Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

"AzerGold" "Daşkəsən" yatağında geoloji kəşfiyyat işlərinə başlayır

31 Avqust 2020, 13:31 (GMT +4)

Bakı, 31 avqust, SalamNews.“AzerGold” QSC Azərbaycan Prezidentinin 6 avqust 2020-ci il tarixli Sərəncamına uyğun olaraq “Daşkəsən” dəmir filizi yatağının yenidən istismara verilməsi üçün ilkin qiymətləndirmə sənədinin hazırlanması işləri çərçivəsində geofiziki tədqiqatlar və geoloji kəşfiyyat işlərinin icrasına başlayır.

QSC-dən SalamNews-a verilən məlumata görə, belə ki, “AzerGold” tərəfindən yatağın qiymətləndirilməsi üzrə geoloji kəşfiyyat proqramı tərtib edilib. Hazırda bütün tarixi geoloji məlumatlar toplanaraq rəqəmsallaşdırılır, xüsusi proqram təminatları vasitəsi ilə yatağın ilkin 3 ölçülü geoloji modeli hazırlanır. Proqrama əsasən, ilkin olaraq ehtiyatlar üzrə resursların təsdiq edilməsi istiqamətində 4 sahəni əhatə edən 32 ədəd buruq quyusunun qazılması nəzərdə tutulub. İlkin tədqiqat layihəsi çərçivəsində ümumi olaraq 21 min metr dərinlikdə buruq qazma işlərinin icrası planlaşdırılır. 6500 metr həcmində qazma işlərinin isə cari ildə yekunlaşdırılması hədəflənir. Bu işlərin yekununda ilkin resurslara dair məlumatlar bazası formalaşacaq, eləcə də ehtiyatların artırılması, dəqiqləşdirilməsi və tam təsdiqi üçün nəticələr təhlil edilərək növbəti kəşfiyyat proqramları hazırlanacaq.

Bütün tədqiqat işləri müasir yanaşmalara və beynəlxalq standartların tələblərinə uyğun şəkildə təcrübəli və peşəkar heyət tərəfindən icra ediləcək. Geoloji kəşfiyyat işlərinin yekunu olaraq yatağın geoloji modelləri tərtib edilərək mövcud resurs və ehtiyatları beynəlxalq JORC standartlarına uyğun yenidən hesablanacaq, habelə, hazırda azad bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq iqtisadi səmərəli hesab edilən resurslar yenidən qiymətləndiriləcək.

Qeyd edək ki, ilkin qiymətləndirmə sənədinin hazırlanması istiqamətində aparılan tədqiqatlar mədənçilik layihələrinin icrasında zəruri addımlardan hesab olunur. Belə ki, əldə ediləcək tədqiqat nəticələri mədənin ilkin resursları və hasil edilməsi gözlənilən ehtiyatları əsasında layihə üzrə perspektivləri və maliyyə proqnozlarını müəyyən edəcək. Bu mərhələ üzrə uğurlu göstəricilər növbəti, daha təfərrüatlı araşdırma və tədqiqat mərhələsinə keçməyə və sosial-iqtisadi göstəricilərin dəqiqləşdirilməsinə xidmət edəcək.

Məlumat üçün bildirək ki, proqram çərçivəsində kəşfiyyat işlərinin 2021-ci ilin birinci yarısında, araşdırma və ilkin qiymətləndirmə üzrə hesabatın həmin ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulub. Sözügedən layihə ilə əlaqədar ilkin qiymətləndirmə sənədi hazırlandıqdan sonra dövlətə təqdim ediləcək.

Qeyd edək ki, dövlət başçısı tərəfindən “AzerGold” QSC-yə tədqiqat işlərinin qısa müddətdə nüfuzlu yerli və xarici məsləhətçilər cəlb edilməklə beynəlxalq standartlara uyğun aparılması tapşırılmış və cari ildə işlərin icrası üçün ilkin olaraq 3 milyon manat vəsait ayrılmışdır.

Xatırladaq ki, “Daşkəsən” dəmir filizi yatağı 1954-cü ildən 1994-cü ilədək fasiləsiz istismar edilib. 350 mln. ton filiz həcmində hesablanan yataq ehtiyatlarının 92 mln. tonu məhz bu illər ərzində hasil edilib. Yatağın yenidən istismarı yerləşdiyi bölgənin sosial-iqtisadi inkişafına müsbət təsir etməklə yanaşı, dağ-mədən sənayesinin, eləcə də metallurgiyanın ölkənin qeyri-neft sektorunda mövqeyinin güclənməsinə səbəb olacaq. Yataqda hasilatın bərpası bir çox yan sahələrin tərəqqisinə, regionlarda iş təminatının yaxşılaşdırılmasına, yerli şirkətlərin fəaliyyəti üçün yeni və daha geniş imkanların yaranmasına da öz əhəmiyyətli töhfəsini verəcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"AzerGold" tədavülə istiqrazlar buraxacaq

AMEA-nın Geologiya və Geofizika İnstitutu və “AzerGold" QSC arasında işgüzar görüş olub

“AzerGold” istiqraz buraxmağa hazırlaşır

"AzerGold” bu il büdcəyə 6 milyon manat ödəniş edib

"AzerGold" qızıl-gümüş ixracından gəlirini 32% artırıb

“AzerGold” QSC növbəti civə partiyasını ixrac edib

“AzerGold” QSC birinci yarımilin yekunlarına dair onlayn müşavirə keçirib

“AzerGold” QSC-nin yeni saytı istifadəyə verilib

“AzerGold” irihəcmli ixrac əməliyyatlarını davam etdirir

“AzerGold” və “Regional İnkişaf” İctimai Birliyi sosial aksiya keçirib

“AzerGold” Çovdar yatağı üzrə resursların ciddi artımına nail olub

“AzerGold” növbəti irihəcmli ixracını həyata keçirib

“AzerGold” QSC və tərəfdaşları ucqar kənd ailələrinə yardım edib

“AzerGold” QSC qanvermə aksiyası keçirib

“AzerGold” tərəfindən ixrac əməliyyatları həyata keçirilmir

“AzerGold” və tərəfdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr edib

“AzerGold” QSC-də Müşahidə Şurasının növbəti toplantısı keçirilib

“AzerGold” QSC-nin nümayəndələri MATSA mədəni ilə tanış olublar

"AzerGold" ötən il 47 min metrdən çox buruq-qazma işləri aparıb

Zakir İbrahimov: "Dünya bazarlarında qızılın bahalaşması "AzerGold”a əlavə mənfəət gətirəcək"

24 Noyabr 2020, 17:59 (GMT +4)
Koronavirus xəstəsi postda saxlanılıb

24 Noyabr 2020, 17:56 (GMT +4)
Göygöldə mağazadan 3 min manatlıq oğurluq edilib

24 Noyabr 2020, 17:53 (GMT +4)
Ayətullah Ərafi Azərbaycanı qələbə münasibəti ilə təbrik edib

24 Noyabr 2020, 17:50 (GMT +4)
Parlament qələbə münasibətilə orden və medalların təsis olunması barədə layihəni II oxunuşda qəbul edib

24 Noyabr 2020, 17:40 (GMT +4)
Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb

24 Noyabr 2020, 17:40 (GMT +4)
BDU-nun dosenti vəfat edib

24 Noyabr 2020, 17:37 (GMT +4)
Xəzərdə zəlzələ olub

24 Noyabr 2020, 17:32 (GMT +4)
BŞTİ: Eksternat imtahanlarının vaxtı bəlli olub

24 Noyabr 2020, 17:23 (GMT +4)
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

24 Noyabr 2020, 17:15 (GMT +4)
Gəncə sakininə bıçaqla xəsarət yetirilib

24 Noyabr 2020, 17:11 (GMT +4)
İşğaldan azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb

24 Noyabr 2020, 17:09 (GMT +4)
Yaşayış yerini qanunsuz tərk edən koronavirus xəstəsi saxlanılıb

24 Noyabr 2020, 16:53 (GMT +4)
İşğaldan azad olunmuş Abdal və Gülablı kəndlərinin görüntüləri yayılıb (VİDEO)

24 Noyabr 2020, 16:52 (GMT +4)
Suriyanın şimalında kürdlər və müxalifətin birləşmələri arasında qarşıdurma baş verib, 18 ölü var

24 Noyabr 2020, 16:25 (GMT +4)
"Qalatasaray" klubunun oyununda şəhidlərimiz yad ediləcək

24 Noyabr 2020, 16:11 (GMT +4)
Şuşaya avtomobil yolunun çəkilişinə başlanılıb

24 Noyabr 2020, 15:54 (GMT +4)
Prezident İlham Əliyev: Kim bizə irad tuta bilər? Məscidləri bağlayan? (VİDEO)

24 Noyabr 2020, 15:36 (GMT +4)
Avropa dövlətləri bölgədə daima müdaxilə etdikləri halda bizi müdaxilədə ittihamlandırırlar – Ayətullah Xamenei

24 Noyabr 2020, 15:33 (GMT +4)
Polietilen torbaların satışını qadağan edən layihə II oxunuşda təsdiqlənib

24 Noyabr 2020, 15:20 (GMT +4)
Çavuşoğlu: “Azərbaycana həm döyüş meydanında, həm də diplomatiya masasında tam dəstək verdik”

24 Noyabr 2020, 15:17 (GMT +4)
Azərbaycan hərbçiləri ermənilərə Gülablıdan çıxmağa yardım edib

24 Noyabr 2020, 14:58 (GMT +4)
ÜST ilk yoluxma ilə bağlı yeni nəzəriyyə irəli sürüb

24 Noyabr 2020, 14:47 (GMT +4)
Prezident: "Əsgər və zabitlərimiz aslan kimi vuruşdular"

24 Noyabr 2020, 14:33 (GMT +4)
Bakı Limanında yükaşırma 19 % artıb

24 Noyabr 2020, 14:33 (GMT +4)
Ayətullah Xameneinin hərbi müşaviri prezident seçkilərində namizədliyini irəli sürəcəyini bildirib

24 Noyabr 2020, 14:17 (GMT +4)
Səhiyyə Nazirliyi: Qrip əleyhinə peyvəndlərin 80 faizi istifadə edilib

24 Noyabr 2020, 14:06 (GMT +4)
Şəhid polkovnik Babək Səmidli dəfn olunub (VİDEO)

24 Noyabr 2020, 13:52 (GMT +4)
Bakı Dövlət Universitetinin işçi heyətinə də smart Təhsil kartları verilib

24 Noyabr 2020, 13:34 (GMT +4)
Ukraynada son sutkada 12 mindən çox insan koronavirusa yoluxub

24 Noyabr 2020, 13:27 (GMT +4)
Sabahın hava proqnozu açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66