Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

BDU-nin yeni yüzilliyinin ilk ili tamam olur

01 Sentyabr 2020, 14:41 (GMT +4)

Bakı, 1 sentyabr, SalamNews. Bu gün dünya şöhrətli siyasətçi, görkəmli ictimai-siyasi xadim, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin məzunu olduğu, bununla daim fəxr etdiyi və “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti və milli iftixarı” adlandırdığı Bakı Dövlət Universitetinin yaradılmasının 101-ci ildönümü - yeni yüzilliyinin ilk ili tamam olur.

SalamNews xatırladır ki, Bakı Dövlət Universiteti müsəlman Şərqinin yeni tipli ilk ali təhsil müəssisəsi kimi, Azərbaycan Xalq Cümhuriyyətinin bizə yadigarıdır. Vətənpərvər ziyalıların, elm, təhsil və mədəniyyət fədailərinin milli təəssübkeşliyi, əzmkarlığı və mübarizəsi sayəsində 1919-cu ildə həyata vəsiqə qazanan Bakı Dövlət Universiteti ötən 101 ildə xalqımızın həyatında müstəsna rol oynamışdır.

Yarandığı ilk illərdə əsas məqsədi Azərbaycanda maarifçiliyin və səhiyyənin inkişaf etdirilməsi olsa da, bütün fəaliyyəti dövründə Bakı Dövlət Universiteti xalqın milli şüurunun, milli özünüdərkinin yetkinləşməsi, elm və təhsilin inkişafı və azərbaycançılıq ideologiyasının formalaşmasında əvəzsiz rol oynamışdır. Universitetin kadr potensialı və elmi bazası əsasında sonralar bir sıra ali təhsil müəssisələri və Azərbaycan Milli Elmlər Akademiyası yaradılmışdır.

Bakı Dövlət Universiteti fəaliyyət göstərdiyi dövr ərzində 200 mindən çox mütəxəssis, o cümlədən bir sıra xarici ölkələr üçün yüzlərlə yüksəkixtisaslı kadrlar hazırlamışdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Universitetin 100 illik yubiley mərasimindəki nitqində qeyd etdiyi kimi “Bakı Dövlət Universiteti 100 il ərzində Azərbaycanın hərtərəfli inkişafına böyük töhfələr vermişdir”.

Yüz il bundan əvvəl cəmi 2 fakültə, 44 nəfərlik professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayan Universitetdə bu gün 16 fakültə, 118 kafedra, 2 elmi-tədqiqat institutu, 3 elmi-tədqiqat mərkəzi, 20 elmi-tədqiqat laboratoriyası, Qazax filialı, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci, “Gənc istedadlar” liseyi, 2 tədris-təcrübə bazası fəaliyyət göstərir. Universitetdə ali təhsilin bütün səviyyələrində 24 mindən çox tələbə təhsil alır. Üç mindən çox əməkdaş, o cümlədən 1500 nəfərə qədər professor-müəllim heyəti və elmi işçi çalışır. Onlardan 300 nəfərə qədəri elmlər doktoru, professor, 1000 nəfərə qədəri fəlsəfə doktoru, dosentdir. Bakalavriat səviyyəsində 74 ixtisas, magistratura səviyyəsində 235 ixtisaslaşma və doktorantura səviyyəsində 114 ixtisas üzrə yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadr hazırlığı həyata keçirilir.

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq magistratura və doktorantura səviyyələrində dünyanın bir sıra qabaqcıl universitetləri ilə ikili diplom proqramları həyata keçirilir. Dünyanın 60-dan çox ölkəsinin 200-dən çox elm və tədris mərkəzi ilə əməkdaşlıq əlaqələri qurulub, birgə elmi-tədqiqat işləri və kadr hazırlığı aparılır.

Elmi və tədris fəaliyyəti ilə yanaşı, Universitet bu gün də ölkənin ictimai-siyasi və mədəni həyatında kifayət qədər fəal iştirak edir, Ulu Öndərin misilsiz xidmətləri sayəsində artıq əbədi müstəqillik əldə etmiş respublikamızda dövlətçiliyin daha da möhkəmləndirilməsinə, milli şüur və düşüncə tərzinin formalaşmasına dəyərli və sanballı töhfələr verir.

Bakı Dövlət Universiteti artıq bir əsrlik fəaliyyətinə uğurla yekun vuraraq yeni 100 illiyə qədəm qoymuşdur. İnanırıq ki, öz missiyasına uyğun olaraq Universitet növbəti 100 illikdə də beynəlxalq və milli əmək bazarı üçün rəqabətədavamlı, vətənpərvərlik ruhunda tərbiyə edilmiş yüksək ixtisaslı mütəxəssislər hazırlayacaq, ölkəmizin daim yüksələn xətlə inkişafına dəyərli töhfələr verəcəkdir. Şübhə etmirik ki, universitet yaxın gələcəkdə elmi tədqiqatların əhatə dairəsinin və keyfiyyətinin daha da artırılması yolu ilə ölkəmizin ilk tədqiqat universiteti statusunu əldə edəcək, davamlı inkişaf üçün potensial yaradan, mədəniyyətlərarası dialoqu təşviq edən və ölkə təhsilində yeni standartlar tətbiq edən güclü bir universitet olaraq daha da inkişaf edəcək, dünya təhsil sisteminə tam inteqrasiya olunaraq təhsilin beynəlmiləlləşməsi istiqamətində mühüm addımlar atacaqdır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

26 Fevral 2021, 20:33 (GMT +4)
PFL bir oyunun yerini dəyişib

26 Fevral 2021, 18:18 (GMT +4)
Avropa Liqasında həftənin rəmzi komandası müəyyənləşib - (FOTO)

26 Fevral 2021, 18:00 (GMT +4)
"Azercell" yeni internet paketini təqdim edib

26 Fevral 2021, 17:58 (GMT +4)
ABŞ-dakı türk təşkilatları ermənilərin Xocalıda törətdikləri vəhşilikləri pisləyib

26 Fevral 2021, 17:55 (GMT +4)
"Bavariya"nın hücumçusu Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib

26 Fevral 2021, 17:53 (GMT +4)
Ali Məhkəmənin Mülki Kollegiyasının fəaliyyətinə dair hesabat açıqlanıb

26 Fevral 2021, 17:46 (GMT +4)
Bakıda narkotiklə saxlanılan şəxsdə silah aşkarlanıb

26 Fevral 2021, 17:40 (GMT +4)
PFL təxirə salınan oyunların tarixini açıqlayıb

26 Fevral 2021, 17:36 (GMT +4)
Bakı sakininin 2 250 manatı və telefonu soyğunçuluqla alınıb

26 Fevral 2021, 17:28 (GMT +4)
Putin RF Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə edib

26 Fevral 2021, 17:21 (GMT +4)
"Qaçqınkom" məcburi köçkünlərə verilən müavinətdan tutulmalar olması barədə məlumatlara münasibət bildirib

26 Fevral 2021, 17:14 (GMT +4)
Ərdoğan: Hakimiyyət dəyişikliyi erməni xalqının haqqıdır

26 Fevral 2021, 17:10 (GMT +4)
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib

26 Fevral 2021, 17:03 (GMT +4)
Azərbaycan neftinin qiyməti 67 dollara çatıb

26 Fevral 2021, 17:00 (GMT +4)
UEFA "Qarabağ"a ödəniş edib

26 Fevral 2021, 16:54 (GMT +4)
Almaniyada son sutkada on minə yaxın insana COVID-19 diaqnozu qoyulub

26 Fevral 2021, 16:53 (GMT +4)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib

26 Fevral 2021, 16:44 (GMT +4)
Ombudsman: "Hərbi əsirlərlə bağlı məsələ mütamadi diqqətdə saxlanlır"

26 Fevral 2021, 16:39 (GMT +4)
Avropa Liqasında 1/8 finalın püşkü atılıb

26 Fevral 2021, 16:34 (GMT +4)
Prezident: "Əsas məqsədimiz bu qanlı cinayətin heç vaxt unudulmamasıdır"

26 Fevral 2021, 16:25 (GMT +4)
Azərbaycan, Rusiya və Ermənistan Baş nazir müavinlərinin növbəti iclası planlaşdırılıb

26 Fevral 2021, 16:23 (GMT +4)
"YAŞAT" Fondunun rəhbəri: "Bu gün daha 2 qazimizi Türkiyəyə yola saldıq"

26 Fevral 2021, 16:12 (GMT +4)
Azərbaycanda ötən il əsas kiber risklər fişinq və lokal təhdidlər olub

26 Fevral 2021, 16:04 (GMT +4)
ABŞ Suriyaya hava zərbələri endirməmişdən öncə Rusiya tərəfə məlumat verib

26 Fevral 2021, 15:56 (GMT +4)
Azərbaycanda son sutkada 219 nəfər COVID-19-a yoluxub, 180 nəfər sağalıb

26 Fevral 2021, 15:54 (GMT +4)
İrəvanda müxalifətin mitinqləri davam edir

26 Fevral 2021, 15:40 (GMT +4)
Azərbaycan Türkiyə-Ermənistan sərhədlərinin açılmasına mənfi rəy verməyəcək

26 Fevral 2021, 15:28 (GMT +4)
Gəncədə yanacaqdoldurma məntəqəsinə basqın edən maskalı şəxs tutulub

26 Fevral 2021, 15:14 (GMT +4)
Kreml: Ermənistandakı hadisələr hələ Qarabağla bağlı razılaşmaların icrasına təsir göstərmir

26 Fevral 2021, 15:08 (GMT +4)
İlham Əliyev: Türkiyədən ən müasir silah növlərinin alınması üçün yeni müqavilələr imzalanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66