Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Milli Məclisin Sədri qəbul imtahanında yüksək nəticə əldə etmiş abituriyentlərlə görüşüb

05 Sentyabr 2020, 15:20 (GMT +4)

Bakı, 5 sentyabr, SalamNews. Milli Məclisin Sədri Sahibə Qafarova Şəmkir rayonundan ali məktəblərə qəbul imtahanında yüksək nəticə əldə etmiş abituriyentlərlə videokonfrans formatında görüş keçirib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SalamNews-a bildirilib ki, Milli Məclisin Sədri Sahibə Qafarova deputat seçildiyi Şəmkir rayonundan ali təhsil müəssisələrinə cari ildə keçirilmiş qəbul imtahanında yüksək nəticə əldə etmiş abituriyentlərlə videokonfrans formatında görüş keçirib. Abituriyentləri əldə etdikləri uğurlu nəticələr münasibətilə təbrik edən Milli Məclisin Sədri qeyd edib ki, müdavimlərin əldə etdikləri bu yüksək nailiyyətlər Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin, təhsil sahəsində reallaşdırılan tədbirlərin parlaq nəticələridir. "Bu nailiyyət həmçinin sizin illərlə çəkdiyiniz əziyyətin, əzmkarlığınızın nümunəsidir. Eyni zamanda, sizin yaxşı təhsil almağınız, ali məktəblərə qəbul olunmağınız üçün zəhməti olan, sizə qayğı göstərən, sizi öyrədən müəllimlərinizin əməyinin bəhrəsidir. Təbii ki, valideynləriniz maddi və mənəvi olaraq fədakarlıqlar ediblər və düşünürəm ki, bu nailiyyətinizdən haqlı olaraq qürur hissi keçirirlər". Sahibə Qafarova vurğulayıb ki, müasir dövrdə hər bir ölkənin və xalqın inkişafı bir sıra mühüm amillərlə yanaşı, gənclərin ümumi inkişaf səviyyəsindən asılıdır və gənclər cəmiyyətin fəal təbəqəsidir: "Gənclərimiz fəaldırlar, dəyişən dünyanın yeni çağırışları ilə ayaqlaşmağa qadirdirlər. Möhtərəm Prezidentimiz İlham Əliyev də hər zaman çıxışlarında gənclərimizin rolunu çox yüksək qiymətləndirir. Ölkəmizdə gənclərə geniş imkanlar yaradılır, onlara dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Gənclərlə bağlı davamlı olaraq dövlət proqramları həyata keçirilir. Gənc nəslin yaxşı təhsil alması üçün yüksək səviyyədə imkanlar təmin edilir. Bu gün gənclər yüksək vəzifələrə təyin edilir. Sevinirəm ki, Şəmkir rayonunda da gənclərimiz həyatın ən müxtəlif sahələrində fəallıq göstərir, rayonda həyata keçirilən işlərə dəstək verirlər".

Spiker vurğulayıb ki, bu gün gənclərimizin öz üzərində çalışıb, yüksək təhsil almaları, bilikli, bacarıqlı kadrlar kimi yetişib xalqımıza, dövlətimizə xidmət etmələri üçün çox böyük imkanlar var. "Onu da qeyd etməliyəm ki, bu gün Azərbaycanda təhsilin inkişafı dövlətimizin əsas diqqət mərkəzində olan məsələlərdən biridir. Ölkəmizdə təhsil və tədrisin keyfiyyətinin yüksəldilməsi, müasir təhsil infrastrukturunun yaradılması istiqamətində mühüm layihələr həyata keçirilir. Birinci Vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu istiqamətdə fəaliyyətini xüsusilə qeyd etməliyik. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr ölkəmizdə təhsilin maddi-texniki bazasının yenilənməsinə mühüm töhfələr verir. İnanıram ki, siz gənclər, bu imkanlardan uğurla yararlanaraq yaxşı təhsil alacaqsınız", - deyə Sahibə Qafarova bildirib.

Milli Məclisin Sədri qeyd edib ki, yaxşı təhsil, bilik və savadla yanaşı, gənclərin vətənpərvərlik hisslərinin daha da güclənməsi, dövlətimizə, xalqımıza sədaqətli olması çox vacibdir. O, abituriyentlərə seçəcəkləri ixtisaslar üzrə biliklərə dərindən yiyənləməyi tövsiyə edərək əlavə edib ki, hər bir gəncimiz xarici dilləri də öyrənməyə maraq göstərməlidir. Müasir və qabaqcıl texnologiyaları mənimsəməli, bu imkanlardan faydalanmağı bacarmalıyıq: "Yaxşı təhsil almaqla yanaşı, ictimai həyatda da fəal olun. Bu gün Azərbaycanda könüllülər hərəkatı geniş vüsət alıb. Könüllülər həyatımızın ən müxtəlif sahələrində fəallıq göstərərək ölkəmizin inkişafına mühüm töhfələr verirlər. Gələcəkdə sizin də bu istiqamətdə fəal olmağınızı arzulayıram. Çünki gənclər təşəbbüskardır, onlar yeni ideyalarla çıxış edirlər. Hesab edirəm ki, təşəbbüskar, savadlı, bilikli, vətənpərvər gənclər ordusu ölkəmizi irəli apara bilər".

Sonda Sahibə Qafarova bir daha yüksək nəticə əldə etmiş abituriyentləri təbrik edərək onlara gələcək təhsil həyatında uğurlar arzulayıb.

Görüşdə çıxış edən abituriyentlər bu görüşün onların həyatında çox əlamətdar bir hadisə olduğunu vurğulayaraq, gələcəkdə ən yüksək səviyyədə təhsil alaraq, xalqımıza, dövlətimizə ləyaqətlə xidmət etmək üçün bacarıqlı mütəxəssislər kimi yetişmək üçün çalışacaqlarını bildiriblər.

Görüşdə çıxış edən valideynlərdən – Ağasani Məmmədov və Vüsalə Həsənova belə bir görüşün təşkili üçün minnətdarlıqlarını ifadə edərək ölkə gənclərinin yüksək nailiyyətlər əldə etməsi üçün yaradılan əlverişli şəraitə, gənclərə göstərilən böyük diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevava öz dərin minnətdarlıqlarını ifadə ediblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

01 Dekabr 2020, 13:11 (GMT +4)
Astarada torpağa basdırılmış narkotik aşkarlanıb

01 Dekabr 2020, 13:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

01 Dekabr 2020, 12:50 (GMT +4)
Prezident İlham Əliyev üçtərəfli bəyanatın detallarını ilk dəfə şərh edib

01 Dekabr 2020, 12:45 (GMT +4)
Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzinin qurulması ilə bağlı saziş imzalanıb

01 Dekabr 2020, 12:30 (GMT +4)
Dövlət başçısı: Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib

01 Dekabr 2020, 12:24 (GMT +4)
ÜST dünyada COVID-19-a yoluxma hallarının sayında azalma qeydə alıb

01 Dekabr 2020, 12:15 (GMT +4)
Prezident Laçının işğaldan azad olunması münasibətilə xalqı təbrik edib

01 Dekabr 2020, 12:00 (GMT +4)
Prezident İlham Əliyevin xalqa müraciətinin tam mətni

01 Dekabr 2020, 11:52 (GMT +4)
Gürcüstanda son sutkada 3.759 yeni koronavirusa yoluxma aşkar edilib

01 Dekabr 2020, 11:45 (GMT +4)
Təhsil Nazirliyi: 13 mindən çox tələbənin təhsil haqqı ödənilib

01 Dekabr 2020, 11:30 (GMT +4)
Prezident İlham Əliyev xalqa müraciət edəcək

01 Dekabr 2020, 11:17 (GMT +4)
İran BMT TŞ-nın və BAEA-nin nüvə aliminin terroruna mövqe bildirməsini tələb edib

01 Dekabr 2020, 11:15 (GMT +4)
Xırdalan dairəsi yaxınlığında dəmir yolu körpüsünün tikintisi başa çatıb (FOTO)

01 Dekabr 2020, 11:10 (GMT +4)
Viskonsin qubernatoru Beydenin ştatdakı qələbəsini təsdiqləyib

01 Dekabr 2020, 11:00 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

01 Dekabr 2020, 10:45 (GMT +4)
Ceyhun Bayramov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb

01 Dekabr 2020, 10:40 (GMT +4)
Yəmən müharibəsi nəticəsində 233 min insan ölüb - BMT

01 Dekabr 2020, 10:30 (GMT +4)
Təhsil Nazirliyi Laçın rayonunun təhsil statistikasını açıqlayıb

01 Dekabr 2020, 10:23 (GMT +4)
BMT Baş katibi Baydenlə ilk telefon danışığı keçirib

01 Dekabr 2020, 10:10 (GMT +4)
İşğaldan azad olunan Laçın rayonunda Azərbaycan bayrağı qaldırılıb (VİDEO)

01 Dekabr 2020, 10:00 (GMT +4)
Ceyhun Bayramovun moldovalı həmkarı ilə telefon danışığı olub

01 Dekabr 2020, 09:58 (GMT +4)
Türkiyədə bu aydan ölkə əhalisinə pulsuz COVID-19 peyvəndi veriləcək 

01 Dekabr 2020, 09:58 (GMT +4)
Səudiyyə İsrail təyyarələrinin hava məkanından keçməsinə icazə verib - Reuters

01 Dekabr 2020, 09:45 (GMT +4)
Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib

01 Dekabr 2020, 09:30 (GMT +4)
Bakıda yük avtomobilləri toqquşub, ölən var

01 Dekabr 2020, 09:25 (GMT +4)
İsraillə əlaqələrini rəsmiləşdirən Bəhreyn iranlı nüvə aliminə qarşı terroru pisləyib

01 Dekabr 2020, 09:23 (GMT +4)
Xorvatiyanın baş naziri koronavirusa yoluxub

01 Dekabr 2020, 09:15 (GMT +4)
Azərbaycanda distant təhsil müddəti uzadılıb

01 Dekabr 2020, 09:00 (GMT +4)
Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub (VİDEO)

30 Noyabr 2020, 18:06 (GMT +4)
AMB depozit hərracında 200 mln. manat cəlb edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66