Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

UNEC tələbəsi ermənilərə iqtisadiyyat dərsi keçib

11 Sentyabr 2020, 10:44 (GMT +4)

Bakı, 11 sentyabr, SalamNews. Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH Mərkəzinin “Mühasibat uçotu” ixtisasının III kurs tələbəsi Vəli Səməndərli Xorvatiyada keçirilən Beynəlxalq elmi konfransda çıxış edib.

SalamNews xəbər verir ki, bu barədə V.Səməndərli Modern.az-a özü məlumat verib.

“Təcavüzkar siyasətin Ermənistan iqtisadiyyatına təsiri” (İmpact of agressive policy to the economy of Armenia) mövzusunda azərbaycanlı tələbənin çıxışı maraqla qarşılanıb.

Konfransda Azərbaycan, Polşa, Hindistan, Rusiya, Türkiyə, Litva, Xorvatiya və Slovakiya nümayəndələri iştirak edib.

Azərbaycandan yeganə çıxışçı olaraq UNEC SABAH tələbəsi Vəli Səməndərli qatılıb.

Konfrans iştirakçıları mövzunun adına görə azərbaycanlı tələbəni öncə erməni zənn ediblər.

Ancaq öz çıxışı zamanı V. Səməndərli sovet dövrünə ekskurs edib, Azərbaycan və Ermənistan arasındakı iqtisadi əlaqələrə toxunub.

Sonra hazırda Azərbaycanın bölgədə başlatdığı dünya səviyyəli neft, qaz, dəmiryolu və s. kimi layihələrdən, onun böyük maliyyə tutumundan, Ermənistanın bundan kənarda qalmasını rəqəmlərlə ifadə edib.

Çıxışının sonunda məhz Ermənistanın aqressiyası, işğalçı siyasəti nəticəsində bu böyük layihələrdən kənarda qaldığını vurğulayıb.

Mövzunun bu sonluğa gələcəyini gözləməyən aparıcı azərbaycanlı tələbəyə “Ermənistan iqtisadiyyatında turizmlə bağlı problemlərin həlli üçün hansı tövsiyyələri verərdiniz?” sualını ünvanlayıb.

Vəli Səməndərli Ermənistan iqtisadiyyatında problemlərin başlıca səbəbi kimi işğalçı dövlətin Azərbaycana qarşı təcavüzkar mövqedə olduğunu göstərib.

O qeyd edib ki, bu probləmlərin həllinin kökündə münaqişənin sülh yolu ilə həll olunması və işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi faktoru dayanır.

V. Səməndərli “Ermənistan iqtisadiyyatının xilası Azərbaycan torpaqlarının azad edilməsindən keçir” deyə, davam edib.

Konfransdan sonra Amerikanın West Wirginia Universitetinin Menecment fakültəsinin hindistanlı professoru Abhishek Srivastava Qarabağ məsələsi ilə bağlı onda dəqiq təəssürat yaratdığı üçün Vəli Səməndərliyə minnətdarlığını bildirib.

Qeyd edək ki, azərbaycanlı tələbələr Vəli Səməndərli və Zaur Məmmədovun birlikdə hazırladıqları mövzuya Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun böyük elmi işçisi, UNEC-in alimi Fərhad Mikayılov rəhbərlik edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

30 Oktyabr 2020, 14:00 (GMT +4)
ƏƏSMN: Daha 4 rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verilib

30 Oktyabr 2020, 13:56 (GMT +4)
Döyüşlərdə şücaət göstərən hərbçilərimizi tanıyaq (VIDEO)

30 Oktyabr 2020, 13:45 (GMT +4)
Müdafiə Nazirliyi: Ordumuza məxsus PUA vurulmayıb

30 Oktyabr 2020, 13:37 (GMT +4)
Dünya bazarlarında təbii qaz bahalaşıb

30 Oktyabr 2020, 13:27 (GMT +4)
İnstaqram Makrona müraciətindən sonra Ayətullah Xameninin səhifəsini bloklayıb

30 Oktyabr 2020, 13:20 (GMT +4)
Azərbaycanda sabah 25 dərəcə isti olacaq

30 Oktyabr 2020, 13:20 (GMT +4)
Gürcüstanda koronavirus xəstələrinin sayı artmağa davam edir

30 Oktyabr 2020, 13:11 (GMT +4)
Ramiz Mehdiyev: Heç bir xarici qüvvə buna mane ola bilməyəcəkdir

30 Oktyabr 2020, 13:00 (GMT +4)
Nazirlər Kabineti xüsusi karantin rejimində təhsilin təşkili barədə qərar qəbul edib

30 Oktyabr 2020, 12:52 (GMT +4)
Alimlər koronavirusun daha bir simptomunu üzə çıxarıb

30 Oktyabr 2020, 12:40 (GMT +4)
MN: Ordumuz qarşısında dayana bilməyən düşmən öz texnikalarını qoyub qaçır (VİDEO)

30 Oktyabr 2020, 12:40 (GMT +4)
BMqT: Seneqal sahillərində baş verən gəmi qəzasında azı 140 miqrant həyatını itirib

30 Oktyabr 2020, 12:30 (GMT +4)
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

30 Oktyabr 2020, 12:16 (GMT +4)
İran prezidentinin xüsusi nümayəndəsi Qarabağ münaqişəsinin həlli ilə bağlı planı Ermənistana təqdim edib

30 Oktyabr 2020, 12:10 (GMT +4)
MN: Qubadlı ərazisi Ermənistan ərazisindən artilleriya atəşinə tutulur

30 Oktyabr 2020, 12:08 (GMT +4)
Almaniyada avtomobil izdihamın üzərinə sürülüb 

30 Oktyabr 2020, 12:00 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

30 Oktyabr 2020, 11:43 (GMT +4)
İtaliyada son sutkada COVID-19-a yoluxmada yeni anti-rekord yenilənib

30 Oktyabr 2020, 11:40 (GMT +4)
Bağça və məktəbəqədər müəssisələrdə distant təhsil olmayacaq

30 Oktyabr 2020, 11:40 (GMT +4)
Təhsil naziri: Qiymət və davamiyyətə görə şagirdlərin sinifdə saxlanılması nəzərdə tutulmur

30 Oktyabr 2020, 11:30 (GMT +4)
Təhsil naziri: Son bir ayda erməni təcavüzü nəticəsində 9 şagirdimiz dünyasını dəyişib

30 Oktyabr 2020, 11:23 (GMT +4)
Müdafiə Nazirliyi: Azərbaycan tərəfinin hücum cəhdi olmayıb

30 Oktyabr 2020, 11:22 (GMT +4)
Braziliya prezidenti Nitsadakı hücumu xristianofobiyanın təzahürü adlandırıb

30 Oktyabr 2020, 11:10 (GMT +4)
FHN düşmənin atəşi nəticəsində baş verən meşə yanğınları ilə bağlı açıqlama verib

30 Oktyabr 2020, 11:00 (GMT +4)
Paytaxtda koronavirusla bağlı reydlər keçirilib

30 Oktyabr 2020, 10:50 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxmanın bölgələr üzrə statistikası açıqlanıb

30 Oktyabr 2020, 10:45 (GMT +4)
MN: Ermənistan ordusunun polkovniki məhv edilib

30 Oktyabr 2020, 10:41 (GMT +4)
ABŞ BƏƏ-yə "F-35" qırıcılarını satmaq istəyir

30 Oktyabr 2020, 10:30 (GMT +4)
Konstitusiya Məhkəməsi Bərdə terroru ilə bağlı dünya ölkələrinin konstitusiya ədalət mühakiməsi orqanlarina müraciət edib

30 Oktyabr 2020, 10:26 (GMT +4)
Ermənistanın Bərdəyə kasetli raketlərlə hücum etdiyini “Human Rights Watch” təşkilatı da təsdiqləyib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66