Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Müdafiə naziri düşmən təxribatlarının qarşısının alınması barədə əmr verib

16 Sentyabr 2020, 15:45 (GMT +4)

Bakı, 16 sentyabr, SalamNews. Sentyabrın 16-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birlik, birləşmə, əlahiddə hərbi hissə komandirlərinin və xüsusi təyinatlı hərbi təhsil müəssisələri rəislərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə görüşüb.

Bu barədə SalamNews-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müdafiə naziri cari ilin ötən dövründə döyüş hazırlığı və mənəvi-psixoloji təminat sahəsində fəaliyyətlərin təhlilini aparıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ordu quruculuğuna xüsusi diqqət göstərdiyini qeyd edən Müdafiə naziri Silahlı Qüvvələrin Ali Baş Komandanının ordumuz qarşısında qoyduğu tapşırıqları görüş iştirakçılarına çatdırıb.

Cəbhədəki son vəziyyətə toxunan Müdafiə naziri şəxsi heyətin döyüş hazırlığını və ayıq-sayıqlığını yüksək səviyyədə saxlamağı, eləcə də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdə törədə biləcəyi genişmiqyaslı təxribatların qarşısının dərhal və qətiyyətlə alınmasını əmr edib.

Azərbaycan xalqının Orduya inamının güclü olduğunu xatırladan nazir torpaqlarımızın işğaldan azad edilməsi naminə müqəddəs vəzifənin yerinə yetirilməsinə əsgərdən generaladək hər bir hərbi qulluqçunun hazır olduğunu bildirib.

Orduda həyata keçirilən döyüş hazırlığı tədbirləri, bölmələrin təminat və təchizatı, eləcə də döyüş qabiliyyətinin artırılması məsələlərini diqqətə çatdıran Müdafiə naziri həmçinin tərbiyəvi işin planlı şəkildə aparılması, qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə daim hazır olmaları üçün ideoloji iş və mənəvi-psixoloji təminatın daha da gücləndirilməsi ilə bağlı vəzifəli şəxslərə konkret tapşırıqlar verib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

01 Oktyabr 2020, 16:20 (GMT +4)
Azərbaycanda daha 80 yeni yoluxma faktı qeydə alınıb

01 Oktyabr 2020, 16:10 (GMT +4)
Türkiyə prezidenti: Dağlıq Qarabağın işğalına laqeyid qalmaq ikiüzlülükdür

01 Oktyabr 2020, 16:08 (GMT +4)
MN: Azərbaycan HHQ-nin döyüş təyyarəsi və helikopterləri bugünkü döyüşlərdə tətbiq olunmayıb

01 Oktyabr 2020, 16:06 (GMT +4)
KOBİA sahibkarlara müraciət edib

01 Oktyabr 2020, 16:01 (GMT +4)
ARDNF valyuta satışı ilə bağlı açıqlama yayıb

01 Oktyabr 2020, 15:56 (GMT +4)
Azərbaycan Mərkəzi Bankı ötən ay valyuta ehtiyatlarını artırıb

01 Oktyabr 2020, 15:52 (GMT +4)
Beynəlxalq Əhli-Beyt Konqresi Azərbaycanı dəstəklədiyini bildirib

01 Oktyabr 2020, 15:45 (GMT +4)
Rusiya, ABŞ və Fransa liderləri Dağlıq Qarabağla bağlı bəyanat hazırlayır

01 Oktyabr 2020, 15:39 (GMT +4)
Argentinada son sutkada rekord sayda koronavirusa yoluxma qeydə alınıb

01 Oktyabr 2020, 15:25 (GMT +4)
İranda son sutkada 211 nəfərin koronavirusdan ölümü qeydə alınıb

01 Oktyabr 2020, 15:17 (GMT +4)
Azərbaycan Ordusu yalnız hərbi obyektlərə zərbə endirir (RƏSMİ)

01 Oktyabr 2020, 15:16 (GMT +4)
Daha bir şirkət Azərbaycan Ordusuna dəstək olub

01 Oktyabr 2020, 15:04 (GMT +4)
Fələstinin maraqlarını qorumaq bütün İslam dünyasının problemidir- Çavuşoğlu

01 Oktyabr 2020, 14:52 (GMT +4)
Nazir: Pandemiya dövrü üçün Təhsil Nazirliyinin 4 tədris planı var

01 Oktyabr 2020, 14:32 (GMT +4)
Qurban Qurbanov: Varşavada olsaq da ürəyimiz Azərbaycandadır

01 Oktyabr 2020, 14:27 (GMT +4)
İsrail son gündə İordan çayının qərbində 22 fələstinlini həbs edib

01 Oktyabr 2020, 14:23 (GMT +4)
Azərbaycan Ermənistana növbəti xəbərdarlıq edib: Hərbi hədəflərə qarşı adekvat tədbirlər görüləcək

01 Oktyabr 2020, 14:20 (GMT +4)
Kanadada 24 saatda koronavirusa yoluxanların sayı yazdakı göstəricilərə çatıb

01 Oktyabr 2020, 14:00 (GMT +4)
“Azərişıq” rəhbərliyi cəbhə bölgəsinə gedib

01 Oktyabr 2020, 13:50 (GMT +4)
Türkiyənin İğdır şəhərində Azərbaycana dəstək aksiyası keçirilib

01 Oktyabr 2020, 13:42 (GMT +4)
Əfqanıstanın cənubunda partlayış törədilib, azı 9 ölü var

01 Oktyabr 2020, 13:38 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

01 Oktyabr 2020, 13:15 (GMT +4)
Sahil Babayev beynəlxalq vebinar iştirakçılarına Ermənistanın təxribatlarından danışıb

01 Oktyabr 2020, 13:12 (GMT +4)
Emmanuel Makron: Ermənistana və ermənilərə deyirəm - Fransa öz rolunu oynayır

01 Oktyabr 2020, 13:07 (GMT +4)
MN: Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi raket atəşinə tutulub

01 Oktyabr 2020, 12:57 (GMT +4)
ABŞ kəşfiyyatı Assanjı zəhərləmək istəyib

01 Oktyabr 2020, 12:47 (GMT +4)
Ermənistan Ordusunun daha bir texnikası ələ keçib

01 Oktyabr 2020, 12:32 (GMT +4)
Deputat: Döyüş və qələbə bizim alnımıza yazılıb

01 Oktyabr 2020, 12:30 (GMT +4)
Yəməndə bir məhkəmə Səudiyyə kralı və ABŞ prezidentini edama məhkum edib

01 Oktyabr 2020, 12:22 (GMT +4)
MN: Azərbaycana məxsus təyyarə və helikopterin vurulması yalandır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66