Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

AMEA-nın Geologiya və Geofizika İnstitutu və “AzerGold" QSC arasında işgüzar görüş olub

12 Sentyabr 2020, 11:15 (GMT +4)

Bakı, 12 sentyabr, SalamNews.Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadə ilə “AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov arasında işgüzar görüş keçirilib.

SalamNews-un məlumatına görə, Geologiya və Geofizika İnstitutunda keçirilən görüşdə çıxış edən akademik A.Əlizadə rəhbərlik etdiyi elm ocağının Azərbaycanda geologiya elminin inkişafı, yeni geoloqlar nəslinin yetişdirilməsi istiqamətində gördüyü işlərdən danışıb. A.Əlizadə “AzerGold” QSC-nin ölkəmizdə faydalı qazıntı yataqlarının kəşfiyyatı və idarə olunması sahəsində mühüm işlər gördüyünü qeyd edib, institutun geoloq-alimlərinin də məsləhətçi qismində layihələrdə iştirakını məmnunluqla xatırladıb, birgə əməkdaşlığın davam etdirilməsinin qarşılıqlı faydalı olacağını sözlərinə əlavə edib.

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Z.İbrahimov isə Azərbaycanda geologiya elminin inkişafında xüsusi xidmətləri olan görkəmli alimlərimizə daim hörmət və ehtiram bəslənildiyini, bu gün də sözügedən sahənin bütün incəliklərinə bələd olan qocaman geoloqların məsləhət və tövsiyyələrinə ciddi ehtiyac olduğunu qeyd edib, bu xüsusda Geologiya və Geofizika İnstitutu ilə əməkdaşlığın həm ətraf mühiti mənfi təsirlərdən qorumaqla dağ-mədən sahəsində uğurlu fəaliyyətin davam etdirilməsinə, həm də bu sahədə peşəkar mütəxəssis hazırlığı prosesinin daha da genişləndirilməsinə əsaslı töhfə verəcəyini diqqətə çatdırıb. Z.İbrahimov geoloq-alimlərimizin zəngin bilik və təcrübəsinə arxalanaraq hazırda yeni mədən layihələrinin işlənməsində bir sıra prioritet sahələr üzrə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

Qeyd edək ki, 2016-ci ildə Geologiya və Geofizika İnstitutu və “AzerGold” QSC arasında əməkdaşlığa dair memorandum imzalanmışdır. Birgə əməkdaşlıq çərçivəsində institutun yüksək dərəcəli alim-mütəxəssislərinin intellektual potensialından Cəmiyyətin kəşfiyyat layihələrinin hazırlanmasında məsləhətçi qismində istifadə edilmişdir. Həmçinin əməkdaşlıq çərçivəsində ölkənin qızıl yataqlarının geoloji-genetik modelləri hazırlanmışdır. Həmin modellər Səhmdar Cəmiyyətin geoloqları tərəfindən proqnozlaşdırmada geniş istifadə edilməkdədir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AMEA-nın 400-dən çox yaşlı əməkdaşı COVID-19-a qarşı peyvənd olunub

AMEA-da siyasi partiyalarla bağlı yeni şöbə yaradılır

AMEA Yüksək Texnologiyalar Parkı milli kosmetik məhsulların istehsalına dəstək verəcək (FOTO)

AMEA Botanika İnstitutunun əməkdaşı “Gənclər mükafatı”na layiq görülüb

AMEA-da İnkubator və Texnologiya Transferi Mərkəzi yaradılıb

AMEA prezidentinin Nadir Şah haqda kitabı Moskvada nəşr edilib

Əli Abbasova AMEA-da yeni vəzifə verilib

AMEA-da birinci vitse-prezident vəzifələri ləğv olunaraq yalnız bir vitse-prezident vəzifəsi təsis olunub

AMEA-nın institutlarında yeni vəzifələr yaradılıb 

YUNESKO torpaqşünas alimin tədqiqatları ilə bağlı AMEA prezidentinə müraciət edib

AMEA Botanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib

AMEA alimlərinin sudan səmərəli istifadəyə dair Dövlət Proqramının layihəsi müzakirə olunub

AMEA-nın prezidenti Fransanın ölkəmizdəki səfiri ilə görüşüb

AMEA-nın yaradılmasının 75 illiyi münasibətilə kitab və buklet hazırlanacaq

AMEA-nın şöbə müdiri vəfat edib

AMEA-da iş saatı dəyişdirilib

AMEA-da iki yeni mərkəz yaradılır

AMEA-nın ümumi yığıncağı keçiriləcək

AMEA koronavirus vaksininin hazırlanması qaydasını açıqlayıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanası bağlanır

13 May 2021, 13:09 (GMT +4)
İsrailin Qəzzaya hücumunda ölənlərin sayı 83-ə çatıb, onların 24-ü uşaq və qadındır

13 May 2021, 09:34 (GMT +4)
Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Şuşadan Azərbaycan xalqını təbrik edib

13 May 2021, 09:06 (GMT +4)
Şuşada bayram namazı qılınır (CANLI YAYIM)

13 May 2021, 06:40 (GMT +4)
Ərdoğan: Qüdsün şərəfini qorumaq bütün müsəlmanların borcudur və İsrail durdurulmalıdır

13 May 2021, 06:03 (GMT +4)
Azərbaycanda müqəddəs Ramazan bayramı qeyd olunur

12 May 2021, 23:19 (GMT +4)
Mükafatların verildiyi gün – Sabah Ramazan bayramıdır

12 May 2021, 22:59 (GMT +4)
Qəzzada aviazərbələr nəticəsində media nümayəndəliklərinin olduğu hündür bina çöküb (VİDEO)

12 May 2021, 17:22 (GMT +4)
ABŞ, Kanada və Avropada Fələstinə dəstək aksiyası keçirilib (VİDEO)

12 May 2021, 17:01 (GMT +4)
Özbəkistanda Qurani-Kərimin dünyada ən böyük  əlyazma səhifəsi  hazırlanıb

12 May 2021, 16:53 (GMT +4)
Ərazi-Tikinti Planlaşdırma Mərkəzinin xalis mənfəəti kəskin azalıb

12 May 2021, 16:42 (GMT +4)
AAYDA: Paytaxtın İlqar Musayev küçəsində təmir işləri bu gün başa çatacaq

12 May 2021, 16:30 (GMT +4)
Saatlıda heyvan oğruları saxlanılıb

12 May 2021, 16:17 (GMT +4)
Şəmkirdə minik avtomobili yanıb

12 May 2021, 16:06 (GMT +4)
Hindistanda COVID-19-dan ölənlərin sayında yeni anti-rekord qeydə alınıb

12 May 2021, 16:04 (GMT +4)
Lənkəranda evdən 3 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

12 May 2021, 15:59 (GMT +4)
İsrailin Qəzzaya aviazərbələri nəticəsində ölənlərin sayı 53-ə çatıb, onların 14-ü uşaqdır

12 May 2021, 15:52 (GMT +4)
İlham Əliyev: Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur

12 May 2021, 15:40 (GMT +4)
ABŞ səfirliyinin mətbuat katibi Rusiyada persona non-qrata elan edildiyini təsdiqləyib

12 May 2021, 15:35 (GMT +4)
Yuxarı Gövhərağa məscidi təmir olunub

12 May 2021, 15:28 (GMT +4)
Prezident: Şuşanın azad edilməsi Ermənistan ordusunun və Ermənistan dövlətinin çökməsi demək idi

12 May 2021, 15:24 (GMT +4)
AAYDA: Bakının Mikayıl Müşfiq küçəsində təmir işləri bu gün başa çatacaq

12 May 2021, 15:11 (GMT +4)
Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub

12 May 2021, 15:05 (GMT +4)
Prezident Şuşada bərpa edilən “Xan qızı” bulağında olub

12 May 2021, 15:05 (GMT +4)
ABŞ-da boru xəttinə kiberhücum səbəbilə benzin qıtlığı müşahidə edilir

12 May 2021, 14:54 (GMT +4)
Şuşada “Xarıbülbül” musiqi festivalı keçirilib (CANLI YAYIM)  

12 May 2021, 14:42 (GMT +4)
Azərbaycanın Gürcüstandakı səfirliyində iftar təşkil edilib

12 May 2021, 14:30 (GMT +4)
MN: Azərbaycan Ordusunda təlimlər keçiriləcək

12 May 2021, 14:22 (GMT +4)
Ərdoğan İslam dünyasını Ramazan bayramı münasibətilə təbrik edib

12 May 2021, 14:16 (GMT +4)
Ağac kəsən şəxs cəzalandırılıb

12 May 2021, 14:06 (GMT +4)
Pakistanın baş naziri Fələstini dəstəkləyən paylaşım edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66