Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərsun çayçılıq sahəsinin inkişafına dəstək verməyə davam edir

07 Sentyabr 2020, 11:21 (GMT +4)

Bakı, 7 sentyabr, SalamNews. Azərbaycanda çayçılıq ənənəsi ötən əsrin əvvəllərindən etibarən yaranmağa başlayıb. 1912-ci ildə çay bitkisinin Lənkərana gətirilərək əkilməsindən sonra Azərbaycanda çayın kütləvi şəkildə istehsalına başlanılıb.

Bununla da, çay həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Azərbaycanın prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı” ölkəmizdə çayçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsinə, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsinə, çay istehsalına marağın artırılmasına yönəldililib. Bununla da, çayçılığın inkişaf etdirilməsi, çay məhsullarına tələbatın yerli istehsal hesabına təmin olunması, çayçılığın ixrac potensialının artırılması, kənd əhalisinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi üçün bütün zəruri addımlar atılır.

Azərsun Holdinqin digər sahələrdə olduğu kimi çayçılığın inkişafında da xidmətləri böyükdür. Azərbaycan müstəqillik qazandıqdan sonra holdinq 1996-cı ildə “Sun Tea” çay fabriki istismara verib. Şirkətlər qrupunun ilk investisiya layihəsi olan və Bakıda fəaliyyət göstərən "Sun Tea" çay fabrikinin bu gün illik istehsal həcmi 15 000 tondur. Burada müxtəlif çeşiddə qara çay, yaşıl çay, meyvəli çayların istehsalı həyata keçirilir. Bir neçə il öncə Masallıda, dəniz səviyyəsindən 800 metr yüksəklikdə 100 hektarlıq ərazini əhatə edən və müasir suvarma avadanlıqları illə təchiz edilmiş çay plantasiyası da salınıb.

Çayçılığın inkişaf etdirilməsi, həm də regionlarda kənd təssərrüfatının inkişafına, torpaq sahələrinin yenidən istifadəsinə, insanları yenidən bu sahəyə cəlb edərək maddi imkanlarının yaxşılaşdırılmasına və minlərlə iş yerlərinin açılmasına şərait yaradıb. Ölkə başçısı tərəfindən imzalanmış “Regionların sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq Şirkətlər Qrupu bölgələrdə yeni çay sahələri salıb, müasir suvarmalarla təmin edib.

Bundan əlavə, Lənkəran və Astarada fabriklərin fəaliyyət göstərməsini təmin edən “Azərsun Holdinq”, çay əkinçiliyi ilə məşğul olan fermerlərdən çayı yüksək qiymətə satın alaraq onların fəaliyyətinə öz dəstəyini verib. Ümumilikdə 4 min insanın məşğulluğunun təmin edilməsi ilə yetişdirilən çay bitkisi fabriklər tərəfindən təhvil alınır ki, nəticədə insanların sosial-rifah halının yüksəldilməsinə mühim dəstək verilir. İnsanların əsas gəlir mənbəyi sayılan çayçılığın inkişafı onlar üçün əlavə motivasiya qaynağı olaraq qalır.

Çünki, illərlə çalışdıqları, əmək verdikləri bu sahədə göstərilən qayğı onların gələcəyə nikbin addımlarla irəliləyəcəylərinin bariz göstəricisidir. Azərbaycanda ərzaq təhlükəsizliyinin əsas təminatçılarından olan “Azərsun Holdinq” çayçılıqda da bu vəzifəni layiqincə davam etdirməkdədir.

“Azərsun Holdinq”in Müşahidə Şürasının sədri Abdolbari Goozalın “Keyfiyyət bizim adımızdır” yanaşması ilə illərdir şirkətin liderlik etdiyi qida sənayesində alıcı məmnunluğuna nail olunub. Ölkəmizin ən seçilmiş keyfiyyətli çay yarpaqlarını emal edərək yerli bazarla yanaşı dünya bazarına da təqdim edən “Azərsun Holdinq” Azərbaycan çayının şöhrətini bütün dünyaya yayır. Şirkətlər Qrupu "Made in Azerbaijan" yazısını üzərində daşıyan çay məhsullarını beynəlxalq sərgilərdə nümayiş etdirir və Azərbaycanın çayının dünyada tanıdılması ilə qürur duyur.

Qeyd edək ki, ölkəmizdə çayçılığın inkişafına mühüm töhfələr verən “Azərsun Holdinq”ə məxsus çay fabrikləri tərəfindən bu il yetişdirilən məhsulun növbəti – 3-cü yığımına başlanılıb. Mütəxəssislər tərəfindən mövsüm ərzində keyfiyyətli məhsul toplanması üçün bütün lazımı aqrotexniki qulluq göstərilib. Növbəti məhsul yığımı isə sentyabrın sonlarına planlaşdırılır. Bu ilinə sonunda isə sahələrdə aparılacaq işlər nəticəsində gələn il məhsuldarlığın daha da artırılması nəzərdə tutulub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Azərsun Holdinq”in rəhbəri Azərbaycan ordusuna dəstək verib

“Azərsun Holdinq” Neftçalada sosial aksiya keçirib

“Azərsun Holdinq” ulu öndərin xatirəsini silsilə tədbirlərlə anıb

“Azərsun” Qələbə Günü münasibətilə yüzlərlə ailəyə sovqat paylayıb

“Azərsun” yüzlərlə aztəminatlı ailəyə Ramazan sovqatı paylayıb

ASAN könüllüləri və “Azərsun” polislərə dəstək göstərib (FOTOLAR)

“Azərsun” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat köçürüb

“Azərsun Holdinq”: Ölkədə qida təminatı ilə bağlı sıxıntı olmayacaq (FOTO)

“Azərsun Holdinq” kollektivi sosial qayğıya ehtiyacı olan insanları ziyarət edib

“Azərsun” Xocalı soyqırımı qurbanlarını silsilə tədbirlərlə anıb

Azərsun yerli məhsullara dəstək məqsədilə möhtəşəm aksiyaya start verib

“Azərsun Holdinq”də qanvermə aksiyası keçirilib (FOTO)

“Azərsun” Gənclər Gününə həsr olunmuş sosial aksiyaya qoşulub

“Azərsun Holdinq”in kollektivi Şəhidlər Xiyabanını ziyarət edib

“Azərsun Holdinq”də 20 yanvar faciəsinin qurbanları anılıb

“Azərsun Holdinq” ümummilli liderin xatirəsini yad edib

“Azərsun Holdinq” Sumqayıt şəhərinin 70 illiyində iştirak edib

“Azərsun” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edib

"Azərsun Holdinq" mükafata layiq görülüb

"Azərsun Holding"in komandası “Gilan Kuboku”nun qalibi olub

23 Oktyabr 2020, 17:57 (GMT +4)
Bəzi şəhər və rayonlara giriş-çıxış dayandırılır

23 Oktyabr 2020, 17:46 (GMT +4)
Azərbaycan Ordusu Xocavəndin 2, Cəbrayılın 5, Zəngilanın 2 kəndini işğaldan azad edib

23 Oktyabr 2020, 17:33 (GMT +4)
İlham Əliyev: "Qubadlının 4 kəndi işğaldan azad edilib"

23 Oktyabr 2020, 17:20 (GMT +4)
Yerdəyişmə etməyə hazırlaşan düşmənin canlı qüvvəsi və zirehli texnikası məhv edilib (VİDEO)

23 Oktyabr 2020, 17:15 (GMT +4)
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mobil rabitə xidmətlərinin bərpasına başlanılıb

23 Oktyabr 2020, 16:51 (GMT +4)
İsrail Azərbaycana humanitar yardım göndərib

23 Oktyabr 2020, 16:46 (GMT +4)
Ramin Quluzadə: “Erməni təxribatları İKT-nin inkişafına əngəl törədir”

23 Oktyabr 2020, 16:27 (GMT +4)
Səfir: “İran-Azərbaycan sərhədi iki qonşu xalq üçün dostluq, sülh və təhlükəsizlik sərhədi olaraq qalacaq”

23 Oktyabr 2020, 16:15 (GMT +4)
Ərdoğan: Qarabağdakı sülh prosesində iştirak etməyə Rusiya qədər Türkiyənin də hüququ çatır

23 Oktyabr 2020, 16:11 (GMT +4)
NK: İşğal altındakı ərazilərlə bağlı təhrif edilmiş xəritələrdən istifadə dayandırılıb

23 Oktyabr 2020, 15:44 (GMT +4)
Azərbaycanda son sutkada 803 nəfər COVID-19-a yoluxub

23 Oktyabr 2020, 15:30 (GMT +4)
Milli Qəhrəman Şükür Həmidovun adı Qubadlı rayonunda əbədiləşdiriləcək

23 Oktyabr 2020, 15:25 (GMT +4)
Prezidenti İlham Əliyev Milli Qəhrəman Şükür Həmidovun atasına zəng edib

23 Oktyabr 2020, 15:11 (GMT +4)
Politoloq: Türkiyə və Azərbaycan regionda sülhün bərqərar olunmasında əsas iştirakçılardır

23 Oktyabr 2020, 14:53 (GMT +4)
Qanada kilsənin dağılması nəticəsində 18 nəfər ölüb

23 Oktyabr 2020, 14:35 (GMT +4)
Kürd əsilli muzdluların Ermənistan tərəfdə döyüşdüyü təsdiqlənib (VİDEO)

23 Oktyabr 2020, 14:27 (GMT +4)
Azərbaycanda qızıl və gümüş ucuzlaşır

23 Oktyabr 2020, 14:10 (GMT +4)
Qubada alma yığımına start verilib

23 Oktyabr 2020, 13:57 (GMT +4)
MN: Düşmənin qüvvə və vasitələri darmadağın edilib, mövqelərinə zərbələr endirilib (VİDEO)

23 Oktyabr 2020, 13:44 (GMT +4)
İşğal altındakı torpaqlarda qanunsuz işləyən şirkətlər barədə tədbirlər görüləcək

23 Oktyabr 2020, 13:30 (GMT +4)
Neft yenidən ucuzlaşıb

23 Oktyabr 2020, 13:12 (GMT +4)
“Azərsığorta” Vətən Müharibəsinə görə ödəniş etməyə başlayıb

23 Oktyabr 2020, 12:53 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

23 Oktyabr 2020, 12:50 (GMT +4)
KTN: Payızlıq əkinlərin bəyanı ilə əlaqədar səyyar aqrar xidmət təşkil olunub

23 Oktyabr 2020, 12:46 (GMT +4)
Rusiyada son sutkada koronavirusa yoluxanların sayı 17 mini keçib

23 Oktyabr 2020, 12:30 (GMT +4)
"Qarabağ" UEFA reytinqində mövqeyini qoruyub

23 Oktyabr 2020, 12:23 (GMT +4)
MN: Ermənistana məxsus daha bir PUA məhv edilib

23 Oktyabr 2020, 12:10 (GMT +4)
ABŞ-da Tramp-Bayden final debatı sona çatıb

23 Oktyabr 2020, 12:09 (GMT +4)
Baş Prokurorluq Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb

23 Oktyabr 2020, 11:50 (GMT +4)
Baş infeksionist əhaliyə müraciət edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66