Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Aqrar sığorta ekspertləri üçün imtahanlar başlayır

19 Sentyabr 2020, 14:02 (GMT +4)

Bakı, 19 sentyabr, SalamNews.Aqrar sığorta üzrə müstəqil ekspertlərin seçimi və hazırlanması üzrə imtahanlar başlayır.

Aqrar Sığorta Fondundan SalamNews-a bildirilib ki, Dövlət İmtahan Mərkəzi (DİM) aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının I mərhələsinə qeydiyyat elan edib. Müstəqil ekspertlər ölkədə yaxın günlərdə işə düşəcək aqrar sığorta mexanizminin mühüm elementidir. Kənd təsərrüfatı heyvanları, əkinlər və məhsullar, eləcə də balıqların sığortalanması zamanı müstəqil ekspertlərin rəyi əsas götürüləcək. Riskləri və hadisə zamanı dəyən zərərləri müstəqil ekspertlər müəyyən edəcək. Bu xidmətlər pullu olduğuna görə, müstəqil ekspert statusu qazanan şəxslər daimi gəlir mənbəyi əldə etmiş olacaqlar.

Dövlət İmtahan Mərkəzinin elanına əsasən, aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlərin qeydiyyatı sentyabrın 14-dən 27-dək aparılacaq. İmtahanlar Bakıda və regionlarda DİM-in regional bölmələrinin yerləşdiyi binalarda keçiriləcək. Şərtlərə əsasən, müstəqil ekspert statusunu almaq üçün imtahanlara baytarlıq, aqronomluq və əlaqəli ixtisaslarda ali və orta ixtisas təhsilə malik olan şəxslər qatıla bilərlər.

İmtahan aşağıdakı növ sertifikatların verilməsi üçün təşkil olunur:

- kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının (çoxillik əkmələr də daxil olmaqla) sığortası üzrə müstəqil ekspert sertifikatı;

- kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə müstəqil ekspert sertifikatı;

- akvakultura məhsullarının sığortası üzrə müstəqil ekspert sertifikatı.

İmtahanda aşağıdakı ixtisaslar üzrə ali və ya orta ixtisas təhsilli şəxslər iştirak edə bilərlər:

- 1-ci sertifikat növü üzrə aqronomluq, bağçılıq və tərəvəzçilik və bitki mühafizəsi;

- 2-ci sertifikat növü üzrə baytarlıq, baytarlıq təbabəti, zootexniklik və zoomühəndislik;

- 3-cü sertifikat növü üzrə balıqçılıq və su bioehtiyatları və akvakultura.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanın I mərhələsində iştirak üçün ödəniş 94.40 AZN-dir (ƏDV daxil olmaqla). “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanına onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

İmtahanın I mərhələsi üzrə toplanması mümkün olan ümumi (maksimal) bal 120-dir, 72 və daha yüksək bal toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilir. Onlar Aqrar Sığorta Fondu tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək hüququ qazanırlar. Təlimi müvəffəqiyyətlə başa vurmuş şəxslərin siyahısı Aqrar Sığorta Fondu tərəfindən DİM-ə göndərilir və onlar təlim proqramları əsasında imtahanın II mərhələsində iştirak edirlər.

İmtahan barədə ətraflı məlumatları Dövlət İmtahan Mərkəzinin internet səhifəsindən əldə etmək mümkündür.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

30 Oktyabr 2020, 17:30 (GMT +4)
Bərdə və Tərtər şəhərlərini atəşə tutan daha 2 "Smerç" bu gün məhv edilib

30 Oktyabr 2020, 17:25 (GMT +4)
Azərbaycan və Ermənistan XİN başçıları Cenevrədə görüşüblər

30 Oktyabr 2020, 17:17 (GMT +4)
Azərbaycan MDB ölkələri Baş Qərargah rəislərinin iclasında iştirak edir

30 Oktyabr 2020, 17:03 (GMT +4)
İşğaldan azad olunan Xudafərin kəndinin görüntüləri yayılıb

30 Oktyabr 2020, 16:46 (GMT +4)
Türkiyədə güclü zəlzələ baş verib (YENİLENİB)

30 Oktyabr 2020, 16:34 (GMT +4)
Ali məktəblərə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalanıb

30 Oktyabr 2020, 16:25 (GMT +4)
Dövlət Komissiyası: Ermənistan 84 yaşlı Melkumyanın nəşini ailə üzvlərinə çatdırmaqdan imtina edib

30 Oktyabr 2020, 16:24 (GMT +4)
Bakıda sanitar-gigiyena və karantin qaydalarının tələblərinə əməl olunması ilə bağlı birgə reydlər davam edir

30 Oktyabr 2020, 16:07 (GMT +4)
Baş prokuror: Arayik Aratunyan barəsində cinayət işi başlanıb

30 Oktyabr 2020, 15:57 (GMT +4)
Putin Təhlükəsizlik Şurası ilə Qarabağ məsələsini müzakirə edib

30 Oktyabr 2020, 15:42 (GMT +4)
Bakıda koronavirusa ən çox yoluxma Binəqədidədir

30 Oktyabr 2020, 15:38 (GMT +4)
Bişkekdə şəhidlərimizin xatirəsi anılıb

30 Oktyabr 2020, 15:22 (GMT +4)
Baş Prokurorluq: Sentyabrın 27-dən bugünədək erməni təcavüzü nəticəsində 7 ailə tamamilə məhv olub

30 Oktyabr 2020, 15:19 (GMT +4)
Azərbaycanda son sutkada 1022 nəfər COVID-19-a yoluxub

30 Oktyabr 2020, 15:08 (GMT +4)
Ədliyyə Nazirliyi tərəfindən üç dildə “Qarabağ Azərbaycandır!” elektron məlumat platforması yaradılıb

30 Oktyabr 2020, 15:05 (GMT +4)
Azərbaycan Ordusu daha 9 kəndi erməni işğalından azad edib

30 Oktyabr 2020, 14:58 (GMT +4)
İranda son sutkada 8,011 nəfərin koronavirusa yoluxması qeydə alınıb

30 Oktyabr 2020, 14:39 (GMT +4)
Hikmət Hacıyev: Mülki əhaliyə qarşı cinayətlərə görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır

30 Oktyabr 2020, 14:30 (GMT +4)
MN: Düşmənin raket-artilleriya silahları anbarı məhv edilib

30 Oktyabr 2020, 14:23 (GMT +4)
İşğaldan azad edilmiş ərazilərdə bank şəbəkəsi qurulacaq

30 Oktyabr 2020, 14:10 (GMT +4)
Fransız polisi ermənilərə qarşı çıxan türklərə güc tətbiq edib

30 Oktyabr 2020, 14:00 (GMT +4)
ƏƏSMN: Daha 4 rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verilib

30 Oktyabr 2020, 13:56 (GMT +4)
Döyüşlərdə şücaət göstərən hərbçilərimizi tanıyaq (VIDEO)

30 Oktyabr 2020, 13:45 (GMT +4)
Müdafiə Nazirliyi: Ordumuza məxsus PUA vurulmayıb

30 Oktyabr 2020, 13:37 (GMT +4)
Dünya bazarlarında təbii qaz bahalaşıb

30 Oktyabr 2020, 13:27 (GMT +4)
İnstaqram Makrona müraciətindən sonra Ayətullah Xameninin səhifəsini bloklayıb

30 Oktyabr 2020, 13:20 (GMT +4)
Azərbaycanda sabah 25 dərəcə isti olacaq

30 Oktyabr 2020, 13:20 (GMT +4)
Gürcüstanda koronavirus xəstələrinin sayı artmaqda davam edir

30 Oktyabr 2020, 13:11 (GMT +4)
Ramiz Mehdiyev: Heç bir xarici qüvvə buna mane ola bilməyəcəkdir

30 Oktyabr 2020, 13:00 (GMT +4)
Nazirlər Kabineti xüsusi karantin rejimində təhsilin təşkili barədə qərar qəbul edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66