Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Azercell”in rəqəmsal həlləri ən populyar onlayn xidmətlər sırasındadır

01 Sentyabr 2020, 10:15 (GMT +4)

Bakı, 1 sentyabr, SalamNews.Müasir texnologiyaların təqdim etdiyi sonsuz imkanları abunəçiləri üçün əlçatan etməyi hədəfləyən “Azercell Telekom” ilin əvvəlindən bu günə kimi rəqəmsal məhsullar çeşidini əhəmiyyətli dərəcədə zənginləşdirib. Yeni mobil tətbiqlər vasitəsilə istifadəsi mümkün olan müxtəlif rəqəmsal həllər fərqli zövq və tələbatlara uyğun şəkildə abunəçilərin maraqlarını qarşılamaqda və gündəlik həyatı asanlaşdırmaqda davam edir.

Qeyd edək ki, ötən illə müqayisədə “Azercell” rəqəmsal həllərindən istifadə edən abunəçilərin sayı 35 faiz yüksələrək 500 min nəfərə çatıb və bu rəqəm artmaqda davam edir.

Abunəçilərə öz nömrəsinə tam nəzarət etmək, balansı artırmaq, tarif və internet paketlərini sifariş edib dəyişdirmək, bir çox xidmətləri aktiv və deaktiv etmək imkanı verən “Azercell”in “Kabinetim” özünəxidmət tətbiqi Azərbaycanda “Biznes” kateqoriyasında ən çox yüklənilən proqramlardan biri kimi qeydə alınıb. Belə ki, hazırda 270 mindən artıq abunəçinin istifadə etdiyi “Kabinetim” mobil tətbiqi “App Store” və “Playstore” statistikası üzrə ən yüksək pillələri tutmaqdadır.

COVID-19 qlobal pandemiyası ilə əlaqədar karantin rejiminin tətbiq olunduğu ilk aylardan etibarən “Azercell” abunəçilərin sosial təcrid şəraitində zamanlarını səmərəli keçirə bilmələri üçün rəqəmsal həllərin çeşidini artırmaqla yanaşı, onların istifadəçiləri üçün müxtəlif endirimli kampaniyalar da tətbiq edib.

Belə ki, bütün musiqisevərlər “Azercell”in “Zvuk” tətbiqində aylıq paketə qoşulmaqla mobil internetə əlavə heç bir ödəniş etmədən xidmətdən tam limitsiz istifadə imkanından faydalanıb. Hazırda dünya musiqisi ilə yanaşı “Zvuk” mobil tətbiqinə böyük həcmdə müxtəlif janrlı Azərbaycan dilli musiqi məzmunu da yüklənilib.

Eyni anda 12 xarici dil öyrənmək imkanı verən dünyaca məşhur “Busuu” tətbiqinin aylıq paketi 50 faiz endirimlə “Azercell” abunəçilərinin ixtiyarına verilib. Həmçinin 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə aztəminatlı və şəhid ailələrindən olan, eləcə də autizmdən əziyyət çəkən minə yaxın məktəbliyə “Azercell” 6 aylıq pulsuz “Busuu” xarici dil kurslarını hədiyyə edib.

Abunəçilərin sevdiyi serialları asanlıqla smartfondan izləməyə imkan verən “BluTV” və 200-dən artıq dünyanın ən baxımlı kanallarını seyr etməyə şərait yaradan “NNTV” tətbiqləri isə abunəçilər arasında istifadə müddətinə görə rekord hədlərə çatan proqramlardır. “NNTV” xidmətinin yeni “Sports” (“İdman”) paketinə abunə olmaqla idman azarkeşləri ən populyar matçlar və idman yarışlarını seyr edə bilir. Bundan əlavə “NNTV Kids” paketində “Disney”, “Boomerang”, “Cartoon Network”, “Nickelodeon HD”, “TRT Çocuk”, “Detskiy mir”, “Karusel”, “Discovery Channel HD” kimi ən məşhur kanallara baxmaq olar. Paketə daxil edilən kanalların müxtəlifliyi uşaqların həm əylənməsi, həm də maariflənməsinə imkan verir.

“Azercell”in təklif etdiyi müxtəlif məzmunlu rəqəmsal xidmətlərə “Kabinetim” özünəxidmət tətbiqi vasitəsilə asanlıqla abunə olmaq mümkündür. Ətraflı məlumat üçün: “www.azercell.com/az/”

Daha ətraflı məlumat üçün “news@mcs.az” ünvanına müraciət edə bilərsiniz.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azercell Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat köçürüb

"Azercell"in dəstəyi məktəblilər xüsusi hazırlıq dərsləri keçiblər

Azercell abunəçilərinə hədiyyə balans qazandırır

“Azercell” yeni kampaniya keçirir

“Azercell” şəhid övladlarını sevindirib

“Azercell” beynəlxalq səviyyədə “İlin şirkəti” seçilib

Azercell-in dəstəyilə hazırlıq keçən məktəblilər bürünc medala layiq görülüblər

“Azercell”in Müştəri Xidmətləri və Səyyar Müştəri Xidmətləri işini fasiləsiz davam etdirir

“Azercell”in müştəri məmnuniyyəti göstəricisi son altı ayda 90 faizi keçib

"Azercell"in Rəqəmsal Tərəfdaşlığı ilə 7-ci “womENcourage” beynəlxalq virtual toplantısı keçiriləcək

Son 18 ay ərzində “Azercell”in LTE şəbəkəsinin əhatəsi 85 faiz yüksəlib

Azercell-in dəstəyilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətt xidməti" növbəti hesabatını açıqlayıb

Azercell növbəti beynəxalq sertifikat qazanıb

“Azercell”in yeni 4G Wi-Fi modemindən eyni zamanda 32 istifadəçi yararlana bilər

Azercell Mediacell tarifi olan istifadəçilərə pulsuz internet yükləyib

Azercell yeni kampaniyaya start verib

Azercell yeni 4G MiFi kampaniyasına başlayıb

“Azercell”lilər bir ay ərzində “#rəqəmsalgünləri” birlikdə qeyd edəcək

Azercell “Telegram Bot” xidmətini təqdim edib

Azercell uşaqlar üçün “Mobil TV” xidmətini istifadəyə verib

23 Noyabr 2020, 19:18 (GMT +4)
Əlcəzair səfiri: “Dağılmış Füzuli şəhərinin abadlaşdırılmasının vaxtı çatıb”

23 Noyabr 2020, 18:01 (GMT +4)
KTN: Çəltikçilikdə orta məhsuldarlıq göstəriciləri yüksəlib

23 Noyabr 2020, 17:52 (GMT +4)
Bakı-Supsa kəməri ilə neftin nəqli 13% artıb

23 Noyabr 2020, 17:46 (GMT +4)
Gəncədə evdən 9 min manat dəyərində nərd və təsbeh oğurlanıb

23 Noyabr 2020, 17:44 (GMT +4)
BQXK münaqişə nəticəsində saxlanılan şəxslərə başçəkmə həyata keçirib

23 Noyabr 2020, 17:23 (GMT +4)
Qubada karantin rejimini pozaraq fəaliyyət göstərən obyektlər aşkarlanıb

23 Noyabr 2020, 17:14 (GMT +4)
Bakıdan Moskva və Kiyevə çarter aviareysləri yerinə yetiriləcək

23 Noyabr 2020, 17:07 (GMT +4)
Baş Prokurorluq Seyran Ohanyanın cinayət işi ilə bağlı məlumat yayıb

23 Noyabr 2020, 17:04 (GMT +4)
Fikrət Məmmədov: Pandemiya dövründə 3 000-ə yaxın məhkum vaxtından əvvəl azad olunub

23 Noyabr 2020, 16:58 (GMT +4)
“Onlayn Peşəkar Mühasib” təlim kursuna qeydiyyat başlayıb

23 Noyabr 2020, 16:47 (GMT +4)
Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb

23 Noyabr 2020, 16:39 (GMT +4)
Qarabağ regional ədliyyə idarəsi təsis olunub

23 Noyabr 2020, 16:27 (GMT +4)
Goranboyda polislərə müqavimət göstərən şəxsə cinayət işi açılıb

23 Noyabr 2020, 16:14 (GMT +4)
Avropa Şurasının baş katibi: Qarabağda atəşkəs razılaşmasını alqışlayıram

23 Noyabr 2020, 16:11 (GMT +4)
Türkiyə hökuməti vətəndaşları koronavirusa qarşı pulsuz peyvənd etməyi planlaşdırır

23 Noyabr 2020, 15:58 (GMT +4)
Koronavirus xəstəsi ət satarkən yaxalanıb

23 Noyabr 2020, 15:42 (GMT +4)
İsmayıllı Gənclər və İdman İdarəsində yeni təyinatlar olub

23 Noyabr 2020, 15:38 (GMT +4)
DİN açıq havada siqaret qadağası ilə bağlı daha bir açıqlama yayıb

23 Noyabr 2020, 15:23 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 45 mini ötüb

23 Noyabr 2020, 15:23 (GMT +4)
“Caspian Energy Club” Qarabağ nümayəndəliyinin yaradılmasına başlayıb

23 Noyabr 2020, 14:56 (GMT +4)
ƏƏSMN-nin bir neçə işçisi hazırda cəbhə bölgəsində xidmət edir

23 Noyabr 2020, 14:41 (GMT +4)
Astarada 54 yaşlı kişi çayda batıb

23 Noyabr 2020, 14:29 (GMT +4)
Azərbaycan neftinin orta qiyməti həftə ərzində 1,3% artıb

23 Noyabr 2020, 14:27 (GMT +4)
Əfqanıstana dəstək üçün yüz ölkə və beynəlxalq təşkilatın iştirakı ilə konfrans keçirilir

23 Noyabr 2020, 14:10 (GMT +4)
"Brent" neftinin qiyməti sentyabrın əvvəlindən ilk dəfə 46 dolları ötüb

23 Noyabr 2020, 14:10 (GMT +4)
Sabah hava yağmursuz keçəcək

23 Noyabr 2020, 13:59 (GMT +4)
Xaçmazda avtomobil yanıb

23 Noyabr 2020, 13:48 (GMT +4)
Mingəçevirdə evdən çıxan COVID-19 xəstəsinə cinayət işi başlanılıb

23 Noyabr 2020, 13:30 (GMT +4)
Azərbaycan Seyran Ohanyan barəsində soyqırımı cinayəti üzrə axtarış elan edib

23 Noyabr 2020, 13:21 (GMT +4)
Səudiyyə gələcəkdə ABŞ-la İran arasında əldə edilə biləcək anlaşmaya qatılmağı tələb edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66