Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

DTX: Terror-təxribat təlimləri almış şəxs tutularaq Azərbaycana gətirilib

31 Avqust 2020, 09:16 (GMT +4)

Bakı, 31 avqust, SalamNews. Azərbaycan Respublikasının milli təhlükəsizlik maraqlarına yönələn təhdidlərin, terror-təxribat və digər pozuculuq fəaliyyətinin vaxtında aşkar edilməsi və qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks tədbirlər davam etdirilir.

SalamNews DTX-nin saytına istinadla xəbər verir ki, xarici xüsusi xidmət orqanlarının nəzarəti altında Azərbaycan Respublikası vətəndaşlarının seçilərək onlara ölkə hüdudlarından kənarda radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə hərbi təlimlərin keçirilməsi, şəxsiyyətləri gizlədilərək müxtəlif adlarla digər dövlətlərin ərazisindəki hərbi əməliyyatlara cəlb olunmaları barədə toplanılmış materiallar əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işi üzrə hazırda istintaq-əməliyyat tədbirləri aparılır.

Araşdırmalar nəticəsində, Azərbaycan Respublikasının vətəndaşı Vəliyev Faliq Qalib oğlunun ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə terrorçuluq cinayət əməllərinin törədilməsi üsulları, odlu silahlardan, partlayıcı maddələrdən və qurğulardan, eləcə də digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə ilə əlaqədar hazırlıq keçməsinə, xarici xüsusi xidmət orqanları tərəfindən kəşfiyyat-təxribat xarakterli təlimlərə cəlb edilməsinə, fərdi ləqəb altında ölkə hüdudlarından kənarda ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faliq Vəliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 218.2 (cinayətkar birlikdə (təşkilatda) iştirak etmə), 12.3, 214-3.1-ci (terrorçuluq məqsədi ilə Azərbaycan Respublikasından kənarda təlim keçmə) və 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarış elan edilmişdir.

Faliq Vəliyevin Rusiya Federasiyasının ərazisinə keçdikdən sonra gizləndiyi yer müəyyən edilmiş və o, beynəlxalq axtarışa dair qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində saxlanılaraq 2020-ci il avqustun 27-də Azərbaycan Respublikasına ekstradisiya olunmuşdur.

Hazırda cinayət işi üzrə araşdırma davam edir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

26 Oktyabr 2020, 17:17 (GMT +4)
Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib

26 Oktyabr 2020, 17:08 (GMT +4)
MN: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur

26 Oktyabr 2020, 16:58 (GMT +4)
Ərdoğan Fransa məhsullarını boykot etməyə çağırıb

26 Oktyabr 2020, 16:44 (GMT +4)
Ali Baş Komandan Qubadlının azad olunmasında fərqlənmiş hərbi birlik komandirlərini təbrik edib

26 Oktyabr 2020, 16:37 (GMT +4)
Azərbaycanda son sutkada 527 nəfər COVID-19-a yoluxub

26 Oktyabr 2020, 16:20 (GMT +4)
MN: Tərtər şəhəri atəşə tutulub

26 Oktyabr 2020, 16:15 (GMT +4)
Kreml: Qarabağ Rusiya ilə ABŞ arasında rəqabət meydanına çevrilməməlidir

26 Oktyabr 2020, 16:03 (GMT +4)
Prezident İlham Əliyev: Düşmən bizim qabağımızdan qaçır və qaçacaq, çünki biz haqlıyıq, biz güclüyük

26 Oktyabr 2020, 15:53 (GMT +4)
İranda son sutkada koronavirusdan 337 nəfər ölüb

26 Oktyabr 2020, 15:40 (GMT +4)
Minnesota ştatında yaşayan soydaşlarımız Gəncə terroruna etiraz aksiyası keçiriblər

26 Oktyabr 2020, 15:24 (GMT +4)
MN: Ağcabədi rayonu yenidən atəşə tutulub

26 Oktyabr 2020, 15:20 (GMT +4)
Ermənistanın törətdiyi cinayətlərlə bağlı növbəti maarifləndirici videoçarxlar hazırlanıb

26 Oktyabr 2020, 15:01 (GMT +4)
Kənd təsərrüfatı sahəsində üçtərəfli anlaşma memorandumu imzalanıb

26 Oktyabr 2020, 14:45 (GMT +4)
Prezident: Heydər Əliyev bütün vəzifələrdən gedəndən sonra Dağlıq Qarabağda erməni separatizmi baş qaldırdı

26 Oktyabr 2020, 14:30 (GMT +4)
Azərbaycan əsgəri: “Biz sizi düşməndən qoruyaq, siz də maska taxmaqla hər birimizi!”

26 Oktyabr 2020, 14:18 (GMT +4)
Sabahın hava proqnozu açıqlanıb

26 Oktyabr 2020, 14:05 (GMT +4)
Prezident xalqa müraciətində Qarabağın tarixi torpağımız olduğunu dünyaya necə sübut etdiyindən danışıb

26 Oktyabr 2020, 13:51 (GMT +4)
İlham Əliyev: Əgər bizə qarşı kənardan aqressiya olarsa, o F-16-ları görəcəklər onlar

26 Oktyabr 2020, 13:40 (GMT +4)
Prezident düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikalarını açıqlayıb

26 Oktyabr 2020, 13:22 (GMT +4)
Azərbaycan Prezidenti: Atəşkəsi istəyən niyə Ermənistana silah göndərir?

26 Oktyabr 2020, 13:14 (GMT +4)
Prezident İlham Əliyev: Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik

26 Oktyabr 2020, 13:11 (GMT +4)
Prezident Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilmiş kəndlərinin adlarını açıqlayıb

26 Oktyabr 2020, 13:00 (GMT +4)
Prezident: Şuşada sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, çıxıram

26 Oktyabr 2020, 12:58 (GMT +4)
Baş Prokurorluq: Ermənilərin atəşi nəticəsində 2 243 yaşayış evi yararsız vəziyyətə qalıb

26 Oktyabr 2020, 12:46 (GMT +4)
Fələstinlilər Makronun təxribatlarına cavab olaraq Türkiyə bayrağını dalğalandırıb

26 Oktyabr 2020, 12:45 (GMT +4)
Azərbaycan Prezidenti: Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik

26 Oktyabr 2020, 12:40 (GMT +4)
Prezident: Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edib

26 Oktyabr 2020, 12:20 (GMT +4)
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edir (CANLI)

26 Oktyabr 2020, 12:15 (GMT +4)
MN: Ağcabədi rayonu atəşə tutulub

26 Oktyabr 2020, 12:11 (GMT +4)
Lavrov: Rusiya və Türkiyə Qarabağ münaqişəsinin həlli üzərində işləyir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66