələbələri üçün siyahısı Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla və hər bir ixtisasın xüsusiyyəti nəzərə alınmaqla təhsil müəssisələrinin müəyyən etdiyi ixtisaslar üzrə – 2020-ci il oktyabrın 15-dən; 1.5. uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində yaş qruplarından və siniflərindən asılı olaraq bu Qərarın 1.2-ci bəndində göstərilən tarixlərdə.

2. Bu Qərarın 1.2.3-1.2.5-ci, 1.3.1-ci, 1.3.2-ci, 1.4.2-ci yarımbəndlərində və 1.5-ci bəndində nəzərdə tutulan təhsil müəssisələrində, habelə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan digər təhsil müəssisələrində əyani formada təhsil bərpa olunanadək 2020-ci il sentyabrın 15-dən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilsin.

3. Nəzərə alınsın ki, Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı inzibati ərazi vahidlərinin ərazisində sanitarepidemioloji vəziyyətin əhalinin sağlamlığına təhlükə yaratmadığı barədə müvafiq olaraq Azərbaycan Respublikasının Baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyi olduğu halda, təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılması bu Qərarla müəyyən edilən tarixlərdən əvvəl bərpa edilə bilər.

4. Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydalarını 10 gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.

5. Azərbaycan Respublikasının Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları və dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri:

5.1. təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirləri mütəmadi davam etsinlər;

5.2. təhsil müəssisələrinə buraxılış rejiminin sanitarepidemioloji tələblər nəzərə alınmaqla təşkilini təmin etsinlər;

5.3. təhsilalanların sıxlığı yüksək olan təhsil müəssisələrində siniflərin/qrupların yarımqruplara bölünməsi, yaş qrupları/kursları üzrə dərs və dərsdənkənar məşğələlərdə növbəlilik rejiminin tətbiqi, dərs/məşğələ otaqlarında sosial məsafənin gözlənilməsi, dərs/təlim və dərsdənkənar/praktiki məşğələ saatlarının və dərslərarası/məşğələlərarası fasilələrin diferensiallaşdırılması və optimallaşdırılması, habelə təhsilverənlərin yaşına və sağlamlıq vəziyyətinə görə “COVID-19” xəstəliyinə yoluxma riskinin yüksək olmasından asılı olaraq təlim və tədris prosesinə cəlb edilməsi məsələlərini təlimin və tədrisin təşkili zamanı nəzərə alsınlar;

5.4. hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandığı zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli 161 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantinnəzarətinə götürülmə və təcrid olunma Qaydaları”na uyğun tədbirlər görsünlər və müvafiq inzibati ərazi vahidinin ərazisində sanitarepidemioloji vəziyyətin əhalinin sağlamlığına təhlükə yaratdığı barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin rəyi əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyini məlumatlandırmaqla təhsil müəssisəsinin və ya ayrı-ayrı siniflərin (qrupların) fəaliyyətinin dayandırılması barədə qərar qəbul etsinlər;

5.5. bu Qərarın qüvvədə olduğu müddətdə təhsilalanların və təhsilverənlərin iştirakı ilə tədris prosesindən kənar kütləvi tədbirlərin keçirilməsini təxirə salsınlar;

5.6. bu Qərarın icrası ilə bağlı digər zəruri tədbirlərin görülməsini təmin etsinlər.

6. Bu Qərar 2020-ci il noyabrın 2-dək qüvvədədir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Ərdoğan Nazirlər Kabinetində yeni kadr təyinatları həyata keçirib 

Nazirlər Kabineti yeni qərarların izahını verib

Avtomobillərdə pərdə, jalüz və plyonka çəkilməsi qaydasını Nazirlər Kabineti müəyyənləşdirəcək

Nazirlər Kabinetinin şöbə müdirinin müavini vəfat edib

Nazirlər Kabineti 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında qərar qəbul edib

Nazirlər Kabineti Göyçay şəhərinin Baş planını təsdiq edib

Nazirlər Kabineti kafe və restoranların fəaliyyəti ilə bağlı açıqlama yayıb

Nazirlər Kabineti: Erməni təcavüzü nəticəsində cəbhədən kənarda həlak olmuş şəxslər şəhid sayılır

Nazirlər Kabineti xüsusi karantin rejimində dəyişikliklər edib

Nazirlər Kabineti aqrar sığorta qaydalarını açıqlayıb

Nazirlər Kabineti xüsusi karantin rejimində təhsilin təşkili barədə qərar qəbul edib

Nazirlər Kabineti COVID-19-la bağlı sahibkarlara müraciət edib

İsrail Nazirlər Kabineti iki həftəlik sərt karantin rejiminin tətbiqini təsdiləyib

Nazirlər Kabineti büdcə məsələlərini müzakirə edib

Almaniya Nazirlər Kabineti Lukaşenkonun Navalnı ilə bağlı açıqlamasını təkzib edib

Nazirlər Kabineti kənd təsərrüfatı ilə bağlı bir neçə qərarı ləğv edib

Nazirlər Kabineti Tovuz Rayon İcra Hakimiyyətinə vəsait ayırıb

Nazirlər Kabineti icbari tibbi sığorta ilə bağlı qərarın izahını verib

Nazirlər Kabineti sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə qərar qəbul edib

Nazirlər Kabinetində yeni təyinat olub

15 May 2021, 21:56 (GMT +4)
İsrail Qəzzada Əlcəzirə və Associated Press -in ofisinin olduğu binanı yerlə yeksan edib (VİDEO)

15 May 2021, 17:02 (GMT +4)
Piyada əleyhinə mina risklərinə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib

15 May 2021, 16:55 (GMT +4)
Gürcüstanda son sutkada daha 1576 nəfərdə koronavirusa yoluxma qeydə alınıb

15 May 2021, 16:47 (GMT +4)
Ukraynada yeni qoşun növü yaradılacaq

15 May 2021, 16:38 (GMT +4)
Azərbaycanda son sutkada 377 nəfər koronavirusa yoluxub, 14 nəfər vəfat edib

15 May 2021, 16:30 (GMT +4)
Almaniyada son sutkada 7 mindən çox koronavirusa yoluxma aşkar edilib

15 May 2021, 16:23 (GMT +4)
“Nizami Gəncəvi yaradıcılığı uşaqların gözü ilə” adlı intellektual proqram təşkil olunacaq

15 May 2021, 16:12 (GMT +4)
ABŞ ilk dəfə Yaponiyada PUA-lar yerləşdirəcək

15 May 2021, 16:05 (GMT +4)
ETSN: Gələcəkdə su çatışmazlığının qarşısını almaq üçün tədbirlər planlaşdırılır

15 May 2021, 16:04 (GMT +4)
"WhatsApp" istifadəçilər üçün bəzi funksiyaları məhdudlaşdırmağa başlayır

15 May 2021, 15:53 (GMT +4)
Fələstin hərəkatları Təl-Əvivi altı ay intensiv hədəfə almaq iqtidarında olduqlarını bildiriblər

15 May 2021, 15:44 (GMT +4)
Çex Respublikasının Baş Prokuroru istefasına səbəb olaraq Ədliyyə naziri ilə fikir ayrılıqlarını göstərib

15 May 2021, 15:40 (GMT +4)
“Türk Hava Yolları” Gəncəyə uçuşları bərpa edib

15 May 2021, 15:28 (GMT +4)
Qəbələdə Bum çayı üzərində yeni körpü və Bum qəsəbəsinə gedən avtomobil yolu bərpadan sonra istifadəyə verilib

15 May 2021, 15:14 (GMT +4)
Uxanda tornado nəticəsində 6 nəfər ölüb

15 May 2021, 15:10 (GMT +4)
Qazax sakinində narkotik aşkarlanıb

15 May 2021, 14:56 (GMT +4)
Prezident İlham Əliyev Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsində olub

15 May 2021, 14:47 (GMT +4)
Göygöldə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər məsuliyyətə cəlb edilib 

15 May 2021, 14:37 (GMT +4)
Rusiyada son sutkada 8.790 yeni koronavirusa yoluxma aşkar edilib

15 May 2021, 14:29 (GMT +4)
"THY" Tel Əviv uçuşlarını ləğv edib

15 May 2021, 14:24 (GMT +4)
İsrailin Qəzzaya hücumunda ölənlərin sayı 140-a çatıb, onların 39-u uşaqdır (VİDEO)

15 May 2021, 14:13 (GMT +4)
Pakistanda yol qəzasında 11 nəfər ölüb

15 May 2021, 14:08 (GMT +4)
İlham Əliyev Qəbələnin Nic qəsəbəsində 1 saylı orta məktəbdə və Müqəddəs Yelisey adına Cotari kilsəsində olub

15 May 2021, 13:56 (GMT +4)
Abşeronda restoranda yanğın baş verib

15 May 2021, 13:44 (GMT +4)
MN: HHQ aviasiya vasitələri plana uyğun təlim-məşq uçuşları keçirir

15 May 2021, 13:40 (GMT +4)
KİV: Lukaşenko bir il ərzində üçüncü dəfə Rusiyaya səfər edəcək

15 May 2021, 13:34 (GMT +4)
İranın Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Rəisi də prezidentliyə namizəd olub

15 May 2021, 13:23 (GMT +4)
Dövlət Sərhəd Xidmətində gənc əsgərlərin andiçmə mərasimi keçirilib (FOTO)

15 May 2021, 13:12 (GMT +4)
Caspian Energy Club “Caspian Energy Poland”-da pay iştirakını satışa çıxarıb

15 May 2021, 13:06 (GMT +4)
BMT Baş Katibi İsrail və Fələstinə müraciət edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66