Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“AzerGold” QSC növbəti civə partiyasını ixrac edib

01 Sentyabr 2020, 16:41 (GMT +4)

Bakı, 1 sentyabr, SalamNews. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC)istehsalat nəticəsində formalaşan civənin ətraf mühitə və insan sağlamlığına zərər vurmadan zərərsizləşdirilməsi istiqamətində növbəti addım atıb.

Belə ki, istehsalat prosesi zamanı tullantı qismində ayırılan 1 ton civə “Asia Mercury PTC.LTD” beynəlxalq şirkəti ilə imzalanmış müqavilə əsasında Papua-Yeni Qvineya ölkəsinə ixrac edilib. 

Məlumat üçün qeyd edək ki,istehsalat prosesi zamanı tullantı qismində ayrılan civə kütləsi dünya təcrübəsində torpağa basdırılmaqla zərəsizləşdirilir və ya təkrar istehsalda istifadə edilməklə utilizasiya edilir. Qeyd olunan ilk üsul torpağı istifadəyə yararsız hala gətirməklə yanaşı, bütövlükdə ekosistemə, həmçinin insan orqanizminə təhlükə yaradır. Civənin təkrar istifadəyə yönləndirilməsi məqsədilə satışı isə ekoloji cəhətdən daha məqbul və təhlükəsiz həll yolu hesab edilsə də, çoxsaylı icazələrin alınması və mürəkkəb tələblərlə müşayiət edilir.

“AzerGold” QSC ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin tənzimlənməsi məqsədilə dayanıqlı inkişaf prinsipləri üzrə mütərəqqi üsulları tətbiq edir. Bu kimi amillər və sosial məsuliyyət siyasətinəzərə alınmaqla Cəmiyyət tərəfindən daha mürəkkəb yol seçilib. Nəticədə civə kütləsi təkrar emalda istifadə olunması məqsədilə ixrac edilib. Bununla da,“AzerGold” QSC ətraf mühitin mühafizəsinə daha bir töhfə verməklə yanaşı, ixracdan gəlirin əldə edilməsində nail olub.

Beləliklə, “AzerGold” QSC beynəlxalq qanunvericiliyə uyğun, BMT-nin “Minamata”və “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Bazel konvensiyalarınıntələbləri nəzərə alınmaqla civənin ikinci dəfə ixracınıreallaşdırıb. Qeyd edək ki, sözügedən konvensiyalar təhlükəli tullantıların, xüsusilə də civənin istehsalı və ticarətinin tənzimlənməsini, ətraf mühitin antropogen təsirlər nəticəsində atılan civə və onun birləşmələrindən qorunmasını ehtiva edir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

30 Noyabr 2020, 17:40 (GMT +4)
TƏBİB qəzada ölən tələbələrlə bağlı məlumat yayıb

30 Noyabr 2020, 17:35 (GMT +4)
Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb

30 Noyabr 2020, 17:32 (GMT +4)
"Nar"ın 4G istifadəçilərinin sayı 35% artıb

30 Noyabr 2020, 17:19 (GMT +4)
İsrail Livanın hava məkanını pozaraq Beyrut səmasında uçuşlar həyata keçirib

30 Noyabr 2020, 17:15 (GMT +4)
DİN Biləsuvarda avtomobilin kanala aşması faktı ilə bağlı məlumat yayıb

30 Noyabr 2020, 17:02 (GMT +4)
Anadolu Agentliyi Füzuli rayonunun ermənilər tərəfindən məhv edilmiş tarixi abidələrindən reportaj hazırlayıb

30 Noyabr 2020, 16:42 (GMT +4)
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov koronavirusa yoluxub

30 Noyabr 2020, 16:24 (GMT +4)
Şuşanın gəzməli-görməli yerləri haqqında video çarx hazırlanıb

30 Noyabr 2020, 16:10 (GMT +4)
Zaqatalada qanvermə aksiyası keçirilib (VİDEO)

30 Noyabr 2020, 15:47 (GMT +4)
Erməni təxribatı nəticəsində 93 mülki vətəndaş həlak olub, 410-u xəsarət alıb

30 Noyabr 2020, 15:38 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 48 mini keçib

30 Noyabr 2020, 15:37 (GMT +4)
ANAMA: 27 sentyabrdan indiyədək 727 ədəd PHS, 4 330 ədəd piyada əleyhinə, 1 110 ədəd tank əleyhinə mina aşkarlanıb

30 Noyabr 2020, 15:28 (GMT +4)
Dillər Universitetində Çin arzusu Günü qeyd olunub

30 Noyabr 2020, 15:10 (GMT +4)
Bərdədə evini tərk edən COVİD-19 xəstələri barədə tədbirlər görülüb

30 Noyabr 2020, 14:51 (GMT +4)
Tərtərlə Suqovuşanı birləşdirən yol yaxın günlərdə istifadəyə veriləcək

30 Noyabr 2020, 14:37 (GMT +4)
ANAMA işğaldan azad olunmuş ərazilər təmizlənməyənə qədər vətəndaşları həmin ərazilərə getməməyə çağırıb

30 Noyabr 2020, 14:20 (GMT +4)
Aqrar Kredit və İnkişaf Agentliyi 11 ayda 65 milyon manat kredit verib

30 Noyabr 2020, 14:13 (GMT +4)
“Dərs vaxtı”nın 2000-ci buraxılışı efirə gedib

30 Noyabr 2020, 14:12 (GMT +4)
İran nüvə aliminin terrora məruz qalmasının yeni detallarını açıqlayıb

30 Noyabr 2020, 14:05 (GMT +4)
İndiyədək Azərbaycanda 238 xəstəyə immun plazma köçürülüb

30 Noyabr 2020, 13:40 (GMT +4)
Tələbə universitetə bərpa olunması üçün rektora müraciət edib

30 Noyabr 2020, 13:39 (GMT +4)
İsrail baş naziri Misirə səfər edir

30 Noyabr 2020, 13:24 (GMT +4)
Ağcabədidə evi tərk edən 11 COVID-19 xəstəsi müəyyən edilib

30 Noyabr 2020, 13:11 (GMT +4)
Bu il AKİA xətti ilə verilən aqrar kredit və güzəştlərdən 5623 fermer və sahibkar yararlanıb

30 Noyabr 2020, 13:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

30 Noyabr 2020, 12:50 (GMT +4)
Rusiyada COVID-19 xəstələrinin sayı 3 milyona yaxınlaşıb

30 Noyabr 2020, 12:45 (GMT +4)
BANM-in 9 yaşı tamam olur

30 Noyabr 2020, 12:30 (GMT +4)
Təhsil naziri qəzada həlak olan tələbələrin yaxınlarına başsağlığı verib

30 Noyabr 2020, 12:16 (GMT +4)
Tramp Baydenin tezliklə sağalmağını diləyib

30 Noyabr 2020, 12:15 (GMT +4)
Bakıda kokain və ekstazi satıcısı saxlanılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66