Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

MN: Azərbaycana suriyalı döyüşçülərin gətirilməsi xəbəri dezinformasiyadır

02 Sentyabr 2020, 10:30 (GMT +4)

Bakı, 2 sentyabr, SalamNews. Azərbaycan Müdafiə Nazirliyi Rusiyanın “Nezavisimaya qazeta” nəşrinin sentyabrın 1-nə olan elektron versiyasında yayılan qərəzli yazıya münasibət bildirib.

Nazirlikdən SalamNews-a verilən məlumata görə, “Rusiyanın “Nezavisimaya qazeta” nəşri “Azərbaycandakı Suriyalı döyüşçülər Ermənistana qarşı blitskriqə hazırlaşır” adlı dərc etdiyi məqalədə oxuculara həqiqətə tam uğun olmayan məlumatı təqdim edib.

"Sanki “yalan nə qədər çox və eybəcər olarsa, o qədər inandırıcıdır” prinsipi ilə məqaləyə yanaşan yazı müəllifi Vladimir Muxin heç bir etibarlı mənbəyə istinad etmədən, əsaslı faktlar gətirmədən oxucuları çaş-baş salır. Məqalədə guya Naxçıvanda döyüş təyyarələri ilə gücləndirilmiş Türkiyənin hərbi bazasının olması, Azərbaycana 500 nəfərə yaxın türkmən əsilli Suriyalı döyüşçünün gətirilməsi barədə həqiqətə uyğun olmayan uydurmaları qəti surətdə rədd edirik. Məqalədə yer alan əsassız iddialar, xüsusilə də guya Azərbaycana Suriyadan döyüşçülərin gətirilməsi barədə xəbər açıq-aydın dezinformasiyadır və heç bir halda reallığı əks etdirmir. Məqalənin sifarişli olduğu aydın sezilir, yazılanlar düşünülmüş və böhtan xarakteri daşıyır"- deyə açıqlamada qeyd olunub.

Müdafiə Nazirliyi rəsmi surətdə bildirir ki, Azərbaycan ərazisində nə hər hansı xarici ölkənin hərbi bazası, nə də heç bir digər qeyri-qanuni silahlı birləşmə yoxdur: "Azərbaycan Ordusunun şəxsi heyətinin peşəkarlığı və döyüş təcrübəsi, silahlanmada olan hərbi texnika və döyüş vasitələri Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızı azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etmək məqsədilə qarşıya qoyulan istənilən döyüş tapşırığını qısa zamanda yerinə yetirməyə kifayət edir. Bunu Azərbaycan Ordusu 2016-cı ilin aprel döyüşlərində, 2018-ci ildə Naxçıvan və 2020-ci ildə isə Tovuz istiqamətində həyata keçirilən əməliyyatlarda nümayiş etdirdi.

“Nezavisimaya qazeta”ya tövsiyə edirik ki, diqqəti Ermənistanda ictimai müzakirəyə çıxarılan “Müdafiə haqqında” qanuna əlavələr edilməsi məsələsinə yönəltsələr daha yaxşı olardı. Çünki bu qanun səfərbərlik ehtiyatları problemi ilə üzləşən Ermənistanı könüllülük əsasında silahlı dəstələrin formalaşdırılması sistemini yaratmağa məcbur etməklə 70 yaşadək olan ahıl insanları belə silahlandırımağa imkan verir. Qanun qüvvəyə mindikdən sonra Ermənistan könüllülük adı altında Yaxın Şərqin qaynar nöqtələrindən, xüsusilə Suriya və Livandan gətirilən muzdlu döyüşçülər və terrorçularla öz ordusunun komplektləşdirilməsi məsələsini qanuniləşdirmiş olacaq. Bu cür dezinformasiyaların yayılmasında maraqlı olan rəsmi Yerevan regionda vəziyyətin yenidən gərginləşərək münaqişənin alovlanmasına və buraya daha çox tərəflərin cəlb olunmasına münbit şərait yaratmağa çalışır”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

27 Oktyabr 2020, 16:33 (GMT +4)
Şeyxülislam Allahşükür Paşazadə bəyanat verib

27 Oktyabr 2020, 16:25 (GMT +4)
Azərbaycan Ordusu Xankəndidə erməni ordusunun üç əsas nöqtəsini məhv edib

27 Oktyabr 2020, 16:12 (GMT +4)
İşəgötürənlər işçilərinin icbari tibbi sığortalanmasını təmin edəcək

27 Oktyabr 2020, 15:57 (GMT +4)
Ölkəmizdə koronavirusa yoluxma hallarının 55,7 faizi paytaxtın payına düşür

27 Oktyabr 2020, 15:48 (GMT +4)
Neft Fondu ilin əvvəlindən qızıl ehtiyatlarını artırıb

27 Oktyabr 2020, 15:35 (GMT +4)
Hesablama Palatası xarici həmkarlarını erməni vandalizmi barədə məlumatlandırıb

27 Oktyabr 2020, 15:20 (GMT +4)
Kanadada son sutkada 2531 koronavirusa yoluxma hadisəsi qeydə alınıb

27 Oktyabr 2020, 15:07 (GMT +4)
Azərbaycanda son sutkada 663 nəfər COVID-19-a yoluxub

27 Oktyabr 2020, 14:58 (GMT +4)
Əfqanıstanda terror hücumu nəticəsində 5 nəfər ölüb

27 Oktyabr 2020, 14:44 (GMT +4)
İran Fransa prezidenti Emanuel Makronun islamafob bəyanatını tənqid edib

27 Oktyabr 2020, 14:37 (GMT +4)
DSK: Metrodan istifadə edənlərin sayı azalıb

27 Oktyabr 2020, 14:25 (GMT +4)
Lavrov: ABŞ və AB ölkələri Rusiyanın inkişafını dayandırmaq üçün səyləri ikiqat artırıb

27 Oktyabr 2020, 14:16 (GMT +4)
Londonda Consonun ofisi qarşısında Gəncə terroruna etiraz edilib

27 Oktyabr 2020, 13:44 (GMT +4)
Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb

27 Oktyabr 2020, 13:37 (GMT +4)
ARDNF-in aktivləri bu ilin əvvəlindən cüzi azalıb

27 Oktyabr 2020, 13:15 (GMT +4)
Neftin qiyməti artıb

27 Oktyabr 2020, 13:00 (GMT +4)
MN: Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulur

27 Oktyabr 2020, 12:55 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

27 Oktyabr 2020, 12:51 (GMT +4)
Çex Respublikasında gecə küçəyə çıxmaq qadağan edilib

27 Oktyabr 2020, 12:45 (GMT +4)
DİN koronavirusla bağlı əhaliyə müraciət edib

27 Oktyabr 2020, 12:30 (GMT +4)
Azərbaycanda Ukraynanın birinci Fəxri konsulluğu açılır

27 Oktyabr 2020, 12:20 (GMT +4)
Tramp ABŞ-ın ÜST-ə qayıtmasını mümkün hesab edir

27 Oktyabr 2020, 12:15 (GMT +4)
DİN avtomobil sahiblərinə müraciət edib

27 Oktyabr 2020, 12:15 (GMT +4)
Şəkidə avtomobillərdən oğurluq edənlər saxlanılıb

27 Oktyabr 2020, 12:00 (GMT +4)
MN: Ermənistan ərazisində sərhəd zastavasının vurulması barədə yayılan məlumat yalandır

27 Oktyabr 2020, 11:57 (GMT +4)
Gürcüstanda son sutkada 1,8 mindən çox insan koronavirusa yoluxub

27 Oktyabr 2020, 11:45 (GMT +4)
Milli Məclis Vəng kəndinin Çinarlı kəndi adlandırılmasını təsdiqləyib

27 Oktyabr 2020, 11:30 (GMT +4)
Bu hərbçimiz düşmənin atəş nöqtələrini dəqiqliklə məhv edir

27 Oktyabr 2020, 11:19 (GMT +4)
ABŞ İrana qarşı sanksiyaları genişləndirib

27 Oktyabr 2020, 11:15 (GMT +4)
Milli Məclisin plenar iclası başlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66