Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » DİN

Azərbayan və Gürcüstanın dini liderləri arasında telefon danışığı olub

10 Sentyabr 2020, 14:25 (GMT +4)

Bakı, 10 sentyabr, SalamNews. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ümumgürcüstan Katolikos-Patriarxı II İliya ilə telefon əlaqəsi saxlayıb.

QMİ-nin Mətbuat Xidmətindən SalamNews-a verilən məlumata görə, telefon söhbəti zamanı xalqlar arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin səviyyəsindən razılıq ifadə olunub, son zamanlar, xüsusən, pandemiya səbəbindən gediş-gəliş imkanları məhdudlaşsa da, mənəvi əlaqələrə bunun heç bir xələl gətirmək iqtidarında olmadığı vurğulanıb.

Patriarx II İliya həzrətlərinin səhhəti ilə maraqlanan, onun üçün dualar etdiyini bildirən Şeyxülislam A. Paşazadə II İliyanın Qafqazın ağsaqqal, müdrik dini lideri olduğunu və onunla hər bir görüş, ünsiyyət imkanından şad olduğunu xüsusi vurğulayıb. Uca Yaradanın köməyi ilə sağlamlığının qənaətbəxş olduğunu bildirən Patriarx II İliya QMİ sədrinə xeyir-dualarını bildirib, xalqlarımız, dövlətlərimiz, bölgəmiz naminə hər zaman birgə səylərini davam etdirəcəklərinə ümidvar olduğunu ifadə edib.

Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya dərin ehtiram və xoş arzularını çatdırmağı QMİ sədrindən xahiş edən Patriarx II İliya Azərbaycan və gürcü xalqları arasında tarixi qardaşlıq və möhkəm təməlləri olan dostluq münasibətlərinin bundan sonra da davam və inkişaf etməsi üçün səy və dualarını əsirgəməyəcəyini dilə gətirib.

Gürcü Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsinin timsalında dinlərarası dialoq və bölgədə sülh və tərəqqi naminə əməkdaşlığın bütün dünya üçün örnək nümunə olduğu qürurla vurğulanıb. Dini liderlər postpandemiya dövrü üçün dinlərarası əməkdaşlıq müstəvisində əməkdaşlığa dair yeni perspektivləri, birgə layihələri müzakirə ediblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

30 Oktyabr 2020, 14:39 (GMT +4)
Hikmət Hacıyev: Mülki əhaliyə qarşı cinayətlərə görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır

30 Oktyabr 2020, 14:30 (GMT +4)
MN: Düşmənin raket-artilleriya silahları anbarı məhv edilib

30 Oktyabr 2020, 14:23 (GMT +4)
İşğaldan azad edilmiş ərazilərdə bank şəbəkəsi qurulacaq

30 Oktyabr 2020, 14:10 (GMT +4)
Fransız polisi ermənilərə qarşı çıxan türklərə güc tətbiq edib

30 Oktyabr 2020, 14:00 (GMT +4)
ƏƏSMN: Daha 4 rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verilib

30 Oktyabr 2020, 13:56 (GMT +4)
Döyüşlərdə şücaət göstərən hərbçilərimizi tanıyaq (VIDEO)

30 Oktyabr 2020, 13:45 (GMT +4)
Müdafiə Nazirliyi: Ordumuza məxsus PUA vurulmayıb

30 Oktyabr 2020, 13:37 (GMT +4)
Dünya bazarlarında təbii qaz bahalaşıb

30 Oktyabr 2020, 13:27 (GMT +4)
İnstaqram Makrona müraciətindən sonra Ayətullah Xameninin səhifəsini bloklayıb

30 Oktyabr 2020, 13:20 (GMT +4)
Azərbaycanda sabah 25 dərəcə isti olacaq

30 Oktyabr 2020, 13:20 (GMT +4)
Gürcüstanda koronavirus xəstələrinin sayı artmaqda davam edir

30 Oktyabr 2020, 13:11 (GMT +4)
Ramiz Mehdiyev: Heç bir xarici qüvvə buna mane ola bilməyəcəkdir

30 Oktyabr 2020, 13:00 (GMT +4)
Nazirlər Kabineti xüsusi karantin rejimində təhsilin təşkili barədə qərar qəbul edib

30 Oktyabr 2020, 12:52 (GMT +4)
Alimlər koronavirusun daha bir simptomunu üzə çıxarıb

30 Oktyabr 2020, 12:40 (GMT +4)
MN: Ordumuz qarşısında dayana bilməyən düşmən öz texnikalarını qoyub qaçır (VİDEO)

30 Oktyabr 2020, 12:40 (GMT +4)
BMqT: Seneqal sahillərində baş verən gəmi qəzasında azı 140 miqrant həyatını itirib

30 Oktyabr 2020, 12:30 (GMT +4)
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

30 Oktyabr 2020, 12:16 (GMT +4)
İran prezidentinin xüsusi nümayəndəsi Qarabağ münaqişəsinin həlli ilə bağlı planı Ermənistana təqdim edib

30 Oktyabr 2020, 12:10 (GMT +4)
MN: Qubadlı ərazisi Ermənistan ərazisindən artilleriya atəşinə tutulur

30 Oktyabr 2020, 12:08 (GMT +4)
Almaniyada avtomobil izdihamın üzərinə sürülüb 

30 Oktyabr 2020, 12:00 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

30 Oktyabr 2020, 11:43 (GMT +4)
İtaliyada son sutkada COVID-19-a yoluxmada yeni anti-rekord yenilənib

30 Oktyabr 2020, 11:40 (GMT +4)
Bağça və məktəbəqədər müəssisələrdə distant təhsil olmayacaq

30 Oktyabr 2020, 11:40 (GMT +4)
Təhsil naziri: Qiymət və davamiyyətə görə şagirdlərin sinifdə saxlanılması nəzərdə tutulmur

30 Oktyabr 2020, 11:30 (GMT +4)
Təhsil naziri: Son bir ayda erməni təcavüzü nəticəsində 9 şagirdimiz dünyasını dəyişib

30 Oktyabr 2020, 11:23 (GMT +4)
Müdafiə Nazirliyi: Azərbaycan tərəfinin hücum cəhdi olmayıb

30 Oktyabr 2020, 11:22 (GMT +4)
Braziliya prezidenti Nitsadakı hücumu xristianofobiyanın təzahürü adlandırıb

30 Oktyabr 2020, 11:10 (GMT +4)
FHN düşmənin atəşi nəticəsində baş verən meşə yanğınları ilə bağlı açıqlama verib

30 Oktyabr 2020, 11:00 (GMT +4)
Paytaxtda koronavirusla bağlı reydlər keçirilib

30 Oktyabr 2020, 10:50 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxmanın bölgələr üzrə statistikası açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66