Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

ƏƏSMN-nin vəzifəli şəxslərinə cinayət işi başlanılıb

07 Sentyabr 2020, 12:50 (GMT +4)

Bakı, 7 sentyabr, SalamNews. Azərbaycan Respublikasında əmək və əhalinin sosial müdafiəsi sferasının müasir tələblərə uyğunlaşdırılması, əhalinin sosial təminatının gücləndirilməsi, onların rifah səviyyəsinin yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən ardıcıl və məqsədyönlü islahatların həyata keçirilməsinə baxmayaraq, ayrı-ayrı vəzifəli şəxslər tərəfindən qeyd edilən sahədə vətəndaşlarla dövlət arasında olan nizamlı ictimai münasibətlərə qəsd edən qanunsuz hərəkətlərə də təsadüf olunur ki, belə halların aşkara çıxarılaraq kəsərli təsir tədbirlərinin görülməsi istiqamətində Azərbaycan Respublikasının prokurorluq orqanlarının intensiv fəaliyyəti davam etdirilir.

SalamNews xəbər verir ki,Baş Prokurorluq və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə məlumatına görə, belə tədbirlərdən biri kimi, 1 saylı Respublika Psixiatriya xəstəxanasının 16-cı şöbəsinin müdiri Səriyyə Tanverdiyevanın öz xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz hərəkətə görə vətəndaşdan rüşvət tələb etməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Keçirilmiş tədbirlər nəticəsində Səriyyə Tanverdiyevanın əlillik dərəcəsinin təyin edilməsinə əsas olan saxta epikrizin təqdim edilməsi müqabilində vətəndaşdan müvafiq olaraq 2020-ci ilin 2 iyun və 5 avqust tarixlərində xəstəxananın inzibati binasında ümumilikdə 600 manat məbləğdə pul vəsaitini almasına əsaslı şübhələr müəyyən edilmişdir.

Bununla yanaşı, həyata keçirilmiş qeyd edilən operativ tədbirlərin davamı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 5 nömrəli Tibbi-sosial ekspert komissiyasının sədri Katib Məmmədovun həmin vətəndaşdan 2-ci qrup əlillik dərəcəsinin təyin edilməsi müqabilində 2020-ci ilin avqust ayında 3000 manat məbləğdə pul vəsaitini rüşvət qismində istəyib, 2 sentyabr 2020-ci il tarixdə işlədiyi müəssisənin inzibati binasında həmin pulun 2300 manat olan hissəsini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Göstərilən faktlara görə Baş İdarədə Cinayət Məcəlləsinin 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.

İstintaq zamanı toplanmış ilkin sübutlara əsasən Katib Məmmədov şübhəli şəxs qismində tutulmuş, 5 sentyabr 2020-ci il tarixdə o, Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, habelə, 5 sentyabr 2020-ci il tarixdə Səriyyə Tanverdiyeva Cinayət Məcəlləsinin 311.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ƏƏSMN: Oktyabr ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənilib

ƏƏSMN: 155 əlilə reabilitasiya vasitələri verilib

ƏƏSMN: İlin sonunadək 5 yeni reabilitasiya müəssisəsi açılacaq

ƏƏSMN: Əmək və sosial müdafiə üzrə e-xidmətlərin sayı gələn il 100-ə çatdırılacaq

ƏƏSMN: Bu il özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 5100-ə çatıb

ƏƏSMN: Müharibə əlillərinə 250 avtomobil veriləcək

ƏƏSMN: Şəhid ailələri və müharibə əlilləri üçün 800 ev tikilir

ƏƏSMN: Son 6 ayda 646 min vətəndaşın müraciəti cavablandırılıb

ƏƏSMN birinci yarımilin yekunlarına dair kollegiya iclası keçirib

ƏƏSMN: Daha 51 şəhidin vərəsələrinə birdəfəlik ödəmə veriləcək

ƏƏSMN: Daha 200 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək

ƏƏSMN: Ünvanlı sosial yardım alanların sayı 84 mini keçib

ƏƏSMN 190 manatın verilməsi ilə bağlı açıqlama yayıb

ƏƏSMN-də əlillik və reabilitasiya məsələləri ilə bağlı işçi qrupunun onlayn iclası keçirilib

ƏƏSMN işəgötürənlərə xəbərdarlıq edib

ƏƏSMN-də elektron arayış xidmətlərinin sayı artırılır

ƏƏSMN: 142 - Çağrı Mərkəzi tərəfindən 165 mindən çox müraciət cavablandırılıb

ƏƏSMN: 230 min şəxsə 190 manat ödənilib

ƏƏSMN: Ödənişli ictimai iş yerlərinin sayı 37 mindən 90 minə çatdırılır

ƏƏSMN: Son günlərdə 13 minədək tənha yaşlıya ərzaq yardımı edilib

27 Oktyabr 2020, 16:45 (GMT +4)
Prezidentin köməkçisi: Ermənistan qəbul etsə də, etməsə də Türkiyə danışıqlar masasında iştirak edir

27 Oktyabr 2020, 16:33 (GMT +4)
Şeyxülislam Allahşükür Paşazadə bəyanat verib

27 Oktyabr 2020, 16:25 (GMT +4)
Azərbaycan Ordusu Xankəndidə erməni ordusunun üç əsas nöqtəsini məhv edib

27 Oktyabr 2020, 16:12 (GMT +4)
İşəgötürənlər işçilərinin icbari tibbi sığortalanmasını təmin edəcək

27 Oktyabr 2020, 15:57 (GMT +4)
Ölkəmizdə koronavirusa yoluxma hallarının 55,7 faizi paytaxtın payına düşür

27 Oktyabr 2020, 15:48 (GMT +4)
Neft Fondu ilin əvvəlindən qızıl ehtiyatlarını artırıb

27 Oktyabr 2020, 15:35 (GMT +4)
Hesablama Palatası xarici həmkarlarını erməni vandalizmi barədə məlumatlandırıb

27 Oktyabr 2020, 15:20 (GMT +4)
Kanadada son sutkada 2531 koronavirusa yoluxma hadisəsi qeydə alınıb

27 Oktyabr 2020, 15:07 (GMT +4)
Azərbaycanda son sutkada 663 nəfər COVID-19-a yoluxub

27 Oktyabr 2020, 14:58 (GMT +4)
Əfqanıstanda terror hücumu nəticəsində 5 nəfər ölüb

27 Oktyabr 2020, 14:44 (GMT +4)
İran Fransa prezidenti Emanuel Makronun islamafob bəyanatını tənqid edib

27 Oktyabr 2020, 14:37 (GMT +4)
DSK: Metrodan istifadə edənlərin sayı azalıb

27 Oktyabr 2020, 14:25 (GMT +4)
Lavrov: ABŞ və AB ölkələri Rusiyanın inkişafını dayandırmaq üçün səyləri ikiqat artırıb

27 Oktyabr 2020, 14:16 (GMT +4)
Londonda Consonun ofisi qarşısında Gəncə terroruna etiraz edilib

27 Oktyabr 2020, 13:44 (GMT +4)
Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb

27 Oktyabr 2020, 13:37 (GMT +4)
ARDNF-in aktivləri bu ilin əvvəlindən cüzi azalıb

27 Oktyabr 2020, 13:15 (GMT +4)
Neftin qiyməti artıb

27 Oktyabr 2020, 13:00 (GMT +4)
MN: Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulur

27 Oktyabr 2020, 12:55 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

27 Oktyabr 2020, 12:51 (GMT +4)
Çex Respublikasında gecə küçəyə çıxmaq qadağan edilib

27 Oktyabr 2020, 12:45 (GMT +4)
DİN koronavirusla bağlı əhaliyə müraciət edib

27 Oktyabr 2020, 12:30 (GMT +4)
Azərbaycanda Ukraynanın birinci Fəxri konsulluğu açılır

27 Oktyabr 2020, 12:20 (GMT +4)
Tramp ABŞ-ın ÜST-ə qayıtmasını mümkün hesab edir

27 Oktyabr 2020, 12:15 (GMT +4)
DİN avtomobil sahiblərinə müraciət edib

27 Oktyabr 2020, 12:15 (GMT +4)
Şəkidə avtomobillərdən oğurluq edənlər saxlanılıb

27 Oktyabr 2020, 12:00 (GMT +4)
MN: Ermənistan ərazisində sərhəd zastavasının vurulması barədə yayılan məlumat yalandır

27 Oktyabr 2020, 11:57 (GMT +4)
Gürcüstanda son sutkada 1,8 mindən çox insan koronavirusa yoluxub

27 Oktyabr 2020, 11:45 (GMT +4)
Milli Məclis Vəng kəndinin Çinarlı kəndi adlandırılmasını təsdiqləyib

27 Oktyabr 2020, 11:30 (GMT +4)
Bu hərbçimiz düşmənin atəş nöqtələrini dəqiqliklə məhv edir

27 Oktyabr 2020, 11:19 (GMT +4)
ABŞ İrana qarşı sanksiyaları genişləndirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66