Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərsu: 15 rayonun 24 kənd və qəsəbəsinin içməli su problemi həll ediləcək

02 Sentyabr 2020, 11:40 (GMT +4)

Bakı, 2 sentyabr, SalamNews.Prezident İlham Əliyevin 12 avqust 2020-ci il tarixli sərəncamına əsasən, əhalinin içməli suya tələbatının ödənilməsi, həmçinin əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasına başlanıb. Sərəncama uyğun olaraq, 15 rayonun 24 kənd və qəsəbəsində yeni subartezian quyularının qazılması nəzərdə tutulur.

SalamNews xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, sərəncama əsasən, Beyləqan rayonunun Mil, Yeni Mil və Milabad qəsəbələrinin hər birində subartezian quyuları qazılacaq. Bu qəsəbələrdə içməli su problemi uzun illər mövcud olub. Əhali suya olan tələbatını arx suları hesabına və uzaq məsafələrdən maşınlarla daşıyaraq ödəyib. Xüsusilə yay aylarında kənd sakinləri içməli sudan ciddi əziyyət çəkib.

Kənd sakinlərini təhlükəsiz içməli su ilə təmin etmək üçün yeraltı sulardan istifadə olunması qərara alınıb. Bu məqsədlə ərazidə tədqiqat işləri aparılıb və 150 metr dərinlikdəki lay sularından istifadə olunması layihələndirilib. Subartezian quyularının qazılmasına “Azərsu” ilə yanaşı, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) quyuların qazılması sahəsində ixtisaslaşmış təşkilatları cəlb olunub. Qazıntı işləri yekunlaşdıqdan sonra quyularda nasos və transformatorlar quraşdırılacaq və quyular elektrik enerjisi ilə təmin olunacaq.

Hazırda Milabad qəsəbəsində subartezian quyusunun qazılması işləri yekunlaşmaq üzrədir. Bu qazma qurğuları hesabına növbəti mərhələdə Mil və Yeni Mil qəsəbələrində də subartezian quyuları qazılacaq. Ümumilikdə 24 yaşayış məntəqəsində subartezian quyularının qazılması işlərinin cari ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

Layihələrin icrası 15 rayonun 24 yaşayış məntəqəsində 65 mindən çox sakinin içməli su təchizatının yaxşılaşdırılmasına və suvarma suyuna olan tələbatının ödənilməsinə imkan yaradacaq.

Qeyd edək ki, “Azərsu”yun sifarişilə ötən illərdə icra olunmuş layihələr çərçivəsində respublikanın müxtəlif bölgələrində 350-dən çox subartezian quyuları qazılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Azərsun Holdinq”in rəhbəri Azərbaycan ordusuna dəstək verib

Azərsun çayçılıq sahəsinin inkişafına dəstək verməyə davam edir

“Azərsun Holdinq” Neftçalada sosial aksiya keçirib

"Azərsu" 2 gün xüsusi rejimdə fəaliyyət göstərəcək

“Azərsu” modul tipli qurğuları təmir edəcək

“Azərsu” nasosların təmiri üçün şirkət axtarır

“Azərsun Holdinq” ulu öndərin xatirəsini silsilə tədbirlərlə anıb

“Azərsun” Qələbə Günü münasibətilə yüzlərlə ailəyə sovqat paylayıb

“Azərsun” yüzlərlə aztəminatlı ailəyə Ramazan sovqatı paylayıb

ASAN könüllüləri və “Azərsun” polislərə dəstək göstərib (FOTOLAR)

“Azərsu” sayğacların oxunmasını müvəqqəti dayandırır

“Azərsun” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat köçürüb

“Azərsun Holdinq”: Ölkədə qida təminatı ilə bağlı sıxıntı olmayacaq (FOTO)

“Azərsun Holdinq” kollektivi sosial qayğıya ehtiyacı olan insanları ziyarət edib

“Azərsun” Xocalı soyqırımı qurbanlarını silsilə tədbirlərlə anıb

Azərsun yerli məhsullara dəstək məqsədilə möhtəşəm aksiyaya start verib

“Azərsun Holdinq”də qanvermə aksiyası keçirilib (FOTO)

“Azərsun” Gənclər Gününə həsr olunmuş sosial aksiyaya qoşulub

“Azərsun Holdinq”in kollektivi Şəhidlər Xiyabanını ziyarət edib

“Azərsun Holdinq”də 20 yanvar faciəsinin qurbanları anılıb

21 Oktyabr 2020, 20:39 (GMT +4)
Prezident: Zəngilanın daha 14 yaşayış məntəqəsi işğaldan azad edilib

21 Oktyabr 2020, 20:33 (GMT +4)
Ali Baş Komandan: Cəbrayılın daha 5 kəndi işğaldan azad edilib

21 Oktyabr 2020, 20:29 (GMT +4)
Prezident: Füzulinin daha üç kəndi işğaldan azad edilib

21 Oktyabr 2020, 19:30 (GMT +4)
MN: Düşmənin 6 PUA-sı məhv edilib

21 Oktyabr 2020, 17:59 (GMT +4)
Azərbaycan kərə yağı idxalını 29% artırıb

21 Oktyabr 2020, 17:50 (GMT +4)
Neft daşlarında dalğanın hündürlüyü 3 metrə çatıb

21 Oktyabr 2020, 17:43 (GMT +4)
Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib

21 Oktyabr 2020, 17:36 (GMT +4)
“Yəmən hökuməti” paytaxt limanının açılması üçün Səudiyyə Ərəbistanına təzyiqlərin gösərilməsini istəyib  

21 Oktyabr 2020, 17:23 (GMT +4)
Ordubadda qədim abidələr aşkarlanıb

21 Oktyabr 2020, 17:12 (GMT +4)
İspaniyanın “La Vanguardia” qəzeti Zəngilan şəhərinin azad edilməsindən yazıb

21 Oktyabr 2020, 16:53 (GMT +4)
Lənkəranın 99 yaşlı sakini bir aylıq təqaüdünü Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb

21 Oktyabr 2020, 16:35 (GMT +4)
Parisdə Eyfel qülləsi yanında iki müsəlman qadın bıçaqlanıb

21 Oktyabr 2020, 16:34 (GMT +4)
Ermənistana məxsus daha 3 PUA məhv edilib

21 Oktyabr 2020, 16:30 (GMT +4)
DİN əhaliyə xəbərdarlıq edib

21 Oktyabr 2020, 16:20 (GMT +4)
Rusiyada "Su-34" qırıcısı qəzaya uğrayıb

21 Oktyabr 2020, 16:11 (GMT +4)
Hərbi komandiri də daxil olmaqla Ermənistanın daha 4 zabiti məhv edildi

21 Oktyabr 2020, 16:07 (GMT +4)
Təhsil Nazirliyi “Qarabağın məşhur müəllimləri” layihəsinə başlayır

21 Oktyabr 2020, 15:54 (GMT +4)
Direktorların işə qəbulu üzrə imtahan proqramı açıqlanıb

21 Oktyabr 2020, 15:45 (GMT +4)
“Azəriqaz”: Əhali abunəçilərinin cəmi 8,3%-i güzəştli limit həddini keçib

21 Oktyabr 2020, 15:31 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 31 mini ötüb

21 Oktyabr 2020, 15:30 (GMT +4)
Moskvada Azərbaycan və Rusiya XİN başçılarının görüşü olub

21 Oktyabr 2020, 15:10 (GMT +4)
Azərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxub

21 Oktyabr 2020, 14:58 (GMT +4)
Sabahın hava proqnozu açıqlanıb

21 Oktyabr 2020, 14:51 (GMT +4)
Düşmənin döyüş meydanında atıb qaçdığı növbəti texnikalar (VIDEO)

21 Oktyabr 2020, 14:46 (GMT +4)
Türkiyə Suriyanın şimalında doqquz PKK üzvünün zərərsizləşdirildiyini bildirib

21 Oktyabr 2020, 14:35 (GMT +4)
TBMM sədri: Qardaş Azərbaycanın haqlı davasını bütün dünyaya çatdıracağıq

21 Oktyabr 2020, 14:28 (GMT +4)
Azərbaycan ət idxalını 10%-dən çox azaldıb

21 Oktyabr 2020, 14:11 (GMT +4)
Kanadada koronavirusa yoluxanların sayı 203 mini keçib

21 Oktyabr 2020, 13:57 (GMT +4)
Liviyada münaqişə tərəfləri quru və hava yollarının açılmasında razılığa gəliblər

21 Oktyabr 2020, 13:57 (GMT +4)
Azərbaycan nefti 42 dollara qədər ucuzlaşıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66